135 yaşını qeyd edən milli mətbuatımız böyük inkişaf yolu keçib
14.07.2010 [08:04]
“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov www.yap.org.az saytına müsahibə verib:
- Ağabəy müəllim, bildiyimiz kimi, iyulun 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 135 ili tamam olur. İlk öncə istərdik ki, Azərbaycan mətbuatının keçdiyi yol haqqında fikirlərinizi bildirəsiniz...
- Azərbaycan mətbuatı çox zəngin bir tarixə malikdir. 135 yaşını qeyd edən milli mətbuatımız böyük inkişaf yolu keçib. Bildiyiniz kimi, Azərbaycan milli mətbuatının ilk qaranquşu “Əkinçi” qəzeti olub. ümumiyyətlə, milli mətbuatımızın fəaliyyətini dörd mərhələyə bölə bilərik. Birinci mərhələ 1875-ci ildən 1918-ci ilə qədər olan müddətdir; ikinci mərhələ 1918-1920-ci illər; üçüncü mərhələ sovet dövrünü, dördüncü mərhələ isə müstəqillik qazandıqdan sonrakı dövrü əhatə edir. Bilirsiniz ki, çar Rusiyasında türkdilli mətbuatın fəaliyyətinə süni maneələr yaradılırdı. çar hökuməti anlayırdı ki, Azərbaycan milli mətbuatının inkişafı milli şüurun inkişafına gətirib çıxaracaq. Bu da gələcəkdə müstəmləkə üçün təhlükə ola bilər. Amma bütün maneələrə baxmayaraq Azərbaycan ziyalıları həmin mətbu orqanlarda toplaşıb milli ideyaları inkişaf etdirdilər. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman mətbuatımız inkişaf edirdi və yeni nəşrlər yaranmışdı. “Azərbaycan” qəzeti isə rəsmi mətbuat kimi fəaliyyət göstərirdi. Sovetlər hakimiyyəti dövründə isə senzura var idi, söz və mətbuat azad deyildi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra xeyli sayda müstəqil mətbuat orqanları fəaliyyətə başlayıb. Amma mən deməzdim ki, onların hamısı yüksək səviyyədədir və müasir tələblərə cavab verir. Bu mətbuat orqanlarında çalışanlar arasında adlarını jurnalist qoyub amma bu sahəyə aidiyyəti olmayan adamlar da var. Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1990-cı illərin əvvəlində Azərbaycan mətbuatı çox ağır durumda idi. O zamankı hakimiyyət özünü demokratik imicdə təqdim etməyə çalışsa da, milli mətbuata dövlət səviyyəsində güclü təzyiqlər var idi. Təəssüf ki, bu gün də cəmiyyətimizdə “reket jurnalistika” deyilən problem mövcuddur. Amma bütün bu problemlərə baxmayaraq Azərbaycan milli mətbuatı inkişaf edir, yeni-yeni uğurlara imza atılır. Təbii ki, ölkəmizdə bütün sahələrin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu mənada mətbuatımızın da inkişafından danışarkən bu faktı qeyd etməmək mümkün deyil. 1993-cü ildə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan jurnalistikasına çox böyük qayğı göstərilib. 1998-ci ildə senzura ləğv edildi. Eyni zamanda, KİV-lərin maddi çətinliklərinin aradan qaldırılması üçün addımlar bu gün də atılmaqdadır. Yəni, o zamandan etibarən bizim çoxsaylı problemlərin həlli istiqamətində əhəmiyyətli tədbirlər reallaşmaqdadır. ötən dövrlərlə müqayisə etdikdə görürük ki, mətbuatımızın öz tarixi boyu bu gün olduğu qədər yüksək inkişaf dövrü olmayıb. Bilirsiniz ki, vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcu donduruldu. KİV-ə göstərilən xüsusi diqqət və qayğının nəticəsi olaraq isə Ulu öndər Heydər Əliyev mətbuatın dostu elan olundu. Ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev bu gün həmin siyasəti uğurla həyata keçirir. Dövlət başçısı qəzetlərin nəşriyyata olan borclarını birdəfəlik ləğv etdi. Eyni zamanda, bu dövrlərdə jurnalistlərin dövlət tərəfindən mükafatlandırılmasının ənənəsi qoyuldu. Bu sırada mətbuata maddi dəstək göstərilməsi də xüsusi qeyd olunmalıdır. Cənab İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mən deyərdim ki, mətbuata ikinci nəfəs verdi. Bu, mətbuata dövlət qayğısının ən böyük göstəricilərindən biridir. Bütün görülən işlər mətbuatımızın müstəqilliyinin təmin olunmasına, heç kimdən asılı olmadan maddi təminatının gücləndirilməsinə xidmət edir. Bu baxımdan, Fond müxtəlif layihələr həyata keçirir ki, bunlar da mətbuatın maddi təminatına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edir.
- Siz Ulu öndər Heydər Əliyevin mətbuata qayğısından danışdınız. ümumiyyətlə, Ulu öndərimiz sovet dövründə Azərbaycana rəhbərlik edərkən mətbuatın inkişafına nə kimi qayğı göstərib? Bu haqda nə deyə bilərsiniz?
- Ulu öndərimizin qeyd etdiyiniz dövrdə mətbuatın inkişafına dəstəyinin əsas nümunələrindən biri bugünkü “Azərbaycan” nəşriyyatıdır. Məhz Ulu öndər Heydər Əliyev bu binanı tikdirib. Əvvələr Bakıda nəşr edilən mətbu orqanlar pərakəndə fəaliyyət göstərsələr də, bu bina tikilib istifadəyə verildikdən sonra burada toplaşıblar. Ulu öndər Heydər Əliyev tərəfindən qəzet və jurnalların səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradıldı. 40 ilə yaxındır ki, bu bina istifadə edilir. Ulu öndər Heydər Əliyev o zaman nəşriyyat üçün xaricdən avadanlıqların alınıb gətirilməsini təmin etdi. Onu da qeyd edim ki, iki il öncə Prezident İlham Əliyevin göstərişi əsasında nəşriyyata ən müasir avadanlıqlar alınıb. Hətta postsovet məkanında da belə avadanlıq yoxdur. Bu avadanlıqların alınması nəticəsində mətbu orqanlar rəngli, yüksək keyfiyyətlə nəşr olunmaq imkanı əldə edib. Eyni zamanda, burada çalışan mütəxəssislər də çox peşəkardırlar. Onu da qeyd etmək lazımdır ki, hələ sovetlər dövründə Ulu öndərimizin qayğısı nəticəsində peşəkar jurnalist kadrları yetişdi. Eyni zamanda, ali məktəblərdə jurnalistika ixtisası üzrə təhsilə ciddi diqqət yetirilirdi, milli mətbuatımızın tarixi dərindən öyrənilirdi. Əlbəttə, sovet dövründə mətbuat azad deyildi və bütün kütləvi informasiya vasitələri vahid ideoloji xəttə xidmət edirdilər və bu çərçivədən kənara çıxa bilməzdilər. Amma məsələ burasındadır ki, sovetlər dönəmində Heydər Əliyevin fəaliyyəti nəticəsində mətbuatın maddi-texniki bazası möhkəmləndirildi və yeni peşəkar jurnalist nəsli formalaşdı. Bu amil isə müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan üçün çox vacib rol oynadı.
- Azərbaycan Prezidenti milli mətbuatımızın 135 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalayıb. Hazırda bu Sərəncamın icrası ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. ümumən, bu cür tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncam mətbuata göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün milli mətbuatın bazasının möhkəmləndirilməsində, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişafında məqsədyönlü tədbirlər planı həyata keçirilir. ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mətbuatda mövcud olan maneələr aradan qaldırılıb, söz və məlumat azadlığı prinsipləri bərqərar olub, jurnalistikanın peşəkar, dəqiq və qərəzsiz fəaliyyətinə təkan verilib. Azərbaycan mətbuatı cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Vətəndaş cəmiyyətində KİV-lərin özünəməxsus xüsusi yeri var. Məhz bu səbəbdən də, dövlət daim milli mətbuatımıza, onun inkişafına böyük diqqət yetirir. Hesab edirəm ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam təkcə mətbuatımızın yox, cəmiyyətimizin inkişafına yönəlmiş addımdır.
- Ağabəy müəllim, hazırda “Azərbaycan” nəşriyyatında nə qədər mətbu orqan fəaliyyət göstərir? ümumiyyətlə, burada nəşr olunan qəzet və jurnalların sayı nə qədərdir?
- Hazırda nəşriyyatda 170-ə qədər qəzet və jurnallar yerləşir. Bütövlükdə isə 300-ə yaxın mətbu orqan nəşr olunur. Amma bu rəqəm vaxtaşırı olaraq dəyişir.
- Həmin mətbu orqanlar nəşriyyata ödənişləri vaxtında edə bilirlərmi? “Reket jurnalistika” ilə mübarizə çərçivəsində bu tipli nəşrlərə qarşı hansı addımlar atılır?
- Bilirsiniz ki, vaxtaşırı olaraq Mətbuat Şurasının “reket jurnalistika” ilə bağlı qara siyahısı elan olunur. Həmin siyahıda olan qəzetləri biz nəşriyyatdan kənarlaşdırırıq. Təsəvvür edin ki, bəzi “jurnalistlərin” tam orta təhsili belə yoxdur. Həmin qəzet rəhbərləri tərəfindən mənə ərizələr, məktublar daxil olur. Hətta baş redaktorların bu müraciətlərində xeyli sayda qrammatik səhvlərə rast gəlmək mümkündür. Belə baş redaktorun nəşr etdiyi qəzetin səviyyəsi necə ola bilər? Borclara gəlincə, belə hallar yenə də mövcuddur. Bu da nəşriyyatın fəaliyyətinə çətinliklər yaradır. çünki bizim də müəyyən ödənişlərimiz var ki, onları gəlirlərimiz hesabına ödəməliyik. Əgər bizə olan borclar ödənilmirsə, biz də çətinlik çəkirik.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

