“Beş-altı adamın düşərgəsini dəyişməsinin dövlətə nə dəxli var?”
15.01.2014 [09:32]
Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova “Media forum” saytına müsahibə verib:
- “Milli şura”da baş verənləri necə qiymətləndirirsiniz? Müsavat Partiyası qurumdan çıxdı. Hazırda şura ətrafında qalmaqal davam edir...
- “Milli şura”nın sonunun belə olacağı proqnozları əvvəldən verilirdi. Bu qurumun yarandığı dövrün mətbuatına nəzər salsanız görərsiniz ki, onu yaradanların kimliyini, hansı qabiliyyətə malik olduqlarını bilən, məntiqi düşüncəsi, müşahidə qabiliyyəti olan hər kəs belə proqnozlar verirdi. “Şura” necə böyük hay-küy, ajiotajla yaradılırdısa, ondan böyük səs-küylə dağılır. Onu böyük həvəslə təsis edənlər bir az da böyük həvəslə dağıdırlar, bir-birindən daha çox haqlı olduqlarını sübuta yetirməyə çalışırlar.
“Qurum dağılır” deyəndə də bir qədər qəribə səslənir, çünki “Milli şura” adlanan qurum elə dağınıq bir vəziyyətdə fəaliyyət göstərməyə çalışırdı. Bu da halsız xəstənin müəyyən doza dərman qəbul edəndən sonrakı hərəkətlərinə bənzəyirdi. Onun hansısa bir tufan törədə, dəyişiklik edə biləcəyini heç kəs düşünmürdü. Ona görə də, bu gün dağınıq bir qurumun dağılmasından danışmağın özü gülüncdür.
- Rəqibləri Müsavat Partiyasının “Milli şura”dan getməsini onun hakimiyyətlə anlaşması və 2015-ci ildə partiyaya mandat veriləcəyi ilə izah edirlər. Hakimiyyətlə Müsavat Partiyası arasında belə bir anlaşma realdırmı, bunu mümkün sayırsınızmı?
- Qətiyyən mümkün və real deyil. Deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur. Onda belə çıxır ki, “Müsavat”ın “Milli şura”ya getməsi də hakimiyyətlə razılaşma əsasında baş vermişdi? O zaman “Müsavat”ın bu quruma gəlməsini özləri üçün şərəf hesab edənlər indi niyə belə fikirlər səsləndirirlər? O zaman niyə kimsənin ağlına gəlmirdi ki, bu da hakimiyyətin layihəsi ola bilər? Elə ki məsələlər onların ziyanına cərəyan edir, onda günahkar axtarılır, bu da istər-istəməz hakimiyyət olur. Odur ki, bu fikirlər real deyil, heç bir məntiqi, əsası yoxdur.
Bu gün bu addımlar bir-birinin xoşuna gəlir, sabah gəlməyəndə odu bizim üzərimizə yönəltməyə çalışırlar. Kim hansı quruma girir, hansı qurumdan çıxır, nə addım atır, özləri bilər. Bunun hakimiyyətə, hakimiyyətin apardığı siyasətə, xalq qarşısında götürdüyü öhdəliyə, bu öhdəliyi necə həyata keçirməsinə heç bir təsiri yoxdur. Hakimiyyət öz işini görür.
Beş-altı adamın bir neçə gündən bir düşərgəsini, mövqeyini, məqsədini dəyişməsinin xalqa, millətə, dövlətə nə dəxli var? Mənə elə gəlir ki, gündəmi boş-boş məsələlərlə məşğul etmək lazım deyil. “Müsavat Partiyasının hakimiyyətlə anlaşması var” kimi fikirləri kim səsləndirir? Bunu dünənə kimi müttəfiq olan, hətta guya birləşmək həddinə gəlib çıxmış partiyaların nümayəndələri deyir. Dünənə qədər bir yerdə idilər. Bu gün mənafeləri, məqsədləri bir deyil, ayrılıblar. Hakimiyyətin bu partiyaların, bu siyasətçilərin münasibətlərinə heç bir müdaxiləsi, qarışacağı yoxdur. Çünki Yeni Azərbaycan Partiyası, mövcud iqtidar, ölkə Prezidenti İlham Əliyev ciddi işlərlə məşğuldur. Bu ötür-ötür oyunu, oyuncaq qurumlar yaratmaq müxalifətin, radikal düşərgənin apardığı dırnaqarası siyasət, fəaliyyət evcik-evcik oynamağa bənzəyir.
- “Milli şura”nın necə yarandığı hakimiyyətə məlum idimi? Burada kənar qüvvələrin iştirakı vardımı?
- Yarandıqda da, fəaliyyəti dövründə də kənar qüvvələr məsələsi hər zaman ortada olub. Siyasətdə qəflətən parlamaq istəyən “gənc” siyasətçinin meydana atılması və özünü, bundan sonrakı həyatını hansısa müqəddəs məqsədlərə həsr etməsi bir çoxlarında şübhə yaratmışdı. Mən bu gün demək istəmirəm ki, həmin fikirlərin hansının həqiqət yükü daha çoxdur. Hər halda belə fikirlər boşdan yaranmamışdı. Azərbaycanda müəyyən layihələrin həyata keçirilməsinə cəhdlər hər zaman olub. Prosesləri öz maraqlarına uyğunlaşdırmaq istəyən dairələr bu gün də var. Cənab Prezident Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında söylədi ki, Azərbaycana yönəlmiş bu siyasət iflasa uğradı. Azərbaycanı qaralamaq istəyənlər bunu bacara bilmədilər. Azərbaycan bu məqsədlərin reallaşması üçün eksperiment meydanına çevrilməyəcək. Çünki Azərbaycanın içərisində bu mühit yoxdur. Mövcud siyasəti, mövcud lideri Azərbaycan xalqının mütləq əksəriyyəti dəstəkləyir. Ona görə də bu kimi layihələri burada planlaşdıranlar, daxildən ona həmfikir, icraçı tapanlar sonda iflasa məhkumdurlar.
- Bahar xanım, 2018-ci ilin prezident seçkisində hakimiyyətin namizədi yenidən Prezident İlham Əliyev olacaq?
- Biz seçkidən yeni və daha güclü çıxmışıq. Əminəm ki, bu beş il ərzində ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqı ilə, dövlətin bu istiqamətdə inkişafını istəyən əksər hissəsi ilə birlikdə işləri o səviyyədə quracaq ki, nailiyyətlərimiz birə-on artacaq. Azərbaycan xalqının da əsas keyfiyyəti ondan ibarətdir ki, o, yalançı vədlərə yox, real işlərə qiymət verir. Növbəti seçkidə də belə olacaq. Əminəm ki, o zaman da xalqın mütləq əksəriyyəti və Yeni Azərbaycan Partiyası bu kursu daha sürətlə, çevik irəliyə aparan İlham Əliyevin namizədliyi üzərində dayanacaq.
- Yeni Azərbaycan Partiyası komissiyalar yaradıb. Onlardan biri də partiyalararası əlaqələr və dialoq komissiyasıdır. Komissiyanın yaxın vaxtlarda müxalifətlə və partiyalarla dialoqa başlaması gözləniləndirmi? İdarə Heyətinin iclasında bununla bağlı fikir mübadiləsi oldumu?
- Azərbaycanda hər zaman konstruktiv mövqeli siyasi təşkilatlar arasında dialoq olub. Ümumilikdə Azərbaycanda bir dialoq mühiti mövcuddur. Özünü bu dialoqdan kənarda qoyan kiçik bir qrup isə dialoq deyərkən yalnız onların şərtləri daxilində və onların ambisiyalarını həyata keçirmək istiqamətində ikitərəfli format təsəvvür edir, dialoqu yalnız belə qəbul edir. Azərbaycanda üç-beş adamın ambisiyalarının reallaşması formatında dialoqlar olmayacaq. Bu dialoqları ictimai-siyasi proseslərə müəyyən təsiri olan siyasi partiyaların, ictimai qurumların, ayrı-ayrı tanınmış şəxslərin bu və ya digər məsələ ilə bağlı mövqelərini öyrənmək, bizi narahat edən, ümummilli maraqlarımıza aid olan məsələlər ətrafında fikir mübadiləsinin aparılması kimi təsəvvür edirik.
- Ötən ilin dekabrında parlament QHT qanunvericiliyinə dəyişikliklər etdi. Bu dəyişiklik parlamentin təşəbbüsüdür və Prezident Administrasiyasına göndərilib. Vətəndaş cəmiyyətinin bir hissəsi bundan ciddi narahat olub. Hətta Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi yaradılıb. Narazılar hesab edir ki, bu əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin, QHT-lərin məhvinə gətirib çıxaracaq. Bu dəyişikliklər hansı zərurətdən doğdu? Hazırda bu məsuliyyət parlamentin üzərinə qoyulur. Siz bu fikirlərlə razısınızmı?
- Zərurətin nədən yarandığı qanun layihəsi təqdim olunanda söyləndi. Ona görə bununla bağlı yeni bir fikir söyləmək istəmirəm. O ki qaldı məsuliyyətin Milli Məclisin boynunda olmasına, qəbul etdiyimiz bütün qanunlar, göstərdiyimiz mövqeyə görə tam məsuliyyət daşıyırıq. Bunun məsuliyyətini də heç kəsin üzərinə yıxmaq fikrimiz yoxdur. Kimlərinsə hüquqlarını pozmaq və yaxud hansısa düşərgəni tamamilə məhv etmək həddən artıq şişirdilmiş və mahiyyətdən yayındırılmış fikirlərdir. Qeyri-hökumət təşkilatları, ümumiyyətlə, QHT düşərgəsi tam arxayın olsun ki, irəli sürülən dəyişikliklər, edilən əlavələr qanunvericilikdə olan yeniliklər bu sahədəki bir sıra problemləri aradan qaldırmağa yönəldilib.
Azərbaycan demokratik, hüquqi bir dövlət, vətəndaş cəmiyyəti qurur. Çox böyük uğurlarımız var. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin ayrılmaz bir hissəsidir. Azərbaycan dövlətinin bu düşərgəyə münasibəti, gündəlik yeritdiyi siyasət, real həyatda, konkret addımlarda özünü göstərir. Bu düşərgə getdikcə genişlənir. Həm qanunlarımız buna şərait yaradır, həm də ali icra orqanları, Prezidentin atdığı addımlar, verdiyi sərəncamlar onların daha yaxşı işləməsi, maliyyələşməsi və Azərbaycan dövlətinin artan iqtisadi imkanlarından daha yaxşı istifadəsi üçün mexanizmlər yaradır. Qanunvericilikdə edilən dəyişikliklər də bu mexanizmlərin daha təkmil, işlək və uzunömürlü olmasına xidmət edir. Ona görə hər hansı dəyişikliyi hələ həyata vəsiqə almamış gözdən salmaq yönündə söylənilən fikirlər düzgün deyil.
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

