“Avropa o qədər qocalıb ki, artıq ölçü hissini də itirir”
11.06.2013 [02:38]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Publika.az”-a müsahibəsi:
“İndi “gülümsə və təzyiq et” siyasəti işləyir”
- Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin mətbuat katibləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda Azərbaycan yenə də tənqid olunur. Bu bəyanata münasibətiniz necədir?
- Avropanın bir sıra məmurları və dairələri sanki fürsət axtarırlar ki, Azərbaycanda nəsə nöqsan görsünlər və bununla bağlı mövqe bildirsinlər. Bu məqamlarda həmin məsələlərin onların fəaliyyət dairəsinə aid olub-olmaması heç bir mahiyyət daşımır. Biz belə hallara çox tez-tez rast gəlirik. Azərbaycan ötən 21 ildə çox uğurlu yol qət edib. Bu günlərdə bunu cənab Prezidentimiz də qeyd etdi. Artıq Azərbaycan müstəqil və inkişaf edən dövlətdir. Biz hesab edirik ki, Azərbaycanla bu cür əməkdaşlıq edilməsi düzgün deyil. Ancaq ədalətli və haqlı irad olanda biz bunu təbii qəbul edirik.
İndi birdən-birə Avropa İttifaqının iki yüksək vəzifəli məmuru Azərbaycanla bağlı hansısa mövqe bildirir. Onların biri Avropa İttifaqının genişlənmə komissarı Ştefan Füle, digəri isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştondur. İndi bu adamların insan hüquqları və demokratiya məsələləri ilə nə yaxınlığı var? Axı iki-üç gündən bir Azərbaycanla bağlı qərəzli mövqe bildirmək düzgün deyil. Digər tərəfdən isə onlara sual olunur. Guya sizin məşğul olduğunuz sahələrdə hər şey əla gedir? Avropa son 6 ildir ki, işsizlik, islamofobiya, faşizm içərisində boğulur. İndi Avropa bu maliyyə və iqtisadi böhrandan xilas olmaq üçün çarpışır.
Məgər Avropanın genişlənməsi ilə bağlı bütün addımlar uğurla atılaraq başa çatdırılıb? Əgər gedib Şərqi Avropa ölkələrinin nümayəndələri ilə söhbət etsək, onların özləri bu sahədə nələrin baş verdiyini açıq söyləyəcəklər. Şərqi Avropa ölkələri hələ on illərlə özlərinə gələ, uğur qazana bilməyəcəklər. Yəni, indi Avropada böyük problemlər baş verir və bizdə bunları yaxşı bilirik. Lakin Avropa öz problemlərini kənarda qoyub, Azərbaycanda gedən bütün prosesləri siyasiləşdirib ölkəmizə bu cür təzyiq göstərmək istəyir.
Bilirsiniz, bir vaxtlar deyilirdi ki, dünyada “qamçı və kökə” siyasəti prinsipi var. Ancaq indi həmin prinsip dəyişib. İndi artıq “gülümsə və təzyiq et” siyasəti işləyir. Axı, dünyada mövcud olan “gülümsə və təzyiq et” prinsipini bu dərəcədə də tətbiq etmək düzgün deyil. Ədalətli olmaq lazımdır. Biz artıq onlara bildirmək istəyirik ki, Azərbaycana ikinci dərəcəli dövlət kimi baxmaq lazım deyil.
Azərbaycana istənilən vaxtı tənqidlə təzyiq etmək lazım deyil. Bu, həmin ölkələrlə Azərbaycan arasında olan münasibətlərə kömək etmir. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığa yardım deyil. Necə olur ki, bu yaxınlarda Avropa İttifaqı ölkələrinin bütün dövlət başçıları Azərbaycan Prezidentini Brüsselə dəvət edirlər. Özü də bu dəvət əməkdaşlıq münasibətlərini daha da genişləndirmək məqsədi daşıyır. Bunu ötən günlərdə səfir Roland Kobia da qeyd etdi. Elə isə bu səfərdən öncə Ketrin Eşton və Ştefan Fulenin Azərbaycanla bağlı bu cür mövqe bildirməsinin mənası nədir? Rəsmilər bir söz deyir, ancaq sonra isə hansısa dairənin nümayəndəsi çıxıb özündən başqa mövqe bildirir. İndi Azərbaycan, doğrudan da, güclü və lider dövlətdir. Azərbaycan çox zəngin uğurlu yol keçib və çox mühüm mövqedə qərarlaşıb. İndi Azərbaycanın təkcə regionun təhlükəsizliyinə deyil, bütövlükdə planetin təhlükəsizliyinə verəcəyi töhfə göz qarşısındadır. Belə amillər isə nəzərə alınmalıdır.
“Azərbaycan öz milli əxlaqi dəyərlərinə uyğun addımlar atır”
Burada söhbət internetdə insanların bir-birini təhqir etməsi və böhtan atmasının məhdudlaşdırılmasından gedir. Bu məsələ ilə bağlı dəyərlərə Şərqdə və Qərbdə yanaşma ayrı ola bilər. Ancaq Azərbaycan öz milli əxlaqi dəyərlərinə uyğun addımlar atır. Avropa müsəlman və xristian ölkəsi ilə bağlı fikir söyləyən zaman yaxından düşünməli və milli dəyərlərdən irəli gələn müəyyən məqamları nəzərə almalıdır. Şərqdə internetdə təhqir və böhtanla bağlı məsələyə yanaşma ayrı, Qərbdə isə tamam başqa cür ola bilər. Hər xalq öz dünya görüşü, dini, adət-ənənəsi, tarixi, milli mentalitetindən irəli gələrək fərqli mövqe ortaya qoya bilər. Dünyada mövcud olan insan hüquqlarının qorunması da məhz bunun üçündür.
Mənim düşüncəmə görə də böhtan yalanın çox güclü və qabarıq formasıdır. Yalanın digər forması isə təhqirdir. Yalan isə, əslində indi dünyanın, o cümlədən Qərbin məhkəmə sisteminin əsas anlayışlarından biridir. Bütün ölkələrin məhkəməsində də əsas şərt belə olur: “söz verirəm ki, yalnız həqiqəti danışacam”. İndi Avropanın yanaşmasından belə çıxır ki, mən də təklif edim ki, bütün ölkələrin məhkəmə sistemində yalan məsələsinə baxılması kənara qoyulsun. Axı proseslərə bu dərəcədə bəsit yanaşmaq düzgün olmaz. Çox təəssüf ki, ancaq onlar bunu edirlər. Burada məqsəd bütün prosesləri bu dərəcədə siyasiləşdirib nəsə bəhanə tapmaq və bununla da ölkələrə təzyiq göstərməkdir. Əslində isə bu da çox təəssüf və təəccüb doğurur. Biz bunu düzgün hesab etmirik. Bunu heç vaxt qəbul edə bilmərik.
Çox təəssüf ki, ABŞ-ın keçmiş prezidenti Corc Buşun bir vaxtlar dediyi kimi, indi Avropa artıq qocalıb. Avropa o qədər qocalıb ki, artıq ölçü hissini də itirir. Təəssüf ki, indi Avropanın gənc nümayəndələri belə bu xəstəlikdən canlarını qurtara bilmirlər. Tanınmış fransız ədibi Balzakın da dediyi kimi, indi Avropa birdən-birə öz çöküşünü gətirir.
Avropa proseslərə indiki kimi çox bəsit yanaşdığı üçün böyük maliyyə problemləri ilə üzləşməyə başlayıb. Keçmiş SSRİ-nin süqutu və Varşava müqaviləsinin dağılması nəticəsində Avropa tədricən gücləndi. Ancaq indi Avropa böyük maliyyə böhranı ilə üzləşib. İndi dünyanın onlarla ölkəsi maliyyə böhranından çıxması üçün Avropaya kömək edir. Həmin dövlətlər özləri inkişaf etməklə yanaşı, Avropaya da yardım edirlər ki, onlardan biri də Azərbaycandır. Ancaq Avropa bu qədər imkanı olmasına baxmayaraq, böhrandan çıxa bilmir. İndi Avropa problemlər içərisindədir. Avropa bu haqda yaxşı düşünməlidir, bunlarla məşğul olmalıdır. Artıq Azərbaycana çəp baxmaq lazım deyil.
“Əgər Ermənistan bizə müraciət etsə...”
- ARDNŞ prezidenti Rövnəq Abdullayev ANS TV-ə müsahibəsində “Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq” deyib. Bu bəyanat nə dərəcədə real əhəmiyyət kəsb edir?
- Bilirsiniz, Rövnəq Abdullayevin “Kömək edə bilər” ifadəsi zaman anlayışı kimi qrammatikada bir şərt formasıdır. Şərt forması da o deməkdir ki, müəyyən şərtlərlə biz onlara kömək edə bilərik. Amma onların bizə müraciət etməsi, öz ehtiyacları olmasını bildirməsi, ola bilsin ki, ermənilərdə müəyyən dərəcədə konstruktivliyi ortaya qoya bilər. Əgər Ermənistan bizə müraciət etsə, biz kömək edə bilərik.
İşğalçı Ermənistan artıq öz çıxılmaz, ağır iqtisadi-siyasi durumunu anlayıb, Azərbaycanla konstruktiv mövqeyə gəlməlidir. Onlar artıq başa düşməlidirlər ki, ömrü boyu bu coğrafi məkanda tək yaşamayacaqlar. Ancaq təəssüf ki, onların siyasətçiləri, dövlət rəhbərləri 200 ildir avantürist siyasət apararaq erməni xalqını elə günə qoyub ki, onlar indi doğrudan da pis vəziyyətdədirlər. Bununla belə, indi dövlətlər də bir az fərqlənir, fərqli mövqe ortaya qoyurlar. Yəni, həmişə ermənilərə pul vermək, yardım, kömək etmək mümkün olmur. O nöqteyi-nəzərdən, bu, ermənilərə, Ermənistana bir növ nəyə isə bir dəvətdir ki, düzgün, uğurlu, konstruktiv yol tutun.
Ermənistan keçmiş SSRİ zamanı həmişə Azərbaycanın hesabına yaşayıb. İndi də öz ağılsız, işğalçı siyasətləri üzündən çətin, acınacaqlı vəziyyətdədirlər. Əgər bu vəziyyətlərini nəzərə alıb, Azərbaycan tərəfinə müraciət edərlərsə, o zaman biz də öz şərtlərimizi, tələblərimizi ortaya qoya bilərik və qoyacağıq. Bir dəfə də demişəm, qədim yunanların məşhur bir kəlamı var-deyir ki, Allah bir insana cəza verəndə, ilk əvvəl onun ağlını alır. Allah-Təala da ermənilərin öz səhvləri və günahları üzündən onların ağlını alıb. Axı, nə qədər səhv etmək olar? Səhvi hamı edir, amma səhvin də dərəcəsi var. Heç olmasa, indi səhvlərinizdən nəticə çıxarın və ağıllanın. Qoy işlər də normal getsin.
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

