Novruz Məmmədov: Avropa Parlamentinin üzvlərinin kiçik bir qrupu qərəzli mövqe tutub
15.09.2012 [16:38]
- Novruz müəllim, Avropa Parlamentinin Ramil Səfərovla bağlı mövqeyinə münasibətiniz necədir?
- Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycan öz mövqeyini artıq bildirib və bunun bir daha təkrar olunmasına ehtiyac yoxdur. Bu proses beynəlxalq hüquqa və Azərbaycan konstitusiyasına tam uyğun həyata keçirilib. Prosesə aid qanunvericilik ilə tanış olan hər kəs bunu yaxşı bilir.
Adamda elə təəssürat yaranır ki, Aİ Parlamentində Avropa Xalq Partiyasının rəhbərlik etdiyi bir qrup parlamentarın (754 deputatdan 40-ı) daha heç bir başqa işi yoxdur, oturub gözləyirlər ki, Azərbaycanla bağlı bir hadisə baş versin, onlar da tez-tələsik yığışıb sərt mövqe bildirsinlər. Sanki, bir necə ildir Avropanın bir sıra ölkələrinin böhran içərisində çabalaması, işsizlik, iqtisadiyyatın çökməsi və s. bu kimi problemlər bu parlamentarlara aid deyil. Hər şeyi belə yaxşı bilirsinizsə, o işlərlə məşğul olun, öz ölkələrinizin seçicilərini razı salın. Birinci gündən 6-cı günə, səhərdən axşama kimi küçələrdə etiraz aksiyası keçirirlər. Onlarla rəftar isə göz qabağındadır. Görəsən, onların yaşamaq, işləmək və s. hüquqlarını pozanlar kimlərdir?
Məsələ bundadır ki, bu parlamentarlar Azərbaycan ərazilərinin işğal altında qaldığı 20 ildən artıq müddətdə heç olmasa bir dəfə beynəlxalq hüququ Azərbaycan üçün də xatırlayıb BMT TŞ-nin 4 qətnaməsinin bu gün də yerinə yetirilməməsini qeyd etsəydilər, onların ədalətli, qərəzsiz olmalarına azacıq da olsa inam qalardı. Avropa İttifaqında bəzi dairələr başa düşmək istəmirlər ki, müxtəlif ölkələrdə ictimai rəyə saymamazlıq göstərməklə səhv edirlər. Son günlər Ramil Səfərovun ekstradisiyası ilə bağlı danışmayan, yazmayan KİV nümayəndəsi, jurnalist qalmadı, sanki bu hadisə planetdəki proseslərə təsir edəcək ən mühüm hadisədir. Bunun da bir səbəbi var: bir gənc, dünyəvi müsəlman dövlətinin beynəlxalq münasibətlərin ən mühüm sahələrində böyük nailiyyətlər qazanması, daxili siyasətdə mühüm uğurlar əldə etməsi, qeyd etdiyimiz kimi, bir sıra dairələrin ürəyindən deyil, bunu həzm edə bilmirlər.
İndiyə qədər - erməni terrorçularının həm dünyanın müxtəlif ölkələrində (ABŞ-da, Fransada və s.), həm də Azərbaycanda törətdikləri terror aktları, ekstradisiya hadisələri ilə bağlı bir söz də deməyiblər. Bunu necə başa düşmək olar? Müasir tarixə nəzər salın. Ötən XX əsrdə erməni terrorçuları, daşnaklar və ASALA təşkilatı yüzlərlə terror aktı törədib, yüzlərlə insan, diplomat, siyasi xadim və b. qətlə yetiriliblər. Tədqiqat aparın, Avropa Parlamenti və yaxud, hansısa beynəlxalq və ya regional təşkilat bir mövqe bildiribmi? Yox, bildirməyiblər, bunu etməyi lazım bilməyiblər. Amma Azərbaycanla bağlı bildirdikləri mövqelərin sayı-hesabı yoxdur. Sanki yatanda da yuxularında Azərbaycanı görürlər.
Əgər parlamentin bu məsələdə fəallıq göstərən yuxarıda qeyd etdiyimiz üzvləri belə ədalətlidirlərsə, beynəlxalq hüquqa hörmət edirlərsə qoy bircə dəfə 20 ildən artıq erməni işğalı altında qalan 7 rayon haqqında bir ədalətli qətnamə qəbul etsinlər. Bu ərazilərə ermənilərin heç bir iddiası yoxdur və ola bilməz. Axı bu rayonlardan 750 min insan məcburi köçkünə çevrilib. Onların hüquqları yoxdur?
Hansı hüquqi əsasla ermənilər bu rayonları 20 ildən artıq işğal altında saxlayırlar və oralarda hər şeyi dağıdıblar. Bu beynəlxalq hüquq predmeti deyil? Ancaq həmin deputatlar bu məsələ ilə bağlı özlərini kor və kar kimi aparırlar. Nə üçün belə edirlər. Bir izahat verib mövqe bildiriblərmi?
Əgər həmin deputatlar belə ədalətlidirlərsə qoy onda Anders Breyvikin törətdiyi terror aktına, onun yazdığı və təbliğ etdiyi ideologiyaya düzgün qiymət verib, onun törətdiyi qətliama görə hər ölüm hadisəsi üçün 3 ay həbs cəzası verilməsinə mövqe bildirsinlər. Nə üçün bunu etmirlər? Amma Azərbaycanla bağlı ayda bir dəfə yığışmaq üçün fürsət axtarırlar. Göründüyü kimi, qərəzli yanaşma göz qabağındadır. Nə qədər Azərbaycanın müxtəlif təşkilatlar qarşısında və ya çərçivəsində öhdəliklərindən danışmaq olar? Bəs bu təşkilatların, qurumların və dövlətlərin özlərinin yaratdıqları beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yoxdur? Axı beynəlxalq hüququ yaradanda onun başdan-başa öhdəlik olduğunu bilirdilər. Necə olur, bu öhdəliklər onlara aid deyil? Yoxsa öhdəliklərlə neçə istəyirlər rəftar etmək öhdəliyini öz üzərlərinə götürüblər?
Və nəhayət, Ramil Səfərov hadisəsi ilə bağlı bir mövqeni tez-tez tutuquşu kimi təkrar edirlər. Guya regionda gərginliyin azalmasına və barışığa mane olan elə bu hadisədir. Axı 20 ildən artıq gedən proseslərə bu dərəcədə yanlış yanaşmaq olmaz. Bəs ötən 20 ildə gərginliyin azalmasına, barışığa mane olan nə idi? Azərbaycanın əraziləri işğal altında deyilmi? Bunu heç kim görmək və mövqe bildirmək istəmir? Bu dərəcədə qərəzli olmaq nə deməkdir? Bu suala cavab verən tapılarmı?
Təəssüflər olsun. Çünki belə mövqelər, belə yanaşmalar müxtəlif problemlər yaradır. Bu da göz qabağındadır. Dünyada baş verən hadisə, proseslərə ədalətli mövqedən yanaşmamaq çox fəsadlara səbəb ola bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

