Danışmaq yox, iş görmək lazımdır
27.06.2012 [23:27]
Xəbər verildiyi kimi, iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb. Yeni qurumun yaradılması ilə bağlı “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə qərar verilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə tanınmış kino xadimləri daxildirlər. Tədbirdə çıxış edənlər bildiriblər ki, yaradılma təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri-milli filmlərin beynəlxalq arenaya çıxarılması, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasından ibarət olacaq. ümumiyyətlə, çıxışlarda qeyd edilib ki, hazırda mövcud olan Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yarandığı elan olunub və Xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib.
Yeri gəlmişkən, yeni qurumun İdarə Heyətinin üzvü, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov qəzetimizə açıqlamasında həm Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılmasını zəruri edən səbəblər, həm də ümumilikdə kinomuzla bağlı məsələlərə geniş şəkildə toxunub.
- Bir neçə gün öncə Azərbaycanın tanınmış kino xadimləri yeni bir ictimai qurumun yaradılmasına qərar veriblər və bununla bağlı sizin də daxil olduğunuz təşəbbüs qrupu formalaşdırılıb? ümumiyyətlə, sizləri bu addımı atmağa hansı məqamlar vadar edib?
- Məlum olduğu kimi, keçmiş SSRİ dağılanda Azərbaycan kinoindustriyası böyük problemlərlə baş-başa qaldı. O vaxt belə bir fikir formalaşmışdı ki, vəsait yoxdur və s. Lakin bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən kino sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının 2007-ci il fevralın 23-də imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında”, həmçinin, 2008-ci il avqustun 4-də imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamlar Azərbaycanda kino sahəsinin inkişaf etməsinə təkan verdi. Yeri gəlmişkən, Azərbaycan keçmiş sovetlər birliyindəki dörd-beş respublikadan biridir ki, kinonun inkişafı üçün dövlət tərəfindən maliyyə ayrılır. Lakin əfsuslar olsun ki, hələlik gözlənilən nəticə əldə edilməyib. Belə olan təqdirdə təbii olaraq ortaya “bu gün peşəkarlıq və kinoindustriyanın inkişafını özündə əks etdirən mexanizmin düzgün qurulmaması problemi var” fikri çıxır. Onu da vurğulamaq yerinə düşər ki, beş il əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kinoya gətirilən gənc nəslin nümayəndələri böyük uğurlar qazandılar. Məhz bunun nəticəsidir ki, əvvəllər biz beynəlxalq kino festivallarına, sadəcə dəvət belə almadığımız halda, bu gün artıq bu cür festivallarda iştirak edirik və hətta uğur da qazanırıq. Bu isə onu göstərir ki, bizim potensialımız var. Amma bu potensialdan düzgün istifadə etmək, kino ilə bağlı layihələr, proqramlar işləmək kino xadimlərinin işidir. Əfsuslar olsun ki, bizdə uzun müddət kino problemi deyəndə ancaq ad, ev, yaxud da hansısa festivala getmək kimi fərdi məsələlərin qabardıldığının şahidi olmuşuq.
- Yəni, demək istəyirsiniz ki, kinonun inkişafına dəstək missiyasını yerinə yetirməli olan Azərbaycan Kinematoqrafçılar İttifaqı daha çox fərdi məsələlərlə məşğul olub?
- Bu ittifaq ötən müddət ərzində kinomuzun inkişafı istiqamətində hər hansı təsirli və yaddaqalan bir addım atmayıb, kino ilə bağlı layihə, proqram, yaxud da təşəbbüslərlə çıxış etməyib. Bunun da səbəbi bəhs edilən qurumun idarəetmə və fəaliyyət mexanizminin müasir dövrün tələblərinə cavab verməməsidir. Sizə bir misal çəkim. Bu gün artıq dünyanın yeddiyə yaxın ən yaxşı xarici kino şirkəti ilə danışıqlar aparırıq. Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi və ölkəmizin inkişafı xaricilərdə böyük maraq oyadıb. Lakin onların ilk sözü bu olur ki, kino qanunuzu bizə göndərin, kino sahəsindəki texniki təhcizatın vəziyyəti barədə məlumat verin və orada çalışan mütəxəssislərin işlədiyi filmlərdən bizə göndərin. Əfsuslar olsun ki, biz bəzən bu istəklərə o qədər də cavab verə bilmirik. Ona görə də, biz gənc nəslin nümayəndələri ilə Prodüsserlər Gildiyasını təsis etdik. Həmçinin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kino haqqında qanunun hazırlanması istiqamətində müvafiq göstərişlər verdi. Yəni, demək istəyirəm ki, kino sahəsinə dövlətin yetərincə diqqət və qayğısının olmasına baxmayaraq, bu istiqamətdə təklif və layihələrlə çıxış etməli olan qurum-Azərbaycan Kinematoqrafçılar İttifaqı, sadəcə, heç bir iş görməyib. Ona görə də, belə bir fikir meydana gəldi ki, gənc, orta və yaşlı nəslin nümayəndələrinin iştirakı ilə mobil işləyə və öz fikirlərini deyə bilən yeni bir ictimai qurum yaradılsın. Mən inanıram ki, bizim əsasını qoyduğumuz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı kino sahəsi ilə bağlı günün tələblərinə uyğun olan layihələrlə çıxış edəcək. Bir də əgər yeni nəsə yaranırsa, demək köhnə qane etmir.
- Lakin Azərbaycan Kinematoqrafçılar İttifaqı məsələni tamamilə başqa istiqamətə yönləndirməyə, bir növ siyasiləşdirməyə cəhd göstərir...
- Onların nə deməsindən asılı olmayaraq, hər şey ortadadır. Cəmiyyət kimin kim olduğunu, kimin nə işlə məşğul olduğunu, kimin gerçəkdən də kinomuzun inkişafı üçün çalışdığını, kimin isə kinonun adından istifadə edərək, fərdi məsələlərini həll etməyə çalışdığını yaxşı bilir. Digər tərəfdən, bu gün onlar nə deyirlər desinlər, hər kəs bizim quruma rəhbərlik edən Şəfiqə Məmmədovanı yaxşı tanıyır. Şəfiqə Məmmədova siyasətlə məşğul olmur və o, yeganə insanlardan biridir ki, sənətə xəyanət etməyib. Şəfiqə Məmmədova heç zaman nə teatra, nə də kinoya xəyanət etməyib. Həmçinin, bunu təşəbbüs qrupunda təmsil olunan digər şəxslər barədə də demək olar. Yəni, qarşı tərəfin bu kimi cəhdləri ancaq və ancaq zəifliyin əlamətidir. Qısası, fəaliyyəti və iş prinsipi müasir dövrün tələblərinə cavab verməyən Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunanların iddiaları əsassızdır. Əsas odur ki, danışmaq yox, iş görmək lazımdır. Eyni zamanda, iş görmək istəyən adamlara da xeyir-dua vermək lazımdır. Bir də, əgər demokratik cəmiyyətdirsə, o zaman qoy bu tipli ictimai qurumların ikisi yox, lap beşi yaransın.
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı olaraq ölkəmizdə kino siyasətinin reallaşdırılması istiqamətində dövlətə lazım olan dəstəyi verməyə, layihələr və proqramlar hazırlayıb, reallaşdırmağa iddialısınızmı?
- Bəli. Biz bunu edəcəyik. Bunun başqa yolu yoxdur. Ona görə ki, hazırda heç də dünyanın bütün nöqtələrində bizdəki kimi kinoya dövlət tərəfindən hərtərəfli dəstək göstərilmir. Biz bu gün dövlətin həmin dəstəyindən lazımi şəkildə istifadə etməliyik. Bu gün Azərbaycana kino lazımdır. O mənada ki, bu gün biz məsələn, Qarabağla bağlı təbliğatda kino vasitəsilə dövlətimizə dəstək verə bilərik. Yəni, ermənilərin əməlləri və cinayətləri barədə, məsələn, elementar olaraq ermənilərin alban kilsələrini necə erməniləşdirdiklərinə, müsəlman məscidlərinə donuz salmalarına dair faktları kino vasitəsilə dünyaya çatdırsaq, həmin dəstəyi göstərmş olarıq. Eyni zamanda, biz özümüz haqqında həqiqətləri kinolarımız vasitəsilə dünyaya çatdıra bilərik. Bir müddət öncə xarici kino şirkətindən bura Azərbaycan haqda film çəkməyə gəlmişdilər. Dedim ki, siz müsəlman dünyası deyəndə ərəbləri, farsları başa düşürsünüz. Bizim elə geyim mədəniyyətimizlə tanış olun, fərqləri görəcəksiniz. Tanış oldular və heyrətə gəldilər. Hesab edirəm ki, milli dəyərlərimizi əks etdirən filmlər çəkilməlidir. Məsələn, Azərbaycanda qadın haqda heç vaxt evlidir deyilməyib, qadına ailəlidir, kişiyə evlidir, ifadəsi işlənib. Bunun arxasında dərin mənalar var. Düşməninin evinə onu öldürmək üçün girən adam kişini ailə uşağı ilə yatan görəndə onu öldürməyib, papağını götürürmüş ki, bil ki, gəldim, səni öldürmədim. Yaxud da uşaq səsi gələn evə hücum edilməzmiş. çoxdur belə dəyərlərimiz. Bunlar bir filmdə verilsə, dünya özü üçün kəşf etmiş olar Azərbaycanı. Eyni zamanda, hazırda cəmiyyətə qəhrəman obrazı lazımdır. Cəmiyyət öz qəhrəmanını görmək istəyir. Bir sözlə, yeni ictimai qurum olaraq hədəflərimiz bəllidir və bu, həmçinin, digər istiqamətlərdə layihələri reallaşdırmağa çalışacağıq.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

