XİN rədd edir!
05.07.2024 [10:31]
Avropa Şurasının bu yanaşması ədalətsiz və əsassızdır, hüquqi baxımdan sual yaradır...
Azərbaycanın dinamik inkişafı, regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınması, xüsusilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bəzi xarici dairələr tərəfindən narahatlıqla qarşılanır. Azərbaycanın artan gücünün, müstəqil siyasətinin narahatlıqla qarşılanması səbəbindən həmin dairələr müxtəlif vasitələrlə ölkəmizə təsir etməyə çalışırlar. Onlar ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmaq üçün müxtəlif ölkələr və təşkilatlar çərçivəsində “qara piar” kampaniyası aparır və Azərbaycana qarşı əsassız sənədlər qəbul edirlər. Belə ki, bir qisim təşkilatlar hesabat və ya bəyanatlarında qeyri-obyektiv məlumatları dövriyyəyə buraxmaqla ölkəmizi hədəfə alır və dünya ictimaiyyətini çaşdırmaqla mənfi ictimai rəy formalaşdırmağa çalışırlar.
Bu təşkilatlardan biri də Avropa Şurasıdır. Xatırladaq ki, həmin təşkilat dəfələrlə ölkəmizə qarşı qeyri-obyektiv mövqe sərgiləyib, qurumun Parlament Assambleyası isə əsassız qətnamələr qəbul edib. İslamofobiyanın kök saldığı beynəlxalq təşkilatlardan biri olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul və ratifikasiya olunmaması ölkəmizə qarşı qərəzin bariz nümunəsidir. Təşkilatda iki müsəlman ölkəsindən biri olan Azərbaycan AŞPA-dakı islamofob ritorikaya cavab olaraq təşkilatdakı fəaliyyətini dayandırdı.
İyulun 3-də isə Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi də bu yanaşmanın davamıdır. Əlbəttə, İQAK-ın məlum qərarı ədalətli deyil, qərəzlidir və konkret siyasi məqsədlərə xidmət edir. Bu qərar həmçinin demokratik prinsiplərin kobudcasına heçə sayılması, eləcə də ikili standartlar əsasında çıxış etmək deməkdir. Bütövlükdə, siyasi manipulyasiya vasitəsi kimi istifadə edilən bu məsələ ölkəmizin anti-Azərbaycan dairələr tərəfindən hədəfə alındığını göstərir.
Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi təəssüf doğurur. Onun sözlərinə görə, İQAK, həmçinin “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konversiyasının tələbinə zidd olaraq Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib. Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.
XİN rəsmisi xatırladıb ki, 2002-ci ildən etibarən İQAK bir neçə dəfə ölkəmizə dövri və xüsusi səfər həyata keçirib, Konvensiyanın Azərbaycan tərəfindən reallaşdırılmasına dair hesabatlar dərc edib. Azərbaycan hesabatlarda qeyd olunan hər bir müddəa üzrə hökumətin mövqeyini təqdim edib. Bununla yanaşı, ictimai bəyanatda da qeyd edildiyi kimi, müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb və Komitənin tövsiyələri hər zaman nəzərə alınıb. Əməkdaşlıq müddətində Komitəyə bu günə qədər etdiyi səfərlər zamanı lazımi dəstək göstərilib. Yerli təhqiqatların aparılmasına dəstək göstərilməsi ilə yanaşı, nümayəndə heyəti üzvlərinin mümkün ən yüksək səviyyədə qəbul olunmasını təmin etmək üçün addımlar atılıb və əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi üçün bütün səylər göstərilib.
İQAK-ın son qərarının 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul olunması xüsusilə təəssüf doğurur. A.Hacızadənin qeyd etdiyi kimi, ölkəmiz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onların üzərinə yıxan sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edir. Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir.
Bir sözlə, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilib. Bəzi anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18

