Siyavuş Novruzov: Müsavat Partiyası kağız, qəzet üzərində olan bir partiyaya çevrilib
21.08.2014 [09:47]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə müsahibəsi:
- Siyavuş müəllim, bələdiyyə seçkilərinin keçirilməsinə getdikcə daha az vaxt qalır. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlığı hansı mərhələdədir?
- Bildiyiniz kimi, bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iyul ayında qəbul etdiyi qərarı var. Bundan sonra da rayon və şəhər təşkilat sədrlərinin, o cümlədən aparat rəhbərlərinin birgə toplantısını keçirərək bələdiyyə seçkilərinə hazırlığın növbəti mərhələsi ilə bağlı onların qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Bələdiyyə seçkiləri ilə əlaqədar həm bizim ümumi partiya proqramımız, həm də rayon və şəhər təşkilatlarının tədbirlər planı var. Həmin proqram və planların hər bir bəndinə uyğun olaraq, bu istiqamətdə fəaliyyət qurulur. Qısaca olaraq, bu proqrama nələrin daxil olduğunu deyim. Birinci növbədə, keçmiş namizədlərlə bağlı tədqiqatlar və təhlillər aparılacaq. Biz bunu mütəmadi aparırdıq və indi də davam etdiririk. Yəni, 5 il ərzində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin fəaliyyəti qiymətləndiriləcək, onların insanlar tərəfindən, seçicilər tərəfindən necə qəbul olunması və onlardan kimlərin namizədliklərinin təkrar irəli sürülməsi müəyyənləşdiriləcək. İkinci məsələ isə rayonlarda 5 ildə yeni ictimai-siyasi vəziyyətə uyğun olaraq formalaşmış, hazırlıqlı, bacarıqlı, bundan öncəki prezident, parlament və bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasında aktiv iştirak etmiş gənclər və qadınlar arasından da namizədlərin seçilməsidir. Seçki dövründə mərkəzi və yerli seçki qərargahlarında fəaliyyət göstərəcək partiya fəallarının siyahısı hazırlanacaq və mərkəzi qərargaha təqdim olunacaq.
Bundan əlavə, həm namizədlər, həm də müşahidəçilər və məşvərətçi səs hüquqlu üzvlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu və ya digər istiqamətlərdə işlər davam etdirilir. Bilirsiniz ki, təxminən oktyabr ayında bələdiyyə seçkilərinə start veriləcək. Yəni, bələdiyyə seçkilərinə start verilənə qədər bizim bütün irəli sürüləcək namizədlərimiz, seçki qərargahlarımız, orada fəaliyyət göstərəcək insanlar tam hazır vəziyyətdə olacaqlar.
- Müxalifət partiyalarının bələdiyyə seçkilərinə hazırlıqlarını necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, müxalifət düşərgəsində bir süstlük yaşanır və bu süstlüyün də səbəbləri ondan ibarətdir ki, ilk növbədə, onlar bələdiyyə seçkilərində iştirak edə bilməyəcəklər və hər hansı bəhanələr axtarırlar ki, seçkilərdə iştirak etməsinlər. Çünki bələdiyyə seçkilərində 20 minə yaxın namizəd irəli sürülməlidir və namizəd irəli sürmək üçün müxalifətin sosial bazası, elektoratı yoxdur. Ona görə də, bələdiyyə seçkiləri ilə bağlı müxtəlif fikirlər ortaya atırlar ki, guya bələdiyyə seçkilərinin statusu zəif olduğu üçün iştirak etmək istəmirlər. Əslində isə, səbəb onların yerlərdə irəli sürə biləcək namizədlərinin olmamasıdır. Bu baxımdan da onlar funksiyalarını başqa-başqa istiqamətlərə yönəltməyə çalışırlar ki, gündəmdə qalsınlar.
- Bir sıra müxalifət partiyaları müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən bəzi QHT nümayəndələrinin hüquqlarını müdafiə etmək üçün müxtəlif qurumlar yaradırlar. Bu məsələyə münasibətinizi bilmək istərdik.
- Bəli, bir qrup müxalifət partiyaları özlərini guya ki, insan hüquqlarının müdafiəçisinə çeviriblər, bu və ya digər şəkildə cinayət törətmiş şəxslərin hüquqlarını müdafiə etmək üçün komitələr, qurumlar yaradırlar. Amma bütün bunlar sırf özlərini gündəmdə saxlamaq üçündür. Həmin adamlara bunların heç bir aidiyyəti yoxdur və xarici ölkələrdə həmin adamları maliyyələşdirən kəşfiyyat orqanlarının diqqətini cəlb etmək və onlardan vəsait qoparmağa çalışırlar.
- Müsavat Partiyasının qurultay məsələsi getdikcə uzanır və mətbuatda yayılan məlumatlara görə, iki gün öncə partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclası zamanı başqanlığa potensial namizədlər arasında qalmaqal yaşanıb. Bu məsələləri nə cür dəyərləndirirsiniz?
- Artıq 3 ildir ki, Müsavat Partiyasının qurultay qalmaqalı gündəmdədir. Hələ son prezident seçkiləri öncəsi də bu qalmaqal var idi. Gah dedilər ki, bizi yerlə təmin etmirlər, gah da bir şou düzəltdilər ki, qurultayı Gürcüstanda keçirmək istəyirlər, Türkiyədə keçirmək istəyirlər. Bu və ya digər şəkildə qurultayın keçirilməsini ləngidirlər. Bu da ondan irəli gəlir ki, burada problem başqan problemidir. Əgər orada düzgün seçki keçirilsə, İsa Qəmbər Müsavat Partiyasının başqanı seçilməyəcək. Bunu “müsavat”çılar qəbul etmirlər və görürlər ki, gündən-günə Müsavat Partiyası geri gedir, demək olar ki, kağız üzərində, qəzet üzərində olan bir partiyaya çevrilib. Bir neçə üzvü mətbuatda çıxış etməklə gündəmdə qalan bir partiyadır. Yəni, bu partiyanın hər hansı bir fəaliyyəti yoxdur. Bu baxımdan da namizədlər arasında ciddi şəkildə qarşıdurma var. Bir qrup istəyir ki, özü seçilsin və “Müsavat”ın tərkibində islahatlar aparsın, bir qrup isə istəyir ki, “Müsavat”ı özünün gəlir mənbəyinə çevirməklə zavod kimi, müəssisə kimi və yaxud da bir firma kimi monopoliyaya götürərək özlərinin iqtisadi və siyasi maraqlarını təmin etsinlər. Bu qruplar arasında ciddi şəkildə mübarizə gedir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

