/ / “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək üçün yaradılmış imkanlardan maksimum faydalanmağa çalışır
“Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək üçün yaradılmış imkanlardan maksimum faydalanmağa çalışır
04.12.2015 [10:13]
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Qorxmaz müəllim, bu yaxınlarda Azərbaycanın su təsərrüfatı tarixində mühüm bir hadisə baş verdi. Dünyanın ən böyük ultrasüzgəc texnologiyasına əsaslanan sutəmizləyici qurğular kompleksi istismara verildi. Bu layihənin sosial və iqtisadi əhəmiyyəti nədən ibarətdir?
- Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin iştirakı ilə 28 oktyabr 2015-ci ildə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusunun məhz Azərbaycanda tikilməsi su təsərrüfatı tariximizin ən böyük nailiyyətlərindən biridir.
Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya olan tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, Ceyranbatan sutəmizləyici qurğusunun 3-cü növbəsinin köhnəlməsi yeni qurğunun inşasını zəruri edirdi. Üstəlik Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması bu layihənin reallaşdırılmasına imkan verdi.
Kompleksin tikintisində dünyanın inkişaf etmiş ölkələrinin və şirkətlərin təcrübəsi nəzərə alınmış, layihə hazırlanarkən onun mövcud mənbələrlə əlaqələndirilməsi, hazırda istismar olunan magistral xətlərin təmiri və ya qəzalar zamanı su təchizatında dayanıqlılığın təmin edilməsi əsas götürülmüşdür.
Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur və onun təbii mineral tərkibi tam qorunub saxlanılır. Ultrasüzgəclərdə aparılan təmizləmə zamanı su bütün yad cisimlərdən, bakteriya, virus və ağır metallardan təmizlənir, bulanıqlıq, xoşagəlməz iy və dad tam aradan qaldırılır. Tam qapalı, avtomatik rejimdə təmizlənən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Qurğuda quraşdırılmış 5280 süzgəc modulunda saniyədə 6,6 kubmetr su emal olunur. Gələcəkdə qurğunun emal gücünü saniyədə 7,5 kubmetrə çatdırmaq mümkündür. Kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılmış, SCADA mərkəzi idarəetmə sistemi yaradılmışdır. Yeri gəlmişkən, istismara verildikdən sonra kompleksə xarici mütəxəssislər davamlı səfərlər edir və onlar yeni qurğunun imkanlarını yüksək qiymətləndirirlər.
Abşeronda içməli su təchizatının yenidən qurulması məqsədilə 2100 km-dən artıq magistral və şəbəkə su xətti, 350 km kanalizasiya kollektoru və xətti tikilmiş, 39 ədəd anbar istifadəyə verilmişdir
Kompleksin tikintisi ilə paralel suyun istehlakçılara çatdırılması üçün infrastrukturun yaradılması da diqqətdə saxlanılmışdır. Bu məqsədlə dəniz səviyyəsindən 118 metr hündürlükdə anbar kompleksi tikilmiş, buradan Abşeron yarımadasının şərq hissəsinə doğru 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral kəməri inşa olunmuşdur. Yaşayış məntəqələrinə verilən içməli suyun dayanıqlılığını təmin etmək üçün ümumi həcmi 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları istismara verilmişdir. Mövcud infrastrukturlar vasitəsilə Abşeron yarımadasının bir sıra yaşayış məntəqələri yüksək keyfiyyətli içməli su ilə təmin olunur. Bu yaxınlarda indiyədək mərkəzləşdirilmiş su təchizatı sistemləri olmayan Türkan və Zirə qəsəbələrinə bu mənbədən suyun verilməsinə başlanılmışdır.
- Son illər Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilmiş layihələr hansı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur?
- Bildiyiniz kimi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramlarında istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu vəzifələrdən irəli gələn məsələlərin həlli 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış “Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış suları sistemlərinin Master Planı” çərçivəsində həyata keçirilir.
2010-2015-ci illər ərzində Abşeron yarımadasında içməli su təchizatının yenidən qurulması məqsədilə çoxsaylı layihələr həyata keçirilmişdir. Bu layihələr çərçivəsində 2100 km-dən artıq magistral və şəbəkə su xətti, 350 km kanalizasiya kollektoru və xətti tikilmiş, 39 ədəd anbar istifadəyə verilmişdir. Eyni zamanda, 1100-dən artıq çoxmənzilli yaşayış binasının içməli su şəbəkəsi, 4550-dən artıq binanın zirzəmisində kanalizasiya xətləri yenilənmiş, 265 min smart sayğac quraşdırılmışdır. Görülmüş işlər nəticəsində ilk dəfə mərkəzləşdirilmiş qaydada su ilə təmin olunmuş əhalinin sayı 270 min nəfər, fasiləsiz rejimdə içməli su ilə təmin olunanların sayı 1 mln. 550 min nəfər artmışdır. Yeri gəlmişkən, hazırda Bakı şəhəri üzrə xidmət göstərilən əhalinin 80 %-ə yaxını fasiləsiz rejimdə içməli su ilə təmin olunur.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində Kürdəxanı qəsəbəsində içməli su şəbəkəsinin tikintisi yekunlaşmışdır. Layihə çərçivəsində sayğaclaşma işləri də aparılmış, 4 minə yaxın abonent fasiləsiz içməli su ilə təmin olunmuşdur.
Ceyranbatan-Zirə kəmərinin inşası, həmçinin bir sıra yaşayış məntəqələrində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində tarixən yeraltı və daşınan sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri, həmçinin Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərinin su təminatı ciddi şəkildə yaxşılaşmışdır.
Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə yeni kollektor və xətlərin, çirkab sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
I Avropa Oyunları ilə əlaqədar Dövlət Bayrağı Meydanı ərazisində, Böyükşor gölünün, Su İdman Sarayının ətrafında və digər ərazilərdə, həmçinin Mingəçevir şəhərində su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması işləri görülmüşdür. Ölkəmizi dünyada tanıdan bu mötəbər idman yarışına “Azərsu” ASC-nin kollektivi də öz töhfəsini vermiş, Oyunların davam etdiyi günlərdə Bakı və Mingəçevir şəhərlərində yarışların keçirildiyi idman obyektlərinin, Olimpiya kəndi, mehmanxanalar, ictimai-iaşə və turizm obyektlərinin dayanıqlı su təchizatı təmin edilmiş, bu obyektlər üzrə tullantı sularının idarə edilməsində hər hansı problem yaranmamışdır.
Su təchizatının və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr 46 şəhər və rayon mərkəzini əhatə edir
Böyük idman tədbiri ərəfəsində Bakı şəhərində Olimpiya Stadionunun tikintisi, yol infrastrukturunun yenidən qurulması, Böyükşor gölünün təmizlənməsi layihələrinin icrası ilə əlaqədar ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorları yenidən qurulmuş, yeni xətlər və şəbəkələr tikilmişdir. Böyükşor gölünə axıdılan tullantı sularının qarşısının alınması və optimal idarə edilməsi məqsədilə 2000 mm diametrli borularla 1,5 km uzunluğunda yeni kanalizasiya kollektoru inşa edilmiş, bununla da tullantı sularının gölə axıdılmasının qarşısı tam alınmışdır.
Ötən müddətdə “Ağ Şəhər” layihəsi və “Yeni Bulvar”ın tikintisi ilə əlaqədar ərazidən keçən su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılmışdır.
- Regionların sosial-iqtisadi inkişafı proqramlarında içməli su təchizatı infrastrukturlarının yenidən qurulması mühüm sosial-iqtisadi siyasətin tərkib hissəsi kimi göstərilmişdir. Proqramda nəzərdə tutulan tələblərdən irəli gələrək ötən müddətdə bir sıra layihələr həyata keçirilmişdir. Ümumiyyətlə, bölgələrdə görülən işlərin ümumi mənzərəsi necədir?
- Diqqətinizə çatdırmaq istərdim ki, istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr Azərbaycanın 46 şəhər və rayon mərkəzini əhatə edir. İndiyədək 43 şəhərdə işlərə başlanılmış, 3 şəhərdə - Ağcabədi, Qazax, Samux şəhərlərində layihələrin icrasına hazırlıq görülür. Tikinti-quraşdırma işlərinin həyata keçirildiyi 46 şəhərin 17-də layihələr dövlət büdcəsi hesabına, 26-da isə beynəlxalq maliyyə qurumları ilə birlikdə maliyyələşdirilir. Bu şəhərlərin 29-da işlər “Azərsu” ASC-nin, 8-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin, 6-da Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin sifarişi ilə icra edilir.
Ayrı-ayrı layihələr barədə məlumat verməzdən öncə qeyd etmək istərdim ki, artıq 14 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin inşası tam başa çatmışdır. 8 şəhərdə su təchizatı sistemlərinin tikintisi yekunlaşmış, işlərin davam etdiyi 22 şəhərin 7-nə isə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Bu il oktyabrın 6-da Ucar şəhərində içməli su təchizatı, Göyçayda isə su və kanalizasiya sistemlərinin yekunlaşması münasibəti ilə keçirilmiş mərasimlərdə cənab Prezident iştirak edib.
4 şəhərdə - Astara, Daşkəsən, Tərtər və Qobustanda layihələrin icrasına 2015-ci ildə başlanılmasına baxmayaraq, qısa müddətdə işlərin əhəmiyyətli hissəsi yerinə yetirilmişdir.
Kür Sutəmizləyici Qurğular Kompleksinin imkanlarından yararlanmaqla Aran bölgəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2013-cü ildə Şirvan-Muğan, 2014-cü ildə isə Sabirabad-Saatlı magistral su kəmərləri istismara verilmişdir. Hazırda bu kəmərlər vasitəsilə Şirvan, Hacıqabul, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinə su verilir. Gələcəkdə Salyan və Neftçala şəhərləri, həmçinin kəmərin marşrutu boyunca yerləşən kəndlərin sakinləri də bu mənbələrdən içməli su ilə təmin olunmaqla, ümumilikdə 627 min nəfərin içməli su təchizatı yaxşılaşdırılacaq.
Şirvan bölgəsinin keyfiyyətli və dayanıqlı su təchizatına hesablanmış Külüllü sugötürücü qurğularından Ucar, Zərdab, Kürdəmir, Ağsu şəhərləri fasiləsiz içməli su ilə təmin olunur. Bununla paralel olaraq şəhər mərkəzlərinə yaxın və magistral xətlər üzərində yerləşən 7 kənd də Külüllü mənbəyindən su alır və onların sayı 52-yə çatdırılacaq.
Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin edəcək məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir tipli sutəmizləyici qurğu da bu il istismara verilmişdir. Hazırda Mingəçevir şəhəri bu mənbədən qidalanır, növbəti mərhələdə Yevlax şəhərinə və ətraf kəndlərə də içməli su veriləcək.
Lənkəran, Astara şəhərlərini və 39 kəndi su ilə təmin etmək üçün Xanbulançay su anbarının yaxınlığında sutəmizləyici qurğu inşa olunmuş, buradan Lənkəran şəhərinə suyun verilməsi təmin edilmişdir.
Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 km Şəmkirçay-Şəmkir magistral su kəməri qısa müddətdə tikilib istismara verilmiş, bununla da Şəmkir şəhəri dayanıqlı içməli su ilə təmin olunmuşdur.
Ümumilikdə 43 şəhər və rayonu əhatə edən layihələr çərçivəsində 4800 km içməli su, 2800 km kanalizasiya xətti çəkilmiş, 79 ədəd su anbarı tikilmiş, 77 ədəd artezian və subartezian quyusu qazılmışdır. Regionlarda görülmüş işlər nəticəsində 370 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuş, 450 min nəfərin isə su təchizatı fasiləsiz rejimə keçmişdir.
İri şəhərlərlə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. Son illər “Azərsu” ASC tərəfindən 33 rayonun 95 kənd və qəsəbəsində su təchizatı sistemlərinin qurulması işləri həyata keçirilmişdir ki, nəticədə 300 mindən artıq insanın su təminatı əsaslı şəkildə yaxşılaşmışdır.
- Qorxmaz müəllim, mətbuatdan izlədiyimiz kimi, bu yaxınlarda Fransanın Marsel şəhərində keçirilmiş Dünya Su Şurasının 7-ci Baş Assambleyasında Azərbaycan qurumun İdarə Heyətinə üzv seçilmişdir. Bu əlamətdar hadisə münasibəti ilə təbriklərimizi çatdırırıq və bu barədə fikirlərinizi bölüşməyinizi istərdik.
- Bu hadisənin əhəmiyyəti barədə məlumat verməzdən öncə qeyd etmək istərdim ki, son illər möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycanda içməli su təchizatı və kanalizasiya sektorunda görülən işlər və həyata keçirilən layihələr beynəlxalq qurumlar, o cümlədən Dünya Su Şurası tərəfindən yaxından izlənilir və yüksək qiymətləndirilir. Təşkilatın təmsilçiləri keçirdiyimiz görüşlərdə bu məsələni xüsusi vurğulayırlar. 2013 və 2014-cü illərdə Bakıda keçirilmiş Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfranslarında Dünya Su Şurasının rəhbərliyi də iştirak etmiş və Azərbaycanda su təchizatı sektorunda ciddi irəliləyişlərin olduğunu dilə gətirmişlər. Hesab edirəm ki, Şuranın ali qurumuna seçilməyimizdə bu amillərin böyük rolu olmuşdur.
Həyata keçirilən layihələr beynəlxalq qurumlar, o cümlədən Dünya Su Şurası tərəfindən yaxından izlənilir və yüksək qiymətləndirilir
Dünya Su Şurasının İdarə Heyətinə seçilmək ölkəmizin su təsərrüfatı sektoru üçün əhəmiyyətli hadisədir. Bu uğur gərgin işin və böyük əməyin nəticəsi olaraq qazanılmışdır. Diqqətinizə çatdırım ki, 1996-cı ildə yaradılmış Dünya Su Şurasında “Azərsu” ASC 2013-cü ildən təmsil olunur. Qısa müddətdə İdarə Heyətinə seçilmək faktına Şuranın təcrübəsində çox az hallarda rast gəlinir. 13 noyabr 2015-ci il tarixində təşkilatın İdarə Heyətinə keçirilmiş seçkilərdə “Azərsu” ASC-nin namizədliyi qeydə alınmış və bu barədə Şuraya üzv ölkələrin nümayəndə heyətləri məlumatlandırılmışdır. Ümumilikdə seçkilərdə müxtəlif kateqoriyalar üzrə 60 namizəd təsdiq edilmişdir. “Azərsu” ASC 16 namizədin qərarlaşdığı hökumət təşkilatları bölməsində təmsil olunurdu ki, həmin bölmədən 7 namizədin seçilməsi nəzərdə tutulmuşdu. İdarə Heyətinə gizli səsvermə yolu ilə keçirilmiş seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət təşkilatları arasında “Azərsu” ASC 76 faiz səs toplayaraq növbəti 3 il müddətinə Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilmişdir.
Dünya Su Şurasının İdarə Heyətində üzvlük su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərməyə və qarşılıqlı təcrübə mübadilələrinin aparılmasına əlverişli şərait yaradır.
İstehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, yeraltı və yerüstü su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, daha mükəmməl sugötürücü konstruksiyaların tətbiqi, suyun keyfiyyət standartlarının təkmilləşdirilməsi, istifadə olunmuş suların dərin texnologiyalar əsasında təmizlənməsi və s. sahələrdə təcrübə mübadilələrinin aparılması baxımından üzvlüyün əhəmiyyəti böyükdür.
- Qorxmaz müəllim, son illər “Azərsu” ASC-nin bir sıra yeni müəssisələri fəaliyyətə başlamışdır. Həmin müəssisələrin fəaliyyət istiqamətləri, həmçinin kadr hazırlığı işləri barədə məlumat verməyinizi xahiş edirik.
- Su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsi məqsədilə bu il Bakı şəhərində Suölçən Cihazların Sınağı və Kalibrlənməsi Laboratoriyası fəaliyyətə başlamışdır. Artıq laboratoriya dövlət akkreditasiyasından da keçmişdir. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları yoxlamadan keçirilir, sayğacların xətaları, texniki göstəricilərə uyğun təzyiqə davamlılığı yoxlanılır və təmir işləri aparılır.
2013-cü ildə istifadəyə verilmiş Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində uğurlu addımlar atılmışdır. Latviya Dövlət Akkreditasiya qurumunun əməkdaşları burada aparılan analizlərin beynəlxalq standartlara uyğunluğunu yoxlamış və müsbət rəy vermişlər.
Kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə “Azərsu” ASC-nin yeni Təlim-Tədris Mərkəzi yaradılmışdır. Hövsan Aerasiya Stansiyasının ərazisində fəaliyyət göstərən mərkəz eyni vaxtda 321 nəfərə təlim keçirilməsinə imkan verir. Müasir standartlar səviyyəsində qurulmuş mərkəzdə regional və beynəlxalq təlimlərin keçirilməsi məqsədilə yüksək səviyyəli şərait yaradılmışdır. Bu təcrübədən yararlanaraq gələcəkdə respublikanın bütün bölgələrini əhatə edən regional təlim-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur. Beynəlxalq maliyyə qurumlarının Azərbaycanda və digər ölkələrdə reallaşdırdığı layihələr çərçivəsində bəzi beynəlxalq və regional təlimlərin yeni yaradılmış mərkəzdə keçirilməsi də aktuallıq kəsb edir.
“Azərsu” ASC Bakı şəhəri və regionlarda layihələrin icrasını uğurla davam etdirir
Yeri gəlmişkən, kadr hazırlığı və işçilərin peşəkarlığının yüksəldilməsi məqsədilə 2012-ci ildən başlayaraq mütəxəssislər yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə cəlb edilirlər. Ümumilikdə, ötən müddətdə 7 mindən çox əməkdaşımız təlimlərə cəlb olunmuşdur.
Ötən il “Azərsu” ASC tərəfindən “Regional Təlim-İnkişaf Proqramı” layihəsinin icrasına başlanılmış və bu il də davam etdirilmişdir. Proqram çərçivəsində regionlarda fəaliyyət göstərən 2300-dək əməkdaş təlimlərdə iştirak etmişdir.
2014-cü ildə Fransanın “Suez Environnement” şirkəti ilə imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində keçirilən təlimlər də bəhrəsini verir. 5 il ərzində 34 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq. Qeyd edim ki, bu yaxınlarda bir qrup əməkdaşımız təlimçi kurslarını müvəffəqiyyətlə başa vurmuş və sertifikatlar almışlar.
Təlim mərkəzlərinin iş prinsiplərinin öyrənilməsi, interaktiv tədris üsullarının mənimsənilməsi, təlimdə innovasiyaların, yeni metod və yanaşmaların tətbiqi sahəsində xarici təcrübənin öyrənilməsi məqsədi ilə əməkdaşlarımızın bir qismi Fransa, İspaniya, Türkiyə, Çin və digər ölkələrdə təcrübə mübadiləsində iştirak etmişlər.
Sonda onu qeyd etmək istərdim ki, istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC-ni yeni vəzifələr və çağırışlar gözləyir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək üçün “Azərsu” ASC-nin kollektivi yaradılmış imkanlardan maksimum faydalanaraq qarşıdan gələn 2016-cı ildə Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi naminə daha səylə çalışacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

