/ / Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır
Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır
07.12.2019 [10:33]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev www.yap.org.az saytına müsahibə verib:
- Naqif müəllim, YAP Siyasi Şurasının Azərbaycan parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü və bununla əlaqədar Milli Məclisin müvafiq qərarını necə dəyərləndirirsiniz?
- Milli Məclisdə çoxluğu təşkil edən hakim partiyanın Siyasi Şurasının və deputatlarının V çağırış parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü dövlət başçısı İlham Əliyevin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qəbul edildi. YAP-ın Siyasi Şurası da bu qərarın ölkədə islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.
Hər kəsə məlumdur ki, dünya siyasətində Öz qətiyyəti, prinsipiallığı ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq, görərik ki, qısa zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi. Belə olan halda ölkəmizin sürətli inkişafının təmin olunması üçün aparılan islahatların qanunverici hakimiyyətdə - Milli Məclisdə də gündəmə gətirilməsi labüd oldu. Yarandığı gündən öz taleyüklü qərarları, gələcəyə baxışları ilə uğurlara, ilklərə imza atan hakim partiya bu dəfə də fərqləndi. Azərbaycanın parlament tarixində ilk dəfə olaraq, Milli Məclisin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüs irəli sürüldü. Bu da parlament tarixində daha bir maraqlı yenilik oldu. Dövlətçilik ideallarının, azərbaycançılıq düşüncəsinin təbliğatçısı, müstəqilliyimizin daimiliyinin, əbədiliyinin ayıq-sayıq keşikçisi olan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcək dinamik və davamlı inkişafına xidmət edən islahatlar fonunda qanunverici orqanda da yeniləşmənin vacibliyini gündəmə gətirdi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin islahatlar konsepsiyasına dəstəyini nümayiş etdirdi.
Hər zaman cəmiyyətin inkişafına töhfələr verən hakim partiyanın üzvləri Siyasi Şuranın noyabrın 28-də keçirilən iclasında məsələni ətraflı şəkildə müzakirə etdikdən sonra Milli Məclisin xalqın, ölkəmizin mənafeyinə, parlaq gələcəyinə xidmət edən islahatlardan kənarda qalmaması üçün Azərbaycan parlamentində də günün tələblərindən irəli gələn yeniləşməsinin, müasirləşməsinin zəruri olduğu barədə yekdil qərar qəbul etdilər.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov partiyanın Siyası Şurasının iclasında müzakirə olunan məsələ ilə əlaqədar mətbuata açıqlamasında xüsusi ilə vurğuladı ki, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyir, bu islahatların uğurla həyata keçirilməsinə öz töhfəsini verir və bundan sonra da verəcək.
- Sizcə, parlament islahatları ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?
- Azərbaycan parlamentinin ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində xidmətlərini danmaq olmaz. 100 illik tarixi olan parlamentin ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında əvəzsiz xidmətləri sayəsində Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurub. Ölkənin siyasi sisteminin daha da inkişafı, iqtisadi qüdrətinin artması, demokratik proseslərin dərinləşməsi ilə bağlı verilən qanunvericilik aktları, mövcud qanunların daha da təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinin milli maraqlarımıza xidmət etdiyinin təsdiqidir.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin tərəqqisinə hesablanan islahatların hakimiyyətin qanunvericilik orqanında da aparılması Azərbaycanın gələcək dinamik və davamlı inkişafını zəruri edib. Bütün sahələrdə aparılan genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatların davamı kimi qiymətləndirilən yeni parlament seçkilərinin keçirilməsi, sözsüz ki, siyasi islahatların dərinləşməsinə, ölkənin inkişafına yeni töhfələr verəcək, qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək. Daha mükəmməl, səmərəli qanunlar ölkəmizin gündən-günə çiçəklənməsinə xidmət edəcək.
- Bəzi müxalifət dairələri bu məsələ ilə bağlı müxtəlif iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?
- Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıcı müxalifətin arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır. Ölkədə belə bir mühüm qərarın alındığı vaxtda, sözsüz ki, müxalifətin “cəfakeşləri” Milli Məclis ətrafında oyunbazlıqlar edəcək, məkrli məqsədlərinə nail olmaq üçün cilddən cildə girəcəklər. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ancaq hər hansı bir seçkidə uğur qazanmaq üçün əvvəlcə xalqın etimadını qazanmaq lazımdır, fəaliyyətinlə xalqın rifahına, milli maraqlara sadiqliyini təsdiq etməlisən. Çətin sınaqlardan çıxan müdrik, uzaqgörən xalqımız artıq kimin kim olduğunu yaxşı bilir, dünənə kimi xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyələşdirdiyi müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə, çirkin kampaniyalarına inanmır. Müxalifət dairələrinin işi həmişə olduğu kimi, müxtəlif yalan, şər, böhtan dolu iddialar səsləndirməkdir.
Xəbər lenti
Hamısına baxSosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02

