Bu dünyadan bir Ramiz Məlik keçdi
15.12.2023 [10:44]
“O hissləri yaşamaq üçün gərək o dünyaya gedək...”
Məslək seçimi doğru olanda zəhmət və bacarıq müsbət nəticə verir, insan həyatı mənalı olur. Dekabrın 13-də vəfat edən Respublikanın Xalq artisti, teatr və kino aktyoru Ramiz Məlik də istedad və bacarığını doğru səmtə istiqamətləndirdiyinə, düzgün sənət seçdiyinə görə maraqlı ömür yaşayıb, tamaşaçıların sevimlisinə çevrilib.
Ramiz Məlikin həyatı haqda qısa, amma maraqlı bir neçə faktı diqqətinizə çatdıraq:
1943-cü il avqustun 4-də Bakıda doğulan Ramiz Məlik 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul ola bilmir. 1963-cü ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alır. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülür. Elə o vaxtdan teatrda fəaliyyətini davam etdirir.
Müsahibələrinin birində sənət aləminə necə gəldiyini, hansı çətinliklərlə qarşılaşdığını elə ürəklə danışırdı ki... Əslində, heç vaxt aktyor olmağı nə arzulayıb, nə də ki xəyal edib... Amma qismətdən qaçmaq olmur axı... Nə yaxşı ki, Azərbaycan teatr və kino sənəti böyük bir peşəkarı, sənətkarı, Azərbaycan tamaşaçısı isə çox sevdiyi yaraşıqlı, özünəməxsus səs tembrinə malik xarizmalı aktyorunu qazandı.
İlk dəfə ekranda “Qanun naminə” (1968) filmində epizodik rolda (gənc prokuror) görünən aktyorun bəxti bir daha onda gətirir ki, görkəmli kinorejissor Həsən Seyidbəyli quruluş verdiyi “O qızı tapın” filmində (1970) aparıcı rollardan birini - Ziya obrazını ona həvalə edir. Kinoya yeni simalar gətirən, gənc aktyorların istedadını maraqlı iş əmsalına çevirən H.Seyidbəylinin doğru seçimi Ziya rolunun tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasına səbəb olur.
Mərd, ədalətli, vicdanlı xüsusiyyətlərinə görə diqqət mərkəzində dayanan, filmin aparıcı qüvvəsi olan Ziyanın həyat mövqeyi haqqında geniş bilgimiz olmasa da, həyata baxışı, insani keyfiyyətləri (filmin baş qəhrəmanı Əminəni xilas etmə cəhdi) haqqında kifayət qədər məlumat əldə etmiş oluruq.
Azərbaycanda sovet milis orqanlarının 50 illiyinə həsr olunan filmin leytmotivini qanun keşikçilərinin ayıq-sayıqlığını göstərmək, cəmiyyətin içərisində olan canilərin iç üzünü açmaq təşkil edir. Buna görə də hadisələrin mərkəz xəttində dayanan personaj (Ziya) baş rol yox, filmin aparıcı qüvvəsi kimi qəbul edilir. Kinoda ilk addımlarını atan gənc aktyorun qəhrəmanın xarakterinin açılması üçün fərdi cizgilərdən məharətlə istifadə etməsi, sənətin sirlərinə özünəməxsus şəkildə açar tapması, ekran personajını xarakterik obraz olaraq tamaşaçı yaddaşına həkk etməsi böyük sənət uğuruna çevrildi.
Aktyor sənətinə həddən artıq bağlananda mənfi obrazları belə sevərək təqdim edib. Ramiz Məlik də mənfi xarakterli rollarının təbiətini, aqressiv xüsusiyyətini maraqlı yaradıcılıq priyomları ilə təqdim edib, inandırıcılıqla açıb göstərib.
Kinoda həyat həqiqətləri, təbii ki, fərdi yaradıcılıq yolu və üsulu ilə əks olunur. Zəngin sənət təcrübəsi kinoda həyat üçün vacib olan mesajları verir, mənfi obrazların ifşası da cəmiyyətdə etik davranış qaydalarını təlqin edir, peşəkar yaradıcılıq bir növ metodoloji əhəmiyyət daşıyır.
Ramiz Məlikin kino yaradıcılığının uğuru da ekran hadisələrini gerçək həyat həqiqəti kimi təqdim etməsində, tipik keyfiyyət daşıyıcılarını (ekran obrazlarını) inandırıcı şəkildə tamaşaçıya qəbul etdirməsində, mənfi xarakterləri tənqid hədəfinə çevirməsindədir. İnsanı və onu əhatə edən həyat həqiqətlərini kinoda gerçək aləmə çevirmək, inandırmaq isə kinonu yaratmaq, sənətkar olaraq yaşamaq və səssizcə sevilmək deməkdir.
Jurnalistlərdən birinin “Ötən illərə nəzər salsaq, nələr yada düşər?” sualına, Ramiz Məlik belə cavab verib:
“O nostalji hisslərdir. Doğurdan da mən o illəri arzulayıram. İstəyirəm o illər qayıtsın. Allah heç olmasa bir həftəlik də olsa o nostalji hissləri yenidən yaşamağı bizə nəsib etsin. Ki, o dövrün hissləri ilə yenidən yaşayaq... Amma qayıtmaq mümkün deyil. Gərək o dünyaya gedək. O da Allah bilən məsləhətdir...”
İndi Ramiz Məliki hörmətlə anarkən onun bu cümlələri sevənlərinə olduqca təsir edir. Allah rəhmət eləsin...
Aysu ABBASOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55

