Ötən 14 ildə regionların inkişafı ilə bağlı verilən bütün vədlər yerinə yetirilib
03.02.2018 [01:07]
Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovdur
- Aydın müəllim, regionların inkişafı ilə bağlı ötən 14 il ərzində həyata keçirilən siyasəti necə qiymətləndirərdiniz?
- Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm hissəsini təşkil edir və bu proqramların müəllifi dövlətimizin başçısıdır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanmış cənab İlham Əliyev andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin yaradılması, bölgələrdə işsizlik probleminin aradan qaldırılması qarşıya hədəf qoyuldu. Verilən vədlərin yerinə yetirilməsinin ilk təməli 2004-cü ildə qoyuldu. Həmin dövrdən başlayaraq regional inkişaf proqramları təsdiq edilərək həyata keçirildi. Regional inkişaf proqramı çərçivəsində, ilk növbədə, infrastruktur layihələrinə başlanıldı. Çünki infrastruktur olmadan iqtisadi-sosisl layihələri icra etmək çətindir.
İnfrastruktur layihələrinə yönəlmiş böyük investisiyalar ötən 14 il ərzində mühüm nəticələrini göstərdi. Bu dövr ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. 2004-cü ildə Azərbaycan elektrik enerjisini idxal edirdisə, hazırda elektrik enerjisini ixrac edir. Qazlaşdırma ötən dövrdə 51 faizdən 93 faizə çatdırılıb. İçməli su və kanalizasiya problemləri həll edilib. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb. Son 14 il ərzində dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına mühüm təsir edib. Yol çəkilişi geniş vüsət alıb və son 14 il ərzində 12 min 300 kilometr yol çəkilib. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilib.
Beləliklə, infrastruktur layihələrinin uğurlu icrası regionların inkişafında əsaslı dönüş yaratdı.
- Azərbaycan regionun ən sürətli inkişaf etmiş ölkəsinə çevrildi...
- Tamamilə doğrudur, respublikamız ötən 14 ildə böyük inkişaf yolu keçib.
14 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Azərbaycan regional inkişaf proqramlarının maliyyələşdirilməsini öz maliyyə qaynaqları hesabına təmin edib. Diqqət yetirsək, görərik ki, birinci proqramın icrasına başlanılan zaman Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Dövlət kifayət qədər əhatəli və böyük regional inkişaf proqramına bu rəqəmlə start verdi. Buna baxmayaraq, hökumət ilk proqrama lazım olan vəsaitin ayrılmasını təmin edə bildi və hər istiqamət üzrə nəzərdə tutulmuş konkret tədbirlər planı maksimum səviyyədə icra olundu. Hazırda valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində valyuta ehtiyatlarımızı 23 dəfə artıb. Bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Həmin vəsaitlər böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə sərf olunub.
Beləliklə, respublikamız müvafiq Dövlət proqramını uğurla icra etməklə qarşıya qoyulmuş bütün məqsədlərə çatıb. Cənab Prezidentin vurğuladığı kimi, ötən 14 il ərzində verilən bütün vədlər artıqlaması ilə yerinə yetirilib.
- İnkişaf proqramlarının əhalinin sosial vəziyyətinin yaxşılaşmasında hansı rolu olub?
- Regional inkişaf proqramları bölgələrdə yaşayan insanların iş yerləri ilə təmin olunmasına, onların yaşayış imkanlarının yaxşılaşmasına mühüm təsir göstərib. Özəl sektorun ildən-ilə genişlənərək iqtisadiyyatda payının 80 faizi ötməsi onun məşğulluq səviyyəsinin yüksəlməsində rolunun artmasına imkan verib. 14 ildə əhalinin gəlirləri 8 dəfədən çox artıb, yoxsulluğun səviyyəsi 5 faiz səviyyəsinə qədər azaldılıb. Kənd təsərrüfatında ənənəvi sahələrin dirçəldilməsi respublika əhalisinin 47 faizinin yaşadığı kənd rayonlarında məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə və kənd əhalisinin gəlir imkanlarının artmasına şərait yaradıb. Statistik göstəricilərə görə, ev təsərrüfatlarında aqrar sektordan adambaşına gəlirlər 5,8 dəfə artıb. Əhalinin orta aylıq əməkhaqqı 5 dəfədən çox yüksəlib.
- Rayonların maliyyə imkanları baxımından Dövlət proqramlarının əhəmiyyətini necə dəyərləndirərdiniz?
- Yürüdülən siyasət iqtisadi rayonların daxili ehtiyatlarının üzə çıxarılması və səfərbər olunması, nəticədə maliyyə imkanlarının yaxşılaşmasına səbəb olub. Rayonlardakı qeyri-neft resurslarının istehsalı və ixracı imkanlarının, aqropark və sənaye zonalarının yaradılması, bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların iqtisadi potensialının artmasına imkan verib. Azərbaycanın inzibati rayonlarının böyük qismi hazırda daxili resursları və potensialı hesabına maliyyə xərclərini ödəmək iqtidarındadır. Bu gün respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan formalaşdırır. Həmin şəhər və rayonların mövcud iqtisadi potensialı qeyri-neft sektorunun inkişafı, vergi potensialının genişləndirilməsi və daxili gəlirlərin artması hesabına baş verir. Bu, onu göstərir ki, iqtisadi göstəriciləri kifayət qədər yaxşı olan digər şəhər və rayonların da öz büdcələrini yerli gəlirlər hesabına təmin etmələri üçün real iqtisadi baza mövcuddur.
Qarşıya qoyulmuş əsas hədəflərdən biri gələcəkdə mərkəzləşdirilmiş büdcədən dotasiya almadan digər şəhər və rayonların da öz gəlirləri hesabına özlərini təmin etməsidir. Hazırda dövlət tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən işlər regionlarda iqtisadi fəallığın güclənməsinə, sahibkarlıq subyektlərinin sayının artmasına və yeni müəssisələrin fəaliyyətə başlamasına zəmin yaradır.
- Xarici iş adamlarının regionlardakı fəaliyyətini necə qiymətləndirərdiniz?
- Sahibkarlıq sektoru üçün yaradılmış əlverişli mühit və həyata keçirilən səmərəli siyasət Azərbaycanda fəaliyyətə başlayan xarici sərmayəçilərin də sayının artmasına səbəb olmaqdadır. Son 14 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mini ötüb. Həmin şirkətlərin daha çox maraq göstərdikləri sahələr sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır. Bu gün iqtisadiyata yatırılmış sərmayələrin yarısı xarici iş adamlarına məxsusdur. On dörd il ərzində ölkə iqtisadiyyatına yönəldilər investisiyaların yarısı xarici sərmayədir. Xarici sərmayənin qoyuluşu hər bir ölkə üçün ən vacib amillərdən biridir. Bu, onu göstərir ki, ölkəyə inam var.
- Prezident İlham Əliyev qeyd edib ki, bu proqramların davamı olaraq yeni bir proqram tərtib olunacaq...
- Regionların inkişafı ilə bağlı yürüdülən siyasət davamlı xarakter daşıyır. Hökumət növbəti regional inkişaf proqramını həyata keçirməklə postneft iqtisadiyyatının çağırışlarına uyğun regionları iqtisadi cəhətdən yüksəltmək və öz imkanları hesabına iqtisadi-sosial qüdrətini artırmaq niyyətindədir. Hazırda ölkəmizdə qeyri-neft iqtisadiyyatı üzərində yeni iqtisadi potensial formalaşmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda daha çox dəyərin yaradılması əsasında gəlirlərin məbləğinin artırılması və ədalətli bölgüsünün aparılması təmin olunmaqdadır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində, həmçinin nəqliyyat-logistika dəhlizlərinin inkişafında mühüm rolunu artırır.
Yeni proqram bu meyillər nəzərə alınmaqla bölgələrin müasir iqtisadi trendlərinə əsaslanaraq Azərbaycanda davamlı iqtisadi inkişafa, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasının təmin edilməsində mühüm rol oynayacaq. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

