Yeni faktlar...
10.04.2024 [10:51]
Avropa Komissiyasının prezidenti yenidən korrupsiyada ittiham olunur
Son dövrlərdə Qərbin siyasi konyuktrunda özünü real güc hesab edən və davranışlarını da məhz bu tezis üzərində formalaşdıran bəzi beynəlxalq statuslu təsisatların, onların rəhbərlərinin haqqında mühüm faktlar açıqlanmaqdadır. Xüsusilə, daima Azərbaycana qarşı fərqli standartlardan çıxış edən, işğalçı Ermənistana dəstək olan bu təsisatlar və onların təmsilçilərinin adları korrupsiya faktlarında, rüşvətxorluqda hallandırılır. Ötən ilin sonunda Avropa Parlamentinin yüksək ranqlı nümayəndəsi Eva Kailinin haqqında ortaya çıxan rüşvət faktlarının ardından Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də bəzi məsələlərdə ittiham edilir. Maraqlıdır ki, Avrokomissiya prezidentini bu kimi məsələlərdə günahlandıran öz yaxın ətrafıdır.
Yeni ittiham: rüşvət və korrupsiya...
Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının rəhbərini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham edib. F.Filippo konkret olaraq onun bu sxem üzrə yol verdiyi qanunsuzluqları sadalayıb. KİV-in yazdığına görə, az əvvəl “Liberation” nəşri də sensasion sayıla biləcək ittihamlarla çıxış etmişdi və Lyayenin partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin etməsi ilə bağlı bir sıra faktlar açıqlanmışdı. Bildirilmişdi ki, AK prezidenti bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib. Posta təyinatı da yaxın ətrafındakına verməklə ona aya 20 min avro maaş təyin edilmişdi. Bunun ilk hal olmadığı vurğulanır - Ursula fon der Lyayenin öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışması barədə başqa misallar da qəzet səhifəsində yer alıb.
Aİ-nin bəzi strukturlarının - məsələn, Avropa Parlamentinin korrupsiyaya uğramış bir təsisat olması sirr deyildi. Pul qarşılığında bir sıra dövlətlərə qarşı “qətnamələr” qəbul edən, erməni milyarder Kaspar Karapetyan tərəfindən maliyyələşdirilən avropalı deputatların fəaliyyəti ifşa edilmişdi. İndi isə Avropa Komissiyasının da mahiyyət etibarilə korrupsiyaya uğramış bir sistem olması bütün bariz işartıları ilə ortaya qoyulur. Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo da ədalətin bərqərar olmasına, ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasına çağırış edib. Partiya liderinin fikrincə, AK rəhbərini hakimiyyətdən uzaqlaşdırmaq və Avropa İttifaqını mümkün qədər tez məhv etmək lazımdır. “Avropa İttifaqı dünyada ən çox korrupsiyaya uğrayan maşındır”, - deyə o, fikrini tamamlayıb.
İlk fakt: vaksin qalmaqalı...
Qeyd edək ki, bu fakt Ursula fon der Lyayen haqqında qısa zamanda ortaya çıxan ikinci qalmaqallı korrupsiya faktıdır. Belə ki, bir müddət öncə Avropa İttifaqı Prokurorluğunun (EPPO) Belçika prokurorluğunun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı Amerikanın Pfizer şirkətindən koronavirus peyvəndi alması ilə bağlı cinayət işini ələ keçirdiyi məlum olmuşdu. Bununla bağlı “Politico” nəşri qeyd etmişdi - məsələ ilə bağlı Belçikanın hüquq-mühafizə orqanlarının əməkdaşına istinad edilmişdi. Bildirilmişdi ki, Avropa Komissiyasının rəhbəri ilə Amerikanın Pfizer şirkətinin baş direktoru Albert Bourla yazışmalarını üzə çıxarmışdı - bildirilirdi ki, bu yazışma peyvənd alınması iəl bağlı tarixin ən bahalı müqaviləsi bağlanmazdan əvvəl həyata keçirilib. Nəşr qeyd etmişdi ki, müqavilənin dəyəri 35 milyard avroya çata bilər. AK rəhbəri isə danışıqlar prosesinə “birbaşa təsir” etməkdə şübhəli bilinirdi - çünki alınmış peyvəndlərin sayı ehtiyacları xeyli üstələyirdi. Aİ-nin peyvənd ehtiyacları 1,8 milyard doza təşkil etdiyi halda, bu qədər “geniş müqavilə”nin imzalanmasının məntiqi açıqlaması yox idi.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Macarıstan da işə qoşularaq AK rəhbərinin vaksin danışıqlarındakı rolu ilə bağlı şikayət verib. Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ təsisatlarının acizlik və zəiflik nümayiş etdirdiyini, ittifaqın rəqabət qabiliyyətinin zədələndiyini bildirib. Məqalədə qeyd edilir ki, Polşa ötən il də analoji şikayətlə müraciət edib, lakin baş nazir Donald Tusk hökuməti hakimiyyətə gəldikdən sonra şikayəti geri götürüb.
Bundan əlavə, 2023-cü ilin fevralında ABŞ-nin “New York Times” qəzeti Avropa Komissiyasının sədri ilə Pfizer şirkətinin baş direktoru arasında COVID-19 vaksinlərinin alınması ilə bağlı yazışmaları dərc etməkdən imtina etdiyinə görə quruma qarşı iddia qaldırıb.
Beləliklə, aprelin 5-də keçirilən “məşhur üçtərəfli görüş”ün tərəfi kimi çıxış edən fon der Lyayenin əsl stiması ortaya çıxır. Bu bir daha onu göstərir ki, AK rəhbəri haqqında Ermənistanla bağlı planların olması məsələsi də göz ardı edilməməlidir - bəlli olduğu kimi, bir sıra mənbələr fon der Lyayenin Ermənistanla “silah alveri” adı altında gizli əməkdaşlıq həyata keçirmə imkanlarına işarə vururlar. Beləliklə, Qərbin Ermənistan üzərindən “pul silməsi”, İrəvandan “qara kassa” kimi istifadə etməsi ilə bağlı informasiyalar öz təsdiqini tapır.
Yenidən iddialı...
Fon der Lyayenin bu kimi addımlarının hədəfi isə bəllidir - o, korrupsiya faktlarını ört-basdır etmək üçün fərqli mənbələrdən yararlanmağa çalışır. Qeyd olunduğu kimi Ermənistanla bağlanması ehtimal olunan “pakt” üzərindən milyardlarla gəlir əldə etmək fon der Lyayen üçün ilkin “vəzifədir”. Bu məsələnin məhz Ermənistan üzərindən aparılmasına “dəstək olmaq” isə Avrokomissiya sədrinin öz postu uğrunda savaşda “yardımçı” olacaq. Bəlli olduğtu kimi, martın 7-də Avropa Xalq Partiyası (Avropa Parlamentindəki ən böyük fraksiya) Ursula fon der Lyayeni Avropa Komissiyası rəhbərliyinə seçkilərdə namizəd kimi irəli sürüb və onun yenidən Avropa Komissiyasının rəhbəri seçilməsini dəstəkləyib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxAnalitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11

