Ermənistan beynəlxalq məhkəmə qarşısında
16.04.2024 [10:25]
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də, həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Eləcə də, işğaldan azad edilən ərazilərdə1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ciildə isə bu göstərici cəmi 174 min hektara bərabər olub. Göründüyü kimi, işğal dövründə 54 min hektar meşə fondu məhv edilib. Zor gücünə zəbt edilən torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqları dağıdılıb, meşələr qırılıb və satılıb, torpaqlarımız qanunsuz yollarla istismar edilib. Xatırladaq ki, o torpaqların böyük hissəsini Ermənistanın kriminal rejimin başçıları öz mənafeləri naminə istifadə edirdilər. Son 30 ildəitirilmiş gəlir, ekologiyamıza vurulan ziyan da hesablanıb. Təbiətə dəymiş ziyan Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınıb. Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlərin qanunsuz istismarına xarici şirkətlər də cəlb edilib. Bütün bunlara görə, Ermənistan və həmin şirkətlər beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.
Yeri gəlmişkən, aprelin 12-də Haaqa Sülh Sarayında “Avropanın Canlı Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlər arası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib. Eləcədə qeyd olunub ki, sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu, öz növbəsində ədaləti təmin etmək üçün ciddi səydir.
Aprelin 15-də isə Beynəlxalq Ədalət Məhkəməsində(BƏM) Haaqadakı Sülh Sarayında İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Ermənistan Azərbaycana qarşı”) tətbiqi ilə əlaqədar Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başlayıb. Azərbaycan tərəfini prosesdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir. Xatırladaq ki, 16 sentyabr 2021-ci ildə Ermənistan sözügedən konvensiyanın pozulması iddiaları ilə Azərbaycana qarşı proses başladıb. Ötənil aprelin 21-də Azərbaycan məhkəmənin yurisdiksiyasına ilkin etirazlarını təqdim edib.
Aprelin 12-də keçirilən dinləmələrdə xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Ermənistan məhkəmənin yurisdiksiyasına istinad etməzdən əvvəl Azərbaycanla məsələləri danışıqlar yolu ilə həll etmək öhdəliyindən yayınmağa çalışıb. Nazir müavini Ermənistanın daha əvvəl işğaletdiyi ərazilərdə Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyduğunu vurğulayıb: “Azərbaycan əraziləri 1991-1994-cüillər ərzində işğal edilib və 30 il işğal altında qalıb. Bu, monoetnik Ermənistan dövləti çərçivəsində birləşməyi nəzərdə tutan irqçi və milliyyətçi ideologiyanın nəticəsi olub”. E.Məmmədov Azərbaycanın Ermənistan tərəfindən məhkəmədə qaldırılan iddiaları qəbul etmədiyini bəyan edib. O, həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsi və ondan sonra ələ keçirilən erməni hərbi qulluqçuları və digər saxlanılanlarınəksəriyyəti Ermənistana qaytarılıb: “Qaytarılmayanlar isə ağır cinayətlərə görə məhkum ediliblər, ya da hazırda hərbicinayətlər, terrorçuluq və ya separatizmə görə mühakimə olunurlar. Başqa bir sözlə, onların həbsinin davam etməsinin irqiayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

