Dövlət səviyyəsində təhsilimizin inkişafına xüsusi diqqət yetirilir
24.01.2015 [09:31]
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev www.yap.org.az saytına müsahibə verib:
- Əhməd müəllim, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq olunması haqqında Sərəncam imzalayıb. Sizcə, bu sənəd təhsilimizin inkişafına hansı töhfələr verəcək?
- Ümumiyyətlə, Azərbaycanda son 11 ildə təhsilin inkişafı ilə bağlı çox böyük işlər görülüb. Bu sahə ölkə Prezidentinin birbaşa diqqət və qayğısı ilə əhatə olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyəti çox yüksəkdir. Bütövlükdə, dövlət səviyyəsində ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu gün ölkə Prezidentinin neft kapitalının insan kapitalına çevrilməsinə dair irəli sürdüyü ideyanın reallaşdırılması istiqamətində çox ciddi tədbirlər həyata keçirilir.
Bu nöqteyi-nəzərdən uzun müddətdir ki, təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi, tədris-metodik təminatı istiqamətində dövlət tərəfindən çox işlər həyata keçirilib. Son 11 ildə ölkəmizdə xeyli sayda məktəb tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Bu gün həm orta, həm orta ixtisas, həm də ali məktəblərin maddi-texniki bazası yüksək səviyyədədir. Bütün bunlar artıq dünya standartlarına uyğun olaraq qurulub. Nəticə olaraq təhsil sahəsində islahatların uğurlu sonluğa çatması üçün bütün məsələlərin həll olunması vacibdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da məhz bu məqsədlərə xidmət edir. Dövlət Strategiyasında əksini tapan müddəalar təhsilimizin yüksək səviyyədə qurulmasına hədəflənib və bu gün bu strategiyanın həyata keçirilməsi istiqamətində təhsil nazirimiz çox böyük işlər görməkdədir. Hazırda bu yöndə işlər uğurla davam etdirilir. Yanvarın 19-da ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam da bu strategiyanın həyata keçirilməsinin parametrlərindən biridir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı bu sənədin hər bir maddəsinin hansı zamanda və kim tərəfindən həyata keçirilməsini özündə əks etdirir. Düşünürəm ki, Fəaliyyət Planı uğurla icra ediləcək və bu da Azərbaycan təhsilinə böyük töhfələr verəcək.
- Prezident İlham Əliyev bu günlərdə “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncam imzalayıb. Sizcə, bu Sərəncam müəllimlərin maddi təminatının yüksəlməsi ilə yanaşı, tədrisin keyfiyyətinə nə dərəcədə təsir göstərəcək?
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkə təhsilinin yüksək səviyyəyə çatdırılmasını özündə ehtiva edir. Hər bir müəllim, pedaqoji işçi bu strategiyaya uyğun olaraq fəaliyyətini tamamilə dəyişməli, yeniləşdirməlidir. Ümumiyyətlə, normal təhsil sisteminin qurulması üçün maddiyyatın da böyük rolu var. Bu baxımdan, Prezident İlham Əliyevin yanvarın 16-da imzaladığı həmin Sərəncam çox təqdirəlayiqdir. Ona görə ki, bu gün qlobal dünyada iqtisadi böhran baş verdiyi bir zamanda təhsil işçilərinin əməkhaqlarının bu səviyyədə artırılması təkcə təhsil işçiləri tərəfindən yox, bütün Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Həmin sənəddə əməkhaqları ilə bağlı mexanizmlər müəyyənləşib ki, bu da çox doğru qərardır. Mən bu qərarı tam dəstəkləyirəm, Milli Məclisdə çıxışlarım zamanı da demişəm ki, eyni fəaliyyətlə məşğul olan insanlar eyni məbləğdə əməkhaqqı almamalıdır. Hər kəs öz qabiliyyətinə görə əməkhaqqı ilə təmin olunmalıdır. Bilirsiniz ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilir. Artıq Bakı şəhərində 30 min müəllimin diaqnostik qiymətləndirilməsinin aparılması barədə məlumat verilib. Dövlət başçısının Sərəncamına görə, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları artırılacaq. Hesab edirəm ki, bu diaqnostik qiymətləndirmə təkcə Bakı şəhərini deyil, bütün regionları əhatə etməlidir. Beləliklə, müəllimlər qabiliyyətinə görə yüksək əməkhaqqı ilə təmin olunacaqlar. Bu da müəllimlərdə öz işlərinə daha məsuliyyətlə yanaşmaları üçün bir stimul yaratmaq deməkdir.
Diaqnostik qiymətləndirmədən keçib əməkhaqlarının artırılması məsələsində artıq pedaqoji heyət bilir ki, artım kimlərə şamil ediləcək, kimlərə yox. Artımın şamil edilmədiyi müəllimlər öz vəzifəsindən uzaqlaşdırılmayacaq. Bunun mexanizmi də təhsil nazirimiz tərəfindən açıqlanıb. Belə ki, həmin müəllimlərin yenidən hazırlanması məsələsinə baxılacaq. Bu müəllimlər müasir tələblərə cavab verən səviyyədə öz hazırlıqlarını təmin etməlidirlər ki, onların da əməkhaqları Prezidentin Sərəncamına uyğun olaraq artırılsın. Bu baxımdan, müəllimlərin əməkhaqlarının artırılması təkcə maddi vəziyyətlə əlaqələndirilməməlidir. Əgər təhsil işçilərinin əməkhaqları artırılırsa, bu, onların məsuliyyətini də artırır. Yəni, bu amil məktəblərdə tədris prosesinin, təhsilin inkişafının yüksək səviyyədə həyata keçirilməsinə xidmət etməlidir.
- Ötən ilin dekabr ayında Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Elm haqqında qanun” layihəsi müzakirə olundu. Sizcə, bu sənədin əhəmiyyəti nədən ibarətdir?
- Bəli, bu sənəd komitəmizdə geniş müzakirə edilib. Ümumiyyətlə, hər bir sahənin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu mənada “Elm haqqında” qanunun qəbul olunması çox əhəmiyyətli olacaq. Bu sənəd elmin inkişafına böyük təkan verəcək. Eyni zamanda, qanun layihəsində elmi işçilərin əməkhaqlarının artırılması, onların sosial məsələlərinin həlli, maddi stimul və s. məsələlər əksini tapıb. Dövlət rəhbərliyinin belə bir strategiyası var ki, təhsil, elm və istehsalat inteqrasiya olunmalıdır. Elmsiz təhsil, təhsilsiz elm hər hansı müsbət nəticələrə imkan verə bilməz. Bu baxımdan, istər ali təhsil müəssisələrində, istərsə də AMEA və onun strukturlarında elmi fəaliyyətə çox ciddi fikir verilməlidir. Düşünürəm ki, bu qanun bu məsələləri tam şəkildə tənzimləyə biləcək.
- Əhməd müəllim, təhsilin keyfiyyətini daha da yüksəltmək üçün rəhbərlik etdiyiniz “Odlar Yurdu” Universitetində nə kimi yeniliklər tətbiq olunur?
- Hesab edirəm ki, təkcə təhsil müəssisələri yox, eləcə də, bütün müəssisələr zaman-zaman öz inkişafı ilə bağlı proqramlar müəyyənləşdirməlidir. “Odlar Yurdu” Universitetinin bu yöndə böyük proqramı var ki, bu gün ölkə Prezidentinin müəyyənləşdirdiyi strategiyaya uyğun təhsilin keyfiyyətini artıraq. Biz burada müasir dövrün tələblərinə uyğun mütəxəssislər hazırlamağa çalışırıq, hədəfimiz budur. Ona görə də, təhsilin keyfiyyətinə xüsusi fikir veririk və bu yöndə də proqramlar müəyyənləşdirmişik. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq olunandan sonra sənədin maddələrini geniş təhlil edərək fəaliyyət proqramımızı ortaya qoymuşuq. Bu gün universitetimizdə keyfiyyətin təminat mərkəzi fəaliyyət göstərir ki, hər bir tələbənin, müəllimin fəaliyyətinə nəzarət edir. Tələbələrin tam şəkildə məzun olması istiqamətində hər semestr müəllimlərin attestasiyası keçirilir. Attestasiyadan keçməyənləri, günün tələblərinə cavab verməyənləri uzaqlaşdırırıq, onların əvəzinə müasir səviyyədə tədris prosesini qura bilən müəllimləri cəlb edirik.
Məlumat üçün deyim ki, universitetimizin geniş xarici əlaqələri də var. Bu məsələyə ona görə ciddi fikir veririk ki, daxili bazarda tam şəkildə müəyyən sahələri inkişaf etdirmək çox çətindir. Bu səbəbdən də, dünyanın aparıcı universitetlərinin təcrübəsini öyrənib üstün cəhətləri burada tətbiq edirik. Həmçinin, tələbələrimiz müvafiq proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində 1 il müddətində təhsil alırlar. Biz ABŞ, Türkiyə, Almaniya, İspaniya, Böyük Britaniya, Şimali Kipr, Gürcüstan universitetləri ilə geniş əlaqələr yaratmışıq və birgə proqramlar həyata keçiririk.
- Millət vəkili olaraq təmsil etdiyiniz bölgədə bu baxımdan vəziyyət necədir?
- Bilirsiniz ki, mən Qazax rayonundan millət vəkili seçilmişəm. Təhsil işçisi olduğum üçün bu bölgədə təhsil problemlərini araşdırıram. Ölkə Prezidenti İlham Əliyev Qazax rayonuna səfərlər edib, görülən quruculuq işlərilə tanış olub. Dövlət başçısı tövsiyə edirdi ki, yerlərdəki problemləri müvafiq orqanlara çatdırmaq lazımdır. Mən də millət vəkili olaraq müəyyən problemlərlə bağlı müvafiq qurumlara müraciət etmişəm. Məsələn, rayonda 15 qəzalı məktəb var idi ki, bununla əlaqədar müvafiq təşkilatlara müraciət etmişəm. Artıq həmin məktəblər tikilərək istifadə verilib. Eləcə də, bundan başqa da yeni tikilən və əsaslı təmir olunan təhsil müəssisələri var.
Artıq dövlət tərəfindən bölgədə təhsil ilə bağlı lazım olan məsələlər həll olunub. Təhsilin keyfiyyətinə gəlincə, mən rayon üzrə verilən hesabatlarda, görüşlərdə demişəm ki, Qazaxda təhsilin yüksək səviyyədə qurulması hər bir təhsil işçisinin qarşısında bir vəzifə kimi dayanmalıdır, bu istiqamətdə böyük işlər görülməlidir. Çünki Qazax rayonu tarixən elm-təhsil mərkəzlərindən biri olub. Bu gün biz düşünməliyik ki, elm-təhsil mərkəzi olan Qazaxda təhsil müəssisələri yüksək təhsil verməlidir. Bu yöndə də işlər davamlı olaraq həyata keçirilir.
Təbii ki, təhsilin səviyyəsi bizi tam qane etməsə də, çox işlər görülüb. Düşünürəm ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyası nəticəsində nəinki Qazax rayonunda, bütün bölgələrdə istənilən inkişafa nail olacağıq. Dövlətimizin həyata keçirdiyi siyasət də məhz bu məqsədə xidmət edir. Bu istiqamətdə Təhsil Nazirliyinin fəaliyyəti təqdirəlayiqdir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

