“Onların səsi var ki, oğurlansın da?!”
12.10.2012 [11:34]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının “Qafqazinfo”ya müsahibəsi:
- İctimai Palata oktyabrın 13-də Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti onlara 20-ci sahədə mitinq keçirmələrinə razılıq verib. Sizcə, müxalifətə istədikləri məkanda mitinq keçirməyə nə üçün icazə verilməyib?
- Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı var və bu qanuna əməl etmək hamımızın borcudur. Həmin qanuna görə, respublikanın istənilən yerində bu və ya digər kütləvi aksiyalar keçirilməsi ilə bağlı icra hakimiyyətinə məlumat verilməli və icra hakimiyyətinin razılığı ilə kütləvi aksiya keçirilməlidir. Bu, beynəlxalq normalara uyğun bir qaydadır. Çünki istənilən ölkədə kütləvi aksiyalar icra hakimiyyəti tərəfindən nizamlanır. Kütləvi iğtişaşların yaranmaması, vətəndaşların mülkünə, sağlamlığına ziyan vurulmaması üçün mitinqlərin keçiriləcəyi məkana nəzarət etmək lazımdır. Bakı Şəhər İcra Hakimiyyəti də həmin qanuna istinad edərək müraciətlərə baxır, müvafiq yerlər təklif edir. Bakının ayrı-ayrı ərazilərində bununla əlaqədar yerlər müəyyən edilib. Müxalifətin radikal qanadı kütləvi aksiya keçirmək istəyir və onlara təklif olunan ərazi heç də Milli Məclisdən uzaq bir məkan deyil. Biri - 20-ci sahə Milli Məclisə ən yaxın ərazilərdən biridir. Ümumiyyətlə, aksiyalar qanunla tənzimlənir. Əgər istəməyib, qeyri-qanuni kütləvi aksiyalara rəvac versələr, bunun qarşısı hər yerdə olduğu kimi, Azərbaycanda da alınacaq.
- Bu gün yayılan məlumatlara görə, aksiya iştirakçıları başqa bir məkanda dinc və sivil yolla parlamenti istəmədiklərini ifadə edəcəklər. Mitinqi oktyabrın 20-si saat 15-də Fəvvarələr Meydanında keçirməyi düşünürlər. Buna münasibətiniz necədir?
- Müxalifət nümayəndələri Fəvvarələr Meydanında kütləvi aksiya keçirməyə cəhd göstərsələr, Bakı Şəhər İcra Hakimiyyətinin təklifindən kənara çıxaraq bu cür inadkarlıq etsələr, mən hesab edirəm ki, hüquq-mühafizə orqanları tam qanuni şəkildə bu aksiyanın qarşısını alacaq. Qanun hamı üçün alidir, hamı üçün eynidir. Qanunda hər hansı bir şıltaqlığa yer yoxdur.
- Necə hesab edirsiniz, müxalifətin aksiya keçirməkdən başqa etiraz forması varmı?
- Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə qadağa yoxdur. Siyasi partiyalar, ictimai qurumlar, cəmiyyətdə yaradılmış ayrı-ayrı qruplar qanun çərçivəsində bunu edə bilərlər. Hesab edirəm ki, müxalifətin radikal qanadının kütləvi aksiya keçirmək üçün kifayət qədər sosial dayağı yoxdur. Biz bunu əvvəllər də görmüşük, indi də müşahidə edirik. Müxalifətin radikal qanadının əhalinin böyük hissəsinin bilavasitə toplaşdığı, istirahət etdiyi ərazilərdə kütləvi aksiya keçirmək istəyi bu aksiyada tamaşaçı rolunda çıxış edən insanları iştirakçı kimi göstərmək məqsədi daşıyır. Fəvvarələr Meydanı bu gün Bakının ən gözəl istirahət məkanlarından biridir və bütün saatlarda, xüsusilə günorta saatlarında burada insanların kütləviliyi müşahidə olunur. Məhz o saatlarda orada kütləvi aksiya keçirmək hansı məntiqə uyğun gəlir? Müxalifət Fəvvarələr Meydanında iğtişaş yaradarsa, buna cavabdehlik daşımalıdır. Cavabdehlik də onlarda heç vaxt olmur. Düşünürəm ki, bu cür yerlərdə kütləvi aksiyalar keçirmək olmaz. Bu cür aksiyalara, bəlkə də, o qədər də ehtiyac yoxdur.
- Qanunda “aksiyanı Milli Məclisin qarşısında və ya Fəvvarələr Meydanında keçirmək olmaz” deyə bir maddə yoxdur. Müxalifətə istədikləri məkanda aksiya keçirməyə icazə verilmədiyi üçün, bəlkə, məhz Fəvvarələr Meydanını seçiblər. Axı Milli Məclisin qarşısında keçirsələr, nə olacaqdır ki?
- Kütləvi aksiyaların keçirilməsini qanun tənzimləyir. Mən hesab edirəm ki, siyasi aksiyalar müvafiq yerlərdə keçirilməlidir.
- Axı onlar aksiyanı sakit bir məkanda keçirsələr, həmin yürüşün nə əhəmiyyəti olacaq? Bəlkə, icazə verilmədiyi üçün radikallaşırlar?
- Müxalifətin məkandan asılı olmayaraq, hər bir aksiyanı ictimaiyyətə çatdırmaq imkanları kifayət qədər böyükdür. 20-ci sahədə keçirilən aksiyanı lazımı səviyyədə təşkil edə bilsələr, elə oradan online sistemi ilə də hər dəqiqəsini yayımlaya bilərlər. Onsuz da onların əvvəllər də məhdud sayda olan üzvlərinin toplaşdığı aksiyaları elə müxtəlif internet saytları, radiostansiyalar tərəfindən yayımlanırdı. Bunun yayılması problemi yoxdur. Burada söhbət onlara icazə verilməyəndə radikallaşmaqdan getmir. Sadəcə olaraq onlar həmişə radikallıq nümayiş etdiriblər və məqsədləri heç də fikirlərini ictimaiyyətə çatdırmaq deyil, qarşıdurma yaratmaqdır. Qarşıdurma yaradıb, mövcud olduqlarını nümayiş etdirmək istəyirlər. Yəni ki, biz də varıq, fəaliyyətdəyik. Müəyyən dairələrə mesajlar çatdırmaq istəyirlər ki, biz Azərbaycanda hansısa işləri görə bilərik. Müxalifətin sosial dayaqları, ideaları yox səviyyəsindədir və fəaliyyətləri də antimilli xarakterlidir.
- Ümumiyyətlə, müxalifətin bu mitinqdəki tələbləri ilə razılaşırsınız?
- Onların parlamentin buraxılması ilə bağlı müxtəlif fikirlərini eşitmişəm və təəssüf edirəm ki, bu adamlar özlərini normal siyasətçi hesab edirlər. Azərbaycan parlamentinin heç özü özünü buraxması haqqında da konstitusiyada müddəa əks olunmayıb. Azərbaycan prezident idarə üsullu respublikadır. Parlament seçilir və müddəti başa çatana qədər fəaliyyət göstərir. Azərbaycanda parlamenti buraxmaq çağırışının arxasında real olmayan, qeyri-ciddi, siyasi və hüquqi baxımdan savadsız bir təklif dayanır. Birincisi parlament niyə buraxılmalıdır? Parlament legitimdir, fəaliyyət göstərir. Əgər parlamentin bir üzvü nöqsana yor veribsə, onunla əlaqədar cinayət işi qaldırılıbsa, istefaya gedibsə, bunu bütün parlamentə şamil etmək doğru deyil. Bu qədər də absurd, cəfəng iddia olmaz axı. Ona görə də, biz hesab edirik ki, bu iddianın heç bir əsası yoxdur. Azərbaycan parlamentinin fəaliyyəti kifayət qədər normal, cəmiyyətin tələblərinə uyğun şəkildə davam edir. Bir və ya iki nəfər parlament üzvünün törətdiyi əməli ümumiləşdirərək, parlamenti gözdən salmağa cəhd göstərmək etik və siyasi baxımdan yolverilən deyil.
- Müxalifətin həmişə parlamentin buraxılması ilə bağlı tələbi olub. Bəlkə, Gülər Əhmədova ilə bağlı son olay bunu bir az daha kəskinləşdirdi?
- Ümumiyyətlə, Azərbaycan müxalifətinin ən böyük bədbəxtliyi ondan ibarətdir ki, onlar hər şeyi qara rəngdə görmək istəyir. Seçkilərdə uğursuzluğa düçar olurlar günahı bizdə görürlər. Bu və ya digər hadisədən milli baxımdan maraqlarımıza zidd istifadə etməyə çalışırlar. Parlamentlə əlaqədar bu cür səhv fikirlər söylənilir. Bu gün Azərbaycanın siyasi palitrası tam təmin olunub. Parlamentdə çox layiqli deputatlarımız var və parlament öz öhdəsinə düşən vəzifəni yerinə yetirməkdədir.
- Gülər Əhmədova məsələsindən bəhs etmişkən istəyirəm ki, bir az da bu mövzu ilə bağlı söhbət edək. Sabiq millət vəkili Yeni Azərbaycan Partiyasından nə vaxt uzaqlaşdırılacaq?
- Gülər Əhmədova törətdiyi əmələ görə partiyanın parlamentdəki üzvlüyündən istefa verib və hazırda partiyanın sıravi üzvdür. O, partiyanın Yasamal rayon təşkilatında qeydiyyatdadır. Yəqin ki, bu günlərdə partiyanın Yasamal rayon təşkilatı onun çıxış məsələsinə baxacaq. Çıxış üçün Nizamnamə tələbləri var və həmin qaydalara uyğun da hərəkət ediləcək.
- “Gülər Əhmədovanın rüşvət videosu” yayılanda millət vəkillərimizin çoxu mövqeyini bildirməmişdi. Bu haqda danışanlar isə elə də sərt fikirlər səsləndirmirdilər. Lakin bir neçə gündür mətbuatda bəzi millət vəkilləri Gülər Əhmədovanın ünvanına kəskin ifadələr səsləndirirlər. Sizcə, bu cür dəyişikliyin səbəbi nədir?
- Həmin hadisədən dərhal sonra Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun məlum bəyanatı səsləndirildi. Yəni YAP bu hadisəyə dərhal reaksiya verib. Əli Əhmədovun səsləndirdiyi fikirlərlə partiyanın mövqeyini ifadə edib. Eyni zamanda partiyanın digər üzvləri də bu hadisəni qınayan açıqlamalar veriblər. Lakin partiyanın ayrı-ayrı funksionerlərinin son günlər belə sərt çıxışlarına səbəb isə Gülər Əhmədovanın növbəti səhv hərəkətinə münasibətdən irəli gəlir. Məlumdur ki, Gülər Əhmədova öz facebook səhifəsində ünvansız şeir yazıb və “Yeni Müsavat” qəzeti də bunu öz anladığı şəkildə təhlil edib. Mən bilmirəm bu onların arasında razılaşmış bir şəkildə baş verib ya yox, bu onların biləcəyi bir işdir. Sadəcə olaraq millət vəkillərinin partiyanın Sədr müavini ilə bağlı səslənən fikirlərə qarşı olan reaksiya idi.
- Müxalifət parlamentə düşə bilmədiyi üçün hakimiyyəti ittiham edir.
- Onları biz seçmirik axı, xalq seçir. Xalqın dəstəyini qazanmayan adam parlamentə necə seçilə bilər? Bunu hakimiyyət müəyyənləşdirmir. Hazırda parlamentdə kifayət qədər müxalifət partiyalarının təmsilçiləri var. Onlar müxalifəti təmsil edirlər, beynəlxalq təşkilatlarda fikirlərini bildirirlər. Biz plüralizmin tərəfdarıyıq. Radikal qanadın parlamentə düşə bilməməsinə səbəb özünü cəmiyyətdə tamamilə iflasa uğratmasıdır. Onların fəaliyyətinə seçicilər dəstək vermir.
- Müxalifət səslərinin oğurlandığını iddia edir...
- Onların səsi var ki, oğurlansın da?! Olmayan səsi necə oğurlamaq olar? Kim səs verir ki onlara? Cüzi səs alıblar, o səslərin də hesabına parlamentə keçmək mümkün deyil.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

