Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq
05.11.2013 [09:31]
Milli Məclisin deputatı Rauf Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Rauf müəllim, Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkiləri cəmiyyətimizdə hələ də əsas müzakirə mövzularından biridir. Sizin bu seçkilərlə bağlı fikirlərinizi bilmək istərdik...
- Prezident seçkilərinin nəticələri gözlənilən idi və nəticələr bu gözləntiləri doğrultdu. Xalqımız bu seçkilərdə də Heydər Əliyev siyasətinə səs verdi. Bilirsiniz ki, 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Onun qayıdışı ilə dövlətimizin üzləşdiyi ciddi problemlər aradan qaldırıldı. Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və ötən 20 il ərzində məhz ölkəmiz Heydər Əliyev siyasəti əsasında inkişaf edir. Təbii ki, vətəndaşlarımız 1993-cü ildən bu yana doğru seçim ediblər və oktyabrın 9-da keçirilən prezident seçkilərində də bu ənənəyə sadiq qaldılar. Doğru seçim edən xalqımız məsulliyyətli qərarı verərkən öz inkişafına, sabitliyinə, əmin-amanlığına səs verdi. Azərbaycanda bu sabitliyin, əmin-amanlığın və inkişafın qarantı Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyevdir.
Cənab İlham Əliyevin son 10 illik fəaliyyətinə nəzər yetirəndə Azərbaycanın bu illər ərzində dinamik inkişafından qürur duyuruq. Eyni zamanda, ölkəmizin beynəlxalq müstəvidə nüfuzu artmaqdadır. Bu gün vətəndaşlarımız fəxr edirlər ki, ölkəmiz dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Fəxr edirik ki, Azərbaycan əksər beynəlxalq təşkilatlarda söz sahibidir, müstəqil daxili və xarici siyasət həyata keçirir, Prezident İlham Əliyev milli maraqlarımızı müdafiə edir. Bu mənada cəmiyyətimiz də özünün gələcək sabitliyi, əmin-amanlığı və inkişafı naminə ən doğru seçim olaraq cənab İlham Əliyevi yenidən Prezident seçməkdə görürdü və bunu da reallaşdırdı. Belə bir yetkin cəmiyyətin bu cür seçimi təbii qanunauyğunluqdur.
- Azərbaycanın dinamik inkişafının əsasında hansı faktorlar dayanır? Seçkilərin nəticələrinə bütün bunlar necə təsir etdi?
- Azərbaycan inkişaf baxımından bu gün dünya dövlətləri arasında ön sıralarda gedir. Təbii ki, bu inkişafın əsasında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində nailiyyətlərimiz artmaqdadır. “Əsrin müqaviləsi”nin imzalanması ilə həyata keçirilməyə başlanan inkişaf strategiyasının gənc ölkəmizə nələr bəxş etdiyini sadalamağa ehtiyac yoxdur. Təkcə bəzi sahələr üzrə 20 il əvvəlki vəziyyətlə bu günümüzü müqayisə etmək kifayətdir ki, həmin strategiyanın xalqımız və ölkəmiz üçün dəyərini qiymətləndirək. 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə artmış, ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatmışdır. 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat olmuşdusa, 2012-ci ilin yekununda 5885 manat təşkil etmişdir. Başqa sözlə, adambaşına ÜDM 7 dəfəyə yaxın artmışdır. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq, 48 milyard dolları ötmüşdür.
Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.
Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir. Eyni zamanda, iqtisadi artım, əhalinin rifah səviyyəsinin yüksəlməsi üçün görülən konkret tədbirlər struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir.
Qeyd etdiyimiz kimi, ölkəmizdə bütün sahələrdə inkişaf böyük vüsət alıb. Bu baxımdan, mən idman sahəsini də xüsusi vurğulamaq istəyirəm. Ulu öndərin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. Bildiyiniz kimi, 2012-ci il Azərbaycanda “İdman ili” elan olunmuşdu. Bütövlükdə, “İdman ili”ndə ölkəmizdə çox geniş tədbirlər oldu, yerli və beynəlxalq səviyyəli idman yarışları keçirildi. “İdman ili”ndə I Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması isə ölkəmiz üçün ən böyük hadisələrdən biridir. Bu hadisə bütün idman ictimaiyyəti üçün böyük hədiyyədir. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi o deməkdir ki, idmançılarımız xalqımız qarşısında çıxış edərək yüksək nəticələr göstərəcəklər və bayrağımızı dalğalandıracaqlar, himnimizi bütün Avropaya səsləndirəcəklər.
- Sizcə, bu qərarın qəbul olunmasının əsasında hansı amillər dayanır?
- Nüfuzlu beynəlxalq idman təşkilatı tərəfindən belə bir qərarın qəbul olunmasının ciddi əsasları var. Çünki Azərbaycan sözün həqiqi mənasında idman ölkəsi kimi özünü təsdiq edib. Prezident İlham Əliyev idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi-texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edir. Bilirsiniz ki, son illər ərzində Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya kompleksləri inşa olunub və gənclərin ixtiyarına verilib. Bu gün ölkəmizin müxtəlif regionlarında 40-a yaxın olimpiya kompleksi fəaliyyət göstərir. Bu istiqamətdə işlər isə davam etdirilir. Bütün bunlar gənc nəslin sağlam ruhda böyüməsi üçün dövlətimizin atdığı vacib addımlardan biridir. Məhz maddi-texniki bazanın yüksək səviyyədə olması idman uğurlarına, yeni-yeni qələbələrə şərait yaradır. Bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Təbii ki, Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən, o cümlədən beynəlxalq miqyasda da etiraf olunur və yüksək qiymətləndirilir.
- Qeyd etdiyiniz kimi, ölkəmizdə idmana qayğı yüksək səviyyədədir və idmançılara yaradılan şərait hər zaman yüksək dəyərləndirilir. Bu, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında hansı rolu oynayır?
- Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda, respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Sevindirici haldır ki, London Olimpiyadasında qalibiyyət əldə edən idmançılarımızın bir çoxu məhz bölgələrimizi təmsil edən idmançılardır. Vaxtilə, idman qurğularının tikintisində zona prinsipi əsas götürülürdüsə, bu gün hər bir rayonumuzda yüksək səviyyəli idman kompleksləri tikilib istifadəyə verilib. Bununla yanaşı, kiçik tutumlu məşq zalları, paytaxt və ona yaxın ərazilərdə böyük idman arenaları inşa olunub. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət olduqca böyükdür. Bu gün olimpiya idman komplekslərimizin işi yüksək səviyyədə qurulub, uşaqlar, yeniyetmələr idman bölmələrində yeni standartlarla məşq edirlər. Bu baxımdan, bütün məsuliyyətimizlə Azərbaycanda idmanın yüksək sürətlə inkişaf etdiyini deyə bilərik. Yuxarıda da qeyd etdiyim kimi, bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya Hərəkatında əhəmiyyətli uğurlara imza atmasının çəkisi çox böyükdür. Hətta deyə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib. Azərbaycan qısa müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Bu səviyyəyə çatmaq üçün Azərbaycanda planlı şəkildə genişmiqyaslı işlər həyata keçirilib.
- Qarşıdakı dövrlərdə ölkəmizdə nüfuzlu beynəlxalq yarışların keçirilməsi üçün idman infrastrukturlarının səviyyəsini necə qiymətləndirirsiniz?
- Ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Həmin addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Müasir idman kompleksləri, idman arenaları istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni, Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur. Ötən il Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarına və 2016-cı il Dünya Şahmat Olimpiadasına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb. Qeyd edək ki, ölkəmizin beynəlxalq miqyaslı 2 mötəbər şahmat yarışına ev sahibliyi etməsinə dair qərar ötən il sentyabrın 8-də FİDE-nin İstanbulda keçirilmiş konqresində yekdilliklə qəbul edilib. Təbii ki, Bakıda belə mötəbər şahmat turnirlərinin keçirilməsi, Azərbaycan üçün çox əlamətdar hadisədir. 170-dən artıq ölkənin 3000-dən çox idmançısının iştirak edəcəyi yarış bütün aspektlərinə görə çox nəhəngdir. Eyni zamanda, ilk Avropa Olimpiya Oyunları çərçivəsində ölkəmizə minlərlə xarici qonaq gələcək. Əlbəttə ki, dövlətimiz bu və digər beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi üçün lazımi idman infrastrukturlarını yaratmaqdadır.
Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.
- Rauf müəllim, yaradılan infrastruktur, şəraitlə yanaşı, ölkəmizdə idmanın kütləviliyinin təminatında bu sahənin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının, qanunvericiliyin rolu hansı səviyyədədir?
- Ümumiyyətlə, bir faktı mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. 2004-2008-ci illərdə həyata keçirilən idmanın inkişafına dair Dövlət Proqramı bu sahədə sıçrayışlı inkişafın təməli sayıla bilər. Məhz, həmin dövrlərdə və ondan sonrakı illərdə Azərbaycanda bölgələrdə idmanın inkişafı geniş vüsət aldı. Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atıldı. Dövlət Proqramı başa çatsa da, bu sahə üzrə görülən işlər davam etdirilir. Digər tərəfdən, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin etdirilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni, bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir. Bu özü-özlüyündə həm də sistematikliyi, davamlılığı təmin edir. Təbii ki, nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirici təbliğatın aparılması, idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

