Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrdən biridir
17.12.2013 [16:43]
Musahibimiz Milli Məclisin deputatı Azər Badamovdur
- Azər müəllim, 2013-cü il başa çatmaq üzrədir. Ölkəmiz üçün bu ilin nəticələrini necə xarakterizə etmək olar?
- İlk olaraq vurğulamaq lazımdır ki, 2013-cü il bir sıra məqamları ilə istər dövlətimizin, istərsə də xalqımızın həyatında müsbət izlər qoydu. Hətta 2013-cü ili müasir Azərbaycanın inkişafında yeni mərhələlərdən də saymaq olar. Bu il ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın yenidən Ulu öndər Heydər Əliyev siyasətinə, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dəstək verməsi növbəti dəfə bir faktı sübut etdi ki, Azərbaycan xalqı ölkəmizdə yürüdülən və siyasi sabitliyi, inkişafı, müasirliyi və bir sıra digər mühüm komponentləri özündə ehtiva edən siyasi kursa inanır. Təbii ki, bu inamın, dəstəyin arxasında 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və 2003-cı ildən etibarən möhtərəm Prezidentimiz tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi xətt dayanır. Məhz bu siyasətin nəticəsində bu gün müasir Azərbaycan dövləti beynləxalq aləmdə bütün ölkələr tərəfindən yaxın tərəfdaş qismində tanınır və qəbul olunur.
Birmənalı olaraq vurğulamaq lazımdır ki, Azərbaycan artıq tək zəngin neft ölkəsi kimi deyil, həm də turizmin, o cümlədən, başqa sahələrin yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır. Belə demək mümkündürsə, ölkəmizdə ildən-ilə bütün sahələrin rəqabətli inkişafı yönümündə daha müsbət addımların atıldığını müşahidə edirik. Bu isə təbii olaraq vətəndaşlarımızın sosial-iqtisadi rifahının daha da yüksəlməsinə xidmət göstərir. Azərbaycan iqtisadiyyatı bəlkə də dünyanın ən sabit iqtisadiyyatlarından biridir. İstər əldə olunan nailiyyətlər, istər düzgün aparılan maliyyə siyasəti, istər ildən-ilə insanların sosial vəziyyətinin daha da yaxşılaşması bunu sübut edir. Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı ölkəmizin ümumi inkişaf tempinə olduqca müsbət təsir göstərir.
- Ölkəmizdə həyata keçirilən siyasi kurs ölkəmizdə həm iqtisadi, həm də xarici siyasət müstəvisində hansı uğurların əldə olunmasını təmin edib?
- Müasir, müstəqil Azərbaycan dövləti, bu dövlətin əsasları, ümumilikdə prinsipləri və ən əsası yaşaması, inkişafı birmənalı şəkildə fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 20 illik müstəqillik yubileyini qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikası Ulu öndərimizin şah əsəridir. Müstəqillik əldə edildikdən sonra hüquqi dövlət quruculuğunun inkişafı yolunda ilk addım Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbulu ilə reallaşdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi həm də ölkəmizdə demokratik ənənələrin formalaşması, Azərbaycanın dünyaya inteqrasiyası, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan addımlarla da yadda qaldı. Siyasi-iqtisadi və sosial mədəni həyatın bütün sahələrində müasir dövrün tələblərinə uyğun dəyişikliklərə zəmin yaradıldı.
Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev müasir Azərbaycanın dünya iqtisadi-siyasi arenasında tanınmasına, yüksək səviyyəli tərəfdaş qismində qəbul edilməsinə zəmin yaratdı. Qısa müddətdə ölkəmizin dövlət büdcəsi on dəfələrlə artırıldı və bu gün Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait düşmən Ermənistanın dövlət büdcəsindən çoxdur. Qeyd olunan bu uğurlar müasir Azərbaycanın ən yeni tarixində şanlı zəfərlərin ardıcıllıq təşkil etməsində əsas pay sahibidir.
Bu gün müasir Azərbaycan yeni dövrün yeni lideri-möhtərəm Prezidentimiz cənab İlham Əliyevin timsalında özünün beynəlxalq uğurlarını dünyaya nümayiş etdirir. Bunun ən bariz nümunəsi ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsidir. Beynəlxalq müstəvidə hər zaman milli maraqlara xidmət edən münasibətlərin möhkəmlənməsində maraqlı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin aparıcı dövlətlər tərəfindən yaxın tərəfdaş qismində qəbul olunması istiqamətində mühüm addımlar atıb. Nəticə ortadadır, ölkəmiz dünyanın ən ali kürsüsündə Avropa məkanının bir hissəsinin təmsilçisi olaraq çıxış edir. Bu gün Azərbaycanda bütün sahələrin paralel inkişafı təmin edilib. Bu gün Cənubi Qafqazın lideri olan ölkəmiz iqtsadi uğurları ilə bütün dünyanı heyrətə salır.
- Ölkəmizdə qeyri-neft sektorunun inkişafından danışdınız. Bu istiqamətdə hansı mühüm addımları sadalamaq olar?
- Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirilməklə nail olunub. Azərbaycanda da iqtisadiyyatın neft amilindən asılılığının azaldılması və qeyri neft sektorunun inkişafı istiqamətində ildən ilə fəal, məqsədyönlü işlər aparılır. Əsas hədəf növbəti illərdə ümumi daxili məhsulun məhz qeyri-neft sektoru hesabına artırılmasına yönəlib. Bütövlükdə, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. On il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb, vətəndaşların gəlirləri 6,1 dəfə artıb, 1,2 milyon iş yeri açılıb. Hesabat dövründə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalıb. 2003-2013-cü illərdə dövlət büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata və ya 25,6 milyard ABŞ dollarına çatıb. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 150 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb.
Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Hazırda qeyri-neft sektoru valyuta gətirə bəiləcək strateji bölməyə çevrilib. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb. Son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Məsələn, ölkəmizdə əsas kapitala yatırılan ümumi investisiyalarda neft sektorunun payı son illərdə kəskin azalıb. Halbuki, bir neçə il əvvəl - 2006-cı ildə ümumi investisiyaların yarıdan çoxu - 57,1 faizi neft sektorunun payına düşürdu. Sözsüz ki, Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin çəkisi də artmaqdadır. Bütövlükdə, respublikanın müxtəlif bölgələrində, Bakıda sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Beləliklə, demək olar ki, Azərbaycandakı iqtisadi sistem qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir. Yəni, milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də inkişaf demək deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Bu gün regionlarımızın inkişaf dinamikası olduqca yüksək səviyyədədir. Regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının yaradılması və ən əsası kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması bu sahənin inkişafına yeni töhvələr verməklə yanaşı bölgələrində inkişafını sürətləndirir. Yəni, kənd təsərrüafatının ayrı-ayrı sahələrinin inkişafı rayonların ümumi inkişaf tempini artır. İki mərhələdə həyata keçirilən «Regionların sosial-iqtisadi inkişafı» Dövlət proqramları bölgələrdə bütün sahələrin paralel inkişafını təmin edib. Rayonlarımızda artıq kənd təsərrüfatının yüksək səviyyədə inkişafı, bir sıra sahələrin dirçəldilməsi ilə yanaşı, turizmin inkişaf etdirilməsi də prioritetə çevrilib. Bu gün ölkəmiz Ərzaq Təhlükəsizliyi Dövlət Proqramının icrası nəticəsində öz ərzaq təhülkəsizliyini təmin edir. Bununla yanaşı, rayonlarımzda turizmin inkişafı üçün yaradılan infrostruktur da olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq regionun əsas turizm mərkəzinə çevrilir. Bu isə ümumilikdə ölkədə qeyri-neft sektorunun kompleks inkişafını təmin etmiş olur.
- Azər müəllim, bir müddət öncə 2014-cü ilin dövlət büdcəsi müzakirə olundu və təsdiq edildi. Yeni büdcə Azərbaycanın sürətli və kompleks inkişaf tempini özündə əks etdirirmi?
- Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töfhələrini verməkdədir. Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Belə ki, ötən illər ərzində Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi prosesi davam edib.
Beləliklə, aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyasının uğurlu davamı nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideridir. Bunu 2014-cü ilin büdcə layihəsi də təsdiq edir. Belə ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın büdcəsindən 5, Ermənistanın büdcəsindən isə 6 dəfə çoxdur. Cənubi Qafqaz ölkələrinin ümumilikdə dövlət büdcələrinin 80 faizi Azərbaycanın payına düşür.
2014-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının sabit inkişafının davam edəcəyinə əminlik yaradır. Makroiqtisadi proqnozlara görə, cari il ölkədə ÜDM istehsalının 55 milyard manat və yaxud da 70 milyard dollar həcmində olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir. Artımın əsasən iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı hesabına əldə edilməsi nəzərdə tutulub. Cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnozlaşdırılan 10 faizlik artım bunu söyləməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əsas sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılması meyilləri qorunub saxlanılacaq. Layihəyə görə, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq. Bu isə nəticə etibarı ilə qeyri-neft sektorunun inkişafını özündə ehtiva edir. 2014-cü il dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində müəyyənləşdirilib ki, bu müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq. 2013-cü illə müqayisədə bu rəqəm 1,1 faiz çoxdur.
2014-cü ilin dövlət büdcəsi üçün verilən proqnozlar göstərir ki, ölkə 2020-ci ilədək qarşıya qoyduğu hədəflərə nail olacaq. Yeni büdcəni fərqləndirən əsas cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektorunun nisbət dəyişməsidir. Belə ki, büdcə formalaşmasında qeyri-neft sektoruna üstünlük verilib. Bütün bu rəqəmlər, göstəricilər Azərbaycanın real inkişafını özündə əks etdirir. Əminliklə qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişafı gələcək illərdə digər problemlərin, ən əsası ümummilli problemimiz olan Dağlıq qarabağ münaqişəsinin ədalətli həllinə yaxından kömək edəcək. Azərbaycan xalqı buna inanır.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

