Zərif işığın Zərifəsi...
27.04.2024 [10:10]
Sabah oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
Yeganə BAYRAMOVA
O, istedadlı göz həkimi idi. Qaranlıq düşən gözlərə işıqlı gündüzlərin “qapı”larını açırdı. Görkəmli dövlət xadimi Əziz Əliyevin qürurulu qızı, xalqın xilaskarı ümummilli lider Heydər Əliyevin vəfalı xanımı, Respublikamızı böyük inkişaf yollarına, tarixi uğurlara aparan Prezident İlham Əliyevin anası olmaq isməti ilə şərəflənmişdi...
Ömrü boyu xalqına, vətəninə layiqincə xidmət etmişdi Zərifə xanım. O, oftalmoloq-alim, fədakar ziyalı, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik idi. İnsanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. Ağlagəlməz bir lütfkarlıq və səbrlə həmsöhbətini dinləyərək, diqqətini ən əsas və vacib məqamlara cəmləşdirərdi. İşinin həddindən artıq olmasına baxmayaraq, məsələləri ən xırda təfərrüatlara qədər yadda saxlayır, hadisələrin gedişini düzgün hesablamağı bacarırdı.
Aprelin 28-də Zərifə xanım Əliyevanın anadan olmasından 101 il ötür. Onun tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
Zərifə Əliyeva həkimlik peşəsini çox uca tuturdu. Həkimi Günəşə bənzədərək deyirdi: “Həkim insanlara Günəş qədər lazımdır”. 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemin - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Zərifə xanım həmkarlarının yaddaşında əzəmətli, nəzakətli insan kimi qalıb. O, yalnız biliyini, elmini tələbələrinə öyrədən müəllim olmayıb, həm də ölkəmizin gələcəyinə işıq saçan gəncliyə ana qayğısı göstərib. Bu, əsl Azərbaycan qadınının alim, müəllim kimi xalqına sevgisi, gələcəyi üçün xidmət nümunəsidir!
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Təbii ki, bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdi: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Zərifə xanım az yaşadı. O, 1985-ci il aprelin 15-i Moskva şəhərində əbədiyyata qovuşdu. Zərifə xanımın dəyərli və praktik elmi irsi 14 monoqrafiyada, 150-dən artıq fundamental məqalədə Moskvada, Bakıda və xarici ölkələrdə çap olunub. Görkəmli alim-oftalmoloqun elmi irsi bütün tarixi dövrlərdə gənc alimlər üçün fədakarlıq nümunəsi, elmə, xalqına və vətənə xidmətin yüksək meyarı olaraq öz aktuallığını qoruyacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53

