/ / Azərbaycanda mövcud vəziyyət prezident seçkilərinin azad və demokratik keçiriləcəyini təsdiqləyir
Azərbaycanda mövcud vəziyyət prezident seçkilərinin azad və demokratik keçiriləcəyini təsdiqləyir
24.08.2013 [08:29]
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına müsahibə verib
- Bahar xanım, Azərbaycanda prezident seçkiləri kampaniyasına bir müddətdir ki, start verilib. Siz ölkəmizdə seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz?
- Azərbaycanda seçkiqabağı durum özünün ən aktiv fazasına keçməyə başlayıb. Çünki artıq bir sıra şəxslərin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunub. Hazırda seçki kampaniyasının imzatoplama mərhələsi həyata keçirilir. Namizədlər, onların təmsil olunduğu siyasi düşərgə, təşəbbüs qrupları artıq bu və sonrakı dövr üçün kimin bu ölkəni idarə etməyə qadir olduğunu və haqqı olduğunu müəyyən ediblər. Bu prosesi yalnız rəsmiləşdirmək qalır ki, oktyabrın 9-da məsələyə aydınlıq gələcək. Düşünürəm ki, həm seçkini təşkil edən qurumlar, həm seçkinin aktiv və passiv iştirakçıları, həm də müşahidə edənlər çox maraqlı bir prosesin içərisindədirlər. Hər kəs də bu prosesdən səmərəli istifadə etməyə çalışaraq öz işini günün tələblərinə uyğun şəkildə qurmağa çalışır. Hesab edirəm ki, ölkəmizdə seçkiqabağı vəziyyəti çox normal qiymətləndirmək olar. Bu da seçkinin yüksək səviyyədə keçəcəyinə, hər bir seçicinin öz iradəsini azad və sərbəst şəkildə ifadə edəcəyinə böyük inam yaradır və Azərbaycanda növbəti dəfə demokratik, ədalətli seçkilərin keçiriləcəyini bəri başdan təsdiqləyir.
- Bəzi beynəlxalq təşkilatlar, o cümlədən ATƏT Parlament Assambleyası Azərbaycandakı prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini bəyan edib. Sizcə, bu qərar nə ilə bağlıdır?
- Azərbaycanda seçki təcrübəsinin təkmilləşməsi, yeni texnologiyaları, seçicilərin maraqlarını və namizədlərin proqramlarını həyata keçirə biləcək yeni formaların tapılması istiqamətində söylənilən fikirləri dəstəkləyirəm. Hesab edirəm ki, Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, özünəməxsus inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi seçki sahəsində əldə olunan nailiyyətlərimiz də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir. Bu təcrübə başqaları üçün də önəmli ola bilər. Biz artıq dünyaya bu istiqamətdə də öz təcrübəmizi nümayiş etdirməkdəyik.
Beynəlxalq təşkilatların ölkəmizdə keçiriləcək prezident seçkilərini müşahidə etməsi məsələsinə gəlincə, bunu həmin qurumların özlərinin fəaliyyətində gedən proseslərlə əlaqələndirmək daha düzgün olardı. Bir qayda olaraq, parlament assambleyaları əsasən, parlament seçkilərini müşahidə edirlər. Konkret olaraq, ATƏT PA ilə əlaqədar deyə bilərəm ki, bu qurum bir neçə ölkədə prezident seçkiləri istisna olmaqla, parlament seçkilərinə müşahidə missiyaları göndərir. Təşkilat ABŞ-da son iki prezident seçkilərinə, Gürcüstanda, Ermənistandakı seçkilərə müşahidə missiyaları göndərmişdi. Bunu da onunla əlaqələndirirdilər ki, belə müşahidələr assambleya üçün yaxşı təcrübə ola bilər, ona görə də, bəzi ölkələrdə keçirilən prezident seçkilərinə müşahidə missiyası göndərmək məqsədəuyğundur. Eyni zamanda, bu qurum həmin ölkələrdə prezident seçkilərini müşahidə etmək üçün məhdud sayda missiya göndərmişdi.
Azərbaycanda keçirilən prezident seçkilərinə müşahidə missiyasının göndərilib-göndərilməməsi ilə bağlı ATƏT PA-nın rəhbərinin açıqlaması var. Belə ki, avqustun əvvəlində ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini açıqlayıb. O bildirib ki, seçki ilə assambleyanın payız sessiyasının vaxtının təxminən üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub. Qurum rəhbəri onu da deyib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir.
Ümumilikdə isə, Azərbaycan bu cür səlahiyyətləri olan bütün beynəlxalq təşkilatlara rəsmi şəkildə müraciət göndərərək prezident seçkilərini müşahidə etməyə dəvət edib. Biz çox maraqlıyıq ki, bütün beynəlxalq təşkilatların nümayəndələri seçkiləri müşahidə etsinlər. Çünki beynəlxalq müşahidəçilər nə qədər çox olsa, seçkilərin şəffaflığı, demokratikliyi barədə fikirlər daha geniş olar.
- Ölkəmizdə radikal müxalifətin toplaşdığı “Milli şura” da prezident seçkilərinə hazırlaşdığını bildirir. Bu düşərgədəki vəziyyətə sizin də münasibətinizi bilmək istərdik...
- Müxalifət düşərgəsində vəziyyətin acınacaqlı olması göz önündədir. Bilirsiniz, insan gərək özünə bəzi işləri rəva görməsin. Əgər bu təşkilatdakı insanlar özlərinə seçki imitasiyası ilə məşğul olmağı rəva görürlərsə, burda nə cəmiyyətin, nə də seçkidə iştirak edən digər tərəflərin heç bir günahı yoxdur. “Milli şura”nın seçdiyi yol budur. Onların məhz bu istiqamətdə getmələri, reallıqları nəzərə almadan fəaliyyət göstərmələri bugünkü acınacaqlı duruma gətirib çıxarıb. Bu qurumda cəmləşən şəxslər özlərini mövcud vəziyyətdən xilas etmək iqtidarında da deyillər. Müxalifət düşərgəsinə ardıcıl xronoloji tarixi baxış etsək, hər dövrdə bu və buna bənzər situasiyaların şahidi olarıq.
Amma bu vəziyyəti hamıya şamil etmək olmaz. Belə bir durum çox məhdud və dar çərçivəni əhatə edir. Yəni, bu, radikal, nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək, iddialarını reallaşdırmaq mövqeyində olan kiçik qrupun düşdüyü durumdur. Bu, sadəcə həmin adamların şəxsi bioqrafiyasıdır ki, öz fəaliyyətləri ilə perspektivlərinin qarşısına böyük sədd çəkiblər. Ona görə də, adını çəkdiyiniz qurum və ona qədərki təşkilatlar hansı taleyi yaşayıblarsa, həmin tale indi də yaşanmaqdadır. Sadəcə, o talenin son günlərinə az bir müddət qalıb, nə qədər seçki prosesi davam edir, bəlkə bu təşkilatın adı bir qədər də çəkiləcək. Seçki bitəndən sonra isə “Milli şura” da digər təşkilatlar kimi tarixin arxivinə atılacaq. Radikal düşərgənin mənsubları isə seçkidən sonrakı dönəm üçün yeni adlar üzərində baş sındırmalı olacaqlar.
- Məlumdur ki, xeyli vaxtdır seçki kampaniyasına start verilsə də, “Milli şura” hələ özünün namizədini irəli sürə bilmir. Belə bir şəraitdə təşkilatın 18 avqustda keçirdiyi aksiyada İsa Qəmbər guya hakimiyyətin hələ seçkilərə hansı namizədlə gedəcəyini bilmədiyini iddia edib. Sizcə, onun bu fikri özünü yoxsa aksiya iştirakçılarını aldatmaqdı?
- Belə fikirlər yalnız istehzalı təbəssüm doğura bilər. Çünki reallıq tamamilə başqadır. 18 oktyabr piket-mitinqi, onun iştirakçıları, şüarları ümumilikdə bu düşərgənin iddialarına rəğmən nə qədər imkansız olduğunu göstərdi. Əslində, belə qeyri-ciddi fikirlərə əhəmiyyət vermək lazım deyil. Bu, onların müəyyən qədər reklamı da ola bilər. Onlar özləri də nə danışdıqlarının fərqində deyillər. Yaxşı olar ki, mətbuatımız belə məsələlərə vaxt ayırmaqdansa, ölkəmizin nailiyyətləri, beynəlxalq müstəvidə artan rolu, eləcə də, dünyadakı mövcud problemlərə, çağırışlara və təhdidlərə qarşı tutduğu önəmli mövqeyinə daha çox yer versinlər.
İ.Qəmbərin və digərlərinin mitinqdə söylədikləri fikirlər isə elə həmin aksiyada da qalır və onun çərçivəsindən kənara çıxmır. Bayaq söylədiyim kimi belə fikirlər reallığı düzgün qiymətləndirən insanlarda yalnız gülüş və təbəssüm doğurur. Bu insanlar prezident və parlament seçkiləri ilə bağlı, eləcə də, ölkənin gələcək taleyində özlərinin hansısa roluna dair illüziyalarını kənara qoymalıdırlar. Bunu həm 18 avqust aksiyası, həm də “Milli şura”nın indiyə qədərki fəaliyyəti, apardığı müzakirələr, namizəd məsələsindəki ortaya qoyulan mövqelər və s. amillər sübut etdi. Biz isə öz işimizə davam etməliyik, Azərbaycan xalqının və dövlətinin maraqlarını ifadə edə biləcək şəxsə seçkilərdə öz münasibətimizi ifadə etmək üçün qanunun yaratdığı imkanlardan və vaxtdan səmərəli istifadə etməliyik.
- Bahar xanım, bir sıra ekspertlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində durğunluğun yaranmasını 2013-cü ildə münaqişə tərəfi olan ölkələrdə seçkilərin keçirilməsi ilə əlaqələndirirlər. Necə hesab edirsiniz, seçkilərdən sonra danışıqlar prosesinin aktivləşməsi nə dərəcədə realdır?
- Bütün cəmiyyət gözləyir ki, bu məsələdə irəliləyiş olsun. Amma çox təəssüf ki, hər seçkidən seçkiyə belə fikirlərin şahidi olsaq da, ortada real nəticə yoxdur. Danışıqlar prosesi prezidentlər, onların şəxsi nümayəndələri, xarici işlər nazirləri və həmsədrlər tərəfindən aparılır. Seçkilərdən sonra prosesdə fəallığın olacağını cəmiyyət gözləyir və bu haqda proqnozlar da verilir. Hər halda, prosesin ölü nöqtədən tərpənməsi üçün təkcə seçkilərin başa çatması rol oynamır. Beynəlxalq dairələr, vasitəçilik missiyasını həyata keçirən təşkilat və prosesi yerindən tərpənməyə qoymayan güclər siyasi iradə nümayiş etdirəcəyi təqdirdə danışıqlarda hansısa nailiyyətlər əldə etmək mümkün ola bilər.
Amma bütün bunlara baxmayaraq, Azərbaycan özünün iqtisadi və hərbi qüdrətini artırmaqdadır. O cümlədən, Qarabağ həqiqətlərinin dünyada qəbul olunması, tanınması istiqamətində işləri davam etdiririk. Bu yaxınlarda ardıcıl olaraq ayrı-ayrı ölkələrdə, ABŞ-ın müəyyən ştatlarında Dağlıq Qarabağ problemi ilə əlaqədar obyektiv qətnamələrin qəbul olunması bunun göstəricisidir ki, artıq dünyada rəy bizim xeyrimizə ədalətli olaraq dəyişməkdədir. Azərbaycanın iqtisadi və hərbi qüdrəti qarşı tərəfi qeyri-konstruktiv mövqedən əl çəkməyə vadar edə biləcək həddə sürətlə inkişaf edir. Ona görə də, hər faktordan istifadə etməklə danışıqların intensivləşməsini və müəyyən nəticələrin əldə edilməsini həm gözləmək, həm də bunu sürətləndirmək üçün çalışmaq lazımdır.
- Bəs Rusiya prezidentinin ölkəmizə səfərinin, eləcə də ABŞ-ın peşəkar bir diplomatı həmsədr təyin etməsinin prosesin irəliləməsinə təsiri ola bilərmi?
- Bu məsələdə həmsədrlərin dövlət olaraq mövqeyini əsas amil hesab edirəm. Çünki fərdlər ayrı-ayrılıqda güclü diplomatlar ola bilərlər, münaqişəni daha yaxşı öyrənib yeni təkliflər irəli sürə bilərlər. Amma bu təkliflər həmsədr dövlətlər tərəfindən nəzərə alınacaqmı? Belə məsələlər prosesdə vacib rol oynayır. Görünən odur ki, həmsədrlər olaraq nə ABŞ-ın, nə Fransanın, nə də Rusiyanın mövqeyində ciddi dəyişikliklər baş verməyib. Onlar tərəfindən münaqişə tərəflərinə həmişə tarazlı münasibət müşahidə etmişik və prosesi əngəlləyən əsas amil də budur.
- Bahar xanım, ATƏT PA-nın yay sessiyasında Minsk konfransının keçirilməsini təklif etdiniz. Bu təklifə müvafiq beynəlxalq dairələr tərəfindən necə münasibət bildirilir?
- Təəssüf ki, hələ nəzərəçarpacaq reaksiyalar yoxdur. Biz zamanında ATƏT PA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin keçirilməsini təklif edəndə də, buna ehtiyacın olmadığı barədə fikirlər səslənirdi. Amma belə müzakirələr keçirildi və bu, ATƏT PA-nın tarixində ilk dəfə çox vacib müzakirə oldu. Eyni zamanda, belə təklif də irəli sürdük ki, bu cür müzakirələr nəinki ATƏT PA-da, digər parlament assambleyalarında da keçirilməli və həmsədrlərin dilindən münaqişə ilə bağlı obyektiv məlumatlar səsləndirilməlidir. Amma hələ ki, belə müzakirələr keçirilməyib.
Minsk konfransının keçirilməsinə gəlincə, belə təkliflə təkcə biz yox, Minsk qrupuna üzv olan bəzi dövlətlər də dəfələrlə çıxış ediblər. Ona görə də, biz bu fikirləri söyləyərkən həmin ölkələrin də rəylərinə istinad edirik. Hazırda bu məsələ haqda qərar olmasa da, bununla belə, nə vaxtsa Minsk konfransının keçirilməsinin zəruriliyi beynəlxalq müstəvidə qəbul olunacaq. Biz Azərbaycan tərəfi olaraq işimizi davam etdirməliyik və bütün beynəlxalq səviyyələrdə bu mövqeyimizi ortaya qoyuruq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

