Fürsət qaçırılmamalıdır...
01.06.2024 [09:50]
Rəcəb Tayyib Ərdoğan:
Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq
2020-ci il Vətən müharibəsinin və 2023-cü il antiterror əməliyyatlarının uğurlu nəticələri Cənubi Qafqazda yeni siyasi - iqtisadi mənzərə formalaşdırdı. Təsadüfi deyil ki, regionda sabitliyin təmin olunmasının, təhlükəsizlik seqmentinin ən yüksək səviyyə çatdırılmasının mühüm əməkdaşlıqlara yol açacağına, bu istiqamətdəki perspektivləri daha da gücləndirəcəyinə inam böyükdür. Müharibədən az sonra Azərbaycanın təşəbbüsü və Türkiyənin dəstəyi ilə regionun ümumi inkişaf atlasına töhfə verəcək əməkdaşlıq platformalarının bəyan edilməsi, bu yöndə əməli fəaliyyətin gücləndirilməsi bölgə üçün yeni üfüqlər formalaşdırırdı. Belə demək mümkündürsə, ortadakı yeganə çatışmazlıq Ermənistanın sülhlə bağlı iradəsi və regionun inkişafına töhfə vermək arzusudur. Başqa sözlə, region ölkələri arasında mühüm ticarət əlaqələri və güclü siyasi dialoq Ermənistan üçün də nümunə olmalıdır. Azərbaycanla münasibətlərini normallaşdıraraq Cənubi Qafqazın ümumi inkişaf tendensiyasına qoşulacaq Ermənistan bölgəsəl birliyin bir parçasına çevrilə bilər...
Sülh nə vəd edir?
Bu məqam dəfələrlə səsləndirilib - Prezident İlham Əliyev çıxışlarında rəsmi İrəvanın reallıqları qəbul etməsinin və sülhə töhfə verməli olduğunun zərurətini ən kiçik detallarına qədər açıqlayıb. Bildirib ki, Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Azərbaycan Prezidentinin 2021-ci ilin yayında səsləndirdiyi bu fikir bu günün rakursunda Ermənistan üçün strateji xəttə çevrilir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan region ölkələri ilə münasibətlərin normallaşması üçün sülhün vacib olduğunu etiraf edir. Əlbəttə, sülh prosesi ilk növbədə iki dövlət arasındakı münasibətləri tənzimləyəcək - ardından isə, Ermənistanın illərdir ki, uzaq düşdüyü ümumi inkişaf tempinə uyğunlaşmasını təmin edəcək. Bunun üçün isə Ermənistan sülh prosesi ilə bağlı mövqeyini Azərbaycanın bəlli və şəffaf mövqeyi ilə uyğunlaşdırmalıdır. Bu gün sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - ikitərəfli təmasların inkişaf etdirildiyi bir zamanda bu, daha real görünür. Azərbaycan hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik. Azərbaycanın irəli sürdüyü 5 baza şərti isə BMT-nin təməl prinsiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Məhz Qazax rayonu istiqamətində delimitasiya və demarkasiya prosesinin irəlilədilməsi, sərhədin müəyyənləşdirilməsi bu yöndəki ümidləri daha da artırır. Müvafiq strukturlar arasında görüşlərin baş tutması, sülhlə bağlı mövqelərin ortaq məxrəcə gətirilməsi sülhün çox uzaqda olmadığını deməyə də əsas verir. Bu isə 30 il davam etmiş ədalətsizliyin ortadan qalxmasına zəmin formalaşdıracaq. Beləliklə, Ermənistan ilk növbədə yerləşdiyi bölgənin ümumi inkişaf tempinə inteqrasiya etmək üçün ilkin addımı atmış olacaq.
Erməni xalqı dərk etməlidir ki, onun gələcəyi...
Region üçün isə real əməkdaşlıq nümunələri mövcuddur. Azərbaycan, Türkiyə, Gürcüstan, İran, eləcə də Rusiya və Mərkəzi Asiya ölkələri arasındakı qarşılıqlı və perspektivli münasibətlər yeni iqtisadi gündəm formalaşdırıb. Xüsusilə, Şərq - Qərb istiqaməti üzrə yeni ticari aortanın formalaşması Cənubi Qafqaz üçün mühüm üstünlüklər vəd etməkdədir. Vurğulandığı kimi, bu perspektivin reallığa çevrilməsi üçün isə Ermənistan siyasi iradə nümayiş etdirməlidir - bölgə dövlətləri ilə münasibətləri tənzimləməli, regionun təhlükəsizlik seqmentinin güclənməsi üçün əlindən gələni əsirgəməməli və regiona müdaxilə etmək üçün fürsət güdən güclərin fitvasına getməməlidir. İllərdir ki, Ermənistandan siyasi alət kimi istifadə edən Fransa və başqa ölkələr bu və ya digər vasitələrlə Cənubi Qafqazın kataklizmlərdən xilas olmaması üçün çalışır - bu məsələdə onların ən yaxın “yardımçıları” isə erməni lobbisidir. Əgər Ermənistanın siyasi hakimiyyəti bu güclərin və lobbinin təsirlərini üzərindən ata bilsələr, yeni dövrdə suveren dövlətçilik prinsiplərinə belə qovuşmuş olacaqlar. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə bildirib ki, Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır. O qeyd edib ki, Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq: “Qarabağ 30 ilə yaxın işğaldan azad edildikdən sonra regionda davamlı sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb. Bu fürsət qaçırılmamalıdır. Ermənistan üçüncü ölkələrin və onun xaricdəki diasporasının zərərli təsirindən qurtulmalıdır, bu, onu dünyaya daha da yaxınlaşdıracaq. Bundan əlavə, erməni xalqı dərk etməlidir ki, onun gələcəyi əsrlər boyu birgə yaşadığı və bundan sonra da birgə yaşayacağı qonşuları ilə bağlıdır. Ermənistan da bu məqsədlərə çatmaq üçün lazım olan hər şeyi etməyə cəsarət etməlidir”.
Beləliklə, ən aktual gündəm olaraq meydana çıxan sülh prosesinin qaçınılmazlığı ümumən bölgənin siyasi-iqtisadi mənzərəsinə yeni ştrixlər qazandıracaq. Bölgənin ümumi inkişaf tendensiyasına qoşulacaq Ermənistan üçün isə bu, daha böyük əhəmiyyət daşıyır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

