Heydər Əliyev Ümummilli lider kimi Azərbaycan tarixinə düşmüş nadir şəxsiyyətdir
08.12.2010 [10:02]
Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, siz uzun illər ümummilli lider Heydər Əliyevlə birgə işləmisiniz. Onun xalqımız və Azərbaycanımız üçün gördüyü işləri daha yaxından izləmisiniz. Məhz, ilk sualımız da belə olacaq, siz Heydər Əliyev fenomenini necə görürsünüz?
- Ulu öndər Heydər Əliyevlə birgə 30 ildən artıq işləməyimə baxmayaraq, mən indi də Onun şəxsiyyəti ilə bağlı söz deməyə çətinlik çəkirəm. çünki, Onun malik olduğu keyfiyyətləri daha dəqiq ifadə etmək üçün lazım olan sözləri tapa bilmirəm. Heydər Əliyev o qədər böyük şəxsiyyətdir ki, çoxlu kitablar yazılsa belə, yenə də Onun fenomen kimi təsviri mükəmməl alınmayacaq. Onun nəhəngliyi də məhz, bundadır.
ümumiyyətlə, Heydər Əliyev mənim üçün hər şey deməkdir. Mən bugünkü nailiyyətlərimə - həm təşkilatçılıqda, həm idarəçilikdə, həm icraçılıqda, həm dövlətçiliyə sadiqliyimdə, həm də dövlətimiz naminə bütün fəaliyyətimdə əldə etdiklərimə görə, ümummilli liderimiz Heydər Əliyevə borcluyam. Əlbəttə ki, 1976-cı ildən Heydər Əliyevin rəhbərliyi altında işlədiyim üçün mənəvi haqqım çatır ki, bu sözləri deyim.
Heydər Əliyev fenomeni haqqında danışarkən, mütləq Onun fəaliyyətinə kənardan qiymət vermək lazımdır. çünki, biz Heydər Əliyevlə birgə çalışdığımız və bütün proseslərdə iştirak etdiyimiz üçün bəzi hallarda bir sıra mühüm məqamları gözdən qaçırmış oluruq. Mən bir neçə misalla məhz, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə diqqət çəkmək istərdim.
Nə üçün o zaman M.Qorbaçov Heydər Əliyevi tutduğu vəzifədən kənarlaşdırdı? Halbuki o, o zaman dünyanın iki ən böyük dövlətlərindən birinin rəhbəri idi. Qorbaçov bu addımı ona görə atmışdı ki, sonrakı proseslərin Azərbaycanla bağlı hissəsinin problemsiz həyata keçirilməsini təmin etmək istəyirdi. Heydər Əliyev şəxsi təcrübəsi və idarəçilik qabiliyyətinə görə, digərlərindən xeyli fərqləndiyi üçün Qorbaçov Onu keçmiş sovet məkanı ilə bağlı planlarının reallaşması prosesinə təhlükə kimi görürdü. Bu səbəbdən də, Heydər Əliyevi məkrli yolla vəzifəsindən uzaqlaşdırdıqdan sonra bu coğrafiyada hansı hadisələrin baş verdiyini də hər kəs gördü. Amma Heydər Əliyev vəzifəsində qalsaydı, Azərbaycanda, bəlkə də, digər siyasi coğrafiyalarda qanlı hadisələr olmayacaqdı. Azərbaycanda nə Sumqayıt hadisəsi törədiləcəkdi, nə Daqlıq Qarabağ münaqişəsi yaranacaqdı, nə də son illərdə Ermənistanda yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından deportasiya olunacaqdı. Bütün bunlar onu sübut edir ki, M.Qorbaçov Heydər Əliyev fenomenindən, şəxsiyyətindən çəkinirdi.
Bununla yanaşı, ABŞ-ın kəşfiyyat orqanlarının yüksək çinli vəzifəliləri də Heydər Əliyevlə məsləhətləşirdilər. Əlbəttə ki, bu gün dünyanın ən güclü dövləti olan ABŞ-ın rəhbər nümayəndələri Heydər Əliyevin də rəyini öyrənməyə üstünlük verirdilərsə, bu fakt da sübut edir ki, O, dünya miqyasında böyük siyasətçi və fenomen şəxsiyyət olub.
Bundan başqa, mən MDB məkanında son on illiyin əvvələrində baş vermiş hadisələrə diqqət çəkmək istərdim. Həm Gücüstanın keçmiş prezidenti E.Şevardnadze, həm də Ukraynanın sabiq rəhbəri L.Kuçma hər zaman çətin anlarında ümummilli liderimizlə məsləhətləşirdilər. Lakin Heydər Əliyev o zaman, səhhətilə bağlı ölkədə deyildi. Məhz, həmin hadisələr zamanı onların Heydər Əliyevlə məsləhətləşə bilməməsi sonrakı hadisələrə yol açdı. Bu faktlar da sübut edir ki, Heydər Əliyev böyük siyasətçi və dövlət xadimi olub.
Mən Heydər Əliyevi Azərbaycanın sosial, siyasi, ictimai, iqtisadi və digər bütün sahələrlə bağlı böyük fəaliyyəti olan, ölkəmizin tarixinə ümummilli lider kimi daxil olmuş nadir şəxsiyyət adlandırardım. Məgər bu gün elə bir sahə varmı ki, oranın inkişafı ilə bağlı Heydər Əliyevin adını çəkməyək?
Mən əlbəttə ki, bütün rəsmi tədbirləri kənara qoyaraq bu fikri səsləndirirəm. Mən Onun sadə insanların, ümumilikdə dünya azərbaycanlılarının həyatında oynadığı roldan danışıram. Hesab etmirəm ki, bugünkü bir çox dövlətlərin inkişafında xidmətləri olan şəxslər hər gün yada salınır. Amma elə bir gün varmı ki, sadə insanlar Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söz açmasınlar?
Bütün bu fikirlər bir daha sübut edir ki, Heydər Əliyev Azərbaycan tarixinə düşmüş nadir şəxsiyyətdir, böyük dövlət xadimidir.
Bir daha əvvəlki fikrə qayıdıram. Biz bu gün nə əldə etmişiksə, məhz, Onun davranışından, təcrübəsindən, tapşırıqlarından nə götürmüşüksə, bizim üçün qiymətlidir, dəyərlidir.
- Ulu öndər Heydər Əliyev fenomen şəxsiyyət kimi özünün dövlətçilik məktəbini də yaratdı. Bu məktəbin məzunları isə Onun ideyalarına sadiq qalaraq bu gün Azərbaycanımızı daha da inkişaf etdirirlər...
- Əlbəttə ki, bu, belədir. Heydər Əliyev malik olduğu idarəçilik, təcrübi və nəzəri biliklərilə bir dövlətçilik məktəbi formalaşdırıb. Bu gün Azərbaycanda yüksək vəzifələrdə yer tutmuş insanlar məhz, həmin məktəbin məzunlarıdır. Hətta, bugünkü gənclər də Heydər Əliyev ideyalarından bəhrələnir və idarəçilikdə iştirak edirlər.
Heydər Əliyev məktəbinin həqiqiliyini, bu məktəbin Azərbaycana layiqli insanlar bəxş etməsini sübut edən çoxlu faktlar gətirə, adlar sadalaya bilərəm. Amma bu məktəbin ən layiqli məzunu məhz, cənab Prezident İlham Əliyevdir...
Xatırlayırsınızsa, Heydər Əliyev 2003-cü ildə sonuncu dəfə xalqa müraciət edəndə, O, cənab İlham Əliyevə özü qədər inandığını demişdi. Heydər Əliyev müraciətində nələri demişdisə, bu gün artıq həmin məsələlər həyata keçirilib, həllini tapıb. Burada isə, birincisi Heydər Əliyevin dahiliyi üzə çıxır, ikincisi Prezident İlham Əliyevin uğurlu davamçı olması sübut olunur.
Həmin ildə eyni zamanda, bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Həmin vaxt xarici qərəzli qüvvələr Gürcüstanda, Ukraynada həyata keçirdiklərini ilk olaraq, Azərbaycanda reallaşdırmağa cəhd etmişdilər. Amma alınmadı. Nə üçün? Mən hesab edirəm ki, ümummilli liderimiz dövlətimizin əsaslarını elə möhkəmləndirmişdi ki, bütün qurumlar böhran vəziyyətində belə normal işləmək qabiliyyətinə malik idilər. Digər tərəfdən, Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi həmin cəhdlərin puça çıxmasına səbəb oldu. Bəlkə də, xarici qərəzli qüvvələr elə fikirləşirdilər ki, cənab Prezident İlham Əliyev cavandır və təcrübəsizdir. Amma onlar bir məqamı - cənab İlham Əliyevin Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olduğunu diqqətdən qaçırmışdılar. Həmin illərdə Prezident İlham Əliyev sübut etdi ki, yaşının az olmasına baxmayaraq, O, dövlətini, xalqını müdafiə etmək qabiliyyətindədir.
Bəli, Heydər Əliyev məktəbindən daha çox qazanan Prezident İlham Əliyevdir. Bu tam təbii yanaşmadır. Yəni, biz yalnız iş prosesində Heydər Əliyevlə danışırdıqsa, cənab Prezident İlham Əliyev hər gün Onunla ünsiyyətdə olurdu. Hətta, Heydər Əliyev cənab İlham Əliyevi 10-12 yaşlarından başlayaraq, tədbirlərə, rayon səfərlərinə aparırdı. Bütün bu daimi ünsiyyət prosesi isə imkan verirdi ki, cənab İlham Əliyev Heydər Əliyevin situasiyalara uyğun davranış sərgiləmək, fikir söyləmək keyfiyyətlərini mənimsəsin...
Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin nə qədər intellektual və təcrübəli olduğunu sübut edən bir tarixi məqam da vardır. 2004-cü ilin fevral ayında biz “Gülüstan” sarayında qaçqın və məcburi köçkünlərlə bağlı beynəlxalq tədbir keçirirdik. Cənab Prezident də tədbirdə iştirak edirdi. Qeyd edim ki, bu, cənab İlham Əliyevin Prezident kimi iştirak etdiyi ilk beynəlxalq tədbir idi. Bu səbəbdən də, bütün dünyanın diqqəti buraya yönəlmişdi. Həmin tədbirdə cənab Prezident 50 dəqiqə konspektdən oxumadan, səlist nitq söylədi. Artıq o zaman, Prezident İlham Əliyev bütün dünyaya nə qədər təcrübəli siyasətçi olduğunu sübut etdi. Bir daha nümayiş etdirdi ki, O, qaçqın və məcbur köçkünlərin problemlərinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Heydər Əliyev siyasətini davam etdirəcək, qətiyyətli mövqe nümayiş etdirəcək.
Bax, budur Heydər Əliyev məktəbinin üstünlüyü...
- Bildiyimiz kimi, Ulu öndərimizin həyatının 40 ili sırf Azərbaycanın siyasi həyatı, dövlətçilik tarixi ilə bağlıdır. Onun Azərbaycanın inkişafı, tərəqqisi prosesindəki əvəzsiz rolunu necə dəyərləndirərdiniz?
- Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda ilk dəfə rəhbərliyə gəlmişdi. O dövrə qədər Azərbaycan keçmiş Sovetlər birliyində ən geridə qalmış, kənd təsərrüfatı ölkəsi kimi tanınırdı. Eyni münasibət Azərbaycan xalqına da qarşı mövcud idi. Amma Heydər Əliyev rəhbərliyə gələndən sonra bütün stereotiplər yox oldu. Azərbaycan artıq ittifaqda sənaye respublikası kimi tanınmağa başladı.
Sonradan, 1982-ci ildə Heydər Əliyev Moskvaya getdi, lakin əvvəldə qeyd etdiyim kimi, məkrli planların reallaşması üçün isə 1987-ci ildə Heydər Əliyev vəzifəsindən kənarlaşdırıldı...
Lakin 1990-cı illərin əvvəllərində Heydər Əliyev xalqın təkidli tələbilə yenidən hakimiyyətə qayıtdı. Amma bu məqamda deməliyəm ki, əgər o zaman Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycan olmayacaqdı. Bəlkə də, Azərbaycanın həm daxili, həm də xarici düşmənləri ölkəmizi hissələrə böləcəkdilər. Bu parçalanma isə hər kəsin gözü qarşısında baş verirdi. Əlbəttə ki, Heydər Əliyevin Azərbaycana qayıdışında xalqın rolu böyük oldu. Amma biz İlahi iradəni də yaddan çıxarmamalıyıq. çünki, Heydər Əliyevin hakimiyyətə gəlməsini istəməyən qüvvələr neçə dəfələrlə Onun həyatına təhlükələr törətmişdilər. Allah Onu Azərbaycanı parçalanmadan, xaosdan, vətəndaş müharibəsindən xilas etməkdən ötrü bizlər üçün hər şeydən qorudu.
Müstəqillik əldə etməyimizə baxmayaraq, ərazi bütövlüyümüz pozulmuşdu və konkret mənada desək, dövlət suverenliyi və müstəqilliyi formal xarakter almağa başlamışdı. ölkədə siyasi qüvvələrin mübarizəsi ilə yanaşı, ərazilərin işğalı, qaçqın və məcburi köçkünlərin problemlərinin böyüməsi vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi və sosial sahədə xaosun hökm sürməsi isə bu acınacaqlı şəraiti daha da dözülməz edirdi. Məhz, həmin dövrdə Heydər Əliyev Azərbaycanı yenidən qurmağa başladı.
Deyim ki, belə bir çətin şəraitdə hakimiyyətə gəlmək, eyni zamanda, Heydər Əliyevin özü üçün böyük risk idi. Bütün sahələr üzrə xaosun yaşandığı bir dövlətin idarəçiliyinin ələ alınması da hər adamın işi deyildi.
Həmçinin, davamlı olaraq, xarici qüvvələrin sifarişi əsasında, ölkəmizdə həyata keçirilən terror və dövlət çevrilişləri dövründə Heydər Əliyevin xarici şirkətləri Azərbaycanın neft sektoruna sərmayə qoymağa dəvət etməsi və “Əsrin müqaviləsi”ni imzalaması da Onun həyatı üçün ən böyük təhlükə idi.
Bir sözlə, Heydər Əliyev öz həyatını təhlükələrə ataraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və inkişaf yoluna çıxartdı. Bu gün artıq biz anlayırıq ki, Heydər Əliyev o zaman məhz, Azərbaycanın bu günü üçün risk etmişdi.
Bu, bir həqiqətdir ki, bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı azalır. Əlbəttə ki, bu cənab Prezidentimizin strateji fəaliyyət istiqamətidir. Yəni, tükənən təbii sərvət olan neft bu gün var, müəyyən müddətdən sonra olmayacaq. Ona görə də, qeyri-neft sektorunun inkişafı Azərbaycanımızın gələcəyi üçün vacib sahə sayılır. Amma Heydər Əliyevin yaratdığı o bünövrə olmasaydı, təbii olaraq, bu günkü nailiyyətlərimiz də olmazdı. Dəfələrlə qeyd etmək istəyirəm ki, Azərbaycanın bu günkü inkişafının bünövrəsində Heydər Əliyevin həmin dövrdəki riskli fəaliyyəti durur.
- Sizin Ulu öndərimizlə bağlı olan xatirələrinizi də eşitmək istərdik...
- Yaxşı yadımdadır ki, Heydər Əliyev neftdən daxil olan ilk bonusların məqsədyönlü şəkildə xərclənməsini götür-qoy edirdi. Söhbətimizdə ümummilli liderimiz mənə dedi ki, “Bütün dünyanın diqqəti bizdədir. Onlar izləyirlər ki, görsünlər biz ilk neftdən gələn bonusu şəffaf şəkildə hansı sahəyə xərcləyəcəyik. Mən neçə gündür götür-qoy edirəm. Biz bunu hansı sahəyə xərcləyək ki, dünya ictimaiyyəti yalnış fikirdə olmasın. Və mən bu qənaətə gəlmişəm ki, bu pulu qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirək”.
Hətta, o zaman, söhbət əsnasında Heydər Əliyev mənə belə bir sual da verdi ki, “Biz bunu şəffaf şəkildə həyata keçirə bilərikmi?”. Mən də cavabında dedim ki, “Cənab Prezident, əgər Siz etimad göstərərsinizsə, mən bu prosesin tam şəffaf şəkildə həyata keçirilməsini təmin edə bilərəm”.
Daha bir hadisə də yadımdadır. 2001-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri ölkəmizə gəlmişdilər. Həmsədrlər Heydər Əliyevə demişdilər ki, Ağcabədidə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmək istəyirlər. ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrləri qaçqın və məcburi köçkünlərlə görüşmürlər. Onların cəmi iki dəfə belə görüşləri olub. Birincisi, Bərdədə, ikincisi isə Ağcabədidə oldu. Heydər Əliyev mənə göstəriş verdi ki, bu görüşü təşkil edim. Görüşün keçirilməsinə 5 gün qalmasına baxmayaraq, Heydər Əliyev həmin müddətdə məndən 3 dəfə soruşmuşdu ki, hazırlıqlar nə yerdədir. Adətən, ümummilli liderimiz tapşırığı bir dəfə verirdi. Amma 4 gün ərzində 3 dəfə hazırlıqlarla bağlı soruşması məndə düzü şübhə yaratdı. Yəni, nə istədiyini konkret demirdi. Əgər konkret tapşırıq versəydi, deyərdi ki, bunu və digərini et. Bununla da, hər şey bitərdi. Amma nədənsə, heç bir şey demirdi. Bir qədər götür-qoy etdikdən sonra işləri lazımi şəkildə qurdum.
Görüş günü ATƏT-in Minsk qrupu qaçqın və məcburi köçkünlərin sualları qarşısında çox pis vəziyyətdə qaldılar. İnsanlar ürəklərində nə var idisə, açıq-aydın şəkildə onlara dedilər.
Həmsədrlər isə mənə dedilər ki, “bu insanlar niyə bu qədər dəyişiblər. Keçən il belə deyildilər”.
Mən cavabında dedim ki, “gələn il gəlsəniz vəziyyət bundan da pis ola bilər. Doğma yurdsuz nə etməlidirlər ki?”.
Bakıya qayıtdıqdan sonra Heydər Əliyevlə danışdım. Amma əvvəlcə vahimə içərisində idim. çünki, bilirdim ki, Heydər Əliyev nəsə istəyir. Amma atdığım addımın düz olduğuna tərəddüdlə yanaşırdım.
Sonra isə olan şeylərin hamısını Heydər Əliyevə danışdım və O, həmin gün göstəriş verdi ki, orada çəkilənlərin hamısını dövlət televiziyasında yayımlasınlar.
Məhz, Heydər Əliyevlə işləməyin çətinliyi də bunda idi. Heydər Əliyev məsələni elə qoyurdu ki, tapşırığı elə verirdi ki, Onun nə istədiyini özün tapmalı idin.
Bir dəfə də, Prezident Aparatında BVF-nin tələbinə görə, bütün sosial güzəştlərin ləğvi məsələsi müzakirə olunurdu. Müzakirələrdə çıxış edən nazirlər güzəştlərin ləğvi ilə bağlı fikirlərini söyləyirdilər. Sonra mənə də söz verildi. Mən öz fikrimi bildirdim və dedim ki, əgər BVF-nin belə bir tələbi varsa, onu həyata keçirmək lazımdır. Amma Ulu öndərimizin icazəsilə bir fikir də söylədim ki, “qaçqın və məcburi köçkünlərimizin torpaq həsrətini hər hansı bir maddi vəsaitlə əvəzləmək olmaz”. ümummilli liderimiz bir qədər düşündükdən sonra qaçqın və məcburi köçkünlərin güzəştlərindən başqa digərlərinin ləğvinə göstəriş verdi.
Bu isə bir daha Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısının göstəricisi idi.
Bilirsiniz, qaçqın və məcburi köçkün vətəndaşlarımız da bu diqqəti qiymətləndirir və Heydər Əliyevə olan sevgilərini dəfələrlə sübut edirdilər.
Yadımdadır, Goranboyda Ağcakənd qəsəbəsində Xocalıdan və Ermənistandan olan qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbədə görüş keçirilmişdi. Görüş zamanı güclü dolu yağmasına baxmayaraq, heç bir nəfər belə yerindən tərpənməmişdi. Suyun içində olan insanlar gülümsəyərək, öz ümummilli liderlərinə olan sevgilərini nümayiş etdirirdilər.
Ona görə də, düşünürəm ki, dünya durduqca bütün azərbaycanlılar hər zaman ümummilli lider Heydər Əliyevi anacaq və Ona ehtiramını nümayiş etdirəcəklər.
- Ulu öndərin diqqət mərkəzində saxladığı məsələlərin bir nömrəlisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli idi. Son olaraq, Onun bu istiqamətdəki fəaliyyəti haqqında və əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açardınız...
- Azərbaycanda siyasi və iqtisadi stabillik əldə olunduqdan sonra Heydər Əliyev qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz çərçivəsində həll edilməsi üçün gecə-gündüz işləyirdi. Məhz, bu məqamda Heydər Əliyevin 1996-cı il Lissabon sammitindəki qəti mövqeyini xatırlatmaq istəyirəm. Həmin dövrdə Heydər Əliyev Azərbaycanın maraqları naminə öz mövqeyindən geri çəkilmədi və Azərbaycanın tələbləri yerinə yetirilməyincə sammitin yekun sənədinə imza atmadı. Nəyin xatirinə? Yalnız Azərbaycanın maraqları, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli naminə Heydər Əliyev buna getdi.
Bununla yanaşı, 1999-cu ili xatırlatmaq istəyirəm. Həmin ildə biz Onu Biləsuvardakı çadır şəhərciyinə dəvət etdik. ümummilli liderimiz orada bir neçə toy məclislərində iştirak etdi. Bu isə adi toy məclisində iştirakdan çox, qaçqın və məcburi köçkünlərin problemlərinə olan münasibətin ifadəsi idi. Heydər Əliyevin dövlət başçısı kimi, qaçqın şəhərciyində şəhid ailəsinin toy məclisində iştirakı Onun xalqına olan sevgisi idi. Onun bu istiqamətdə siyasi kursunu bu gün isə Prezident İlham Əliyev uğurla davam etdirir.
Qeyd edim ki, bu günə qədər bu sahəyə 3.4 milyard dollar vəsait xərclənib. Onun 800 milyon dolları beynəlxalq təşkilatların payına, 2.6 milyard dolları isə Azərbaycan dövlətinin üzərinə düşüb. Son 10 il ərzində 67 qəsəbə salınıb. 1 milyon 150 min kvadrat metr sahədə 20 min mənzilə 100 min qaçqın və məcburi köçkün köçürülüb. Qəsəbələrdə 126 məktəb, 40 bağça, 40 tibb məntəqəsi, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. Bu sadalanan işlərin 70 faizi məhz, Prezident İlham Əliyevin dövründə görülüb və bu gün də bu işlər davam etdirilməkdədir. Təkcə bu il 310 milyon manat vəsait xərclənib.
Bu gün dünyanın heç bir konflikt yerində olmadığı bir hal Azərbaycanda baş verir. Yəni, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir. Əgər bu gün ölkə üzrə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə salınıbsa, qaçqın və məcburi köçkünlər arasında bu rəqəm 75 faizdən 25 faizə düşüb.
Bütün bunlar isə konkret əməllərin nəticəsidir. Mən əminəm ki, Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını reallaşdıraraq, son nəticədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də nail olacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

