Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıda II Beynəlxalq Nəsimi Elmi Konfransı keçiriləcək

Bakıda II Beynəlxalq Nəsimi Elmi Konfransı keçiriləcək

08.12.2009 [09:54]

Dekabrın 14-dən 16-dək “Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” Mədəniyyət ili çərçivəsində Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan II Beynəlxalq Nəsimi Elmi Konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı nəticəsində paytaxtda baş tutacaq konfransda Suriyanın Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, Hələb vilayətinin müftisi doktor Mahmud ökkəm, Nəsiminin yaradıcılığının araşdırılması ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, İran İslam Respublikasından professor Cavad Heyətin iştirakı nəzərdə tutulub. Konfransda, həmçinin, Azərbaycanın görkəmli alimlərinin çıxışları dinləniləcək.
Tədbir çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Qeyd edək ki, artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası və yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında bu il 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr edilən tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı bir sıra işlər həyata keçirilib.

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30