QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
25.06.2024 [13:06]
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” qəbul ediblər.
AZƏRTAC müraciəti təqdim edir:
“Biz - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları olan ictimai birliklərin rəhbərləri Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.
Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün cənnətə çevrilir, bu ərazilər eyni zamanda yaşıl enerji zonaları elan olunub.
Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir.
Azərbaycanın COP29 ölkəsi kimi, iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) diqqətini daha da artırıb.
Son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə 71 ölkədən 367 QHT və ictimai fəalın müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə etməsi, bu ölkələrdən 62-sinin məhz İEOÖ-lər olması bunun aydın ifadəsidir.
OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində təşəbbüskarlığı ələ almalıdır.
Sizin rəhbərliyinizlə yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlanıb. Azərbaycanın yaxın 6 ildə günəş və külək enerjisi 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Dörd qiqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları 157 qiqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını aydın nümayiş etdirir.
Qlobal istiləşmə şəraitində Azərbaycan dünyaya müdrik mesaj verir ki, qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəyliklə alına bilər.
Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilmiş forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, 3 paneldən 2-si bu mövzuda idi. Aparılmış müzakirələr əsasında belə bir ümumi qənaətə gəlirik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strategiyanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!
Siz qalib xalqın qalib lideri kimi ölkəmizi yeni inkişaf mərhələsinə qaldırmısınız.
Biz Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq və bərpa işlərinin şahidiyik.
Təəssüflər olsun ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını 1,5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirib. İndi ərazinin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün böyük işlər aparırsınız.
Biz qəti əminik ki, gün gələcək Siz Qarabağ və Şərqi Zəngəzuru minadan azad bölgə elan edəcəksiniz.
Biz - “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”ni qəbul etməklə, apardığınız siyasətə tam dəstəyimizi ifadə edir, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq”.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

