Hicran Hüseynova: Azərbaycanlıların dəyərlər sistemində ailə aparıcı mövqe tutur
05.05.2011 [09:37]
- Hicran xanım, Azərbaycanın dövlət idarəetməsində qadınların rolunu və gender bərabərliyini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı nəzərəçarpacaq dərəcədə artmışdır. Əgər 2005-ci ildə keçirilmiş seçkilər zamanı qadın deputatların sayı 14 nəfər təşkil etmişdisə, ötənilki parlament seçkilərində deputat mandatı alan qadınların sayı 20-ə çatmışdır.
2009-cu il bələdiyyə seçkilərində respublika üzrə 4 min 137 nəfər qadın bələdiyyə üzvü seçilmişdir. ümumiyyətlə, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərinin nəticəsində bələdiyyə üzvü seçilənlərin cəmi 4 faizini qadınlar təşkil edirdilərsə, 2009-cu il seçkilərində bu rəqəm nəzərəçarpacaq dərəcədə artaraq 26,5 faiz olmuşdur. Onlardan 302 nəfəri isə bələdiyyə sədri seçilmişdir.
Son illər bütün respublika ərazisində yerli icra hakimiyyəti başçılarının müavinləri vəzifəsində də qadınların sayı artmışdır. 2005-ci il illə müqayisədə (12 nəfər) 2010-cu ildə onların sayı 23 nəfər artaraq 35-ə çatmışdır.
Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sıralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir. Hazırda ölkəmizdə AMEA-nın 3 həqiqi üzvü, 12 müxbir üzvü qadındır. Bu məqamlar Azərbaycan hökuməti üçün imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür.
- Azərbaycanın müstəqilliyini bərpa etməsinin ailə institutunun mənəvi-psixoloji durumuna hansı təsirləri olmuşdur? Müstəqil dövlətin ailə institutu və sovet ailəsi arasında hansı fərqli və oxşar cəhətlər var?
- Azərbaycanlıların dəyərlər sistemində ailə aparıcı mövqe tutur. Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ailələrin, xüsusilə də həssas təbəqədən olan ailələrin sosial bazasının möhkəmləndirilməsinə yönəldilmiş uğurlu siyasət bu sahədə vəziyyəti dəyişdirməyə real kömək göstərir.
Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin sintezi prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafı təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır.
Bu məqsədlə komitə hər il may ayında respublikamızın bölgələrində “Ailə bayramı” adlı çox maraqlı bir tədbir keçirir. “Ailə bayramı”nı keçirməkdə əsas məqsədimiz cəmiyyətə ailə dəyərlərinin nə qədər önəmli olduğunu bir daha xatırlatmaqdır. Komitə tərəfindən hər il keçirilən “Azərbaycan ailəsi” qısametrajlı filmlər festivalı da ictimaiyyətin böyük marağına səbəb olur. Festivalın əsas məqsədi ailə institutunu möhkəmləndirmək, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdə nüfuzunun qaldırılmasına yönəltməkdir.
- Sağlam milli-mənəvi dəyərlərimizə əsaslanan ailə institutunun formalaşması üçün indiyədək hansı təbliğat işləri aparılmışdır?
- “Ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin (uşaqların) formalaşmasında əhəmiyyəti” mövzusunda ictimai dinləmələr üzrə regional görüşlər təşkil edilmişdir. Artıq ictimai dinləmələr Azərbaycanın bir çox regionlarını əhatə etsə də, bu sahədə işlər davam etdirilməkdədir.
Ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunun yüksəldilməsinə yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqə keçirilmişdir.
Gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsi məqsədi ilə respublikanın yuxarı sinif şagirdləri üçün hər il silsilə mühazirələr təşkil edilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən, ölkədə ailə institutunun sosiomədəni aspektlərinin öyrənilməsi üçün “Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil” mövzusunda tədqiqat aparılmışdır.
- Respublikanın bölgələrində qadınların təhsilə cəlb edilməsi, hüquqlarının qorunması sahəsində vəziyyət necədir?
- Gender siyasətini həyata keçirən dövlət orqanlarının daim diqqət mərkəzində saxladığı məsələlərdən biri əhalinin həssas qruplarından olan qızların və qadınların ibtidai və orta təhsil almasıdır. 2009-cu illə müqayisə etsək, 2010-cu ildə ümumtəhsil məktəblərində təhsil alan qadınların sayı 602 min 532 nəfərdən 613 min 516 nəfərə çatmışdır. Son illər ali və orta ixtisas məktəblərinə sənəd verən abituriyentlərin sırasında da qızların sayı getdikcə artır. 2010-cu ildə abituriyentlərin 50,09 faizi qızlardan ibarət olmuşdur.
Son üç ildə orta məktəblərin 1-ci sinfinə gedən, eləcə də ümumi təhsil məktəblərində qızların sayında azalma müşahidə edilmişdir. 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərində qızların sayı 613 min 516 nəfər olmuşdur. 2009-2010-cu ildə bu göstərici 637 min 489 nəfər təşkil etmişdir. Məhz bu səbəbdən komitə tərəfindən orta məktəblərdə aparılan maarifləndirmə kampaniyalarında qızların təhsilə cəlb edilməsi məsələsinə də xüsusi əhəmiyyət verilir. Bundan əlavə, qızların peşələrə yiyələnmələri məqsədi ilə onların kurslara cəlb edilməsi istiqamətində işlər aparılır.
- Erkən nikahların qarşısının alınması üçün hansı maarifləndirici işlər görülür? ümumiyyətlə, bu sahədə vəziyyət necədir?
- Hazırda erkən nikah hallarının qarşısının alınması məqsədi ilə YUNİSEF ilə birgə “Erkən nikah - sosial münasibətlər və ünsiyyət” layihəsi həyata keçirilir. Layihənin məqsədi birinci mərhələdə cəmiyyətin bu problemə münasibətini və davranışını öyrənmək, təhlillər aparmaq, ikinci mərhələdə isə ictimaiyyətin bu məsələ barədə fikrini dəyişdirmək istiqamətində strategiyanın hazırlanması və həyata keçirilməsidir. Artıq ötən il birinci mərhələ həyata keçirilmiş, bir neçə rayonda fokus qrup müzakirələri aparılmış, strateji istiqamətlər müəyyənləşdirilmişdir. Bu il isə problemin aradan qaldırılması istiqamətində strategiyanın həyata keçirilməsi üçün fəaliyyətlərin başlanması nəzərdə tutulmuşdur. Eyni zamanda, YUNİSEF ilə birgə 2011-2013-cü illər üçün “Azərbaycanda erkən nikahlarla mübarizə üzrə” tədbirlər planı hazırlanır.
Son illər ölkədə aparılan məqsədyönlü işlərə baxmayaraq, açıq etiraf etmək lazımdır ki, regionlarda hələ də qızların təhsildən yayınması faktları müşahidə olunur. Hesab edirik ki, bu problemin yaranmasının səbəblərindən biri də erkən nikahlardır.
Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda erkən yaşda rəsmi nikaha daxil olan qadınlar və rəsmi qeydə alınmış nikahdankənar doğulmuş uşaqlar haqqında” arayışa əsasən, 18 yaşadək rəsmi nikaha daxil olan qadınların sayı artmışdır. 2009-cu ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən aparılmış müayinə və 16-49 yaşlı 19 min 711 qadını əhatə edən sorğu nəticəsində məlum olmuşdur ki, qadınların 36,9 faizi 18 yaşa çatmamış, 29,3 faizi 18-19 yaşlarında nikaha daxil olmuşdur.
- Şübhəsiz, bu məsələdə televiziyaların, xüsusən xarici film və serialların Azərbaycan ailəsinin mənəvi mühitinə təsiri istisna edilmir. ümumiyyətlə, bu sahədə hansı problemlər mövcuddur?
- Ailə cəmiyyətin özəyidir. Cəmiyyətin və dövlətin gələcəyi məhz yeni yaranan ailədən asılıdır. İllərlə qoruyub saxladığımız ailə institutu bu gün bütün müsbət cəhətləri ilə inkişaf etdirilməlidir. Lakin indi sadaladığınız amillər - bəzi kütləvi kommunikasiya vasitələrində yayımlanan proqramlar, təbliğ olunan zərərli ideyalar uğursuz nikahlara, ailə ətrafında problemlərə gətirib çıxarır. Ailədə baş verən proseslər, keçid dövrünün ortaya çıxardığı bir sıra gender problemləri, cəmiyyətə yeni mənəvi-əxlaqi dəyərlər kimi təqdim olunan Avropa əxlaq normaları, “kütləvi mədəniyyət”in təbliğ etdiyi həyat tərzi insanları sanki çaşqın vəziyyətə salmışdır. Bütün bunların nəticəsidir ki, ailədə xalqımıza xas olmayan problemlər ortaya çıxmış, ailədaxili münasibətlərdə gərginlik yaranmış, boşanma, erkən nikah, nikahdankənar ailə və digər bu kimi hallar çoxalmışdır. Təəssüf ki, milli dəyərlərdən uzaqlaşma nəticəsində ailədə zorakılıq halları artmış, həmçinin qadın alveri artıq ciddi problemə çevrilmişdir. Digər tərəfdən, ailə üzvləri arasında mənəvi münasibətlərin mövcudluğu mühüm sosial reallıqdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, ailənin rifahı ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından irəli gəlir.
Problemlərdən biri də valideynlərin, xüsusilə ataların öz borclarını yerinə yetirməmələridir. Ailə üzvləri bir-birinə həm də ailə-məişət birliyi, mənəvi cavabdehlik və maddi köməklə sıx bağlı olmalıdırlar.
- Son vaxtlar məktəbli qızların hicab geyinməsi ilə bağlı məsələ ictimai müzakirələrə yol açmışdır. Bu məsələyə münasibətiniz necədir? Bilirsiniz ki, artıq Fransada hicabı qadağan edən qanun qüvvəyə minmişdir. Sizcə, bu məsələnin inzibati yolla həlli mümkündürmü?
- Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkəmizdə təhsil dünyəvi xarakter daşıyır. Komitə tərəfindən orta məktəblərdə aparılan maarifləndirmə kampaniyaları nəticəsində məlum olmuşdur ki, qızlarda dini məsələlərlə bağlı formalaşmış münasibət, eləcə də onların hicab geyinməsi valideynlərinin düzgün olmayan istiqamətdə təsirinin nəticəsində yaranmışdır. Başqa sözlə desək, qızların bu məsələ ilə bağlı müstəqil fikirləri yox dərəcəsindədir. Uşaq hüquqları haqqında Konvensiyada, eləcə də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda uşağın vicdan, fikir və söz azadlığı vardır və bu hüquqların həyata keçirilməsi üçün uşaqlar düzgün maarifləndirilməlidirlər. Komitə tərəfindən orta ümumtəhsil məktəblərində həyata keçirilən maarifləndirmə kampaniyalarında uşaqların dini baxımdan düzgün biliklərə yiyələnməsi məqsədi ilə bu sahədə fəaliyyət göstərən ekspertlərin iştirakı ilə mütəmadi olaraq oğlan və qızlarla görüşlər keçirilir.
- ölkəmizdə gender bərabərliyinin səviyyəsini necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, müasir dövrdə insan hüquqları çərçivəsində geniş təhlil olunan mühüm sahələrdən biri də qadın hüquqları və gender bərabərliyidir. Bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqa əsasən, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur.
Dövlətimizin başçısı ölkədə gender bərabərliyinin təmin edilməsinə, qadınların cəmiyyətdəki roluna, onların imkanlarının genişləndirilməsinə, qərar qəbuletmədə iştirakının artırılmasına, qadın sahibkarlığının inkişafına xüsusi əhəmiyyət verir, onların problemlərinin həllinə diqqət və qayğı ilə yanaşır.
Azərbaycanda dövlət qadın siyasətinin səmərəli həyata keçirilməsi, qadınların ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsi məqsədi ilə bir sıra mühüm qanunvericilik aktları, dövlət proqramları qəbul edilmiş, mövcud qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilmişdir.
Fikrimizcə, bu qanunvericilik aktları arasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda, Əmək Məcəlləsində, “Əmək pensiyaları haqqında” Qanunda və digər bir sıra qanunvericilik aktlarında qadın hüquqlarının müdafiəsinə və gender bərabərliyinin təmin edilməsinə yönəldilmiş müddəalar öz əksini tapmış, qadınlar üçün güzəştli şərtlər nəzərdə tutulmuşdur.
- Məktəblilər, yetkinlik yaşına çatmayan uşaqlar arasında azərbaycançılıq ideologiyasının, həmçinin vətənpərvərlik hissinin təbliğ edilməsi üçün görülmüş işlər və bu istiqamətdə perspektiv planlar barədə nə deyə bilərsiniz?
- Yeniyetmə və gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tərbiyə olunması üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin hazırlanması ilə bağlı 2011-ci il 6 aprel tarixli Sərəncamı mühüm əhəmiyyətə malikdir. Layihənin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunda komitə də təmsil olunur.
Komitə tərəfindən ötən il Bakı şəhərinin bütün rayonları üzrə 124 məktəbdə, o cümlədən qaçqın və məcburi köçkün məktəblərində və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində müxtəlif ekspertlərin iştirakı ilə uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsi, eləcə də onlara sağlam həyat tərzinin aşılanması istiqamətində maarifləndirmə kampaniyaları həyata keçirilmişdir. Cari il ərzində qeyd olunan fəaliyyətlərin komitənin nəzdindəki uşaq və ailələrə dəstək mərkəzlərinin yerləşdiyi rayonlarda da aparılması nəzərdə tutulmuşdur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

