/ / “Hansısa QHT-nin nəyisə müzakirə etməsinə 10 min ordu zabitinin cavab verməsi yersiz hərəkətdir”
“Hansısa QHT-nin nəyisə müzakirə etməsinə 10 min ordu zabitinin cavab verməsi yersiz hərəkətdir”
31.01.2013 [01:17]
“Media forum” saytının suallarını Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov cavablandırır.
- Son günlər ordu zabitləri kütləvi formada bəyanat imzalayırlar. Bunu necə qiymətləndirirsiniz?
- Bu, tamamilə səhv addımdır. Bununla kim məşğul olursa, çox səhv yoldadır, yanlış iş görür. Ordu yalnız orda çalışan zabitlərin, insanların ordusu deyil, bütün xalqındır. Ordu Azərbaycan cəmiyyətinə məxsusdur. Hərbi xidmətdə olan zabitin borcu qanuna tabe olmaqdır. Gündə bir bəyanat yazmaq, kimisə müdafiə etmək, digərini müdafiə etməmək zabitin işi, borcu deyil. Belə işlərlə məşğul olmaq Silahlı Qüvvələrin daxili nizamnaməsinə də, digər qanunvericilik aktlarına, hüquqi prosedurlara da ziddir. Hesab edirəm ki, bu, çox səhv addımdır. Orduya atılan böhtanın, əsassız ittihamın hər birinə fərdi qaydada cavab verilə bilər. Hansı zabit istəsə, bunu fərdi qaydada həyata keçirə bilər. Amma orduda kampaniya ola bilməz. Bu, qəti şəkildə qadağandır.
- İmza kampaniyasının aparılmasını ordunun ictimai-siyasi proseslərdə güc nümayiş etdirməsi, bir qüvvə kimi meydana atılmaq cəhdi kimi qəbul etmək olarmı?
- Xeyr, mən belə hesab etmirəm. Bu, kiminsə başadüşməzliyi və səhvi kimi ortaya çıxıb. Bu səhv ortadadır. Nəsə baş veribsə, hansısa ictimai təşkilat buna münasibət bildirə, ordu ilə bağlı müxtəlif müzakirələr keçirilə bilər. Amma bunun xidmətdə olan zabitə heç bir aidiyyəti yoxdur. Zabitin borcu qarşısına qoyulan vəzifəni layiqincə yerinə yetirmək, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək və daxili nizamnaməyə tabe olmaqdır.
- Artıq kampaniya başlayıb, davam edir. Sizcə, indi nə etmək lazımdır?
- Bu səhvlə məşğul olanlar cəzalandırılmalıdır. Bunun ideya verəni, qapı-qapı düşüb imza toplayan, bununla məşğul olan kimlərdirsə, ciddi şəkildə cəzalanmalıdır.
- Ordunun, o cümlədən orada xidmət edən zabitlərin sayı hərbi sirr hesab edilir. Beynəlxalq təşkilatlar uzun illərdir ki, Azərbaycandan orduda qulluq edənlərin sayını açıqlamağı və hərbiçilərin sayını azaltmağı tələb edir. Azərbaycan isə Ermənistanla müharibə vəziyyətində olduğuna görə, hərbiçilərinin sayını açıqlamaqdan və azaltmaqdan imtina edir. Müdafiə Nazirliyinin yanvarın 30-da yaydığı açıqlamada isə qeyd edilir ki, müraciəti 10 mindən artıq zabit imzalayıb. Müharibə vəziyyətində olan ölkənin ordusunun zabit kontingentinin sayının belə açıqlanması doğrudurmu?
- Bunun özü də çox böyük səhvdir. Bu, çox naşı bir adamın hərəkətidir. Ola bilər ki, həmin adam Müdafiə Nazirliyində hansısa vəzifə tutur. Bu, həmin adamın əməlinin məhsuludur. Onlar bilməlidirlər ki, ordu başqa strukturdur. Ordu hər hansı bir idarə, müəssisə, təşkilat deyil. Ordu tamamilə özünün daxili nizamnaməsinə tabe olan və bununla idarə edilən bir strukturdur və siyasətə qəti şəkildə qarışa bilməz. Eyni zamanda müəyyən məsələlər var ki, onları bəyan edirlər, ora-bura yazırlar. Bunlar yolverilməzdir. Lap tutaq ki, keçmişdə orduda qulluq etmiş leytenant, mayor hansısa ictimai təşkilat yaradıb, nəyəsə münasibət bildirir. Ona isə 10 min zabit cavab verir. Bunun özü gülüncdür. Bunu edənlər, belə işlərlə məşğul olanlar gərək bu haqda ciddi şəkildə düşünələr. Belə bir addım atmaq olarmı?
- Amma bu kampaniyanı başladan və davam etdirənlər ordu generallarıdır...
- İstər general olsun, istərsə də leytenant, hamısı zabitdir. Zabitlərin peşə nizamnaməsi var. Həmin nizamnaməyə əsasən, ordunun qarşısına qoyulan vəzifə var. Həmin vəzifəni hamımız gözəl bilirik. Başqa işlərə qarışmağa onların heç bir ixtiyarı yoxdur.
- Siyavuş müəllim, Müdafiə Nazirliyi rəhbərliyinin - nazir Səfər Əbiyevin, Baş Qərargah rəisi Nəcməddin Sadıqovun bu məsələdə tutduğu mövqeyi necə qiymətləndirirsiniz? Onlar niyə kampaniyanı dayandırmırlar?
- Nə mövqe tutublar? Mövqelərini açıqlasınlar, ondan sonra münasibət bildirək. Məsələ aydınlaşsın, görək nədir bu...
- Uzun illərdir ki, müstəqil ekspertlər, ehtiyatda olan zabitlər ordu rəhbərliyində dəyişikliklər edilməsinə çağırırlar. Amma bu baş vermir. Siz son hadisəni həm də uzun müddət bir vəzifədə qalmağın fəsadı sayırsınızmı?
- Burada başqa nüanslar var. Bu, bir qədər başqa məsələdir. Azərbaycan müharibə vəziyyətindədir, ölkədə ordu quruculuğu gedir. Özümüzü ABŞ, Böyük Britaniya, Fransa ilə müqayisə edə bilmərik. Müəyyən zaman keçməlidir, ordu formalaşmalıdır, fundamental Silahlı Qüvvələr yaradılmalıdır. İndiyədək orduda yeni kadrlar yox idi. Ali hərbi məktəblərimiz yeni zabit kadrları hazırlayıb, bu yeni kadrlar da tədricən ərsəyə gəlir, iş başına keçirlər. Bütün bunlar tamamilə formalaşdıqdan sonra Türkiyə və başqa ölkələrdə olduğu kimi bizdə də addımlar atılacaq. Azərbaycanın müharibə şəraitində olması da bu məsələlərdə problem yaradır. Orduda hər dəqiqə dəyişiklik aparmaq, yenilik etmək olmur. Elə zabit kadrları var ki, xidmət etdikləri sərhəd bölgəsində artıq oturuşublar, oranı gözəl tanıyırlar. Burada söhbət yalnız ordu rəhbərliyindən getmir. Həm də ayrı-ayrı komandirlərdən, başqa vəzifəli zabitlərdən gedir. Neçə illərdir ki, bu işlərlə məşğul olurlar, fəaliyyəti həyata keçirirlər. Ordu rəhbərliyində kimi saxlamaq, kimi vəzifədən çıxarmaq isə Ali Baş Komandanın səlahiyyətindədir.
- Sizcə, ölkə rəhbərliyi yaranmış vəziyyətə müdaxilə etməlidirmi?
- Əvvəlcə məsələ aydınlaşmalıdır və bunu kimin ortaya atdığı bilinməlidir. Ola bilər ki, bu, adi bir hərəkətdir, yaxud təxribatdır. Bu vəziyyətə aydınlıq gətirilməlidir. Bu gün üçün aydın olan odur ki, bu bir səhvdir. Qanunvericiliyə və daxili nizamnaməyə uyğun deyil. Qalan məsələlər isə aydınlaşdırılacaq.
- Bu hadisə prezident seçkisi ilində baş verir. Sizcə, məsələlər arasında hər hansı bir bağlılıq ola bilərmi?
- Bunun kimin ideyası olduğu aydınlaşmalıdır. Hansısa QHT-nin nəyisə müzakirə etməsinə 10 min ordu zabitinin cavab verməsi yersiz hərəkətdir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

