Siyavuş Novruzov: Gərginlik yaratmaq istəyirlər
29.03.2014 [12:09]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov martın 28-də “Media forum” saytının suallarını cavablandırıb.
- Ukraynada və Krımda hadisələr yeni başlayanda Azərbaycan məsələyə münasibət bildirməkdə o qədər də maraqlı görünmürdü, bir qədər susqunluq müşahidə edilirdi, rəsmilər bununla bağlı suallara cavab verməkdən yayınırdılar. Martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən özəl qətnamə müzakirə olunub və rəsmi Bakı qətnamənin lehinə səs verib. Azərbaycanın ilk günlər ehtiyatlı mövqe tutmasının səbəbi nə idi?
- Bu məsələ ortaya çıxan gündən, yəni ilk vaxtdan Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı və bildirdi ki, rəsmi Bakı başqa dövlətlərin daxili işlərinə qarışmır, amma bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsipi hesab edirik və hər bir ölkənin ərazi bütövlüyünü dəstəkləyirik. Bu baxımdan, Azərbaycanın BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsini dəstəkləyəcəyi məlum idi. Azərbaycanın mövqeyi həmişə belə olub.
Bir neçə il əvvəl Kosovonun müstəqilliyi ilə bağlı qərar BMT-də səsverməyə çıxarılmışdı. Azərbaycan həmin qərara səs vermədi. Bildirdi ki, belə bir presedent yaratmaq olmaz, ərazi bütövlüyü əsas şərt olmalı və əsas şərt kimi qalmalıdır. Ukrayna ilə bağlı qərar da çox düzgün və ədalətlidir. Çünki hər hansı prinsip bir ölkəyə yanaşmada pozulursa, bu, başqa dövlətlərə də transfer edilə, başqa ölkələrdə də bu presedentdən istifadə oluna bilər.
- Azərbaycandan fərqli olaraq MDB-nin üzvü olan Ermənistan və Belarus Ukrayna ilə bağlı qətnamənin əleyhinə səs verib, Qazaxıstan bitərəf qalıb. Rusiya BMT Baş Assambleyasındakı səsvermə faktından istifadə edib Azərbaycana təzyiq göstərə bilərmi? Azərbaycan müdafiə üçün hansı addımları atmalıdır?
- Azərbaycan bir çox ölkədən fərqli olaraq həmişə balanslaşdırılmış və müstəqil siyasət yürüdüb. Bu gün də bu siyasət davam edir. Yəni Azərbaycan hər bir ölkə ilə, o cümlədən, beynəlxalq təşkilatlar, ayrı-ayrı qurumlarla bərabər tərəfdaşlıq əsasında öz münasibətini qurur. Azərbaycan öz qərarını da bu yanaşma ilə verir, təbii ki, hər bir ölkə də bu qərarı hörmətlə qarşılamalıdır.
- Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrdir. Azərbaycanın Ukraynanı dəstəkləməsindən sonra Moskvanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması dəyişə bilərmi? Krımla bağlı baş verənlərin Qarabağa bir təsiri ola bilərmi?
- Çox vaxt Dağlıq Qarabağla Krımı eyniləşdirməyə çalışırlar, bu haqda fikirlər söyləyirlər. Əgər Krımın tarixinə baxsaq, bu ərazi müxtəlif dövrlərdə müxtəlif ölkələrin tərkibində olub. Burada Rusiya, Türkiyə, Ukrayna da var, eyni zamanda Krımın özü müxtəlif tarixi mərhələlərdə müstəqil fəaliyyət göstərib. Dağlıq Qarabağ isə kainatda mövcud olandan Azərbaycan ərazisidir, Azərbaycanın tərkibindədir.
İkincisi, ortaya atılan şərtlərdən biri bundan ibarətdir ki, Krımda yaşayan əhalinin böyük əksəriyyəti ruslardan ibarətdir və rusların hüquqlarını qorumaq üçün bu addım atılıb. Azərbaycanın işğal olunmuş ərazisində, hətta Ermənistanın özündə bu gün mono millət var. Orada bu gün başqa millətin bir nümayəndəsi də yaşamır. Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hamısı doğma yurdundan çıxarılıb. Azərbaycanın işğal olunmuş ərazisində başqa millətlərin nümayəndəsi, eləcə də, ruslar yaşamır. Üçüncü bir tərəfdən, beynəlxalq hüquq, BMT-nin qətnamələri var. O qətnamələrdə də Azərbaycanın haqqı, ərazi bütövlüyü tanınır. Azərbaycan BMT-yə daxil olanda da Dağlıq Qarabağ ölkəmizin ərazisi kimi təsdiq edilib.
- BMT Baş Assambleyasında Ukrayna ilə bağlı səsvermədən bir gün sonra Rusiya Dağıstanda genişmiqyaslı hərbi təlimlərə başlayıb. Dağıstan Azərbaycanla həmsərhəddir. Bu hadisələr arasında bir bağlılıq varmı?
- Dağıstan Rusiya ərazisidir. Rusiya bu əməliyyatları Dağıstanda da, Sibirdə də keçirə bilər. Bu, hər hansı bir manevr və ya Azərbaycanın qorxudulması kimi qiymətləndirilə bilməz. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Bəzi qüvvələr çox çalışır ki, bu münasibətlərdə bir soyuqluq yaratsın, ara qarışdırsın. Hətta bunların arasında Azərbaycanın daxilindən olan qüvvələr də var, onlar müntəzəm olaraq istər mətbuat orqanlarında, istərsə də virtual məkanda çıxışlar edirlər. Ukraynanın daxili işlərinə qarışmaq, Dağlıq Qarabağa, Azərbaycanın işğal olunmuş ərazisinə, ölkənin əziyyət çəkən qaçqınlarının, köçkünlərinin yanına deyil, dəstə bağlayıb Krım tatarlarının müdafiəsinə getmək təklifləri səslənir. AXC-Müsavat hakimiyyətinin dövrü xatirimə gəlir, həmin qüvvələr, həmin adamlardır. Öz problemlərimiz qalırdı, biri Çinə, biri Hindistana, biri də İrana bayraq taxırdı. Bunların hamısını görə-görə gəlmişik.
Yenə deyirəm, Rusiyanın Azərbaycanla çox yaxın münasibətləri var. “MDB-dən çıxmalıyıq”, “Rusiyanın həmsədrliyindən imtina etməliyik” kimi təxribatçı çıxışlar səslənsə də, bunlar hamısı erməni lobbisinə xidmət edən, ayrı-ayrı xarici dairələrdən, kəşfiyyat orqanlarından maliyyə alan insanların fikridir, arzusudur, Azərbaycanın Rusiya ilə münasibətlərində gərginlik yaratmaq istəyirlər. Hesab edirəm ki, bu, yolverilməzdir. Həm cəmiyyət, dövlət, həm də vətəndaşlar buna qarşı ciddi mübarizə aparmalıdır.
- Yəni Azərbaycan üçün şimal təhlükəsi yoxdur?
- Xeyr, yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

