Bakıdan Nyu-Yorka, Nyu-Yorkdan Bakıya musiqili salamlar
28.01.2010 [11:04]
üç il öncə
üç il öncə, bir may günü Nyu-Yorkun Müqəddəs Pyotr kilsəsi alqışdan titrəyirdi. Tamaşaçılar heyrət içində əl çalır, ifaçıları alqışlayırdı. Müqəddəs Pyotr kilsəsinin qalın divarları sanki hələ də mahnının son akkordlarını təkrarlayır, dinləyiciləri melodiyanın şirin və sehirli ahəngindən ayrılmağa qoymurdu. Sarışın, zərif solo ifaçı gözləri yaşarmış halda təzim edir.
Nyu-Yorkun “Melodiya” qadın xoru Manxettendə “Shout Sister, Shout” adlı konsertdə “Sənə də qalmaz” Azərbaycan mahnısını ifa etmişdi. Və bu heyranlıq bildirən alqışlar Rəsul Rza və Tofiq Quliyev birliyinin məhsuluna ən böyük qiymətlərdən biri idi. Bu salona toplaşan adamların bəlkə də heç birinin həmin o müəlliflər haqqında bilgisi belə yox idi. Amma həzin melodiya onların ürəyini yerindən oynatmışdı və bəlkə də sarışın ifaçının dilindən eşitdikləri adları-Azərbaycan, Rəsul Rza, Tofiq Quliyev kəlmələrini ömürlük yadlarında saxlayacaqdılar. Bu qız isə artıq adı Nyu-York musiqi ictimaiyyətinə yaxşı tanış olan azərbaycanlı Nailə Əziz idi.
Nailə Əziz
- Amerikaya 1998-ci ildə köçdüm. Əslində, Bakıda çox uğurlu bir karyeraya imza atmışdım və musiqi aləmində uğur qazanacağıma əmin idim. Asəf Zeynallı adına musiqi peşə məktəbindən sonra Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmuşdum. “Lenin təqaüdçüsü” idim, yəni əlaçı təqaüdü alırdım. Vaqif Gərayzadənin rəhbərlik etdiyi caz-folklor ansamblına seçilən iki qızdan biri də mən idim. Keçmiş SSRİ-də birləşən 15 respublikanın paytaxtında qastrollarda olur, müsabiqə və festivallarda iştirak edirdik. İstanbulda keçirilən “Türkiyədə Azərbaycan günləri”nin iştirakçısı, Moskva televiziyası ilə yayımlanan “Tovariş pesnya” verilişinin laureatı olmuşdum. “Bakı payızı” 1985-ci il müsabiqəsinin isə diplomantıydım...
...1986-cı ildə Vaqif Gərayzadənin “Bayatılar” klipində Alim Qasımovla dueti isə ona əməlli-başlı uğur qazandırdı və Nailəni populyarlaşdırdı.
O, təkcə oxumaqla kifayətlənmək istəmirdi. Emin Sabitoğlunun “Gülüş sanatoriyası” filmi üçün ifa etdiyi üç mahnı yüksək qiymətləndiriləndən, 1995-ci ildə Azərbaycana həsr edilmiş ən yaxşı mahnıya görə müəllif mahnısı müsabiqəsinin III mükafatını qazanandan sonra özünə tam əminlik yarandı.
1998-ci ildə isə Nailə Əziz Nyu-Yorka köçdü.
Yenidən “İlk addımlar”
- Hansı pillədə olursan ol, hansı mühitə düşürsən düş, uğur qazanmaq üçün yenidən başlamalı olursan. Nyu-York musiqi mühiti isə Azərbaycandan tam fərqlidi. Yüksək peşəkarlıq, akademik təhsil və istedad ilkin şərtlərdir. Bunlar olmadan uğur qazanmaq mümkün deyil. Mən də ilk olaraq çox populyar bir musiqi qrupu ilə tanış oldum.
Nailə Əziz “Danzas Espanyolas” Teatrlaşdırılmış İspan rəqsi qrupunun səhnə geyimlərinə dizayn verir, Nyu-York musiqi mühitinin tələblərini öyrənir və flamenqo musiqisinin incəlikləri ilə tanış olurdu. Maraqlıdır ki, İspan muğamı adlanan flamenqo musiqisini dərindən mənimsəyən Nailə xanım hazırda bu musiqi janrından ispan tələbələrə master-klass dərsləri verir.
Nailə Alim Qasımovla birlikdə klipə çəkiləndə də səhnə geyimlərini özü seçmişdi- geyindiyi milli paltarı isə öz əlləri ilə tikmişdi.
Nailənin musiqi savadından xəbər tutanda, istedadının şahidi olanda isə heyrət etdilər. Daha sonra bu heyrət kollektivlə əməkdaşlıq təklifi ilə əvəzləndi. “Danzas Espanyolas” azərbaycanlı musiqiçiyə əməkdaşlıq təklifi etməklə caz, klassik və folk üslubunda oxuyan ifaçı qazandı.
Daha sonra Nailə Əziz Nyu-York “Melodiya” qadın xoru ilə əməkdaşlıq təklifi aldı.
- Bu xor qadın səsləri üçün olan əsərləri ifa etməyə yaradıcı surətdə uyğun gələn 32 qadın müğənnidən ibarətdir. “Melodiya”-nın repertuarı az-az ifa edilən klassik və yeni bəstələr də daxil olmaqla müasir əsərlərin birləşməsidir.
Mahnıların aranjimanı üstündə işləyən həmyerlimiz nəhayət ki, Azərbaycan mahnılarını da Amerika səhnəsinə gətirməyə qərar verdi. Bunun üçün “Melodiya”nın dirijoru Sintiya Pauellə də məsləhətləşdi və Tofiq Quliyevin “Sənə də qalmaz” bəstəsini ona təqdim etdi.
- Aradan elə də uzun vaxt keçmədi. Sintiya mənə zəng etdi. Telefonda uzun-uzadı heyranlığını bildirdi. Melodiyanın dirijoru Azərbaycan musiqisinə təkcə heyran olmamışdı, həm də vurulmuşdu.
Beləliklə, “Shout Sister, Shout” adlı geniş proqramın bir hissəsini əhatə edən Azərbaycan mahnısı seçildi. Bu, 2007-ci ilin xoş bir may günü Müqəddəs Pyotr kilsəsinin divarlarını alqışdan titrədən “Sənə də qalmaz” bəstəsi idi.
- Əsər Sovet dövründə də ən çox sevilən lirik mahnılardan biri idi. Tofiq Quliyev özünün klassik təranələri və mahnıları ilə yanaşı Azərbaycanda müasir üslubda yazan ən tanınmış bəstəkarlardan və 40-cı illərdə Azərbaycanda caz hərəkatının təməlini qoyanlardan biri idi. O gün ən xoşbəxt günüm idi. Köksüm sevinclə qabarmışdı. Vətənimlə, dilimlə, nəğmələrimizlə fəxr edirdim. Bu, Amerika səhnəsində ingilisdilli qadın xorunun Azərbaycan dilində ilk ifası idi. Məhz bu ifadan sonra Sintiya Pauel Nailəyə yeni Azərbaycan mahnıları hazırlamaq təklifi etdi. O repertuarına salınacaq yeni mahnıların uğur qazanacağına əmin idi. Bugünkü alqışlar və proqrama xüsusi ahəng qatan mahnı da bunu sübut edirdi. Madam Sintiya növbəti konsertə Azərbaycan bəstəkarlarının musiqilərini daxil etmək istəyirdi. “Mənim üçün Azərbaycan romantik musiqisinin müəllifi Tofiq Quliyevdir və eləcə də, ümid edirəm ki, digər Azərbaycan bəstəkarlarının da yaradıcılığını öyrənmək bizə nəsib olacaqdır” deyən dirijor “Melodiya” qadın xoru və Nailə Əzizin ifasında Azərbaycan musiqilərindən ibarət kompakt-disk hazırlamaq arzusunu da reallaşdırmaqda israrlıdır: “Azərbaycan musiqisi ilə ilk tanışlığımız ajiotaj yaratdı, tamaşaçılar valeh olmuşdular, onlar əvvəllər belə mahnı eşitməmişdilər”.
“Melodiya” qadın xorunun Bakıda konsertinin təşkil olunması da Sintiya xanımın arzularındandır.
Hər kəs özü boyda vətəndir
“Hörmətli Nailə xanım,
Amerika Birləşmiş Ştatlarında, xüsusilə də Nyu-York şəhərində, Azərbaycan musiqisini fəal şəkildə təbliğ etdiyinizə və “Melodiya” Amerika Qadın Xorunun konsertlərində yüksək səviyyədə çıxışlarınıza görə, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi adından Sizə dərin təşəkkürümü bildirirəm. Hörmətlə: A.Mehdiyev”. Bu 2007-ci ildə düzənlənən möhtəşəm gecədən sonra həmyerlimizin aldığı ilk təbrik məktubu idi.
Nailə xanım hazırda Nyu-Yorkda “Danzas Espanyolas” qrupu və “Melodiya” qadın xoru ilə çalışır. öz çıxışlarında qərb klassik musiqisi biliklərini ənənəvi şərq üslubu ilə uyğunlaşdıran ifaçı həm də “Anakrusis” musiqi qrupu ilə də çıxışlar edir. Solo ifaçının adı tez-tez Karnegi Xoll, Mörkin konsert Xoll, Linkoln mərkəzi, Dikapo-opera teatrı, Vaşinqton svker metodist çerç, Sant Piters çörç, Bruklin Laysium, Müzik for Montak, Qrinvud çapl, Sant İqnatius çörç və digər möhtəşəm konsert salonlarının afişalarını bəzəyir.
Amerikan televiziyasının “Nyu-yorkçular” verilişində çıxış edən həmyerlimiz Azərbaycan musiqisi və mədəniyyətini təbliğ etmək üçün yaranan hər bir imkandan yetərincə istifadə etməyə çalışır.
Amerikanlar üçün “Şərq üslubunda mahnı oxumaq texnikası” dərs vəsaiti üzərində işləyən Nailə Əziz həmin topluya Azərbaycan xalq mahnılarını daxil edib.
Vokaldan dərs deyən musiqi xadimi elmi nailiyyətlər və təcrübə əsasında səs tellərində problemləri olan müğənnilərə musiqi texnikası vasitəsi ilə problemin aradan qaldırılmasında da yardımçı olur.
Salam, Bakı!
Müğənni və bəstəkar Marta Topferova Nailə xanımın ən çalışqan tələbəsidir. Təəccüblənməyin, Nailə Əzizin tələbə adlandırdığı musiqiçilərin əksəriyyəti müəyyən təcrübəyə malik peşəkar sənətçilərdir. Bunu onların məktublarından da görmək olur: “Adım Marta Topferovadır, ABŞ-a 1987-ci ildə gəlmişəm. Müğənni, bəstəkaram. Müxtəlif xalqların folklorundan bəhrələnərək bəstələdiyim musiqilərin rəngarəngliyini artırıram. Flamenqo musiqisindən dərs deyən Nailə ilə tanışlığım həyatımı dəyişdi. Səsimin istifadə imkanları ilə yanaşı, diapazonunu genişləndirmək, tənəffüs texnikasını təkmilləşdirmək musiqi həyatımda böyük sıçrayış oldu”.
Tələbə Alfonso Sid tanınmış flamenqo muğənnisidir. Səs tellərində yaranmış problemi cərrahi müdaxilə ilə aradan qaldıracaqdı. Amma daha səhnəyə əlvida deməli idi. Həkimlər başqa yol görmürdülər. Nailə Əzizin studiyasında aldığı dərslər həkimlərin nəzəriyyəsini puça çıxartdı.
Tələbə Tia - müğənni və aktrisadır. O, Nailənin yanına gələndə xəstəxanadan yenicə çıxmışdı və səhnə onun üçün artıq əlçatmaz bir məkan olmuşdu. İndi o yenidən səhnədədir və öz pərəstişkarları üçün oxuyur. Təbii ki, Azərbaycan mahnıları da öyrənir. Bu adamların Azərbaycanın müxtəlif mədəniyyət mərkəzlərinə, musiqi saytlarına ünvanladıqları məktublar bir ifadə ilə başlayır: “Salam Bakı!”
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

