Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Radikal düşərgənin növbəti saxtakarlığı

Radikal düşərgənin növbəti saxtakarlığı

01.09.2012 [17:31]

“Facebook”da qapalı bir qrup yaradıb ictimai müzakirə təşkil etdiyini iddia edənlər və digər şəxslərin bu müzakirələrdə iştirakına əngəl törədənlər radikal müxalifətin söz azadlığı, fikir plüralizmi, insan haqları prinsiplərinə necə yanaşdığını növbəti dəfə ortaya qoyur
Bu gün dünyanın inkişaf etmiş bütün ölkələrində olduğu kimi Azərbaycanda da söz və mətbuat azadlığı mövcuddur. Təbii ki, bu azadlıq imkan verir ki, ölkəmizdə də insanlar sosial şəbəkələrdə, xüsusilə də “Facebook”da müxtəlif qruplar yaratsınlar və aktual hesab etdikləri məsələləri müzakirəyə çıxarsınlar. Eyni zamanda, ictimai xarakter daşıyan, həmçinin, hansısa bir formada əhəmiyyət kəsb edən məsələlərlə bağlı açılan müzakirələrdə iştirak etmək hər bir vətəndaşın haqqıdır. Yəni, əgər söhbət ictimai müzakirələrdən gedirsə, həmin müzakirələrin birbaşa ölkəmizlə bağlılığı varsa, o zaman hər bir vətəndaş bu müzakirələrdə iştirak etmək haqqına sahib olmalıdır. Lakin təəssüflər olsun ki, ölkəmizdəki radikal müxalifət qüvvələri digər məsələlərdə olduğu kimi, bu məsələdə də saxtakarlıq edirlər. Belə ki, radikal düşərgəyə, xüsusilə də Müsavat Partiyasına və AXCP-yə yaxınlıqları ilə seçilənlərin “Facebook”da yaratdıqları qruplara üzvlüyə həmin qrupların yaradıcıları tərəfindən süni əngəllər törədilir. Redaksiyamıza daxil olan şikayətlərdə qeyd edilir ki, bu sırada olan “Azadlıq-Free Azərbaycan”, “İstefa”, “Azadlıq” və s. kimi qrupların yaradıcıları həmin qruplara üzv olmaq, yaxud da açılan müzakirələrdə iştrak etmək istəyən şəxslərin hüquqlarını kobud şəkildə pozurlar. Daha doğrusu, bunlardan bəzilərinin açıq qruplar olduğu bildirilsə də, onlara üzvlüklə bağlı edilən müraciətlər cavablandırılmır.  Məsələn, “İstefa” qrupu öz səhifəsinin geniş ictimai polemika üçün açıq olduğunu elan edib. Qrupun səhifəsinin üz qabığında “Azərbaycanda və dünyada gedən siyasi prosesləri azad müzakirə etmək, onlar ətrafında fikir mübadiləsi aparmaq üçün yaradılan qrupdur” yazılsa da, bu səhifəyə hər hansı fərqli fikir bildirmək mümkün deyil. Eyni zamanda, ictimai müzakirələr apardıqlarını iddia edən radikalların yaratdıqları bəzi qrupların qapalı olduğu bildirilir ki, bu da ümumiyyətlə ictimai müzakirə fikrinin fəlsəfəsinə ziddir və radikal müxalifətin söz azadlığı, fikir plüralizmi və insan haqları prinsiplərinə necə yanaşdığını növbəti dəfə ortaya qoyur. Elə jurnalist-ekspert Azər Həsrətlə müsahibəmizdə də bu addımların nə dərəcədə doğru olub-olmamasına aydınlıq gətirməyə çalışdıq.
- ümumiyyətlə, “Facebook”da açıq və ya qapalı qrupların yaradılması hansı prinsiplərə əsaslanır?
- “Facebook”da səhifə yaradanlar, müxtəlif qruplar təşkil edənlər həmin qrupların açıq və ya qapalı olması ilə bağlı öz qərarlarını verirlər. Və birmənalı olaraq qapalı qruplar o deməkdir ki, həmin qrupu yaradan, yaxud da o səhifəni açan şəxslər bu səhifənin qapalı tutulmasına qərar verir. Əslində, bu “Facebook”un fəlsəfəsinə zidd deyil. Amma çoxsaylı qruplar və səhifələr var ki, onlar hər kəs üçün açıqdır.Yəni qrupun və ya səhifənin qaydalarına əməl edən, həmçinin, həmin qaydaları qəbul edən istənilən şəxs qrupa üzv ola bilər. Qrupa üzv olduqdan sonra təbiidir ki, o, qrupun digər üzvləri ilə yanaşı burada şərh yaza, öz fikrini çatdıra, yaxud əlavə xəbərlər paylaşa bilər. Buna görə də ona heç kimin yasaq qoymaq haqqı yoxdur. Yalnız bir halda yasaq qoyula bilər ki, həmin şəxs qrupa üzv olduqdan sonra davamlı olaraq qrupun qaydalarına ziddi əməllər törətsin. Məsələn, hansısa konkret bir mədəni hadisə ilə bağlı qrup yaradılırsa və bir şəxs orada davamlı olaraq siyasi şüarlar səsləndirirsə, ona xəbərdarlar edilir ki, bura həmin məqsədlər üçün qurulmayıb. Amma tutaq ki, bir siyasi qrup yaradılıbsa və onun xəbər çərçivəsi müəyyənləşdirilməyibsə, həmin qrupda hər kəs istədiyi xəbəri, istədiyi fikri (təbii ki, təhqir olmadan-A.H) paylaşmaqda azaddır. Bu azadlığı isə heç kim məhdudlaşdıra bilməz. Əgər hər hansı bir “Faceebok” istifadəçisi üzv olduğu qrupda haqsız olaraq hər hansı formada məhdudiyyətə tuş gəlirsə onun haqqı var ki, “Faceebok”un müvafiq xidmətindən istifadə edərək, şikayətini bildirsin. Belə şikayətin sayı çox olduğu halda həmin qrupla bağlı “Faceebok” adminləri, yəni inzibatçıları tədbir görür və bu məsələ hətta qrupun bağlanmasına qədər gedib çıxa bilər. Yəni, azadlıqdan, sərbəst fikrin ifadəsindən söhbət gedirsə açıq qruplarda, həmin qrupların açıq şəkildə bəyan edilmiş qaydalarına zidd hərəkət etmədikcə heç bir qrup üzvünə məhdudiyyət tətbiq edilə bilməz.
- Əgər kimsə iddia edirsə ki, mən “Faceebok”da ictimai müzakirə aparıram və bunun əksinə olaraq, ictimai adlandırdığı müzakirəni qapalı aparırsa, bu ümumiyyətlə demokratiyaya, söz azadlığına nə dərəcədə uyğundur?
- Təbiidir ki, ictimai müzakirədən söhbət gedirsə, bunun mahiyyəti artıq adındadır. İctimai o deməkdir ki, bu cür müzakirələr mütləq şəkildə ictimaiyyətin iştirakı ilə və ictimaiyyətə açıq şəkildə aparılmalıdır. Əgər kimsə “Facebook”da qapalı bir qrup yaradıb ictimai müzakirə təşkil etdiyini iddia edirsə, bu, əslində, ictimai sözünün fəlsəfəsindən uzaq düşmək deməkdir. Yəni, ictimai o deməkdir ki, açıqdır, hər kəs, ümumiyyətlə, ictimaiyyət burda iştirak edə bilər və etmək də haqqıdır. Əgər bu haqq tanınmırsa, bu haqq məhdudlaşdırılırsa, təbiidir ki, artıq sözlə əməl üst-üstə düşmür. Bu, həm də insan haqlarının pozulması kimi də dəyərləndirilə bilər. çünki ictimai müzakirələr  cəmiyyətin heç bir üzvünə qapalı olmamalıdır. Eyni zamanda, haqqında müzakirə gedən hər hansı bir şəxs, siyasi qurum, yaxud da hər hansı bir vahidlə bağlı orada müzakirələr aparılırsa, qarşı tərəfin özünü ifadə etməsinə haqq tanınmalıdır. Yəni, istənilən vaxt həmin şəxs və ya siyasi qrup orada iştirak edib, öz mövqeyini bildirmək haqqına malikdir.
- Bəs, açıq qruplara üzvlüklə bağlı müraciətlərin cavablandırılması üçün konkret vaxt varmı? Yəni, bunun proseduru necədir?
- Əslində, bu da bir etik məsələdir. Yəni, əgər həmin qrup aktivdirsə, orada müzakirələrə gedirsə, qrupa müraciət edən şəxsin müraciəti həmin qrupun ana səhifəsində dərhal gözə çarpır. Qrupun inzibatçıları həmin şəxsin üzvlük müraciətini təsdiqləyə bilərlər. Yəni, qrupların inzibatçıların üzvlüyə müraciət etmiş şəxsi görməməsi mümkün deyil. Eyni zamanda, görərək təsdiqləmirlərsə, artıq bu “Faceebok”un mahiyyətinə zidd bir hərəkətdir.
- ümumiyyətlə, bir şəxs neçə ad altında “Facebook”da qeydiyyatlan keçə bilər? Bunun bir məhdudiyyəti varmı, yoxsa...
- Məsələ bundadır ki, “Facebook”un siyasətində saxta adlar altında qeydiyyatdan keçmək yasaqdır. Yəni, hər kəs öz fiziki kimliyi ilə, öz adı və soyadı ilə oradan qeydiyyatdan keçməlidir. Saxta ad altında qeydiyyatdan keçmək yolverilməzdir, qeyri-etikdir. Lakin bəzi adamlar çoxsaylı saxta adlarla qeydiyyatdan keçirlər və hətta belə demək mümkünsə siyasi müzakirələrdə bir növ ortalığı qarışdırmaq üçün müxtəlif təxribatlara əl atırlar.
- Əgər siz deyən kimi bu cür çoxsaylı saxta adlarla qeydiyyatdan keçmək təcrübəsi varsa, o zaman guya çoxsaylı üzvlərinin olduğunu iddia edən həmin qapalı qrupların yaradıcılarının da bu “metod”dan yararlandıqlarını demək olarmı? Yəni, mümkündürmü ki, həmin qruplar, əslində, real olaraq 10, yaxud 20 üzvə malikdirlər. Sadəcə saxta adlar hesabına bu onluq və ya iyirmilik “çoxaldılıb”?
- Tamamilə mümkündür. O mənada ki, eyni adam oturub müxtəlif adlar altında “Facebook”da özünə 20-30 hesab aça bilər. Həmin 20 saxta adın 20-ni də öz qrupuna əlavə edə bilər. Beləliklə, tutaq ki, bu cür 100 nəfərlik şəbəkə bir gündə guya 2000 nəfəri qrupa üzv edə bilər. Amma əslinə qalanda həmin qrupda real olaraq cəmi həmin 100 nəfər olur. Bu şişirtmədir və bəziləri bununla iddia etmək istəyirlər ki, guya çox böyük qruplar yaradıblar. Lakin bu istənilən halda heç bir insana başucalığı gətirən hərəkət deyil.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30