Aydın Ağazadə: Yazdıqlarım yaşadıqlarım, izlədiklərimdir
20.02.2015 [00:29]
Yaşayıb işimlə, yaradıcılığımla xalqıma nələrsə bəxş etmək istəyirəm...
Bu gün yazıçı-publisist Aydın Ağazadənin 60 yaşı tamam olur. Qeyd edək ki, o, 1955-ci ildə Bakıda anadan olub. M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1976-90-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1990-93-cü illərdə “Ədalət” qəzetinin şöbə müdiri, baş redaktorun birinci müavini olub. 1993-2001-ci illərdə Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri işləyib. 1995-97-ci illərdə Azərbaycan Hüquqşünaslar Birliyinin orqanı olan “Hüquqşünas” qəzetinin baş redaktoru kimi ölkədə aparılan demokratik-hüquqi islahatlar barədə silsilə yazılarla çıxış edib. 2001-ci ildən 2007-ci ilədək Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub, indi sözügedən nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin informasiya şöbəsinin rəisidir. “Həsən Əliyev-hakim və insan”, “Cəllad aman istəyir”, “Əbədi Selcan” və “Sabun köpüyü” kitablarının, “Sonuncu şahid” ssenarisi əsasında çəkilmiş eyniadlı dördseriyalı televiziya filminin müəllifidir. “Qızıl qələm” və “Araz” ədəbi mükafatları laureatıdır.
- 60 yaşlı Aydın müəllim geriyə dönüb baxanda nələri görür?
- İnsan yaşa dolduqca daha da həyata sarılır, daha da həyatın qədrini bilir - yazdıqlarının, qazandığı dostlarının, ilk növbədə də ailəsinin və ətrafının. Çünki fərqinə varırsan ki, indiyə kimi yaşamısansa, fəaliyyət göstərmisənsə, yaradıcılıqla məşğul olmusansa onların sayəsindədir. Çevrilib geriyə baxanda tamaşalarla bağlı yazdığım resenziyalar, tamaşalar, işlədiyim doğma teleradiomuz, “Ədalət”, “Hüquqşunas” və “Azərbaycan” qəzetləri, həmin qəzetlərdə yazı və iş prosesində yaşananlar gəlir insanın gözünün önünə və deyirsən ki, çox şükür boşuna yaşamamışam. Yaş üstünə yaş gəldikcə bunu daha yaxşı başa düşmək olur. İndi daha çox yazmaq, daha çox işləmək istəyirəm. Bir neçə kitabım hazırdır. Qismət olsa, tamaşalarımı səhnələşdirmək haqqında düşünürəm.
- Tamaşalardan söz düşmüşkən, bugünkü Azərbaycan teatrının vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Bu gün dövlətimizin teatrlarımıza diqqət və qayğısı yüksək səviyyədədir. Bu, bir qələm adamı kimi məni sevindirir. Teatrlarımızın binaları təmir olunur. Ən yeni avandanlıqlarla, akustika ilə təchiz olunur. Tamaşaçı baxımından da məncə teatrlarımızın heç bir problemi yoxdur. Yəni, tamaşaçılar gəlib yeni, müasir, təmirli binalarda bir-birindən istedadlı rejissorlarımızın səhnələşdirdikləri tamaşalara baxa bilirlər. Gözəl əsərlər yazılır. Eyni zamanda, klassiklərimizin əsərləri də yenidən, müasir dövrün tələblərinə uyğun olaraq səhnələşdirilir.
- Aydın müəllim, yaradıcılığa başladığınız dövrdən danışmağınızı xahiş edərdim. Kimləri görüb Aydın Ağazadə? Nələri əxz edib onlardan?
- O zaman mən İncəsənət İnstitutunda oxuya-oxuya yazdığım resenziyalardan biri mərhum Mehdi Məmmədovun çox xoşuna gəlmişdi və tələbə olduğum halda mənim Teatr Xadimləri İttifaqına üzv kimi qəbul olunmağımla bağlı təklif səsləndirmişdi. Bu hadisə məni o qədər duyğulandırmışdı ki... Düşünün, bir gənc oğlan, gənc tələbə yazdığı yazılara görə belə mötəbər bir quruma üzv olur. O dövrdə bir çox korifeyləri canlı olaraq görmüşəm, onlarla ünsiyyətdə olmuşam. Azərbaycan ədəbi tənqidinin əsas simalarından sayılan mərhum Nadir Cabbarov, Aydın Məmmədov, mərhum akademikimiz Yaşar Qarayev, o dövrün bütün üzdə olan şair və yazarları çalışdığım “Ədəbiyyat və incəsənət” qəzetinə gəlirdilər. Oturub saatlarla onlarla ədəbiyyatı müzakirə etməyin özü belə insana çox şey öyrədirdi. O dövrün məşhur yazıçılarının adi bir jesti, adi bir hərəkəti belə görüb - götürmək istəyən, onların həyat tərzini müşahidə qabiliyyəti güclü olan biz gənclər üçün örnək təşkil etməkdə idi. Sonradan mən teleradioda çalışanda da eyni hal davam etməkdə idi. Bizə yazıçılarla verilişlər hazırlamaq, onlarla ünsiyyətdə olmaq maraqlı idi .
- Eyni zamanda, nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin informasiya şöbəsinin rəisisiniz. Həm yaradıcılıq, həm iş, çətin deyil ki, sizin üçün?
- Bilirsiniz, insan öz işini sevəndə, ona canı-könüldən bağlı olanda hər şey o qədər gözəl olur ki. Mən həmişə demişəm ki, bu dünyada hər şey sevgidən doğur. Bəzən bir quşa, bir çiçəyə, bir böcəyə, adicə bir daşa da insan sevgi bəsləyir və sevir. Bu sevgi o qədər müsbət enerjiyə çevrilir ki, hətta ömrü boyu heç bir yaradıcılıqla məşğul olmayan adam belə ilham alıb bu sevgidən nəsə yarada bilir. Quşa baxıb bir şəkil çəkə, bir mahnı ifa edə bilir. Amma eyni zamanda, bütün sevgilərin başında insanın insana olan sevgisi gəlir. Mən sevirəmsə, mən sevgi ilə yaşayıramsa, bu mənim xoşbəxtliyimdir. Bəzən görürsən ki, insan var, hər şeyi var, ancaq həyatında nəsə çatışmır. İllərlə yaşadıqdan, axtarışlarda olandan sonra görür ki, sən demə, həyatında çatışmayan nəsnə sevgi imiş. Mən də işimi sevirəm. Yaradıcılığım, ailəm, ətrafım, dostlarım, məni əhatə edən bütün kainat qədər öz işimi sevirəm. Hər zaman çalışıram ki, insanlarla xoş ünsiyyət qurum. İstər işdə olsun, istər işdən kənarda. Nə ehtiyac var ki, başqa cür yaşamağa? İnsana həyat bircə dəfə verilir.
- Yaradıcılığınızda obrazlar təxəyyül məhsuludur, yoxsa, real həyatda yaşayan obrazlardır?
- Əlbəttə, hər bir qələm adamı obrazlarının bir hissəsini həyatdan götürürsə, bir azını özünün düşüncələrindən yaradır, onu ətə-qana gətirir və bir az da özünün taleyini yazır. Hansı qələm adamından soruşursunuzsa soruşun, sizə eyni cavabı verəcək. Hər hansı bir əsəri qələmə almağa başlayanda mənim üçün onun strukturu artıq mövcud olur. Ancaq təbii ki, bunlar şərti strukturdur. Bəzən yazı prosesi zamanı elə bir məqam yetişə bilər ki, yazıçının fikrində olmayan fikirlər kağızlara yol tapsın və bir də yazıçı gözünü açıb görsün ki, əsəri tamamı ilə başqa səmtə yönəlib. Mən əsəri elə qələmə almalıyam, sujet xəttini, strukturu elə qurmalı və bədii təsviri elə verməliyəm ki, əsəri oxuyan oxucu, tamaşaya baxan tamaşaçı burda xırda belə olsa qüsur tapmasın. Bu artıq müəllifin peşəkarlığından asılıdır. Mənim yazdıqlarımın böyük əksəriyyəti yaşadıqlarım, şahidi olduqlarım, izlədiklərimdir. Amma o əsərlərin hər birinin içində bir MƏN var.
- Gələcək planlarınız haqqında danışardınız...
- Həyat davam edir. 60 yaş nədir ki? Yaşayıb işimlə, yaradıcılığımla xalqıma nələrsə bəxş etmək istəyirəm.
Söhbətləşdi: Oktay Hacımusalı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

