BMT-nin İqlim Dəyişmələri Konfransında bir qrup xarici QHT Azərbaycanla bağlı bəyanat yayıb
11.06.2024 [14:41]
Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanata 31 ölkədən 102 QHT təmsilçisi və ictimai fəal imza atıb.
Bonn bəyanatında nələr var?
Bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29 Sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyimizi bildiririk. Vətəndaş cəmiyyəti təbliğat, monitorinq, təmsilçilik və innovativ həllər təmin etməklə, iqlim dəyişmələri danışıqlarına öz töhfəsini verir. İqlim məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların, xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların narahatlıqlarını danışıqlarda ön plana çıxarırıq. Bu baxımdan COP29-a sədrlik və ev sahibliyi edəcək Azərbaycanın bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolu çox əhəmiyyətlidir”.
Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq
Xarici QHT-lərin Bonn bəyanatında, həmçinin qeyd edilir ki, “həssas və təcrid vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. İqlim fəaliyyətinə təkan vermək üçün vətəndaş cəmiyyətinin əsas rolunu dərk etməklə, QHT nümayəndələrini qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb etməklə, insanların və planetin ehtiyaclarını prioritet elan etməklə, biz Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”.
Bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla insanın, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı çətinliklərini dilə gətirməsi, həlli üçün ardıcıl səy göstərməsi xüsusi vurğulanır. Bundan başqa, COP29 üzrə iqlim dəyişmələrinin həllində qlobal liderliyi öz üzərinə götürən Azərbaycanın mənalı əməkdaşlığa, iddialı öhdəliklər götürülməsinə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: “Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.
Rəqəmlər danışır
Son vaxtlar COP29-la əlaqədar Azərbaycana xarici QHT-lərdən ardıcıl dəstək bəyanatları qəbul olunmaqdadır. Beləliklə, son dörd ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq, Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin inkişaf etməkdə olan dünyanın problemlərini ardıcıl şəkildə qaldırması, qlobal təşəbbüslərlə çıxış etməsi dünyanın müxtəlif regionlarda böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana olan rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid yeri kimi yanaşılması da bunun bariz nümunələrindən biridir.
Xəbər lenti
Hamısına baxİdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35

