Hindistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
26.01.2010 [09:13]
Dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Hindistandır. ötən illər ərzində ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdadır. Digər tərəfdən isə, ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənib, ticarət dövriyyəsi artıb.
ölkələrimiz arasında məsafənin uzaq olmasına baxmayaraq, indi Azərbaycanın xarici ticarət əlaqələrində Hindistan ön sıralardan birini tutur. “Bizim qonaq” rubrikamızın növbəti iştirakçısı Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Debnat Şoudur.
- Cənab səfir, öncə icazə verin, kollektivimiz, eləcə də, qəzetimizin oxucuları adından sizi Hindistanın milli bayramı-Respublika günü münasibəti ilə təbrik edək. Azərbaycanın müstəqilliyini ilk tanıyan Asiya dövlətlərindən biri də Hindistan olub. ötən müddət ərzində ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
- öncə icazə verin, Hindistanın milli bayramı olan 26 yanvar-Respublika gününün 60-cı ildönümü münasibətilə təbrikləriniz üçün qəzetinizin kollektivinə, çoxminli oxucu ordusuna və ümumiyyətlə, bütün Azərbaycan xalqına öz dərin etiramımı və ən xoş arzularımı bildirim. 1950-ci il yanvarın 26-da Hindistanda ilk konstitusiya qəbul olundu və bu tarixdən etibarən ölkə demokratikləşmə, iqtisadi inkişaf yoluna qədəm qoydu. İndi Hindistan Asiyanın, eləcə də, dünyanın inkişaf etmiş, nüfuzlu dövlətlərindən biridir.
Qeyd edim ki, Hindistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Asiya dövlətlərindən biridir. Mən, Bakıda Hindistanın sayca artıq dördüncü səfiriyəm. Bildiyiniz kimi, Nyu Delhidə də Azərbaycanın diplomatik nümayəndəliyi xeyli müddətdir fəaliyyət göstərir. Düşünürəm ki, arxada qoyduğumuz illər ikitərəfli əlaqələrin inkişafına öz müsbət təsirini göstərib, iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin sayı artıb, bu səfərlər zamanı Hindistanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı əks etdirən çoxlu sazişlər, anlaşma memorandumları, müqavilələr imzalanıb, əməkdaşlığın hüquqi bazasının təməli qoyulub. Burada, ötən ilin noyabrında Nyu Delhidə keçirilmiş Hindistan-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyanın iclasını xüsusi olaraq qeyd etmək istərdim. İclasda iştirak etmək üçün Azərbaycanın hökumət nümayəndə heyətinin Hindistana səfəri olub. Nümayəndə heyətinin tərkibində müxtəlif nazirlik və komitələrinin rəhbər işçiləri yer almışdı. İclasda tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinə dair olduqca səmərəli müzakirələr aparıblar. ümid edirəm ki, həmin iclasda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar ölkələrimiz arasında iqtisadi əməkdaşlığa yeni təkan verəcək. Onu da qeyd edim ki, bu gün Hindistandan Azərbaycana daha çox ət, çay, əczaçılıq məhsulları, geyim və tekstil kimi məhsullar ixrac olunur. Son illərdə bu ənənəvi məhsullardan əlavə ərzaq məhsullarının emalı üçün avadanlıqlar da ixrac edilməyə başlanılıb. Halbuki, ölkələrimizin mövcud potensialı bundan qat-qat artıqdır. Doğrudur, bir neçə hindli şirkətlər Azərbaycanda bank, sığorta şirkətləri ilə əlaqələr qurub, əməkdaşlıq edirlər. Hindistanın mühəndisləri “Qaradağ-Sement” ASC-nin genişləndirilməsi layihəsi, “Azərenerji” ASC-nin balansında olan su-elektrik stansiyalarında çalışırlar. Amma bunlar yetərli deyil. Hindistan şirkətləri daha çox qeyri-neft sektorunda əməkdaşlığa maraq göstərirlər. Onlar Azərbaycanda İKT-nin inkişafına öz töhfələrini vermək istəyirlər, kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük maraq göstərirlər. Bildiyimə görə, “AzMeCo” şirkəti Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlayıb. Burada gələcəkdə gübrə istehsalı də nəzərdə tutulur. Hindistan tərəfi gələcəkdə Azərbaycandan gübrə məhsulları idxal etmək niyyətindədir.
Dünyadakı maliyyə böhranına rəğmən, hər iki ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir. İqtisadi əlaqələrimizi gücləndirməklə yeni-yeni zavod və fabriklər yaratmaq olar. Biz Azərbaycanla olan əlaqələrimizi yalnız neft amili üzərində qurmaq niyyətində deyilik. Nəqliyyat və ətraf mühitin qorunması, eləcə də, mətbuat sahəsində əməkdaşlığa böyük önəm veririk. ümumiyyətlə, Hindistan tərəfi Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük maraq göstərir.
- Yeri gəlmişkən, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq hansı səviyyədədir?
- Azərbaycanla enerji sahəsindəki əməkdaşlıq ölkəm üçün prioritet sahələrdəndir. Bu gün Hindistan Ceyhan limanı vasitəsilə Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında dördüncü yerdədir. Amma bununla belə, Hindistan tərəfi enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Belə ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlığın böyük tarixçəsi var. ötən əsrin 50-ci illərində azərbaycanlı mütəxəssislər Hindistanda neft sənayesinin inkişafına öz töhfələrini veriblər. Bu günün özündə belə məşhur neftçi Eyyub Tağıyevin adı ölkəmizdə böyük hörmətlə anılır, onu hələ də “Hindistan neftinin atası” adlandırırlar. Heç kimin inanmadığı, neftin hasilatı üçün lazımi texnologiyaların olmadığı bir dövrdə, Eyyub Tağıyevin komandası Hindistanda neft axtarışlarını uğurla başa çatdırdı və neftin hasilatına başlanıldı. Bununla da, ölkəmizdə neft sənayesinin əsası qoyuldu. İndinin özündə belə, azərbaycanlı mühəndislər, texniklər Hindistanda neft hasilatı ilə məşğul olurlar. Yeri gəlmişkən, qeyd edim ki, neft sənayesi Hindistanda durmadan inkişaf etməkdədir. Hazırda bizim mütəxəssislər müxtəlif ölkələrdə dənizdə və quruda neftin hasilatı ilə məşğul olurlar. Elə bu səbəbdən də Hindistan şirkətləri Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlıq etmək niyyətindədirlər. Bu istəyin gerçəkləşməsi isə daha çox Azərbaycan tərəfindən asılıdır. Belə ki, bir neçə il əvvəl Hindistanın neft naziri Bakıda səfərdə olarkən, hind şirkətlərinin Azərbaycanda neftin birgə hasilatında maraqlı olduğunu ARDNŞ rəhbərliyinin diqqətinə çatdırıb. Azərbaycan tərəfinin razılığı olarsa, hind şirkətləri bu sahəyə çəkinmədən sərmayə yatırarlar.
- Cənab səfir, ölkələrimiz arasında iqtisadi əlaqələrdən danışdınız. İş adamları arasında əlaqələrin qurulmasında biznes-forumların da böyük rolu var...
- Sözsüz. Səfirliyin əməkdaşları iki ölkənin iş adamları arasında əməkdaşlığı gücləndirmək üçün səylərini artırır, müəyyən təbliğat işləri aparırlar. Məsələn, bu yaxınlarda Azərbaycanın tekstil sahəsini təmsil edən 4 şirkət Mumbayda (Bombey) keçiriləcək ticarət sərgisində iştirak edəcək. Bundan başqa, Hindistanın əczaçılıq məhsullarının ixracı ilə məşğul olan şirkətin nümayəndələri fevralda Azərbaycana səfər edəcək. Onlar dərmanların hazırlanması və keyfiyyətə nəzarət edilməsi, ixrac edilməzdən öncə dərmanların hansı prosedurlardan keçməsinə dair biliklərini Azərbaycandan olan mütəxəssislərlə bölüşmək istəyirlər. Əlbəttə, səfərdə əsas məqsəd həm də Azərbaycanla olan işbirliyini gücləndirməkdir. Həmçinin, bu yaxınlarda Pəncab vilayətindən olan nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Məlum olduğu kimi, Pəncab Hindistanda kənd təsərrüfatının çox inkişaf etdiyi bir vilayətdir. Düşünürəm ki, bu sahədə əməkdaşlığımız üçün çox böyük imkanlar var.
Hind şirkətləri, həmçinin, Azərbaycanda süd məhsullarının istehsalı sahəsində də əməkdaşlığa böyük maraq göstərir, bu sahənin inkişafına sərmayə yatırmaq niyyətindədirlər. Sovetlər dönəmində Azərbaycanın Lənkəran-Astara bölgəsində çayçılıq çox geniş yayılıb. 90-cı illərdən sonra həmin çayçılıq təsərrüfatları dağılıb, tənəzzül dövrü başlayıb. Hindistan tərəfi bu sahədə də əməkdaşlıq etmək, öz təcrübəsini dost Azərbaycanla bölüşməyə hazırdır. Yeri gəlmişkən, qeyd edim ki, ötən ilin noyabrında Hindistanın çay Şurasının direktoru Azərbaycana səfəri çərçivəsində Lənkəranda olub, orada iş adamları ilə bir sıra görüşlər keçirib. Bizə çatan məlumata görə, artıq Lənkəranda yeni müştərək çay fabrikinin tikintisi ilə bağlı razılıq əldə olunub. Və məlumat üçün qeyd edim ki, təcrübə mübadiləsi keçmək üçün hazırda həmin yerli investor Hindistanda səfərdədir. Göründüyü kimi, ölkələrimiz arasında əməkdaşlıq üçün çox geniş imkanlar mövcuddur. Sadəcə, hər iki ölkənin iş adamları birbaşa əlaqələri genişləndirməklə, mövcud imkanlardan səmərəli istifadə etməyə çalışmalıdırlar. Sözsüz ki, biz səfirlik olaraq, bu işdə lazımi dəstəyi verməyə hazırıq.
- İş adamları arasında əlaqələrin inkişafında ölkələr arasında birbaşa hava reysinin mövcudluğunun da böyük önəmi var. Bu istiqamətdə hansı işlər aparılır?
- Təəssüf ki, qlobal aviasiya sənayesi hazırda heç də yaxşı vəziyyətdə deyil. Onlar hələ də yeni aviareyslərin açılmasına sərmayə yatırmağa tələsmirlər. “Azərbaycan Hava Yolları” konserndən verilən məlumata görə, “Bakı-Nyu Delhi” reysi vaxtilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən açılmışdı. Lakin bu reys cəmi bir neçə ay (iyul 2005-fevral 2006) fəaliyyət göstərə bildi. Reysin qapanmasının səbəbi kimi onun qeyri-rentabelli olması göstərildi. Yəqin ki, bu reysin rentabelli işləməsi üçün başqa yollar axtarmaq lazımdır. Məsələn, “Bakı-Nyu Delhi” hava reysini Avropanın hər hansı bir ölkəsinədək uzatmaq olar və s. Biz hələ ki, nə Azərbaycan tərəfini, nə də ki, öz milli aviaşirkətimizi bu məsələdə maraqlandıra bilməmişik. Təbii, aviasiya sənayesini idarə edən şəxslər ilk növbədə öz gəlirlərini hesablayırlar. Odur ki, bu məsələ bir qədər ləngiyir. ümid edirik ki, tərəflər qarşıdakı illərdə bu məsələdə ortaq məxrəcə gələ biləcəklər. Hava reysinin açılması iş adamları arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərməklə yanaşı, iki dost ölkənin xalqları arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.
- Cənab səfir, ölkələrimiz arasında dostluq əlaqələrindən danışırsınız. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Hindistanın mövqeyi oxucularımız üçün də maraqlı olardı...
- Hindistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe dəyişməz olaraq qalır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Və ümid edirik ki, bu münaqişə sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.
- Cənab səfir, gəlin etiraf edək ki, xalqlarımız arasında əməkdaşlığın qədim tarixçəsi olmasına baxmayaraq, Hindistan və Azərbaycan bir-biri üçün kəşf olunmamış ölkələrdir, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq o qədər də qaneedici səviyyədə deyil...
- Sizinlə tam razıyam. Bizim ölkələr hələ də bir-biri üçün kəşf olunmamış hesab olunur. Xüsusilə də, Hindistanda Azərbaycanla bağlı məlumat azlığı var. Amma bu istiqamətdə müəyyən işlər görülür. Azərbaycanın Hindistandakı səfirliyi xüsusilə aktivlik nümayiş etdirir. Hindistan-Azərbaycan əlaqələrinə dair seminarlar keçirilir, təbliğat işləri aparılır. Bu kimi tədbirlərin sayı nə qədər çox olarsa, xalqlarımızın bir-birini yaxından tanıması daha da asanlaşar. Bir misal söyləyim. ötən il Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda yüksək səviyyədə təşkil olunan Beynəlxalq muğam festivalında Hindistandan olan musiqiçi də iştirak etdi. Festival ərəfəsində hind mətbuatında çoxlu sayda yazılar dərc olundu. Etiraf edim ki, o vaxtadək Hindistanda çox adam Azərbaycanda muğamın olmasından xəbərsiz idi. Belə qarşılıqlı mübadilələr mütləq getməlidir ki, xalqlarımız bir-birini daha yaxından tanısın.
ötən il səfirliyin təşəbbüsü ilə Hindistanın rəqs qrupunun Azərbaycanda konsertləri təşkil olundu. Görün nə qədər insan bu konsertləri izlədi, mədəniyyətimizlə yaxından tanış ola bildi? Həmçinin, ötən il keçirilən IV Bakı rəsm müsabiqəsində hindistanlı rəssam öz əsərləri ilə iştirak etdi. Bütün bunlar mədəni əlaqələrimizin inkişafına öz töhfəsini vermiş oldu.
Düşünürük ki, hər şeydən əvvəl, mədəniyyət sahəsində əməkdaşlığımızı davam etdirmək üçün iki ölkə arasında əməkdaşlığa dair müqavilənin imzalanması çox vacibdir. Əgər bu müqavilə imzalanarsa, biz də səfirlik olaraq, Azərbaycanda və Hindistanda təşkil olunan müxtəlif festivallar, müsabiqələr haqda daha öncədən xəbər tutmuş olaraq, növbəti il üçün iş planını hazırlaya, incəsənət ustalarımızın həmin tədbirlərdə iştirakını təmin edə bilərik. Eyni zamanda, Azərbaycanda və Hindistanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsini reallaşdıra bilərik. Hindistan tərəfi, həmçinin, Azərbaycanla təhsil sahəsində əməkdaşlığa da çox böyük önəm verir. Bizim gənclərimiz bir-biri haqda nə qədər çox məlumat alsalar, xalqlarımız arasında əlaqələr bir o qədər çox olar. Odur ki, biz ölkələrimiz arasında tələbə mübadiləsinə çox böyük önəm veririk. ümid edirik ki, qarşıdakı illərdə Azərbaycan və Hindistanın dövlət universitetləri arasında tələbə mübadiləsi genişlənəcək. Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Dillər Universitetində Hind Mərkəzi açıldı. Bu mərkəzi açmaqda əsas məqsəd Azərbaycanlı tələbələrə hind dilinin öyrədilməsi olsa da, ölkənin mədəniyyəti, ədəbiyyat nümunələri, iqtisadiyyatı, bir sözlə Hindistanın gündəlik həyatı ilə maraqlanan tələbələr bu mərkəzin xidmətindən yararlana bilərlər. Hindistan tərəfi azərbaycanlı tələbələrə hind dilinin tədris olunması məqsədilə Bakıya müəllim göndərməyi planlaşdırır. Müvafiq sənədlər hazırlandıqdan sonra, bu layihənin reallaşdırılmasına başlanılacaq. Bundan əlavə, iki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair sazişin imzalanmasına da böyük ehtiyac duyulur. Belə ki, hər iki ölkənin çox böyük turizm potensialı var. Hesab edirəm ki, 2010-cu il Hindistan-Azərbaycan ikitərəfli əlaqələrində əlamətdar bir il olacaq, ölkələrimiz arasında əməkdaşlıqda yeni üfüqlər açılacaq, xalqlarımız arasındakı bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək.
- Səmimi söhbət üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə qəzetinizin kollektivinə yaradıcılıq uğurları arzulayır, çoxminli oxucu ordusuna isə xoş arzularımı çatdırıram.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

