YAP rəsmisi Söyün Sadıqova yerini göstərdi
01.12.2012 [14:05]
Siyavuş Novruzov: Get alverinlə məşğul ol
Sentyabrın 28-də Rusiyada təsis edilən Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) yaranan zaman bəyan edildi ki, əsas məqsəd Rusiyada fəaliyyət göstərən təşkilatların koordinasiyasını təşkil etməkdir. Bununla yanaşı qeyd olunurdu ki, təşkilatın niyyəti həm də azərbaycanlıların Rusiyanın siyasi həyatına daxil olmasını təmin etməkdir. Sonradan fərqli bir prosesin şahidi olduq. ÜATİ ermənilərlə azərbaycanlı “ziyalıların” görüşünü təşkil etdi. Həm də maraqlıdır ki, görüşdə Ermənistan tərəfini Dünya Erməniləri Konqresinin rəhbərliyi təmsil edirdi. Bu təşkilat isə Azərbaycana qarşı ən sərt mövqe sərgiləyən bir qurumdur. Mövzu ilə bağlı SİA-nın suallarını Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov cavablandırıb.
- Siyavuş müəllim, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti yenə də gündəmdədir. Ən önəmlisi isə budur ki, təşkilat bu günə qədər əsas məqsədlərini tam açıqlamır, əsas qayəsi bəlli deyil. Sizcə bütün bunlar ortada böyük ziddiyyətlərin olduğunun göstəricisi deyilmi?
- Azərbaycanla Rusiya arasındakı yaxşı münasibətlər var, rusiyalı gənclərlə azərbaycanlı gəncləri arasında əlaqələr qurulur, Azərbaycan mədəniyyəti bu ölkədə təmsil olunur, Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirilir, ümumilikdə bütün sahələrdə geniş şaxəli əməkdaşlıq olunan bir zamanda ortaya belə təşkilat formasının çıxmasının heç bir lüzumu yoxdur. Bu təşkilata toplaşan insanlar bu və ya digər şəkildə sahibkarlıqla, bizneslə məşğul olan adamlardır. Onlarınsa ümumilikdə fəaliyyətləri dövrünə nəzər salsaq görərik ki, biri digəri ilə ömrü boyu bir masa ətrafında oturan insanlar deyil. Bəs maraq nədən ibarət oldu ki, birdən-birə onlar toplaşıb Azərbaycan haqqında düşünməyə başladırlar? Halbuki, onların heç biri Azərbaycanda təhsil aldıqları orta məktəblərin təmirində, yenidən tikintisində belə iştirak etməyib. Bəs qəfil Azərbaycan məhəbbəti nədən ortaya çıxdı? Bunlar hamısı bəlli məsələlərdir. Xüsusilə o təşkilatda özünü “ağsaqqal” kimi aparan, rəhbərlik etmək istəyən, hətta adı, soyu bəlli olmayan “Söyündü”, yoxsa “Soyundu” bilmirəm, bu adamın üzünə baxanda aydın olur ki, təzəcə bazardakı piştaxtanın arxasından çıxıb iddia edir ki, mən təşkilatın rəhbəriyəm və ermənilərlə danışıqlar aparır. Ondan soruşmaq lazımdır ki, sən kimsən və sənə bu səlahiyyəti kim verib? Birincisi, sən Azərbaycan vətəndaşı deyilsən, Gürcüstan, daha sonra Rusiya vətəndaşı olubsan. Eyni zamanda yoxlamaq lazımdır ki, o doğrudan da azərbaycanlıdır, yoxsa yox. İkinci bir tərəfdən onun internet saytlarındakı danışıqlarına, müsahibələrinə baxanda, qulaq asanda hər bir azərbaycanlı xəcalət çəkir ki, ermənilərin qarşısında Azərbaycanı özbaşına gör kimlər təmsil edir. Azərbaycanın Rusiyada kifayət qədər tanınmış, nüfuzlu akademikləri, alimləri, ziyalıları var. Bir müddət əvvəl Azərbaycandan, eləcə də Rusiyada yaşayan bizim tanınmış ziyalılardan ibarət nümayəndə heyəti Dağlıq Qarabağda oldu, oradan bir qrup erməni Azərbaycana gəldi və bu danışıqlar aparılır. Təbii ki, bu insanlar həm vətənpərvər, həm intellekt səviyyəsi yüksək, həm də dünyagörüşünə malik ziyalılardır. Simasına baxanda başı başdan çox “xaşa” oxşayan bir bazar alverçisi Azərbaycan haqqında, işğal olunmuş əraziləri, gələcək taleyi haqqında danışır. Nə təhsili, səviyyəsi, dünyagörüşü, nə də danışıq tərzi, görüntüsü imkan vermir ki, bu adam Azərbaycanı təmsil etsin. Yəni belə ünsürlər Azərbaycanın adına xələl gətirir. Digər bir tərəfdən onun müsahibələrinə qulaq asanda bu adamın dünyadan, siyasətdən nə qədər uzaq olduğu ortaya çıxır. Bəlli olur ki, onun ipi kiminsə əlindədir və ortalıqda oynadır. Bu cür də azərbaycanlılara hörmətsizlik edir. Bütün bunların nəticəsi olaraq onun ətrafında olan insanlar artıq bu gün bəyanat verib təşkilatdan uzaqlaşırlar və bu proses hələ davam edəcək. Məsələn, Gürcüstanla bağlı müsahibəsində deyir ki, Putinlə Saakaşvilinin münasibətləri pis olduğuna görə, bu gün Rusiya Gürcüstana qarşı bu təzyiqləri edir. Bu cür məntiqsiz fikir, iddia, danışıq olarmı? Və yaxud ermənilərlə danışır ki, biz oturub sizinlə kabab yeyəcəyik, vədlər verir və s. Bu qədər səviyyəsizlik olarmı? Sən kimsən, səni buna kim təhkim edib. Azərbaycan xalqı, ictimaiyyəti sənə mandat verməyib, ümumiyyətlə, Azərbaycanda səni tanıyan yoxdur. Kimsən, nəçisən? Bəllidir ki, bazar alverçisisən. Sənin başqa bir adın yoxdur. Get alverinlə məşğul ol. O adamlar indiyə qədər hansı imkansız azərbaycanlının təhsil haqqını ödəyib və ya xəstə birinə yardım göstəriblər? Neçə azərbaycanlının irəli çəkilməsində iştirak ediblər, dayaq olublar? Heç kimin. Oradakı azərbaycanlıları qul kimi işlədirlər və digərlərindən fərqli olaraq daha aşağı əməkhaqqı verirlər. Bununla da Rusiya dövlətinə deyirlər ki, biz burada iş yerləri yaratmışıq, işçi qüvvəsi gətirmişik və ucuz işçi qüvvəsi kimi azərbaycanlılardan istifadə edirlər. Ona görə də bunların Azərbaycan haqqında danışmaqları, hər hansı bir fikirləri saxtadır, sadəcə bir oyun qurmaq istəyirlər, ancaq bu oyunun da heç bir nəticəsi olmayacaq.
- İddialara görə, Rusiyanın Dağlıq Qarabağla bağlı hansısa yeni niyyəti var və bunu məhz bu təşkilatın vasitəsi ilə reallaşdırmağa çalışır. Bu nə dərəcədə reallığa uyğundur?
- Təbii ki, ermənilərin, Daşnaqsutyun Partiyasının mövqelərini, maraqlarını müdafiə edən, Dağlıq Qarabağ münaqişəsinin başladan və ona təməl qoyan, izdivac və dəstək verən insanlar regionda baş verən hadisələri dərk edirlər. Ermənistan çıxılmaz bir vəziyyətdədir, onu düşdüyü bu vəziyyətdən çıxarmaq istəyirlər. Bu vasitələrlə də, yəni Söyün kimiləri (bağça müəllimi onun yanında professordur) guya Azərbaycan ictimaiyyətinin nümayəndəsi kimi təqdim edib və bu cür qələmə verirlər ki, cəmiyyət danışıqlara hazırdır, sadəcə olaraq bu məsələni həll etmək lazımdır. Bundan isə bir təzyiq metodu kimi istifadə etmək istəyirlər. Lakin aydın məsələdir ki, Azərbaycan xalqı da, prezidenti də öz milli maraqlarımızı qoruyur. Ölkə prezidentinin dəfələrlə bəyanatlarında səsləndirdiyi kimi “Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir məsələ həll oluna bilməz”.
- Qurumun fəaliyyətində diqqəti cəlb edən başqa bir məsələ isə artıq onların Azərbaycanda da fəaliyyətə başlama cəhdlərinin olmasıdır. Halbuki, yaranan zaman bəyan edilmişdi ki, onların fəaliyyəti Rusiya daxilində olacaq və ölkədaxili siyasi proseslərə qarışmayacaqlar. İndi isə bunun tam əksini görürük. Maraqlıdır, bəs onların Azərbaycan daxilindəki fəaliyyətləri nə ilə sona çata bilər?
- Bilirsiniz, Azərbaycanın daxilində də onların əlaltıları var. Bir qrup müxalifət partiyaları onlardan nə isə qoparmaq üçün artıq onlara əlaltılıq etməyə başlayıblar. Öz bəyanatlarını da veriblər ki, biz əlaltı olmağa hazırıq və s. Onların Rusiyadakı fəaliyyəti yalnız oradakı azərbaycanlıları qul kimi işlətməkdir. Rusiyadakı azərbaycanlıların heç bir hüququnu onlar müdafiə etmir. Hansısa hüquq-mühafizə orqanlarında, məhkəmədə hüquqları qorunub? Yaxud bir azərbaycanlının qətlə yetirilməsi faktı üzrə cinayət işinin üstünün açılmasında köməklikləri olub? Azərbaycanlılardan sadəcə ucuz işçi qüvvəsi kimi istifadə edirlər. Qalan hallarda isə onların maraqları sırf Azərbaycandadır və burada ara qarışdırmalarla məşğul olmaq istəyirlər. Məqsəd bəlli olandan sonra isə bir qrup artıq ondan imtina edib, bəzi əlaltılar da ortada qalıb.
- Beləliklə demək olarmı ki, yaradılan yeni qurum özlüyündə müəyyən təhlükə gücünə sahib deyil?
- Qəti şəkildə sahib deyil. Dəfələrlə qeyd etmişik ki, Azərbaycanda istənilən məsələnin taleyini xalq həll edir. Azərbaycan xalqı, dövləti və prezidenti ilə birdir, ölkədə gedən bütün islahatları dəstəkləyir. Bu istiqamətdə də hansı dövlətin hansı oyunu qurmasından asılı olmayaraq Azərbaycan xalqı öz yolu ilə gedir və xalqın, dövlətin maraqları prezidentimiz tərəfindən qətiyyətlə müdafiə olunur.
- Şərti olaraq “Milyarderlər ittifaqı” adlandırılan təşkilatın fəaliyyəti, Rusiyanın Azərbaycandakı səfirinin bu yaxınlarda Zaqatala bölgəsinə gedib orada bəzi şəxslərlə görüşməsi, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi adlı qurumun yaradılması, bütün bunlar bir təsadüfdürmü, yaxud bir-biri ilə əlaqəli proseslərdir?
- Bunlar hamısı bir mərkəzdən idarə olunan məsələdir. Belə bir atalar məsəli var: “Xoruzun quyruğu yavaş-yavaş görünür”. Kim hansı təşkilata işləyirsə artıq ortaya çıxır. Kimin ipi hansı dövlətin, hansı kəşfiyyat orqanını əlindədirsə, artıq məlumdur. Azərbaycanda da özünü ziyalı adlandıran, əslində ziyalılıqdan xəbəri olmayan bir qrup insan da kimliyini büruzə verdi. Artıq öz kartlarını açdı ki, hansı qüvvələrə xidmət edir. Təbii ki, Azərbaycanda etnik problem yoxdur. Çünki ölkədəki bütün xalqlar bərabər səviyyədə yaşayır. Azərbaycan Konstitusiyası ilə onların hüquqları təsbit olunub. Onların mədəniyyət mərkəzləri, cəmiyyətləri fəaliyyət göstərir, kitabları çap olunur, telekanallar vasitəsilə mütəmadi olaraq adət-ənənələri, o cümlədən folkloru ilə bağlı verilişlər yayımlanır. Yaxşı bir filoloq lazımdır ki, gəlsin bunu aydınlaşdırsın ki, “Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” nə deməkdir? Erməni budaq cümləsi yazıb ortaya atıblar. Onun adından məqsədi, məramı görünür. Bu birlikdirsə demokratiyanın, qeyri-demokratiyanın məsələyə nə aidiyyəti var. Bu siyasi partiya deyil. Talış Birliyi, talış mədəniyyət mərkəzi, talış icması, ictimaiyyəti kimi uyğun ad tapıb qoymaq olardı. Gör nə qədər dayaz düşüncəli insanlardır ki, hətta ad müəyyənləşdirəndə normal ad tapmayıblar. Onların məqsədi bölgədəki sosial problemlərlə məşğul olmaqdırsa, son 9 ildəki statistikaya baxsınlar.
Təkcə 2003-2012-ci illər ərzində ölkə prezidenti İlham Əliyev Cənub zonasına 32 dəfə səfər edib. Həmin müddət ərzində Lənkəran şəhərində 1 Olimpiya Kompleksi, Gənclər Mərkəzi tikilib. 24 yeni məktəb binası şagirdlərin istifadəsinə verilib, 2 məktəb və 1 uşaq bağçası tikilməkdə davam edir. Heydər Əliyev Mərkəzi, Dəmiryol vağzalı, 5 istirahət mərkəzi, 2 səhiyyə ocağı, inşa olunub. 77 əlil və müharibə veteranı mənzillə təmin olunub. 4 istehsal sahəsi yaradılıb. Ötən 9 il ərzində Astara rayonunda 1 Olimpiya Kompleksi, Gənclər Mərkəzi, 5 istirahət mərkəzi, Avtovağzal, Heydər Əliyev Mərkəzi tikilib. 20 təhsil ocağı istifadəyə verilib, 10 məktəbin tikintisi davam edir. 4 istehsal sahəsi fəaliyyətə başlayıb.
Ümumilikdə son 9 il ərzində Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Lerik, Masallı və Cəlilabad rayonu üzrə 5 olimpiya kompleksi, 3 gənclər mərkəzi, 187 məktəb, 7 uçaq bağçası, 45 istirahət mərkəzi, 4 soyuducu anbar, 4 səhiyyə ocağı, 7 Heydər Əliyev Mərkəzi, 5 avtovağzal, əllilər və müharibə veteranları üçün 414 mənzil tikilərək istifadəyə verilib. 39 təhsil ocağının, 1 uşaq bağçasının inşası davam etdirilir. Bu illər ərzində Cənub bölgəsində işsizliyin aradan qaldırılması məqsədilə isə 43 istehsal sahəsi yaradılıb. Bu gün respublikamızın hər yerində olduğu kimi Cənub bölgəsində də yolların təmir və tikintisi diqqət mərkəzindədir. 2012-ci il iyun ayının 8-də cənab Prezident İlham Əliyevin “Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı əsasında qırx min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun tikintisi məqsədi ilə Lənkəran şəhər İcra Hakimiyyətinə 4 milyon manat vəsait ayrılıb. Artıq yolların əsaslı təmiri və yenidən qurulmasına başlanılıb.
Ölkə Başçısının 18 avqust 2012-ci il tarixli sərəncamı ilə rayonun Bala Şürük-Qamışovka kəndlərini birləşdirən yolun yenidən qurulmasına daha 3,2 milyon manat vəsait ayrılıb. Artıq həmin yolda işlərin qızğın çağıdır.
Əhalinin məşğulluğunun təmin edilməsi üçün son 9 ayda 1245 yeni iş yeri açılıb ki, onların da 832-si daimi iş yerləridir. Ümumilikdə 2003-cü ildən indiyədək rayonda 29439 yeni iş yeri açılıb ki, onlardan da 18432-i daimi iş yerləridir.
Şilavar kəndində 220 şagird yerlik, Hirkan qəsəbəsində 480 şagird yerlik, Xarxatan kəndində 360 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilib, Vilvan kəndində 640 şagird yerlik yeni orta məktəbin tikintisi davam etdirilir.
03 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 28 min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
ABŞ-ın istənilən bir ştatı ilə bu bölgəni müqayisə edin görək 2003-2012-ci illər ərzində harada daha çox iş görülüb? Burada qısa bir müddət ərzində çox böyük işlər həyata keçirilib. Bu təşkilatı yaradan insanlar sadəcə ara qarışdırmaqla məşğuldurlar. Yəni bu işi ortaya atanlar, bir neçə dəllaldır. Onların biri də Eldəniz Quliyev adlı bir nəfər, özünü ortaya atan bu ssenarist, rejissordur. 20 ildir Azərbaycan müstəqildir, bu insanın vətənpərvərliklə, Dağlıq Qarabağla, işğal olunmuş ərazilərimizlə bağlı bir ssenarisi, filmi belə yoxdur. O ömründə “Cin mikrorayonda” adlı bir film çəkib. O da bivec bir ssenaridir, sadəcə olaraq oradakı aktyorların oyunu hesabına film baxımlı alınıb. Bunun işi ancaq kinostudiyada demaqoqluq, ondan-bundan material yazmaq olub. Bu fəaliyyətini indi də davam etdirir. Gah ziyalılar təşkilatına qaçır, oradan ziyalılar birliyinə, sonra talış birliyinə üz tutur. Yəni bu insan bu yaşa çatıb, oturub fikirləşmir ki, mən indiyə qədər millətim üçün nə etmişəm? Soruşmaq lazımdır neçə rejissor, ssenarist yetişdirib, neçə insana dərs verib, Azərbaycan xalqına, mədəniyyətinə xeyir verən neçə insan yetişdirib? (Yaxşı ki, yetişdirməyib, yoxsa özünün tayı olardı). Yəni bu cür insanların ortaya düşüb, belə çirkin hərəkətlərlə məşğul olması xalq tərəfindən görünür və öz lazımı qiymətini alır.
- Birliyin təsisçilərindən olan Eldəniz Quliyev deyib ki, Rusiyanın Azərbaycanda etnik qrupları qızışdırmaq cəhdinin qarşısını almaq üçün bu təşkilat yaradılıb. Bu nə dərəcə məntiqlidir?
- Tamamilə məntiqsizdir. Birincisi Rusiya qızışdırmır, qızışdıran onun özüdür. Burada Rusiya dövləti yox, müəyyən dairələr müəyyən adamların əli ilə, elə Eldəniz Quliyev kimilərin vasitəsilə bu məsələləri ortaya ata bilər. Bununla bağlı da qurumlar, orqanlar var. Ona ehtiyac yoxdur. O orqanlar da təxribatla məşğul olan insanlarla bağlı ölçü götürə bilərlər. Qalan hallarda bu cür adamların fəaliyyəti onların hansı təşkilatlara xidmət etməsini göstərir. Fikrimin əvvəlində dediyim kimi artıq “Xoruzun quyruğu görünür”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

