Albaniya Bakıda səfirlik açacaq
18.05.2024 [10:10]
Azərbaycan münasibətlərdə olduğu bütün dövlətlərlə qarşılıqlı maraqları əsas götürərək xoş məram ortaya qoyur. Belə məqsədyönlü və səmərəli siyasi kursun nəticəsidir ki, respublikamızın dünyanın müxtəlif regionlarında yerləşən ölkələrlə əməkdaşlıq əlaqələri genişlənir. Bu kontekstdə Azərbaycanla Albaniya arasında müxtəlif istiqamətləri əhatə edən əməkdaşlığın artan dinamikası da məmnunluq doğurur. Bu günlərdə Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ölkəsinin cari il ərzində Azərbaycanda səfirlik açacağını bildirib. Bu barədə o, ölkə parlamentinə “Albaniya Respublikası Nazirlər Şurası ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən söyləyib.
Sürətli və effektiv ünsiyyət körpüsü
Ballukunun sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında” Saziş “bu münasibətləri dərinləşdirməyə yönəlmiş növbəti addımdır və aramızdakı uzaq məsafəyə baxmayaraq, biz güclü körpülər qurmaq üçün bir yol tapırıq və şübhəsiz ki, perspektivli əməkdaşlıq edirik”. Dost ölkənin hökumətinin rəsmisinin sözlərinə görə, Azərbaycanın Albaniyada səfirliyinin açılması çoxdan gözlənilən qərardır və Bakının Tirana ilə tərəfdaşlığa dair ciddi niyyətlərinin sübutudur . O qeyd edib ki, bu, əməkdaşlığımızı daha da genişləndirəcək və aramızda sürətli və effektiv ünsiyyət körpüsü yaradacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev hələ 2022-ci ilin noyabrında Azərbaycanın Albaniyada səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısı eyni zamanda, “Azərbaycanın Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Dost ölkə Azərbaycanın bu addımını yüksək dəyərləndirib. Albaniya Prezidenti Bayram Beqay bildirib ki, bu addım ölkələr arasında əməkdaşlığın yaxşı təzahürüdür.
İndi isə qarşılıqlı əməkdaşlığın perspektivləri baxımından mühüm önəm daşıyan siyasi qərar Albaniya tərəfindən verilib.
Azərbaycanın və Albaniyanın Tirana və Bakı şəhərlərində səfirlik açmaqla bağlı qərarları iki dost ölkənin siyasi və digər müstəvilərdə münasibətləri dərinləşdirmək niyyətində olduqlarından xəbər verir. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il sentyabrın 23-də qurulub. Artıq bu tarixin otuz ili arxada qalıb. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftəsi” təşkil olunub.
İki dost ölkə arasında siyasi dialoqun inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Dövlət başçıları müxtəlif aktual məsələlər ətrafında həm ikitərəfli qaydada, həm də beynəlxalq platformalar çərçivəsində fəal müzakirələr aparırlar. Digər yüksək səviyyəli rəsmilər arasında görüşlər də intensivləşib. Qeyd edək ki, cari il martın 1-də Prezident İlham Əliyevi ölkəmizə növbəti səfərə gələn Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Edi Rama İlham Əliyevin prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik edib. Müzakirələr zamanı Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri və Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulanıb. Dövlətimizin başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini deyib.
Genişlənən iqtisadi əlaqələr
Azərbaycanla Albaniya arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq getdikcə genişlənir. İndiyədək ölkələrimiz arasında müxtəlif sənədlər, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bir qədər bundan əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərməlidir. Bəhs olunan sənəd cari il martın 1-də Bakı şəhərində imzalanıb. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”I təsdiq edilib. Beləliklə, vətəndaşlarımızın daha bir Avropa ölkəsinə vizasız gedişi mümkün olacaq. Xatırladaq ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.
Bütövlükdə, iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün bir sıra perspektivli istiqamətlər mövcuddur. Müxtəlif səviyyələrdə aparılan müzakirələr zamanı dost ölkənin rəsmiləri Albaniyanın enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildiriblər.
Enerji sektoru iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ən perspektivli istiqaməti kimi dəyərləndirilir. Mövcud geosiyasi reallıqlar fonunda Avropanın enerji təchizatına təhdidlər yaranıb. Ənənəvi təchizat zəncirinin pozulduğu qoca qitədə ciddi enerji aclığı yaşanır. Belə bir şəraitdə Avropa Komissiyası ölkələrin enerji təchizatını şaxələndirməyə, yeni mənbələr tapmağa böyük səy göstərir. İndiyədək Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan qoca qitənin artan tələbatının ödənilməsində daha fəal rol almaq niyyətindədir. Buna ölkəmizin geniş imkanları var. Hazırda Azərbaycan Avropa bazarlarına ildə təxminən 12 milyard kubmetr qaz ötürür. Gələcəkdə isə bu həcmin iki dəfə artırılması hədəflənib və bu hədəf tam realdır.
Qoca qitə üçün mühüm təchizat infrastrukturuna çevrilən Cənub Qaz Dəhlizinin yaradılmasında yeddi tərəfdaş ölkə, o cümlədən də Albaniya fəal iştirak edib. Albaniyanın rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar”.
Azərbaycanın Avropaya qaz ixracını artırmaq niyyətində olduğunu qeyd etdik. Albaniya buraada vacib tranzit məntəqə olacaq. Belə ki, Avropaya ünvanlanan qaz Albaniya ərazisindən keçəcək. İon-Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirir. Bu fakt Albaniyanın geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

