/ / Siyavuş Novruzov: İsa Qəmbərov bir qrup insanın xarici təşkilatlardan, ayrı-ayrı şəxslərdən aldığı maliyyənin quluna çevrilib
Siyavuş Novruzov: İsa Qəmbərov bir qrup insanın xarici təşkilatlardan, ayrı-ayrı şəxslərdən aldığı maliyyənin quluna çevrilib
14.09.2011 [09:45]
- Siyavuş müəllim, “İctimai Palata” adlanan qurumun liderlərinin “Yol xəritəsi” deyilən qondarma layihə ilə çıxış etmələrini necə xarakterizə etmək olar? Bunu həm də gündəmi zəbt etmək arzusu kimi dəyərləndirmək mümkündürmü?
- Bu gün elə partiyalar var ki, onların nə layihəsi, nə də proqramları var. Həmin partiyalar 1990-cı illərin əvvəllərində yarandığı kimi, bu gün də ətrafında kimsənin olmadığı, ancaq bir sədr, bir də möhürdən ibarət olan təşkilatlardır. Onların ortaya hansısa bir layihə qoymaq, hər hansı bir fikir söyləmək, ümumiyyətlə, nə isə etmək üçün həm qabiliyyət baxımından, həm savad baxımından heç bir potensialları yoxdur. Lakin 20 ildir ki, xalq bunların əməllərini görür, onları yaxşı tanıyır. Bu baxımdan, onların hansısa bir layihə təqdim etməsi mümkün deyil. Onlara öz qəzetlərindən başqa demək olar ki, heç bir mətbuat orqanı diqqət yetirmir. Yalnız bəzi qəzetlərdə təkrar müsahibələr dərc etdirməklə, qəzet səhifəsində qalmaqal yaratmaqla gündəmdə qalmağa çalışırlar. çünki qəzet siyasətçiliyindən başqa heç bir peşənin sahibi deyillər.
- Müsavat başqanı İsa Qəmbərov tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölkədə inqlab edəcəklərini bildirib. Bu fikir Azərbaycan Konstitusiyasına zidd və qanunlara qarşı çıxmaq deyilmi?
- Təbii. Əslində, ciddi bir adamın belə fikir irəli sürməsi aidiyyəti qurumlar tərəfindən antikonstitusion addım kimi qiymətləndirilə bilər. İsa Qəmbərovun bu fikirləri isə 20 ildən artıqdır ki, Azərbaycan cəmiyyətində eşidilir. İsa Qəmbərovun bütün fikriləri qeyri-ciddi qəbul edilir. Partiya daxilində hər hansı bir dəyişiklik etməyə, islahatlar aparmağa potensialı olmayan birisinin, 20 ildən artıq başqan vəzifəsində müqəvva kimi saxlanılan bir şəxsin Azərbaycanda inqilab etmək iddiası tamamilə gülünc bir məsələdir. Digər bir tərəfdən bu fikirlərin hər biri Müsavat başqanının müavinləri olmuş insanların fikrləridir. İsa Qəmbərov bir qrup insanın bu və ya digər xarici təşkilatlardan, ayrı-ayrı şəxslərdən aldığı maliyyənin quluna çevrilib. Tez-tez fikrini dəyişən bu cür insanların ideyalarını ciddi qəbul etmirəm və heç bir əhəmiyyət vermirəm.
- Məlumata görə “Yol xəritəsi” ABŞ diplomatları ilə də müzakirə edilib. Sizcə, bu, xarici qüvvələrin alət kimi istifadə etdikləri radikal müxalifətə yenidən maraq göstərməsi deyilmi?
- Qeyd edim ki, bəzi xarici dövlətlər Azərbaycanın güclü, imkanlı, inkişaf etmiş dövlət olmasını istəmir. Ətrafımıza nəzər salsaq istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərqdə, o cümlədən, postsovet məkanına daxil olan ölkələr arasında, Şərqi Avropada elə bir sistem yaratmağa çalışırlar ki, orda güclü dövlət olmasın və o dövlət orda yaşayan xalqın maraqlarını əks etdirməsin. Bu və ya digər şəkildə özlərinin maraqlarını həyata keçirsin və həmin dövlətlər də o ölkənin istər təbii sərvətlərindən, istərsə də digər resurslarından istədikləri şəkildə istifadə etsinlər. Keçmişdə belə bir üsul mövcud idi ki, ölkələrin daxilinə nüfuz etmək üçün oradakı müəyyən qüvvələri hərəkətə gətirirdilər. İndi bu qüvvələrdən ancaq pərdə kimi istifadə edirlər. Hal-hazırda istər Liviya, istər Misir və ya Suriyada baş verən hadisələrə baxdıqda görürük ki, orda xalq anlayışı yoxdur. Onların təqdim etdikləri “üsyançı xalq” anlayışı “Əl-Qaidə” döyüşçülərindən ibarətdir. Buna hər hansı bir demokratik don geyindirməkdən ötrü, o insanların ətrafına bir neçə siyasi partiyalar, bir neçə qeyri-hökumət təşkilatı, qurumlar cəlb edərək xalqın tələbi kimi qələmə verirlər. Bu baxımdan İctimai Palatanın da müzakirə üçün təqdim etdiyi “layihə” heç bir gerçəkliyi əks etdirmir, məntiqə sığmır. Bu gün Azərbaycan Avropa Şurasının üzvüdür, Azərbaycanda qəbul olunan qanular və həyata keçirilən islahatlar Avropa qurumları ilə məsləhətləşmələrdən sonra aparılır, onların tövsiyyəsi nəzərə alınır. İqtisadi sahədə isə həyata keçirilən islahatlar Dünya Bankı, Beynəlxalq Valyuta Fondu tərəfindən dəyərləndirilir. Azərbaycanda aparılan islahatlar, o cümlədən maliyyə-kredit sahəsində görülən işlər beynəlxalq təşkilatlar, maliyyə institutları tərəfindən həmişə təqdir olunub. Neftdən gələn gəlirlərin xərclənməsində şəffaflığın qorunması, Dövlət Neft Fondunun fəaliyyəti bu qurumlar tərəfindən nümunə kimi göstərilir. Azərbaycanda sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı problem yoxdur. Azərbaycanda qəbul olunan qanunların hər birində Venesiya Komissiyasının tövsiyyələri nəzərə alınır və Azərbaycan parlamenti tərəfindən qəbul edilir. Bütün bunlar olduğu tərzdə Azərbaycanda demokratiyanın olmadığı haqda danışmaq qeyri-ciddilikdən xəbər verir. Azərbaycanda söz və mətbuat azadlığının boğulması və digər halların mövcud olması cəfəngiyatdan başqa bir şey deyil. Bu gün müxalifət xalqla deyil, muzdla işlədikləri ağaları ilə birlikdədir. Azərbaycanda insanların öz yolu var və hakimiyyətin mənbəyi xalqdır. Xalq seçkilər yolu ilə hakimiyyətini formalaşdırır. Azərbaycanda azad, demokratik seçkilər keçirilir. Bu adamlar bir çox mühüm, əhəmiyyətli məsələləri əhaliyə düzgün formada çatdırmaq əvəzinə, başqa formada təqdim edirlər. Bununla da ölkənin mövqeyinə, nüfuzuna ləkə salmağa çalışırlar. Onların Azərbaycana münasibəti budur, onlar üçün yalnız hakimiyyət hərisliyi mövcuddur, nəyin bahasına olursa-olsun, hətta, erməni ilə işbirliyinə getməyə də razı olarlar ki, təki hakimiyyətə gəlsinlər.
- Sizcə, radikal müxalifəti ultimativ çağırışlar etməyə və hədələyici bəyanatlar verməyə həvəsləndirən nədir?
- Təbii ki, onların bütün fəaliyyətləri mövsümi xarakter daşıyır. Hər mövsümdə də bir-iki bəyanat verir, hansısa məsələyə münasibət bildirərək ordan-burdan beş-on manat qazanır, özlərinin qış istirahətlərini təşkil etmək haqqında düşünürlər. ümumilikdə götürsək, bunlar cəmiyyət tərəfindən qəbul olunmayan insanlardır. Müsavat Partiyası hələ də özünə başqan axtarıb tapa bilimir. Müsavat bu gün siyasi təşkilat deyil, dərnəyə çevrilib. Yəni sistematik olaraq, vaxtlı-vaxtında, nizamnamədə göstərilən tələblərə uyğun şəkildə iş görmürlər. Bir qurum daxilində səmimi münasibət yarada bilməyən insanlar bütün Azərbaycanda hansı səmimiyyətdən və idarəçilikdən danışırlar. Azərbaycan cəmiyyəti bu insanları vaxtı ilə görüb. Artıq cəmiyyətə məlumdur ki, bu cür insanlarla möhkəm hakimiyyət, güclü dövlət, Azərbaycan xalqının maraqlarına xidmət edən bir sistem qurmaq mümkün deyil. Bu gün Azərbaycanın mükəmməl strateji xətti var. Bu istiqamətdə Azərbaycan inkişaf edir, cənab Prezidentin rəhbərliyi altında ölkəmiz istər inkişaf etmiş Avropa dövlətləri arasında, istərsə də regional dövlətlər arasında ən öndə gedən lider dövlətdir.
Bir də ki, Azərbaycanın bu nailiyyətlərini gözü götürməyən qüvvələr var və onlar da daxili qüvvələrdən istifadə etməyə çalışırlar. Azərbaycanda mitinq keçirmək istəyən insanlara deyilir ki, onlar üçün yer ayrılıb və həmin ərazidə tədbirlərini keçirə bilərlər. Bu insanlar da istəyir ki, aksiyalarını başqa yerdə keçirsinlər, bunun da arxasında maliyyə vəsaiti durur. Kim özünü kameraya göstərcəksə, o da ikiqat pul alacaq. Burada hansısa ideologiyadan söhbət gedə bilməz.
- Səhv, düşünülməmiş siyasətini davam etdirən radikal müxalifətin bununla hələ də küçə təfəkküründən və meydan eyforiyasından ayılmadıqlarını söyləmək mümkündürmü?
- Hərdən iqtidarla müxalifət arasında dialoqdan danışırlar, fikirlər səsləndirirlər. Onların arasında elə bir potensiala malik adam yoxdur ki, dialoq aparılsın. İkincisi, cəmiyyət-vətəndaş dialoqu var. Bunlar isə kənarda qalmış insanlardır. Dövlət idarə olunur, vətəndaşların sosial-rifah halını yaxşılaşdırmaq üçün addımlar atılır, islahatlar həyata keçirilir. Kimsə kənarda öz evində və ofisində özünü siyasi partiya adlandırırsa onlarla hansısa formada dialoq aparmaq mənasız və əhəmiyyətsiz bir fikirdir.
Təbii ki, onlar qanunsuz aksiyalarla xaricdən aldıqları tapşırıqları yerinə yetirməyə çalışırlar. Dəflələrlə müxalifətin keçirdikləri küşə yürüşlərini izləmişəm və görmüşəm ki, xarici vətəndaşlar, ayrı-ayrı ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri müxtəlif cihazlarla neçə nəfərin haradan gələcəyini əvvəlcədən müəyyənləşdirir. Aydındır ki, əvvəlcədən hansı küçədən kimlərin gəlməsinə dair məlumatlar xəritə şəkilində göstərilir. Sosial bazalarının olmaması səbəbindən insanlar onlara etimad göstərmir. Buna görə də, Azərbaycan cəmiyətində hörmətləri yoxdur, belə olan təqdirdə nə ağalarının, nə də özlərinin anti-Azərbaycan maraqları həyata keçmir.
İkinci bir tərəfdən, Azərbaycanda xalqla Prezidentin vəhdətdə olması, cəmiyyətin aparılan siyasəti dəstəkləməsi bunları tamamilə kənara sıxışdırır. Onlar nə qədər qanunsuz aksiyalar keçirsələr də, istəklərinə nail ola bilməyəcəklər. Azərbaycanın işğal olunmuş əraziləri yandırılır, azyaşlı uşaqlar erməni snayperləri tərəfindən vurulur, sərhəd suları ilə axıdılan müxftəlif oyuncaqlarla partladılır, bunların heç biri haqqında nə yazırlar, nə də göstərirlər, elə bil ki, belə bir hadisə baş verməyib. Amma şəhərin küçələrində, insanların toplaşdığı, istirahət etdiyi yerlərə xüsusi öyrədilmiş adamlar göndərirlər. Həmin şəxslər bəzi insanları televiziya kanallarında Azərbaycanın əleyhinə danışmağa təhrik edirlər və bunu xarici telekanallarda göstərirlər. Onların kim olduğunu beynəlxalq təşkilatlar da yaxşı tanıyırlar, bilirlər ki, onların potensialı nədən ibarətdir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

