Azərbaycan gəncliyinin uğurlu gələcəyi Prezident İlham Əliyevin siyasəti ilə bağlıdır
09.11.2013 [13:07]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Ramin müəllim, Azərbaycan xalqı 9 oktyabr prezident seçkilərində mütəşəkkil formada iştirak etdi. Bu mənada Azərbaycan gənclərinin seçkilərdə iştirakı haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, 9 oktyabr 2013-cü ildə xalqımızın tarixində mühüm hadisə baş verdi. Azərbaycan vətəndaşları növbəti 5 ildə də bizi uğura, inkişafa, tərəqqiyə aparan ölkə başçısına səs verdi. Azərbaycan xalqının bu seçkilərdə aktiv iştirakı, seçki məntəqələrinə gedib öz rəyini bildirməsi göstərir ki, həqiqətən insanlar öz firavan gələcəkləri naminə siyasi iradə ortaya qoyaraq cənab İlham Əliyevə yüksək etimad göstərdilər. Seçki günü beynəlxalq müşahidəçi qrupları ilə işləyən şəxs kimi seçki məntəqələrində fəallığı görəndə müstəqil Azərbaycan vətəndaşı olaraq qürur keçirdim ki, xalqımız özünün və dövlətimizin gələcəyinə nə qədər böyük önəm verir.
Təbii ki, Azərbaycan gəncliyi də seçki prosesində olduqca fəal iştirak etdi. Bu proseslərin fonunda belə bir mənzərə formalaşır ki, gənclik təkcə dövlətin ona yönəlik siyasətinin iştirakçısı deyil, eyni zamanda, bəzi hallarda bu siyasətin formalaşmasında aktor kimi rol oynayır. Seçki kampaniyası dövründə Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyi belə idi ki, ölkəmizin gələcək inkişafı da cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu mənada gənclərimiz seçki kampaniyası dövründə də cənab İlham Əliyevin təbliğatı prosesində fəal iştirak etdilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti mənim də təmsil olunduğum YAP Gənclər Birliyinin sıralarında birləşməkdədir. Böyük bir siyasi qüvvə, elektorat olan partiyanın Gənclər Birliyi də seçki kampaniyasında aktiv iştirak edib. Kampaniya çərçivəsində partiyamızın namizədi cənab İlham Əliyevin 10 il ərzində xalqımız və Vətənimiz üçün gördüyü işlərlə, ölkəmizə bütün sahələrdə qazandırdığı uğurlarla bağlı seçicilər geniş şəkildə məlumatlandırılırdı. Qeyd edim ki, təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının gəncləri xüsusi aksiyalar keçirdilər. Belə ki, gənclər təbliğat materiallarının paylanılmasını, həmçinin, cənab İlham Əliyevin seçki platforması ilə bağlı geniş məlumatlandırma işini uğurla həyata keçirdilər. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 200-ə yaxın üzvü Bakı şəhərinin müxtəlif yerlərində, o cümlədən, metro stansiyalarının yaxınlığında, istirahət parklarında təbliğat materiallarını insanlara payladılar. Eləcə də, bölgələrdə də bu iş uğurla davam etdirildi. Bir sözlə, gəncliyimizin bu seçkilərdə iştirakı yüksək səviyyədə oldu. Azərbaycan gəncləri firavan, xoşbəxt gələcək naminə cənab İlham Əliyevə səs verdilər.
- Bəs, ümumilikdə, Azərbaycan gəncliyinin seçkilərin nəticələrinə baxışları necədir?
- Azərbaycan xalqının, o cümlədən, gənclərin bu seçiminin təbii ki, ciddi əsasları var. Ümummilli lider Heydər Əliyevin zamanında ölkəmizdə ilk atılan addımlardan biri Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Yəni, o zamandan bu istiqamətdə dövlət siyasətinin formalaşması ona gətirib çıxarıb ki, bu gün Azərbaycan dövlətçiliyi ətrafında birləşən gənclik ordusu var. Eyni zamanda, 9 oktyabr seçkilərində də gənclərin fəallığı özünü ciddi şəkildə göstərdi. Bu, təkcə onların siyasi mənsubiyyətindən irəli gələn məsələ deyil, eyni zamanda, bir vətəndaş kimi missiyasıdır. Çünki bu gün Azərbaycanı sevən hər bir vətəndaş indiki tərəqqi və inkişafa səs vermək arzusunu ifadə edib. 9 oktyabr tarixində də bu mövqe ortaya qoyuldu.
Seçkilərin nəticələrinə baxdıqda belə fikir formalaşır ki, bu, sadəcə cənab İlham Əliyevə verilən səs deyil, bütövlükdə ölkəmizdə Heydər Əliyev siyasətinin alternativinin olmadığının göstəricisidir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin timsalında ölkəmizin inkişafına, azərbaycançılıq məfkurəsinə verilən səsdir. Bilirsiniz ki, dünyanın 70-dən çox ölkəsində 400-dən artıq diaspor təşkilatlarımız fəaliyyət göstərir. Seçki öncəsi, eləcə də, səsvermənin nəticələri elan olunandan sonra dövlət başçısına ünvanlanan təbrik və dəstək mesajları da onu göstərir ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Yəni, 10 illik dövr sübut etdi ki, cənab İlham Əliyev sadəcə, Azərbaycan vətəndaşlarının deyil, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın da Prezidenti olmağa nail olub.
Seçki günündə insanların qələbə əhval-ruhiyyəsi bunu bir daha təsdiqləyir. Ümumiyyətlə, seçki ölkəmizdə artıq bir siyasi bayram xarakteri daşımağa başlayır. Təbii ki, bu, indiki hakimiyyətin böyük uğurudur. Çünki illər ərzində Azərbaycanda siyasi etiket fəlsəfəsinin formalaşmasına yönələn addımlar atılırdı və artıq bu öz bəhrəsini verməkdədir. 9 oktyabrda axşam saatlarında “Sahil” bağında qələbəlik və burada minlərlə gəncin iştirakı onların seçkilərə baxışlarının ifadəsidir. Eyni zamanda, bölgələrdə də gənclərimiz seçki günü axşam nəticələri qələbəliklə qeyd etdilər. Bu, seçkilərin nəticələrinə verilən operativ və düzgün qiymət idi.
Bilirsiniz, Azərbaycan xalqı bu seçkilərdə öz liderini seçdi. Çünki hər bir prezidentə xalqının lideri olmaq nəsib olmur, onlar heç də həmişə prezidentliyi dövründə xalqın etimadını qazanmağa nail ola bilmir. Bu mənada Azərbaycandakı seçkilərin nəticələri həm xalqımızın iradəsinin ifadəsidir, həm də Prezidentimizin böyük uğurudur. Çünki dünyada baş verən hadisələrə nəzər salsaq, görürük ki, bəzən liderlər xalqdan çox uzaq olur, yaxud xarici qüvvələr liderlə xalq arasına müdaxilə etməyə cəhd göstərirlər. Amma xalqımızla Prezidentimiz arasında olan bağlılıqlar bizə əsas verir ki, gələcək illərdə bu inkişafın daha sürətlə irəliləməsinə nail ola bilək.
- Sizcə, növbəti mərhələdə dövlət gənclər siyasətinin həyata keçirilməsində, ümumilikdə, gəncliyin inkişafı prosesində nə yeniliklər gözlənilir?
- Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən lazımınca istifadə olunur və tez bir zamanda da bu, öz uğurlu nəticələrini göstərir. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub.
Bu gün Azərbaycan dövləti öz imkanlarını genişləndirdikcə, bütün sahələrdə dünya birliyi ilə ayaqlaşmağa çalışdıqca, gənclərin də müasir zamana müvafiq inkişafı vacib məsələyə çevrilir. Dövlətimiz bununla bağlı bir çox layihələr reallaşdırıb, minlərlə gəncin xaricdə təhsil alması, savadlı kadr kimi formalaşması üçün lazımi addımları atıb. Fikrimcə, gəncliyimizin inkişafı istiqamətində dövlət səviyyəsində aparılan siyasət yeni mərhələdə də uğurla davam edəcək.
- Ramin müəllim, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində hansı addımlar atılır?
- Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər də dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə edirlər. Həm də öz partiya üzvlüyü məsuliyyətini dərindən dərk edərək partiyanın apardığı işə yaxından dəstək olurlar.
YAP Gənclər Birliyi müxtəlif beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Bu siyasət bundan sonra da davam edəcək. Biz ənənəvi olaraq Avropa Xalqları Partiyasının gənclər təşkilatları ilə müxtəlif platformalarla əməkdaşlığımızı davam etdiririk. Yəqin ki, növbəti il biz həmin gənclər təşkilatlarında üzvlük məsələsini gündəmə gətirəcəyik.
İkitərəfli münasibətlərə gəlincə, YAP Gənclər Birliyi olaraq bir sıra dövlətlərin siyasi partiyaları ilə fəal əməkdaşlıq edirik. Bu ildən etibarən Azərbaycanın strateji tərəfdaşlarından biri olan İsrailin gəncləri ilə münasibətlər qurulub. Yaxın zamanlarda bu ölkəni təmsil edən bir neçə təşkilatın gənclərinin Azərbaycana səfər etməsi nəzərdə tutulur. Azərbaycanla İsrail arasında indiki strateji tərəfdaşlığı gənclərin gələcəkdə davam etdirməsi vacib məsələdir. Ümumiyyətlə, Azərbaycan gəncliyi sadəcə, üzv olduğu təşkilatlarda deyil, eyni zamanda, dövlətlərarası münasibətlərin inkişafına da töhfələr vermək imkanındadır. Bu istiqamətdə də YAP Gənclər Birliyi kifayət qədər aktiv rol oynayır. Hesab edirəm ki, bu baxımdan, 2014-cü il YAP Gənclər Birliyi üçün beynəlxalq əlaqələr nöqteyi-nəzərindən də kifayət qədər məhsuldar bir il olacaq.
- Rəhbərlik etdiyiniz Dünya Azərbaycanlı Gənclər Birliyi fəaliyyəti müddətində öz hədəflərinə nail ola bilirmi?
- Dünya azərbaycanlı gəncləri peşəsindən, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər zaman Azərbaycana bağlılıqları ilə fərqlənirlər. Təbii ki, buna da dövlətin apardığı effektli siyasət əsas verir. Gənclərimiz xaricdə Azərbaycanı təmsil etməklə yanaşı, yaşadıqları ölkələrdə də Azərbaycana fayda verməyə çalışırlar. Bu baxımdan, effektli fəaliyyət aparılır. Əsas məqsədlərdən biri odur ki, bu gənclər öz aralarında əlaqələri gücləndirsin, bu sahədə bir şəbəkə yaradılsın. Artıq bu məqsədə nail olunub. Fərqli ölkələrdə yaşayan və bir-birilərini tanımayan gənclər hazırda kifayət qədər güclü əlaqələr qurublar, əməkdaşlıq edirlər.
Yekun olaraq isə məqsədimiz dünya azərbaycanlılarını vahid qüvvəyə çevirməkdir. Əsas məqsəd ölkəmizin adını yüksəltmək, Azərbaycana dəstək vermək və lazım gəldikdə müdafiə etməkdir. Gəncliyimiz bu missiyanın öhdəsindən gəlməyə qadirdir.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

