/ / YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edir
YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edir
08.03.2013 [17:15]
Bahar Muradova: Azərbaycan qadını bu gün istədiyi qədər nailiyyət əldə edib və hesab edirəm ki, o, istəsə, daha geniş çərçivədə uğurlara imza ata bilər
Müsahibimiz Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradovadır:
- Bahar xanım, sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Necə hesab edirsiniz, Azərbaycan qadınları bu bayramı hansı əhval-ruhiyyədə qarşılayır?
- Təşəkkür edirəm, biz bu bayramı ən yüksək əhval-ruhiyyədə qarşılayırıq. Ümumilikdə götürsək, bu, təkcə qadınların yox, bütün cəmiyyətin bayramıdır. Çünki bizə həsr olunmuş xüsusi günü yaşayırıqsa, bizim yaxınlarımız, dostlarımız, əzizlərimiz, sevdiklərimiz və bizi sevənlər bu günü bizə görə yaşayırlar. İstər dövlətimiz, istər cəmiyyətimiz, istərsə də yaxınlarımız həmin günü daha çox diqqətli olmağa çalışırlar. Və daha çox bu günün əhəmiyyətini vurğulayırlar. Yəni, bu gün qadınlar daha çox diqqət mərkəzində olurlar. Bu nöqteyi-nəzərdən ümumilikdə yanaşanda əhval-ruhiyyəmiz yüksəkdir.
Amma təbii ki, hər kəs bu bayramı imkanına görə qeyd edir. Bəziləri bu günün varlığının, yoxluğunun hansı əhəmiyyət kəsb etdiyinin fərqinə də varmır. Ona görə ən müxtəlif əhval-ruhiyyə var. Əsas olan odur ki, bu gün sevinməyi, onu bayrama çevirməyi bacarmaq da lazımdır. Çox zaman da bunu bayram kimi ətrafımız bizə yaşadır. Kimin ətrafı diqqətlidirsə, o bayramı daha yaxşı hiss edir. Kimin ətrafı bu günə əhəmiyyət vermirsə, o günü o qədər də hiss etmir. Amma arzum ondan ibarətdir ki, Azərbaycanın hər bir qadını həmin günü əsl bayram kimi yaşamaq imkanına malik olsun, onun şəhid verəni də, övlad itkisinin acısını yaşayını da, torpaq həsrəti ilə gününü sürdürəni də, övlad həsrəti ilə əlini göyə açıb pay umanı da və hər kəs bunu bayram kimi yaşasın. Mən bütün qadınlarımızın bayramını təbrik edirəm və arzu edirəm ki, hər bir zərif cinsin nümayəndəsi doğrudan da, əsl qadın kimi bu bayramı hiss etsin.
- Bu tarix xanımların həyatında digər təqvimlərlə müqayisədə çoxmu fərqlənir? Ümumiyyətlə, qadınların cəmiyyətdəki rolu haqda fikirlərinizi bilmək istərdik...
- Bu günün özəlliyini inkar etmək mümkün deyil. 8 mart tarixi başqa günlərdən fərqlənir, çünki biz daha çox diqqət mərkəzində oluruq. Əlbəttə, hər günü bayram kimi yaşamaq istəyi yaxşıdır, amma real deyil.
Bəziləri deyirlər ki, 8 mart – Beynəlxalq Qadınlar Günü Sovet dövründən qalma bayramdır. Amma təkcə keçmiş SSRİ yox, dünyanın bir çox ölkələri bu bayramı qeyd edirlər. Bir ara Sovet bayramı kimi onu gözdən salmaq cəhdləri oldu, amma yaxşı ənənələrə sadiqliyimizi bu dəfə də qoruyub saxladıq. Bu bayram getdikcə daha gözəl, rəngarəng formada qeyd olunmaqdadır. Çünki o qadınlar və analar bayramı xarakteri daşıyır. Qadınların bayramı, həmçinin, kişilərin də həyatında maraqlı gün olur. Eləcə də, yaz fəslinin ilk bayramıdır, qarşıdan Novruz bayramının gəldiyini nəzərə alsaq, “8 mart” həmin bayrama bizi daha yaxşı kökləyir.
Dövlət olaraq müasir Azərbaycan bu günün önəmini daha da artıran siyasət yeritməkdədir. Azərbaycan qadınının istər ailədə, istər cəmiyətdə, istərsə də dövlət həyatında rolunun artırılması, ona düzgün dəyər verilməsi, qadınların imkanlarından istifadə olunması istiqamətində lazımi addımlar atılır. Bu siyasət prioritet istiqamətdir, ona görə də, müasir Azərbaycanda qadın siyasəti öz əhəmiyyətini artırır.
Ümumilikdə, bu gün qadın və ailə problemlərinin həlli, dövlət həyatında qadınların yerinin düzgün müəyyənləşdirilməsi və cəmiyyətə verə biləcəyi töhfələr baxımından aparılan siyasət öz bəhrəsini verməkdədir. Bu gün qadınlarımız ötən illərə nisbətən daha çox cəmiyyət həyatında fəal rol oynayırlar. Onların həm siyasi, həm ictimai, həm də mədəni həyatda getdikcə daha artıq həlledici fiqurlara çevrilməsinin şahidi oluruq. Təbii ki, bu haqda ən müxtəlif fikirlər ola bilər və bunları müzakirə üçün normal qəbul edirəm. Amma hər zaman qətiyyətlə söylədiyim fikir var ki, Azərbaycan qadını bu gün istədiyi qədər nailiyyət əldə edib və hesab edirəm ki, o, istəsə, daha geniş çərçivədə uğurlara imza ata bilər.
- Bəs qadınların cəmiyyətdə rolunun artmasını şərtləndirən amillər nədən ibarətdir? Müasir Azərbaycanda qadınlara olan münasibəti necə dəyərləndirmək olar?
- Əvvəla, qadınların cəmiyyətdə rolunun artmasını şərtləndirən amillər müasir çağırışlar, dünyada gedən proseslərdir. Azərbaycan yalnız yerləşdiyi coğrafi məkanla məhdudlaşmır. Ölkəmizdə gedən proseslər də dünyada gedən proseslərin tərkib hissəsidir, biz bundan kənarda qala bilmərik. O cümlədən, Azərbaycanda mövcud olan qadın hərəkatı, qadın problemlərinə olan münasibət, bu yöndə rəsmi dövlət siyasəti beynəlxalq aləmdə gedən proseslərin tərkib hissəsidir. Önəmli olan odur ki, getdikcə dünyanın bu məsələyə diqqəti artmaqdadır. Bütün beynəlxalq təşkilatlarda, ayrı-ayrı qabaqcıl ölkələrdə bu məsələ daim diqqət mərkəzindədir, dövlət və cəmiyyətin həyatında qərar qəbulu prosesində, münaqişələrin həllində, təhlükəsizlik məsələlərinin və digər vacib məsələlərin həllində qadınların daha geniş yer tutması qarşıda hədəf kimi durur. Azərbaycan da bu çağırışlara çox müsbət cavab verir. Biz beynəlxalq sənədlərə qoşulduğumuz kimi Azərbaycan daxilində də bu prosesi həyata keçiririk. Konstitusiyamız başda olmaqla, bütün qanunvericiliyimiz ölkəmizdə gender bərabərliyini vacib sayır və biz bu istiqamətdə xeyli nailiyyətlər əldə etmişik.
Eyni zamanda, Azərbaycanın özünün tarixi ənənədən qaynaqlanan mövqeyi var ki, qadın hər zaman özünə adekvat münasibəti görməlidir və ona olan gözləntilərə də adekvat münasibət sərgiləməlidir. Bizim qarşımıza qoyulan çağırışlarla yanaşı, milli ənənələrimiz imkan verir ki, qadınlar getdikcə daha çox dövlət və cəmiyyət həyatında iştirak etsinlər. Bilirik ki, ailədə qadınların üzərinə daha çox yük düşür, daha çox mənəvi planda olan məsələlər onlara həvalə olunur və s. Bu mənada, həm dövlətin yeritdiyi siyasət, həm dünyada gedən proseslər, üzərimizə götürdüyümüz öhdəliklər, həm insanlığın mahiyyətindən doğan tələblər, həm də bizim millət olaraq ənənələrimiz imkan verir ki, qadınlarımız bütün istiqamətlərdə daha geniş təmsil olunsunlar.
- Qadınların inkişafının əhəmiyyətini vurğuladınız. Amma hələ də bu inkişafı və yenilikləri müsbət qarşılamayanlar var. Onlar iddia edirlər ki, bu yeniliklər milli-mənəvi dəyərlərimizə uyğun gəlmir. Belə yanaşmalara münasibətiniz necədir?
- Mən Azərbaycanın milli-mənəvi dəyərləri ilə qadınların azadlığı, inkişafı məsələsində bir ziddiyyət görmürəm. Bu ziddiyyət heç zaman olmayıb. Təbii ki, bəzi istisnalar var ki, kimlərsə bunu qəbul etmir. Qadın azadlığının hansısa dəyərlərə qarşı qoyulmasını da qəbul etmirəm. Bəzi hallarda bir sıra yenilikləri qəbul etməmək üçün, daha çox mühafizəkar mövqedən çıxış etmək üçün qadın azadlığı hansısa bir neqativ, kənardangəlmə, hansısa dəyərləri aşındıra biləcək, milli-mənəvi köklərimizə ziddi olacaq məsələ kimi təqdim olunur. Amma bu çox uğursuz cəhdlərdir.
Azərbaycanda inkişaf ən ucqar kəndlərdə də özünü göstərir. Halbuki, müasir dövrdə qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq “ucqar” anlayışı öz əhəmiyyətini itirib. Azərbaycan ictimai şüur, hüquqi təfəkkür, intibah, mədəni transformasiya məsələlərində bir çox ölkələri qabaqlayır. Ola bilsin ki, kimlərinsə şüurunda hələ də bəzi zidd mövqelər mövcuddur. Bu prosesi dayandırmaq mümkün deyil. Bu gün artıq vətəndaşlıq anlayışı bir çox müzakirələrin mərkəzində dayanır. Müxtəlif məsələlərə münasibətdə qadın-kişi mövqeyi deyil, vətəndaş mövqeyi əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən, qadın azadlığı, milli-mənəvi dəyərlərin lazım olub-olmaması ilə bağlı müzakirələr çox yersiz görünür. Belə məsələlərə münasibətdə müasir dünyagörüşü mövqeyindən yanaşmalı, irəliyə doğru baxmalıyıq. Ona görə də, qadın azadlığını nəyəsə qarşı qoymaq ümumiyyətlə, düzgün deyil. Azərbaycan bu mərhələni çoxdan keçib.
Vurğulamaq lazımdır ki, Azərbaycan nə qədər çox inkişaf edirsə, bir o qədər də öz kökünə bağlıdır. Bu inkişaf bizi kökümüzdən ayırmır. Bu, həm rəsmi dövlət siyasətində belədir, həm də Azərbaycan cəmiyyətinin, ictimai şüurunun, hüquqi təfəkkürünün aparıcı meyilləri, özəlliyi bundan ibarətdir. Azərbaycan xalqı bəşəri olduğu qədər milli olmağı da bacarır. Azərbaycan cəmiyyəti nə qədər mühafizəkardırsa, bir o qədər də yeniliyə açıqdır. Cəmiyyətimiz bizi millət kimi şərtləndirən məsələlərdə mühafizəkardır, milli-mənəvi dəyərlərimizə münasibətdə mühafizəkarıq. Biz yeniliklərin qarşısında qorxu hissi keçirmirik. Cəmiyyətdəki insanların, bu və ya digər mühafizəkar düşüncə sahibi olan insanların bu kimi qorxu hissindən daha tez qurtulmasını istərdim. Bəzən, qadına münasibətdə olduqca mühafizəkar fikirlər eşidirəm, lakin bu, Azərbaycan cəmiyyətində aparıcı meyil deyil. Qeyd etdiyim kimi, cəmiyyətimiz müasirdir, milli-mənəvi dəyərlərimizlə uzlaşan yeniliklərə açıqdır.
- Azərbaycanda qadınların ictimai-siyasi həyatdakı fəallığını necə qiymətləndirirsiniz?
- Azərbaycan qadınları ictimai-siyasi həyatda kifayət qədər fəaldırlar. Əlbəttə ki, imkanlara baxmayaraq, başqa seçim edən qadınlar say baxımından ictimai-siyasi fəal qadınlardan çoxdur. Bu imkan məhdudluğu deyil, qadınların seçimi ilə bağlıdır. Qadınların bu seçiminə hörmətlə yanaşmaqla, eyni zamanda, onlar arasında maarifləndirmə, stimullaşdırma işlərinin aparılmasına üstünlük verilməsinin tərəfdarıyam. Bu işlərin təşkilində ictimai-siyasi təşkilatların, QHT-lərin çox böyük rolu var. Bu təşkilatlar qadın məsələləri, ailədə, cəmiyyətdə qadınlara dəstək göstərilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirirlər. Düşünürəm ki, ictimai təşkilatların bu istiqamətdə fəaliyyətlərini daha yaxşı təşkil etmək üçün çox böyük imkanları var. Bildiyimiz kimi, dövlətin qadın hüquqları ilə bağlı müəyyən siyasəti var, müvafiq dövlət qurumları vasitəsilə bu siyasət həyata keçirilir. Eyni zamanda, vətəndaş cəmiyyəti qurumları da bu sahədə imkanlarından səmərəli istifadə etməlidirlər. Öz növbəsində siyasi partiyalar qadınları öz sıralarına daha çox cəlb etməyə çalışmalıdırlar.
Ümumilikdə isə, vəziyyət qənaətbəxşdir. Qadınlar beynəlxalq təşkilatlarda, proseslərdə yaxından iştirak edirlər. Bununla da, nümunə göstərirlər. Bu nümunələrin cəmiyyətə təqdim etməyin yolları düzgün müəyyən olunmalıdır. Bu prosesdə isə mətbuatın rolu böyükdür. Mətbuat cəmiyyət üçün müsbət nümunələri daha çox təbliğ etməlidir.
- Əldə olunan nailiyyətlərin fonunda ölkəmizin bir sıra regionlarında gender məsələləri ilə bağlı müəyyən problemlərin hələ də qalması haqda fikirlər səslənməkdədir. Bu məsələlərin həlli üçün hansı addımlar atılmalıdır?
- Həqiqətən də, bu problemlər narahatlıq doğurur. Rəsmi dövlət siyasəti də belə halların aradan qaldırılmasına xidmət edir. Qəbul etdiyimiz qanunların hədəfi bundan ibarətdir ki, hər kəs üçün təhsil, hüquq, mədəniyət, elm sahələri əlçatan olsun və bu yöndə yaradılmış geniş şəraitdən istifadə edə bilsin. Bu qədər nailiyyətlər qazanıldığı və vətəndaşlar üçün bu qədər imkanlar yaradıldığı halda hələ də belə problemlər qalırsa, bu, çox ciddi tədbirlərin görülməsini zəruri edir. Hesab edirəm ki, müvafiq dövlət qurumları bu məsələ ilə bağlı işini yaxşı qurub, problemlər araşdırılır və regionlardakı problemlər həll olunur. Amma hesab edirəm ki, bu prosesdə bütün cəmiyyət iştirak etməlidir. Bu məsələ ilə bağlı ailənin də rolunu artırmağa ehtiyac var. Bəzən biz qanunları qəbul edirik, qanunları yalnız cəmiyyət üçün vacib hesab edirik, amma bu qanunlar ailənin astanasına gələndə icra olunmur. Belə olan halda, ən müxtəlif tədbirlər görməli və qanunların icrasına nail olmalıyıq. Təkcə administrativ yollarla yox, maarifləndirmə ilə bunu etmək lazımdır. Biz izah etməliyik ki, erkən nikahların yaratdığı problemlər, təhsilin olmaması hansı fəsadlar yaradır. Hesab edirəm ki, hər bir qadın təhsilli olmalıdır. Belə olarsa, problemlərin xeyli dərəcədə azalmasını müşahidə edə bilərik. Ağsaqqallar, ağbirçəklər də həyatımızda vacib rol oynayırlar, onların imkanlarından, tövsiyələrindən istifadə olunmalıdır.
- Gender məsələlərini əhatə edən qanunvericilik bazasını təkmil hesab etmək olarmı?
- Qanunvericilik sahəsində inkişaf nə qədər varsa, dəyişikliklər də olacaq. Qeyd etdiyniz istiqamətdə kifayət qədər hüquqi baza mövcuddur. Lazımdır ki, bu məsələdə hər kəs üzərinə düşən vəzifələri yerinə yetirsin. Hüquqi təfəkkür inkişaf etməli, vətəndaş mövqeyi fomalaşmalıdır. Azərbaycan parlamenti də bu məsələləri çox gündəmə gətirir. Bu yöndə ictimai dinləmələr keçirilir, mətbuatın, cəmiyyətin diqqətini bu məsələyə yönəldirik. Məişət zorakılığının, uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması üçün işlər görülür. Bu məsələlər qanunlarda öz əksini tapır, sadəcə qanunların yerinə yetirilməsində hər kəs məsuliyyətli olduğunu düşünməlidir.
- Bahar xanım, siz Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüsünüz. Partiyamızın qadınlara olan münasibəti haqqında da fikirlərinizi bilmək maraqlı olardı...
- Mən qətiyyətlə deyə bilərəm, YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, qadın amilinin cəmiyyət və dövlət həyatı üçün əhəmiyyətini əsl mənada qəbul edir, dərk edir və bunu da reallaşdırmaq üçün çox ciddi addımlar atır. Partiyamız bu istiqamətdə məqsədyönlü siyasət yeridir. Məqsəd odur ki, qadınlar ictimai-siyasi proseslərə cəlb olunsun. Ən çox qadın YAP-ın sıralarındadır və ən çox ziyalı qadınlar da bizim partiyamızdadır. Daha çox qadınlar da YAP-ın təşkilatı strukturlarında, seçkili orqanlarında, dövlət qurumlarında, ictimai həyatın bütün sferalarında təmsil olunurlar. Bunun özü partiyanın məsələyə münasibətinin göstəricisidir.
Şəxsən mən öz timsalımda söyləyə bilərəm ki, YAP-ın sıralarına qoşulduğum gündən arxamda böyük güc hiss etmişəm və bu gün də etməkdəyəm. Bütövlükdə partiyanın gücünü özümdə hiss edirəm. Eləcə də, partiyamızın digər üzvləri də bu gücə sahibdirlər. YAP-ın sıralarında mən həmişə diqqət, qayğı, hörmət, qarşılıqlı anlaşma görmüşəm. Hansısa məhdudiyyət, hansısa proseslərdən kənarlaşdırılma cəhdi, qadın olduğuma görə diskriminasiya halları ilə qətiyyən rastlaşmamışam.
Hesab edirəm ki, eyni fikiri partiyamızın üzvləri olan digər qadınlar da söyləyə bilərlər. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu kursun həyata keçirilməsi bütün cəmiyyət, o cümlədən, qadınlar üçün faydalıdır, əvəzolunmazdır. Yaradılan şərait bunu deməyə əsas verir ki, bu siyasət doğru siyasətdir və təkcə bizim partiyada təmsil olunanlar üçün yox, bütün Azərbaycan qadınları üçün arzuolunandır. Bundan duyduğum qürur mənə daha çox işləmək, çalışmaq, xalqın və dövlətin həyatında iştirak etmək həvəsini yaşadır. Mən hər bir qadını bu imkandan bəhrələnməyə çağırıram. Onların daha artıq fəal olmalarını istəyirəm. Təkcə öz ətrafı üçün mənfəətli yox, bütün dövlət üçün faydalı olsunlar. Bu mənada mən YAP-ın siyasətinin müasir Azərbaycanın maraqlarına tam cavab verdiyi və dövlətimizin hazırkı siyasi komandanın işini təşkil edən, Azərbaycanı irəliyə aparan, uğurdan uğura qovuşduran ölkə Prezidentinin yeritdiyi siyasətin bütün Azərbaycan xalqının, o cümlədən, qadınların maraqlarına cavab verdiyi qənaətindəyəm.
- Bahar xanım, müsahibəyə görə təşəkkür edirik.
- Sağ olun. Mən də fürsətdən istifadə edərək “Yeni Azərbaycan” qəzetində çalışan xanımları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56

