“Leyli və Məcnun” operası sənət meyarıdır
12.01.2023 [10:54]
Şərqin ilk operasının səhnəyə qoyulmasından 115 il ötür
1908-ci il yanvarın 12-də dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda olub: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25 yanvar - red.) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.
1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə Şuşada həvəskar artistlər tərəfindən poemadan bir parça - “Məcnun Leylinin məzarı üstündə” səhnəciyi nümayiş olunmuş, 12 yaşlı Üzeyir həmin tamaşada xorda oxumuşdu. Səhnəcik ona güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk milli operanın yaranması üçün təkan olmuşdu.
Üzeyir bəyin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.
Opera səhnəmizdə əsərə bir neçə dəfə quruluş verilib. Sonuncu quruluş 2005-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən həyata keçirilib.
Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Leyli və Məcnun” tamaşası digər tamaşalardan hər zaman fərqlənib: “İstər tamaşaçı izdihamına görə, istərsə də tamaşanın aurasına görə bu əsər illərdir səhnəyə həvəslə qoyulur. Xüsusən “Leyli və Məcnun” tamaşasının biletleri çox satılır, hətta elə vaxtlar olur ki, bilet tapılmır. Hazırda teatra böyük axın var. Biz də çalışırıq ki, insanlara yeni tamaşalar təqdim edək. Baş rejissor “Leyli və Məcnun” operasının teatr səhnəsindəki önəmindən də söz açıb: “100 ildən artıqdır ki, bu tamaşa teatrın səhnəsindən düşmür. Bu vacib şərtdir. Bəzən elə tamaşalar olur ki, gəlir və gedir. Ancaq bu tamaşa elə deyil. Onlarla ifaçılar “Leyli və Məcnun” operasında öz sənətini nümayiş etdirir. Ən məşhur sənətkarlar çalışırlar ki, “Leyli və Məcnun”da bir rol ifa etsinlər. Son illərdə tamaşaya gəncləri dəvət edirik. Muğam müsabiqəsinin qalibləri burada baş rolları ifa edirlər. Bu opera həqiqətən sənət meyarıdır. Ona görə də hər il bu tarixlərdə biz tamaşanı qürur hissi ilə səhnələşdiririk. Nə xoş bizə ki, 115 il keçsə də, “Leyli və Məcnun” operası ürəklərdə xüsusi bir yer tutur”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37

