Etibarlı tərəfdaş, nüfuzlu dövlət
23.05.2024 [10:00]
Azərbaycanın beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artır
Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Balanslaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmləndirir. Regional güc mərkəzi olan Azərbaycan həm də müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.
Azərbaycanla Ukrayna arasında birgə əməkdaşlıq layihələri
Azərbaycanın fəal münasibətdə olduğu ölkələrdən biri də Ukraynadır. Ölkələrimiz arasında əlaqələrinin tarixi kökləri vardır. Bu əlaqələr davamlı olaraq inkişaf edib. Hazırda Ukraynada davam edən münaqişəyə gəlincə, dövlətimizin problemin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.
Həmçinin, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmin gün Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyev ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub. Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevi təyinatı münasibətilə təbrik edən Ceyhun Bayramov ona fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və sair istiqamətlərdə inkişafından məmnun olduqlarını qeyd ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov COP29-un öz növbəsində əməkdaşlıq gündəliyinə iqlim dəyişikliyi ilə mübarizə məsələsini daxil etməklə, münasibətlərin inkişafına töhfə verə biləcəyini qeyd edib.
Səfir Yuriy Husyev Azərbaycan və Ukrayna arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Azərbaycan tərəfindən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi dəstəyə, o cümlədən Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar edilən humanitar yardımlara görə təşəkkür ifadə olunub. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İtaliya Azərbaycanın Avropada əsas ticarət tərəfdaşıdır
Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər də mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. onu da qeyd edək ki, İtaliya Azərbaycanın Avropada əsas ticarət tərəfdaşıdır. Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko ilə görüşündə də iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub. Qeyd edək ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Səfiri təyinatı münasibətilə təbrik edən Ceyhun Bayramov ona fəaliyyəti müddətində uğurlar arzulayıb.
Tərəflər dövlət başçıları, hökumət nümayəndələri və parlamentlər arasında intensiv təmasların strateji münasibətlərin inkişafında vacib rol oynadığını diqqətə çatdırıblar. Müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, humanitar, təhsil və s. üzrə çoxşaxəli əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından strateji dialoq, habelə siyasi məsləhətləşmələr mexanizmlərindən istifadənin vacibliyi vurğulanıb. Xüsusilə Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu qeyd olunub. İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində genişlənməkdə olan əməkdaşlığa əlavə impuls verəcəyi diqqətə çatdırılıb.
Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. İtaliya şirkətlərinin yenidənqurma səylərinə töhfəsi məmnunluqla qeyd edilib. Ölkəmizdə mina təhdidi məsələsi diqqətə çatdırılıb, minasızlaşdırma fəaliyyəti sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə aparılan danışıqlar prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29-a sədrliyimiz çərçivəsində, o cümlədən İtaliya ilə əməkdaşlıqdan məmnunluq duyacağımızı bildirib.
Ölkəmizdə səfir təyin olunmasından məmnun olduğunu bildirən Luka Di Canfrançesko fəaliyyəti müddətində mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində çalışacağını qeyd edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində yüksək qiymətləndirirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

