Aİ üzv dövlətlərin hüquqlarını pozur
26.06.2024 [10:45]
Macarıstanın bərabərtərəfli əməkdaşlıq prinsipi məhdudlaşdırılır
Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Avropa Sülh Fonduna köçürmək qərarına gəliblər. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozsep Borrel deyib. O qeyd edib ki, Aİ Rusiyanın aktivlərindən gələn gəlirdən Ukraynaya tezliklə 1,4 milyard avro, ilin sonuna qədər isə 1 milyard avro ayıracaq. Aİ ölkələrindən biri Avropa Sülh Fondundan Kiyevə 6 milyard avrodan çox ödənişləri əngəlləməyə davam edir.
Bu vaxta qədər Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına köçürülməsi ilə bağlı qərarının reallaşması üçün isə Macarıstan veto hüququndan istifadə edirdi. Artıq Aİ vetodan yan keçmək üçün boşluq tapıb. Borell deyib ki, Macarıstan Avropada bloklanan Rusiya fondlarından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı əvvəlki razılaşmadan imtina etdiyinə görə bu pulun necə istifadə ediləcəyilə bağlı qərarın bir hissəsi olmamalıdır.
Borrell Macarıstanla razılığa gəlməyə çalışdıqlarına da aydınlıq gətirib: “Rəsmi Brüssel Budapeştin Ukraynanın özünü dəstəkləməsində iştirak etməməsini, lakin digər Aİ ölkələrinin əksəriyyətinin qərarını əngəlləməməyi təklif edib. Viktor Orban hökuməti bununla da razılaşmayıb”.
“Politico” saytının yazdığına görə, hüquqi boşluq macar siyasətçilərini hiddətləndirib. Məlumata əsasən, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya Yardım Fonduna daxil olan gəlirin birinci hissəsi iyunun 24-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə açıqlanıb. İlk transfer 1,4 milyard avro təşkil edib. Xatırladaq ki, Avropa İttifaqında Rusiya Bankının 210 milyard avroluq aktivləri dondurulub. Bu aktivlər ildə təxminən 5 milyard avro gəlir gətirir.
Təbii ki, Macarıstanın bu və ya digər səbəblə səsvermə hüququndan kənarda saxlanılması məsələsi Avropa qitəsi üçün bir sıra məsələlərdə xüsusi anlam daşıyır - o mənada ki, Macarıstanın Ukraynanın əleyhinə, Rusiyanın isə lehinə yeritdiyi xətt Avropa İttifaqının üzvü olan digər ölkələri qane etmirdi və hətta narahatlıq və narazılıq doğururdu. Amma Budapeştin qurumdakı səsvermə hüququnun məhdudlaşdırılması nə dərəcədə demokratik mənzərədir - axı, bu kimi situasiyalarda Aİ hər zaman özünün daxili nizamnaməsinə müraciət edirdi ki, bu da Macarıstan üçün belə bir məhdudiyyətin qoyulmasını istisna edir. Başqa sözlə, belə bir addım bərabərhüquqluluq prinsipinə ziddir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Avropa İttifaqı bir sıra üzv dövlətlərin hüquqlarını pozmağa yönəlik addımlar atır. Bu addımlar isə xüsusilə, suveren əsaslarda əməkdaşlıq şərtləri altında birləşmiş Aİ üzvü ölkələrin suveren hüquqlarının zəbt olunması istiqamətində izah edilməlidir: “Bu kimi addımlardan biri də həmin üzv ölkələrin dövlət olaraq seçimlərinin sorğulanması və bu seçimlərə görə onlara qarşı hər hansı sanksiyalar çağırışların edilməsi və hədələnməsidir. Macarıstana qarşı belə bir addımın reallaşdırılması istiqamətində uzun müddət idi ki, “axtarışlar edilir”, siyasi söykənəcək axtarılırdı. Aİ Macarıstanın dövlət olaraq seçiminə hörmətlə yanaşmır. Diqqət çəkən məqam da odur ki, mərkəzi Brüssel, yəni Aİ-nin siyasi-iqtisadi təsisatları özünün iqtisadi maraqları naminə siyasi spekulyasiyalara, manipulyasiyalara əl atır, Aİ-nin daxili nizamnaməsinin əsas bəndi sayılan bərabərhüquqlu əməkdaşlıq çərçivəsindəki suveren hüquqları pozur. Bəlli olduğu kimi, nizamnamə və prinsiplər Aİ müstəvisində bərabər iştir?kçılığı ehtiva edir. Bu mənada, verilən qərarlar, razılıqlar da məhz bu bərabər iştirakçılıq çərçivəsində reallaşmalıdır. Macarıstana qarşı Aİ rəsmilərinin zaman-zaman səsləndirdikləri çağırışlar da məhz bu hüququn pozulmasını şərtləndirir. Hazırki situasiyada Macarıstan özünün dövlət maraqlarının, iqtisadi rıçaqlarının və resurslarının qorunması istiqamətində atdığı addımlara görə “ittiham edilir”. Bu gün bütün dünya Macarıstanın bu hüququnun Aİ tərəfindən məhdudlaşdırıldığını izləyir. Bunun özü də bərabər iştirakçılıq hüququ prinsipinin tamamilə pozulması deməkdir. Tə?ssüflər olsun ki, belə addımlara rast gəlinir və Macarıstanın timsalında baş verənlər Aİ-nin mütəmadi olaraq üzv dövlətlərin hüquqlarının pozulması istiqamətindəki növbəti epizodudur”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

