/ / Uydurma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması Türkiyə-ABŞ münasibətlərinə böyük zərbə olacaq
Uydurma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması Türkiyə-ABŞ münasibətlərinə böyük zərbə olacaq
26.02.2010 [09:13]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov www.yap.org.az saytına müsahibə verib.
- Səməd müəllim, məlum olduğu kimi, martın 4-də ABŞ Konqresinin Nümayəndələr Palatasında uydurma “erməni soyqırımı” haqqında qətnamə müzakirəyə çıxarılacaq. Sizcə, bu, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların yerinə yetirilməsi məsələsinə hansı formada təsir göstərəcək?
- öncə qeyd etmək istəyirəm ki, Azərbaycan-Türkiyə münasibətləri həmişə yüksək səviyyədə olub və dünya üçün xüsusi əhəmiyyət kəsb edib. Azərbaycanın və Türkiyənin münasibətləri müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlər tərəfindən nümunəvi münasibətlər kimi təqdim olunub. Hesab edirəm ki, Azərbaycan tarixində ən qanlı hadisənin - Xocalı soyqırımının 18-ci ildönümünün qeyd olunduğu vaxt uydurma “eriməni soyqırımı” məsələsinin müzakirə olunması bir daha göstərir ki, türk dünyasına, Türkiyə və Azərbaycana qarşı məntiqli və çox hiyləgər bir siyasət aparılır. Artıq 100 ildən çoxdur ki, həm Türkiyə, həm də Azərbaycana qarşı ermənilər tərəfindən bu siyasət həyata keçirilir. Necə ki, ermənilər Azərbaycan torpaqlarını işğal edib, eyni formada Türkiyəyə qarşı ərazi iddiaları irəli sürürlər. Hətta Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur.
Son zamanlar bu məsələlər özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ona görə ki, Ermənistan müxtəlif dövlətlər, xüsusilə, dünyada söz sahibi olan ABŞ tərəfindən bir vasitəyə çevrilib. Bilirsiniz ki, Türkiyə və Ermənistan arasında imzalanmış protokollar iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönələn addım kimi qiymətləndirilir. Azərbaycan bu iki ölkənin daxili işinə qarışmadığını bəyan etsə də, bildirdi ki, Dağlıq Qarabağ problemi nəzərə alınmadan protokolların aqibəti müsbət nəticələnə bilməz. Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyinin açarıdır. Açarı kənara qoyub bağlı qapını açmaq heç bir nəticə verməyəcək. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ məsələsini nəzərə almadan Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması mümkün deyil. Türkiyə rəhbərliyinin mövqeyi də bundan ibarətdir, Türkiyənin mövqeyi aydındır. Dövlət rəhbərliyi tərəfindən verilən bəyanatlar bizdə inam yaradır ki, Türkiyə mövqeyindən geri çəkilməyəcək. Ermənistan görür ki, Azərbaycanı bu yolla Türkiyədən uzaqlaşdırmaq mümkün deyil.
- ümumiyyətlə, həmin qətnamə layihəsi haqqında nə deyə bilərsiniz? Onun mətnində hansı məsələlər əksini tapıb?
- Türkiyənin mövqeyindən sonra dərhal protokolların imzalanmasının arxasında dayanan ABŞ-dakı erməni lobbisinin təsiri atında Konqresə bu sənəd təqdim olundu. Bu sənəd 252 saylı qətnamədir. ABŞ Konqresi sənədi 4-5 martda müzakirə edib, qəbul etmək niyyətindədir. Qətnamənin qəbul olunması birbaşa Türkiyə-ABŞ münasibətlərinə böyük zərbə olacaq. Təbii ki, münasibətin korlanması Azərbaycana da təsir edəcək. Sənədin özü ilə tanış olmaq lazımdır, onun müddələri “maraqlıdır”. Qətnaməyə xeyli konqresmenlər imza atıblar. Onların əksəriyyəti ABŞ-Ermənistan dostluq qrupunun üzvləridir, erməni lobbisinin təsiri altında olan insanlardır. Onlar daha çox ABŞ-ın yox, Ermənistanın maraqlarını düşünürlər. Neyləyək ki, ABŞ-da belə bir sistem mövcuddur və bunun nəticəsində də bu sənəd ortaya çıxıb. Sənəd ilk bəndlərdən, guya 1915-1922-ci illərdə 2 milyona yaxın ermənilərin öldürülməsi və Türkiyədən qovulması məsələsindən başlayır. Qeyd olunur ki, “1,5 milyon insan öldürülüb, 500 min isə öz torpaqlarından qovulub, o torpaqlardan ki, 2500 il ermənilərin tarixi torpaqları kimi qiymətləndirilməlidir”. Yəni həm ərazi iddiası, həm qeyri-obyektiv məlumatlar birinci cümlədən başlayır. Sənədi bənd-bənd oxuyanda məlum olur ki, reallığı əks etdirən bir fakt belə yoxdur. Hamısı uydurma və hansısa mənbələrdən götürülmüş yoxlanmamış məlumatlardır. Hətta iş o yerə çatıb ki, ABŞ prezidentlərinin müxtəlif dövrlərdə çıxışlarından sitatlar gətirirlər ki, guya bu fikirlər erməni soyqırımının olduğunu təsdiq edir. Halbuki, heç bir prezident “soyqırım” ifadəsini işlətməyib. İndi bu sənədi ABŞ Konqresi və Ermənistan Türkiyəyə qarşı şantaj kimi istifadə edir. Bununla da, protokollar məsələsində Türkiyənin güzəştə getməsini istəyirlər. Bu beynəlxalq qanunvericilikdə görünməyən məsələdir. Yalan və həqiqəti əks etdirməyən məsələlər bir dövlət tərəfindən digərinə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Səmimi deyirəm ki, bu qətnamənin qəbul olunacağına inanmıram. Təsəvvür edək ki, sənəd qəbul olunub, amma kimə pislik edəcək? Aydındır ki, Türkiyə-ABŞ münasibətləri kəskin şəkildə korlanacaq. Bunun bir təsiri də Azərbaycan-ABŞ münasibətlərinə olacaq. O da məlum olacaq ki, Konqresin qəbul etdiyi sənəd subyektivdir. Ona görə də, gələcəkdə qəbul olunmuş sənədlərin obyektivliyinə inam itəcək, ABŞ-ın regionda nüfuzu kəskin aşağı düşəcək. ABŞ bundan uduzacaq. İlk baxışdan bu sənəddən Ermənistanın udacağını düşünsələr də həmin qətnamə, əslində, erməni xalqının da maraqlarına ziddir. çünki regiondakı bütün xalqlarla əlaqələri pozmaq, işğalçı siyasəti həyata keçirmək Ermənistan dövlətinin gələcəyini sual altında qoyur. Ermənistan ətrafındakı üç dövlətlə - Gürcüstan, Türkiyə və Azərbaycanla problemlər yaşayır. Ermənistanın Gürcüstanla münasibətləri getdikcə gərginləşir. çünki Cavaxetiya ilə bağlı ərazi iddiaları var. Türkiyəyə də ərazi iddiaları var. Azərbaycan torpaqları isə işğal olunub. Başa düşmək olmur, niyə ABŞ öz maraqlarını burada əks etdirmək məqsədilə, Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qurmur, əksinə, yalana əsaslanan sənədi qəbul etmək istəyir.
Bu sənədi oxuyanda onun səviyyəsizliyi hamıya aydın olacaq. İstərdim ki, sənəd mətbuatımızda tam dərc olunsun. Vətəndaşlar buna öz münasibətini bildirməlidirlər. ABŞ Konqresinə müraciətlər edilməlidir.
- Sizcə, həmin qətnamənin qəbul olunması Türkiyə və Azərbaycana nə dərəcədə mənfi təsir göstərə bilər?
- Belə yalançı sənədlər Türkiyə və Azərbaycana güclü təsir edə bilməz. ABŞ obyektiv olmaq istəyirsə, Xocalı soyqırımını müzakirə etsin. Dünyanın gözü qarşısında bir şəhər məhv edilib, dinc insanlar qətlə yetirilib. Bu faktı kənara qoyaraq uydurulmuş sənədi qəbul ediblər. Qətnamə ilə bağlı Azərbaycanda münasibət birmənalıdır. ABŞ-ın türk dünyası ilə əlaqələrinin əhəmiyyəti konqresmenlərə də məlumdur. İnanmaq istəyirəm ki, sənəd qəbul olunmayacaq. Qəbul olsa, ABŞ-ın regionda partnyor kimi nüfuzuna xələl gətirəcək.
- Milli Məclisin son iclasında məsələ ilə bağlı ABŞ Konqresinə müraciət qəbul olunması təklif edildi. Belə bir müraciət olacaqmı?
- Biz ABŞ konqresmenlərinə də, səfirliyə də müraciətlərimizi göndəririk. Yəni bu, çox vacib olan bir məsələdir. Təkcə sözdə yox, sənədlərdə də fikirlərimizi əks etdirməliyik. Konqresmenlərlə əlaqə qurmaq lazımdır. Sevindirici haldır ki, getdikcə Konqresdə Azərbaycana dəstək qrupunun sayı artır. Bu, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində formalaşmış imicdir. Vaxt vardı 1-2 nəfər Azərbaycanı tanıyırdı. İndi isə ABŞ Konqresində dostluq qrupunun üzvlərinin sayı 40-dan artıqdır. Eyni zamanda, Milli Məclisdə ən böyük qrup Azərbaycan-ABŞ dostluq qrupudur. Konqresə Milli Məclisin həm Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi, həm də dostluq qrupu adından bu müraciətlər olunub, bundan sonra da olunacaq. İstəyirik ki, ABŞ obyektivlik nümayiş etdirsin.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

