Biz ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq
13.02.2019 [09:51]
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, bu gün ölkəmiz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu baxımdan, Azərbaycanda sosial məsələlərin həlli ilə bağlı görülən işlər barədə fikirlərinizi bilmək istərdik...
- Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Görülən işlər nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir.
Ümumiyyətlə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etmələrindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirilir.
Azərbaycanın bu il dövlət büdcəsinin təxminən 34 faizinin sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur. Bu, elə də kiçik rəqəm deyil, əksinə, böyük rəqəmdir. Beləliklə, bizim dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiya tutumludur. Ötən illə müqayisədə büdcənin həcmi artıb, səhiyyəyə ayırmalar təxminən 70% çoxalıb, sosial müdafiə sistemində artımlar nəzərdə tutulub, pensiya ilə bağlı xərcləmələrdə illik 400 milyon manata qədər artım var. Bu artımların nəticəsi də göz önündədir. Bir məsələ də var ki, əhalinin həyat səviyyəsi yüksəldikcə, tələbatlar da artır. Bu, təbii haldır.
- Məlumdur ki, bəzi dairələr sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qərəzli kampaniya aparırlar. Bu kampaniyada sosial məsələlər haqqında da iddialar səsləndirirlər. Buna münasibətiniz necədir?
- Onların iddialarının heç bir əsası yoxdur. Dünyada istehlak səbəti və yaşayış minimumu məfhumları var. Bunlardan da minimum əməkhaqqı formalaşır. Bu rəqəmlər bizim İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesablamalarıdır. Biz bu rəqəmləri parlamentdə müzakirə edirik. Bəzi saytlar mənim adımdan yazmışdılar ki, ehtiyac meyarı yaxşı rəqəmdir. Bu dərəcə təhrif, özü də qərəzli formada, olarmı? Mən demişdim ki, ehtiyac meyarının artması hesabına filan qədər ailəyə yardım veriləcək, bu, yaxşıdır. Bu günlərdə dövlət başçısının Sərəncamı ilə minimum əməkhaqqının məbləği artırılaraq 180 manata çatdırıldı. Bu, çox təqdirəlayiq haldır və əhalinin rifahının yüksəlməsinə öz töhfəsini verəcək.
Azərbaycanda qanunların aliliyi qorunur. Zaman-zaman qanunlar dəyişdirilir, daha da təkmilləşdirilir. Bütün bunlar isə dövlətimizin daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir.
Bir həqiqət var ki, dövlətimizin başçısı həmişə ortaya siyasi iradə qoyur, islahatlar aparır. Bu gün islahatlar müsbət nəticələr verməkdədir. “ASAN xidmət”dən bütün vətəndaşlar razıdırlar. Çünki bu qurumun yaradılması ilə bir sıra problemlər aradan qaldırıldı. Sosial sahədə isə DOST Agentliyi yaradılıb və təbii ki, bu da vətəndaş məmnunluğu yaradır. Ölkə başçısı həmçinin məşğulluğun leqallaşması istiqamətində qərarlar qəbul edib, kiçik və orta biznesin inkişafını dəstəkləyir.
Cənab Prezident qeyd edib ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həqiqətən də, belədir. Xüsusilə, həssas, aztəminatlı ailələr, daha çox sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət göz önündədir. Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsinə hamımız şahid olduq. Məsələ araşdırıldı və Prezidentimiz hər kəsin ürəyincə olan qərar qəbul etdi. Hansı ki, bu məsələdən müəyyən dairələr öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdılar. Amma məqsədlərinə nail ola bilmədilər.
Azərbaycan mənim gözümdə dolanışıq, sabitlik, əmin-amanlıq baxımından bir çox ölkələr üçün nümunədir. Təbii ki, hər kəs istəyir ki, insanlar daha da yaxşı yaşasınlar, maaşlar, pensiyalar, müavinətlər bir az da yüksəlsin. Dövlətimizin həyata keçirdiyi siyasətin də məqsədi budur. Amma bütün bunlara tədricən nail olunur. Baxın, fevralın 8-də dövlət başçısının Sərəncamı ilə minimum əməkhaqqı artırıldı. Şübhəsiz ki, bu yöndə addımlar davamlı olaraq atılacaq. Bəzi adamlar isə müəyyən məqsədlər üçün populist çıxışlar edirlər ki, bunların da heç bir əsası yoxdur.
- Sizcə, burada əsas məqsəd nədən ibarətdir?
- Bilirsiniz ki, vaxtaşırı olaraq müəyyən beynəlxalq qurumlar, avropalı siyasətçilər ölkəmizə qarşı bəyanatlar səsləndirirlər. Hər hansı kiçik məsələni şişirdib onu qlobal problemə çevirərək bununla ölkəmizdəki sabitliyi pozmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Eləcə də, sosial şəbəkələrdə radikal ünsürlərin mənəviyyatdan kənar davranışları da bu məqsədə xidmət edir. İdarəetmədən, dövlət quruculuğundan xəbəri olmayanlar sosial şəbəkələr vasitəsilə çağırışlar edib respublikada qarşıdurma yaratmaq istəyirlər. Radikal müxalifətin mitinqləri də bu məqsədə xidmət edir. Bütün bunların hamısı Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr tərəfindən idarə olunur. Vətəni, dövləti sevən hər bir insan onlara cavab verməlidir.
Biz ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq. Sabitliyimizi pozmaq istəyənlərin, inkişafımıza mane olmağa çalışanların qarşısını almalıyıq. Bunun üçün qanunlar çərçivəsində nə mümkündürsə, etmək lazımdır.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

