Tarixi səhifə-səhifə rəngləmək
23.06.2023 [11:10]
Fotolar bizi keçmişə aparır
Günel ABBAS
Müsahibimiz “Rənglənmiş tarix” səhifəsinin admini, gənc rəssam Tural Hüseyndir. Təxminən 3 ilə yaxındır, Azərbaycanın tarixinə və tarixi şəxsiyyətlərinə aid ağ-qara fotoların rənglənməsi ilə məşğul olur.
Söhbətə başlayanda əvvəlcə ondan belə bir səhifə açmaq ideyasının haradan gəlməsi ilə maraqlandıq. Tural hər şeyin keçmişə, tariximizə olan marağından başladığını, hələ yeniyetmə yaşlarından müasir dünyanın diktə etdiyi dəbin təsirindən qurtulmaq üçün keçmişə tərəf yönəldiyini bildirdi.
Qalanını onun öz sözlərindən eşidək...
- 20-ci əsrin incəsənətinə, daha dəqiq desəm, bu dövrün musiqisinə, filmlərinə, geyim tərzinə, rəqslərinə, fotoqrafiya sənətinə məndə böyük maraq var idi. 2017-ci ildə təsadüfən bir neçə xarici rəssamın rənglədiyi ağ-qara fotolar rastıma çıxdı. Qərara gəldim ki, mən də cəhd edim və istənilən bir fotonu rəngləyim. Beləcə ilk təcrübələrimə başladım. Rənglədiyim fotoları əvvəlcə şəxsi “Facebook” profilimdə paylaşırdım. Bu fotoların sayı artdıqca, insanların işlərimə olan marağını gördükdən sonra şəxsi profilimi bağladım və “Rənglənmiş tarix” səhifəsini yaratdım.
- Sosial şəbəkələr bugünkü fəaliyyətinizdə hansı yerləri tutur?
- Hazırda fəaliyyətim sırf sosial şəbəkələr çərçivəsindədir. Bütün işlərimi “Facebook”, “İnstagram” və “Twitter”dəki “Rənglənmiş tarix” səhifəsində yayımlayıram. Yəqin ki, 20 il əvvəl bu işlə məşğul olsaydım, işlərimdən çox az adam xəbər tutardı. Amma 2023-cü ildə sosial şəbəkələr belə işlərin kəşf olunması üçün əlverişli mühit yaradır. Bizə qalan isə bu şəraitdən istifadə etməkdir.
- Yəqin bu işlə həvəskar şəkildə məşğul olursunuz. Bəs, rəsmi qazanc yeriniz varmı?
- Günlük həyatımın böyük bir hissəsinin bu işdən ibarət olduğunu nəzərə alıb deyə bilərəm ki, həvəskar olaraq başladığım bu iş artıq sənətimə çevrilib. Prosesin uzun illər davam edəcəyinə də şübhə etmirəm. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin rəssam-dizayner ixtisasında təhsil almışam. Bir müddət qrafik dizaynla məşğul olsam da, hazırda bu işdən xeyli uzaqlaşmışam. Səbəb isə zamanımın böyük hissəsini “Rənglənmiş tarix”ə ayırmağımdır. Son zamanlar sifariş olaraq da foto rənglənməsiylə məşğul olmağa başlamışam. Düzdür, buna çox vaxt ayıra bilmirəm. Amma yavaş-yavaş çalışıram ki, bu sənətimi həm də gəlir mənbəyimə çevirim.
- Bu işinizin texnikasından danışardınız bir az. Hansı prosedurlardan istifadə olunur?
- Proses bir neçə mərhələdən ibarətdir. Əvvəlcə rənglənməsi nəzərdə tutulan fotonun rəqəmsal surətini əldə edirəm. Rənglənmə prosesindən əvvəl foto haqda maksimum dərəcədə məlumat toplamağa çalışıram. Bu məlumatlar rəng seçiminə çox böyük təsir edir. Daha sonra isə artıq hamımızın bildiyi “Fotoşop” proqramı köməyimə çatır. Fotonun bərpasına, ardınca rənglənmə mərhələsinə keçid edirəm. Rəng seçimi toplanılan məlumatlardan asılı olsa da, müəyyən detallara aid bilgi olmadığı üçün rəngin seçilməsində məntiq, təxmin, rəngkarlıq bilikləri də böyük rol oynayır. Rənglənmə müddəti fotodan fotoya dəyişir. Fotodakı elementlərin sayı və mürəkkəbliyi, onun korlanma dərəcəsi, ümumi keyfiyyəti və başqa bu kimi səbəblər fotonun rənglənməsinə sərf ediləcək zamanı bir neçə saatdan bir neçə günə, bəzən isə bir neçə həftəyə kimi uzada bilər. Bəziləri düşünür ki, şəkilə hansısa effekt, filter vasitəsilə bir neçə saniyədə rəng verirəm. Amma, bu, qətiyyən belə deyil. Fotonu hissə-hissə, hər bir detalını ayrılıqda rəngləyirəm. Eynilə yağlı boya rəngkarlığı kimi. Prosesin çox vaxt tələb etməsi də məhz buna görədir.
- İlk rənglədiyiniz şəkil hansı idi?
- Rus bəstəkarı S.Raxmaninovun 1921-ci ildə çəkilmiş portreti ilk rənglədiyim foto olmuşdu. Yəqin ki, həmin ərəfədə onun əsərlərini dinlədiyim üçün məhz onun şəklini seçmişdim. Rənglənmə o qədər də yaxşı alınmamışdı. Fotoda sünilik hiss olunurdu. Ümumiyyətlə, ilk işlərimdə nə qədər çalışsam da, heç cür istədiyim təbii
rəngləri əldə edə bilmirdim. Zaman keçdikcə artıq bu problem xeyli azaldı. Artıq rənglədiyim şəkillər haqda “elə bil, indiki dövrdə çəkilib” şərhlərinə tez-tez rast gəlməyə başladım. Bu da yəqin ki, rəngləmə qabiliyyətimin getdikcə inkişaf etdiyindən xəbər verir.
- Rənglənəcək fotoları necə seçirsiniz, haradan əldə edirsiniz?
- Çalışıram ki, unikal, tarixi əhəmiyyət daşıyan, cəlbedici və bizi keçmişə apara biləcək gücə malik fotoları rəngləyim. Əsasən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid şəkillər diqqətimi cəlb edir. Yeni başladığım zaman bütün fotoları internetdən əldə edirdim. Amma onların keyfiyyəti ürəkaçan olmurdu. Bir müddət sonra işlərimlə tanış olan kino rəssamı Şahin Həsənli, professor Ədalət Tahirzadə, ssenarist Füzuli Sabiroğlu öz arxivlərinə aid fotoları mənimlə paylaşdılar. Həmin şəkillər bu işin davam etməsində mənə çox kömək oldu. Əlbəttə ki, bunlar əldə edə biləcəyim tarixi fotoarxivin çox kiçik bir hissəsidir.
- Hazırda bu işlə Sizdən başqa peşəkar şəkildə məşğul olan varmı?
- Dünyada ağ-qara fotoların rənglənməsiylə məşğul olanlar çox olsa da, az qisim var ki, öz işində həqiqətən peşəkardır. Azərbaycandan Rəsul Həsənovun işlərini misal göstərmək olar. Bu yaxınlarda M.Ə.Rəsulzadənin mühacirət dövründə, yaşlı vaxtında çəkilmiş bir fotosunu da rəngləmişdi.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

