YAP seçkilərə cəmiyyətin maraqlarının ifadəçisi və tərənnümçüsü olaraq qatılır
24.05.2013 [14:52]
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, Yeni Azərbaycan Partiyasının Qurultayına hazırlıq prosesi necə gedir?
- Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvəsi olduğu kimi, regionda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilatdır. YAP həm region siyasi partiyaları, o cümlədən də, dünyanın aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının üzvü olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri daha da genişlənməkdədir. Azərbaycan cəmiyyətində möhkəm və sarsılmaz dayaqları olan Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı kimi bu gün dövlətimizin daha da qüdrətlənməsinə, cəmiyyətimizin mütərəqqi ideyalar ətrafında inkişafına xidmət edir. Ümummilli lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən öz iqtisadi-siyasi qüdrətini artıran ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Birmənalı şəkildə vurğulamaq olar ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir. Çünki YAP Azərbaycan cəmiyyətinin aparıcı siyasi gücü olmaqla yanaşı, onun ideya, istək və arzularının tərənnümçüsüdür. Bu mənada YAP tərəfindən həyata keçirilən bütün işlər, atılan bütün addımlar cəmiyyətin maraqları ilə eynilik təşkil edir. Azərbaycan cəmiyyəti də öz maraqlarının ifadəçisi olaraq, ölkənin yeganə güclü siyasi təşkilat olan YAP-a həmişə böyük dəstək olur. Bu da təbiidir ki, Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının həyatında baş verən bütün dəyişikliklər, verilən qərarlar, atılmış addımlar ictimaiyyətin daim diqqət mərkəzindədir. Məhz bu kontekstdən də YAP-ın Qurultayına hazırlıqlı işləri ilə əlaqədar şəhər və rayon təşkilatlarında görülən işlər, keçirilən görüşlər, konfranslar cəmiyyətin maraq dairəsindədir. Çünki monolit gücə, böyük ictimai dəstəyə malik olan bir Partiyanın - Yeni Azərbaycan Partiyasının Qurultayında veriləcək qərarlar cəmiyyətdə yeni bir baxış prizmasının müəyyənləşməsində mühüm amil kimi dəyərləndirilir. YAP-ın Qurultayları, eyni zamanda, cəmiyyətin daha da irəliyə aparılmasına, yeni inkişaf istiqamətlərinin müəyyənləşməsinə vacib məsələlərin həllinə yönəlib. Çünki YAP-ın söykəndiyi siyasi-ideoloji prinsiplər bu gün Azərbaycan cəmiyyəti tərəfindən müdafiə olunmaqla, ümumdövlət maraqlarını özündə əks etdirir. Məhz bu baxımdan da YAP-ın Nizamnaməsinə uyğun olaraq keçirilən Qurultayın cəmiyyətimizin ümumilikdə daha da inkişafına təsiri böyük olacaqdır. Partiya Qurultayında həmçinin ötən qurultaydan keçən müddətdə görülmüş işlər, müəyyənləşmiş strategiyanın həyata keçirilmə mexanizmi və digər məsələlərin həlli də müzakirə mövzularından olur. Ona görə də, Partiya Qurultayı cəmiyyət üçün yeni inkişaf konsepsiyasının müəyyənləşməsində də mühüm əhəmiyyət kəsb edir. YAP-ın bu Qurultayında Azərbaycan xalqının, 600 minlik YAP üzvlərinin istək və arzularından irəli gələrək Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin payızda keçiriləcək seçkilərdə iştirakını təmin etmək üçün Onun namizədliyi irəli sürüləcək. Məhz bu gün cəmiyyətin real istəyinin arxasında cənab Prezident İlham Əliyevin növbəti dəfə Azərbaycana rəhbərliyi faktorunun dayandığı buradan da aydın görünür. Bu səbəbdən də, YAP-ın bu Qurultayı öz tarixi bir qərarı ilə yadda qalmaqla yanaşı, bütövlükdə cəmiyyətimizin daha da irəliyə aparılmasına, dövlətimzin qüdrətinin daha da, möhkəmlənməsinə xidmət edəcəkdir.
- Payızda keçiriləcək seçkilər ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edir. Siz ölkəmizdə seçkiyə hazırlıq prosesini necə şərh edərdiniz?
- Ölkəmizdə demokratik prinsiplərə və beynəlxalq təcrübəyə əsaslanan seçki təcrübəsi mövcuddur. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş demokratik seçki texnologiyası bu gün də özünün bütün parametrləri ilə demokratiyanın, azad seçki mühitinin daha da təkmilləşməsinə xidmət edir. Yeni Azərbaycan Partiyası prezident seçkilərinə çox ciddi hazırlaşır. Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası müəyyənləşdirdiyi seçki planlarına uyğun olaraq, tədbirlərini həyata keçirməkdədir. Təbii ki, ölkənin yeganə güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri ilə bağlı öz konsepsiyası və proqramları mövcuddur. YAP 1993-cü ildən indiyə qədər qatılmış olduğu bütün seçkilərdə cəmiyyətin böyük dəstəyini qazanıb. Bu amil Ulu öndər Heydər Əliyev siyasi strategiyasının qələbəsidir. Çünki YAP məhz Ulu öndərin ideya və təfəkkürünün məhsulu olduğu üçün birmənalı şəkildə cəmiyyətin inkişafına onun maraqlarının qorunmasına, milli məfkurəmizin tərənnümünə xidmət edir. Partiyanın hər bir şəhər və rayon təşkilatında bununla bağlı mühüm işlər görülür. Qarşıda dayanan vəzifələrin həyata keçirilməsi və digər zəruri məsələlərin həlli baxımından demək olar ki, bütövlükdə partiya seçkiyə hazırdır. Eyni zamanda, YAP, təkcə seçki ilində deyil, hər seçki prosesindən sonra növbəti seçkilərə hazırlıq işləri aparır. YAP seçkilərə cəmiyyətin maraqlarının ifadəçisi və tərənnümçüsü olaraq qatılır. Seçkiyə hazırlıq prosesində YAP-ın bütün strukturlarının, fəalların və üzvlərinin seçki kampaniyasında yaxından iştirakı təmin edilir. Bu da seçkidə Partiyamıza olan dəstəyin açıq nümunəsi olaraq özünü göstərir. Mübaliğəsiz onu deyə bilərik ki, payızda keçiriləcək Prezident seçkilərində Azərbaycan xalqının istək və arzularının yeganə tərənnümçüsü olan Yeni Azərbaycan Partiyası cəmiyyətin mütləq əksəriyyətinin dəstəyi ilə qələbəsini təmin edəcək. Çünki YAP-ın namizədi Ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevdir. Azərbaycanda son 10 ildə görülən işlərə, aparılan köklü islahatlara, ölkəmizin real mənzərəsinə, regionda güc nisbətinin dövlətimizin xeyrinə dəyişməsinə nəzər saldıqda payızda keçiriləcək seçkilərin mahiyyəti də bəlli olur. Çünki cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi müddətində görmüş olduğu misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb. Ona görə də, qarşıdan gələn Prezident seçkilərində birmənalı şəkildə demək olar ki, Yeni Azərbaycan Partiyasının namizədi, xalqımızın istək və arzularının tərənnümçüsü olan cənab Prezident İlham Əliyev yüksək səs çoxluğu ilə qələbə qazanacaq. Yeni Azərbaycan Partiyası ümumilikdə inkişafımızın qarantı, xalqımızın, dövlətimizin maraqlarının müdafiəçisidir. Amma bütün bunlara baxmayaraq, bu gün Azərbaycanın real imkanlarına, onun artan iqtisadi-siyasi qüdrətinə qarşı qısqanc mövqedə dayananlar da mövcuddur. Azərbaycanı, xalqımızın gələcəyini istəməyən həm daxildə olan ünsürlər, həm də kənarda onlara havadarlıq edən dairələr var. Sadəcə olaraq, onlar bir məntiqdə yanılırlar ki, indi müasir Azərbaycan cəmiyyəti formalaşıb ki, insanlarımız daha mütərəqqi ideyalar ətrafında cəm olub. Məhz bugünkü inkişaf etmiş cəmiyyətimizin geriliyə, anarxiyaya xidmət edən insanlara və onların tör-töküntülərinə inam göstərməsi mümkün deyil. Əgər Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP sədri Əli Kərimov, Azərbaycan cəmiyyətində heç kəs tərəfindən tanınmayan və qəbul edilməyən Rüstəm İbrahimbəyov, Eldar Namazov real mənzərəni qəbul edə bilmirlərsə, bu, onların siyası təfəkkürlərində problemin olduğu, ziddiyyətli mövqelərini açıq göstərir. Çünki bu adamlar siyasi manipulyasiyalardan istifadə edib gündəmdə qalmağa çalışır, müəyyən kənar qütblərin maraqlarına uyğun formada özlərinə fəaliyyət istiqamətləri müəyyənləşdiriblər. Təbii ki, onların bu fəaliyyəti cəmiyyətimizin, dövlətimizin maraqlarının əleyhinə yönəlib. Məhz bu səbəbdən də, Azərbaycan cəmiyyətində onlara heç vaxt yer olmayıb və bundan sonra da onların riyakarlığa xidmət edən fəaliyyətləri müqabilində qarşılaşacaqları mənzərə də hər kəsə bəllidir.
- YAP Qaradağ rayon təşkilatının sədri olaraq, rəhbərlik etdiyiniz rayon təşkilatında seçkiyə hazırlıq işləri necə aparılır?
- Təbii ki, prezident seçkiləri böyük və yüksək ictimai əhəmiyyət kəsb edən bir kampaniyadır. Azərbaycanın seçki təcrübəsi və seçki texnologiyaları mövcuddur ki, bu, bizə ölkədəki istənilən seçki prosesini yüksək səviyyədə keçirməyə imkan verir. Bu günə qədər ölkəmizin həyatında olduqca böyük əhəmiyyət kəsb edən seçki prosesləri yüksək seçici fəallığı şəraitində, demokratik seçki mühitinə uyğun formada həyata keçirilib. Azərbaycan həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq arenada seçki təcrübəsinə və seçki qanunvericiliyinə görə ən demokratik dəyərlərin ən yaxşı nümunəsinə sahibdir. Demokratik dəyərlərin bərqərar olduğu ölkəmizdə seçki ilə bağlı şəffaf mühit, açıq vətəndaş mövqeyi, beynəlxalq prinsipləri özündə ehtiva edən seçki qanunvericiliyi mövcuddur. Bütün bunlar isə insanların sərbəst şəkildə öz iradələrini ifadə etməsi üçün ən yaxşı mühitin olmasından xəbər verir. Birmənalı şəkildə onu vurğulamaq olar ki, Yeni Azərbaycan Partiyası qatılmış olduğu bütün seçkilərdə cəmiyyətin mütləq əksəriyyətinin dəstəyini qazanıb. Biz 2003-cü ildə keçirilmiş prezident seçkilərində əldə olunmuş uğurları, seçki prosesinin beynəlxalq təcrübədən çıxış edərək təkmil formada təşkili və digər zəruri məqamları sadalamaqla, Azərbaycanda şəffaf seçki mühitinin formalaşdığının bariz nümunəsini göstərə bilərik. Eyni zamanda, 2008-ci ildə prezident seçkilərində biz Azərbaycanda mütərəqqi, qabaqcıl seçki texnologiyalarının tətbiqinin, demokratik təcrübənin şahidi olduq. Həmin seçkini müşahidə edən beynəlxalq təşkilatların rəylərində də Azərbaycanın seçki təcrübəsində qazanmış olduğu uğurlar yeni seçki nümunəsi olacağı açıqlanmışdı. MDB-dən, ATƏT-dən, Avropa Şurasında olan müşahidəçilər 2008-ci ildə keçirilmiş prezident seçkilərində insanların iradəsinin açıq şəkildə ifadə olunması üçün bütün zəruri şəraitin yarandığını, prosesin tam şəffaf keçirildiyini bəyan etmişdilər. Ondan sonra da ölkəmizdə keçirilmiş seçkilər öz spesifikası və xüsusiyyətləri ilə beynəlxalq seçki təcrübəsində mühüm addım kimi dəyərləndirilib. Bu il də ölkəmiz üçün olduqca mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilidir. Artıq seçkilərə hazırlıqla bağlı ölkənin və regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarında mühüm işlər görülüb, zəruri addımlar atılmaqdadır. YAP-ın bütün təşkilatlarında olduğu kimi, Qaradağ rayon təşkilatında da həm Partiya Qurultayına, həm də qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. YAP Qaradağ rayon təşkilatının fəaliyyəti Partiyanın Mərkəzi Aparatı tərəfindən tövsiyə olunmuş tədbirlər proqramında nəzərdə tutulmuş qrafik üzrə həyata keçirilir. Artıq seçki ili olduğu üçün rayon təşkilatının qərargahında seçkiyə hazırlıqla əlaqədar məsələlər həll edilir. Qaradağda bu günə qədər keçirilmiş seçkilərin təcrübəsinə uyğun olaraq qarşıya yeni hədəflər qoyulub. Hal-hazırda YAP Qaradağ rayon təşkilatı tərəfindən mövcud elektoratın və YAP təəsübkeşlərinin seçki ilə bağlı müvafiq qaydada iş prosesləri müəyyənləşdirilib. Müəyyənləşmiş qaydada işlər rayon təşkilatında ardıcıl olaraq həyata keçirilməkdədir. Rayon təşkilatı olaraq biz qarşımıza məqsəd qoymuşuq ki, bu günə qədər keçirilmiş bütün seçki proselərində olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də yaxşı nümunə olaq, ötən seçki proseslərindən qazandığımız təcrübədən maksimum istifadə edərək yüksək seçki göstəricilərinə nail olaq. Artıq siyahıların dəqiqləşdirilməsi, dairə və məntəqələr üzrə məşvərətçi səshüquqlu üzvlərin müəyyənləşdirilməsi, onlarla treninqlərin keçirilməsi rayon təşkilatının əsas iş qrafikinə daxil edilib. Təbii ki, Qaradağ rayonu üzrə imzatoplama kampaniyasında iştirak edəcək şəxslərin, o cümlədən dairə və məntəqələrdə müşahidə aparacaq YAP üzvlərinin müəyyənləşməsi məsələləri həll edilməkdədir. Eyni zamanda, rayon təşkilatının konfransının keçirilməsi və konfransda YAP-ın Qurultayına nümayəndələrin seçilməsi və digər məsələlərin həlli ilə bağlı yekun işlər görülməkdədir. YAP Qaradağ rayon təşkilatının ilk partiya təşkilatlarında müəyyənləşmiş nümayəndələr tərəfindən mütəmadi olaraq YAP üzvləri və təəssübkeşləri ilə görüşlər keçirilir və onlarla seçki ilə bağlı maarifləndirici söhbətlər aparılır. Təbii ki, Qaradağda yaşayan əhalinin mütləq əksəriyyəti bu prosesi yaşayıb və eyni zamanda, ilk dəfə səsverən vətəndaşlarımız üçün də bu yaxşı bir nümunə olacaq. Birmənalı şəkildə onu deyə bilərəm ki, Qaradağda mövcud olan seçicilərin mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi olan cənab Prezident İlham Əliyevi dəstəkləməklə, yenidən öz firavan həyatlarına davam etmək üçün bir stimula imza atmış olacaqlar. Çünki YAP Qaradağ rayon təşkilatının həyatında mühüm tarixi dönəmlər olub ki, onun də ən parlaq səhifəsi məhz cənab Prezident İlham Əliyev tərəfindən yazılıb. Cənab Prezidentimiz 1995-ci ildə Qaradağ rayonundan Milli Məclisin üzvü seçilməklə, rayon ictimaiyyəti ilə sıx təmasda olmuş, onların qayğıları ilə maraqlanmış, səmimi münasibətlər qurulmuşdur. Eyni zamanda cənab Prezident İlham Əliyev YAP Qaradağ rayon təşkilatının Konfranslarında iştitak etmiş, proqram xarakterli çıxışlar etmişdir ki, bu da rayon təşkilatının həyatında ən əlamətdar tarixi bir hadisə hesab olunur. Vurğulayım ki, builki prezident seçkilərinə hazırlıqla bağlı YAP Qaradağ rayon təşkilatının konfransı keçiriləcək. Konfransda YAP-ın Qurultayına nümayəndələr seçiləcəkdir ki, burada da gənclərə xüsusi önəm verilməsi nəzərdə tutulur. Ümumiyyətlə isə YAP rayon ərazi ilk partiya təşkilatlarında görülmüş işlər, təşkilatın həm partiya Qurultayına, həmçinin də, prezident seçkilərinə hazırlığının göstəricisi hesab olunur.
- Seçki ilə bağlı bu yaxınlarda YAP Qaradağ rayon təşkilatı tərəfində bir “seçki slayd”ı hazırlanmışdı. Bu seçki prosesində qazanılmış bir təcrübənin nəticəsi sayıla bilərmi?
- Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarında olduğu kimi, Qaradağ rayon təşkilatında da YAP Mərkəzi Aparatı tərəfindən müəyyən olumuş proqrama əsasən, fəaliyyət istiqamətləri təyin olunub. Müəyyənləşdirilmiş iş qrafikinə əsasən, rayon təşkilatının qarşısında vəzifələr və məqsədlər qoyulub. Təbii ki, rayon təşkilatının fəaliyyət istiqamətləri seçki ilə bağlı proqrama, seçki qanunvericiliyinə uyğun işin təşkilindən asılıdır. Artıq təşkilatımızda həm partiya qurultayına, həm də qarşıdan gələn seçkilərə hazırlıqla bağlı konkret işlər görülüb. YAP-ın hər bir rayon təşkilatında olduğu kimi, ölkəmizin mövcud seçki təcrübəsindən çıxış edərək Qaradağ rayonu da bu prosesdə özünəməxsusluğu ilə bir baxış təqdim etməyə çalışdı. Birmənalı olaraq ölkəmizdə keçirilmiş ən yüksək reytinqli seçki proseslərindəki təcrübənin mənimsənilməsi baxımından hazırlanmış “seçkı slayd”ı Qaradağda seçicinin seçki ilə bağlı mümkün informasiyaları əldə etməsini, maariflənməsini, həmçinin, seçki hüququnu özündə ehtiva edirdi. Bu yaxınlarda YAP Xətai rayon təşkilatının qərargahında nümayiş olunan həmin “seçki slayd”ı da YAP Qaradağ rayon təşkilatının bir ərazi ilk partiya təşkilatının nümunəsində təqdim olunan seçicilərin, seçkini izləyən, müşahidə aparan şəxslərin vəzifələrinin qoyuluşu və müəyyənləşdirilmiş təcrübi qaydalar seçkinin gedişində bizlərə daha açıq formada yardım göstərəcək vasitə kimi dəyərləndirilə bilər. Seçki ilə bağlı ölkəmizdə demokratik mühitin olduğunu nəzərə alıb onu deyə bilərik ki, proses cəmiyyətin inkişafı və yeni mütərəqqi ideyaların meydana çıxması ilə daha da yenilənir və təkmilləşir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25

