/ / Prezident İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı üçün keyfiyyət infrastrukturu sahələrinə xüsusi diqqət ayırır
Prezident İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı üçün keyfiyyət infrastrukturu sahələrinə xüsusi diqqət ayırır
23.12.2015 [10:26]
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Ramiz müəllim, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Rəhbərlik etdiyiniz komitənin fəaliyyət sahələri müasir dövrün çağırışları, qarşıya qoyulan tələblərin icrası və sahibkarlığın inkişafı üçün əsas alət rolunu oynamaqdadır. Bu sahədə hansı işlər görülür?
- Respublikamızın günbəgün inkişafı, bütün istiqamətləri əhatə edən yüksəlişi, iqtisadiyyatın dinamik templə dünya iqtisadiyyatına inteqrasiyası danılmaz həqiqətdir. Təməlində Ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi duran bu inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən aparılan hərtərəfli islahatlar, tarazlı iqtisadi siyasət, yerli və xarici investorlar üçün əlverişli, münbit şəraitin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkəmizdə bütün sahələrdə dinamik sosial-iqtisadi inkişafla nəticələnib. Müasir dövrdə keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarlığın, ümumiyyətlə, əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilmişdir.
Cənab Prezidentin ötən aylarda imzaladığı fərmanlar və Onun təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilən və qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin inkişafına istiqamətlənən inqilabi addımlardır.
Hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda neftdən asılılığın minimuma endirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı üçün keyfiyyət infrastrukturuna aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması yeni perspektivlər vəd edir.
- Yeri gəlmişkən, texniki tənzimləmə və standartlaşdırma sahəsinin beynəlxalq tələblər səviyyəsinə çatdırılması məqsədilə hansı işlər görülür?
- Azərbaycanda iqtisadi inkişafın dayanıqlılığına və ölkənin dünya bazarına çıxışına köməklik göstərilməsi məqsədilə Avropa İttifaqının “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsi həyata keçirilməkdədir. 2016-2017-cı illər ərzində isə “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin həyata keçirilməsi üzrə işlər aparılacaqdır.
Komitə tərəfindən “Enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sisteminin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmışdır. Proqram layihəsinin son versiyası hökumətə təqdim edilmişdir.
Hesab edirik ki, keyfiyyət infrastrukturunun başlıca sahəsi sayılan texniki tənzimləmə və standartlaşdırmanın hazırkı inkişaf tempi cənab Prezident tərəfindən qarşımıza qoyulan əsas məqsədlərə çatmağa kömək olacaqdır.
- Dövlətin xüsusi qayğısı və diqqəti sayəsində metrologiya sahəsinin inkişafı istiqamətində də xeyli nailiyyətləriniz var...
- Metrologiya sahəsinin inkişafını təmin edən qanunvericilik aktları qəbul edilmişdir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun 2013-cü il 13 iyun tarixində Milli Məclis tərəfindən qəbul edilmişdir. Həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərini təmin etmək və sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin” nomenklatur siyahısı və onların yoxlama dövriliyi işlənib hazırlanmışdır.
Ötən il “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılmışdır. TK-nın yaradılmasında əsas məqsəd metrologiya sahəsi ilə bağlı sənayedə və digər sahələrdə istifadə olunan milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının və s. işlənib hazırlanmasına dəstək göstərmək, onların ekspertizasını keçirərək rəy vermək, bununla da ölkədə sənayenin inkişafına, azad sahibkarlıq subyektlərinin ədalətli rəqabətinə, şəffaf bazar mexanizmlərinin formalaşmasına zəmin yaratmaqdır.
Metrologiya sahəsində beynəlxalq əməkdaşlıq da inkişaf etdirilmişdir. Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) ilə Komitə yanında Dövlət Metrologiya Xidməti arasında Memorandum imzalanmışdır.
- Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya da ölkəmizdə keyfiyyət infrastrukturunun başlıca sahələrindəndir. Ötən il bu sahənin tənzimlənməsi və inkişafı məqsədilə yeni qanun da qəbul edilmişdir. Qanunun qəbulundan sonra bu sahədə nələr dəyişdi?
- “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun 2014-cü il 30 may tarixində Milli Məclis tərəfindən qəbul edilmişdir. Uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası ilə bağlı xüsusi fəaliyyət istiqamətlərinə aid olan standartların hazırlanması məqsədilə, həmçinin uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Akkreditasiya sahəsində” standartlaşma üzrə Texniki Komitə də yaradılmışdır. Vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanlarının artırılması, kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin edilməsi, komitə və kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə uyğunluq sertifikatlarının dövlət reyestrinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasına başlanılmışdır.
- Ramiz müəllim, son olaraq sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində əldə etdiyiniz uğurlar barədə nə demək olar?
- Azərbaycan hökuməti sənaye mülkiyyəti sahəsində beynəlxalq sistemə inteqrasiya məsələsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanda əqli mülkiyyətin mühafizəsi sahəsində inkişafın təmin edilməsi məqsədi ilə daim beynəlxalq təcrübəni öyrənir və ölkədə tətbiq edilməsi üçün mühüm addımlar atır. Son dövrlərdə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi, başqa sözlə desək, patent sahəsində də bir sıra nailiyyətlər qazanılmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri 13-15 may 2014-cü il tarixində Azərbaycana səfər etmişdir. Qarri ölkəmizə səfəri çərçivəsində möhtərəm cənab Prezident İlham Əliyev ilə görüşmüşdür. Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Səfərin nəticəsi olaraq, Azərbaycan hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə həyata keçirilmiş bu islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı, keyfiyyət infrastrukturunun müasir standartlara uyğun qurulması prosesi hazırda da davam etdirilir. Son illər Azərbaycanda mövcud siyasi sabitlik, iqtisadi inkişaf tempi xarici ölkələrin fiziki və hüquqi şəxsləri tərəfindən əmtəə nişanlarının qeydiyyatına maraqların artmasına səbəb olmuşdur.
Hesab edirik ki, möhtərəm cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, keyfiyyət infrastrukturu sahələrinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və ixrac potensialının yüksəldilməsi dinamik şəkildə müşahidə olunacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

