Aİ və ABŞ-dan fərqli olaraq...
18.07.2024 [10:37]
NATO Gürcüstanla əlaqələri bitirmək istəmir
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasında sonra rəsmi Tbilisi ilə Qərb ölkələri və təsisatları arasında münasibətlər xeyli dərəcədə soyuyub. ABŞ və Avropa İttifaqı sözügedən qanunun demokratiyaya zidd hesab edir. Bildirilir ki, sözügedən qanun Gürcüstanın Avroatlantik məkana inteqrasiya prosesinə ciddi zərbə vuracaq. Lakin Gürcüstan hökuməti prinsipial mövqeyindən geri çəkilmir və milli maraqlar baxımından həmin qanunu vacib hesab edir. Hətta Prezident Zurabaşvilinin sənədə veto qoyması da hökumətin və parlamentin mövqeyinə əngəl ola bilməyib. Belə bir şəraitdə ABŞ və Avropa İttifaqı Gürcüstan hökuməti ilə əməkdaşlığa yenidən baxılacağı və sanksiyaların tətbiqi ilə hədələyib. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsi ilə bağlı danışıqları dayandırıb. Eləcə də Tbilisiyə bəzi maliyyə yardımlarının kəsildiyi də elan edilib.
ABŞ da Gürcüstana qarşı “cəza” tədbirlərinə başlanıb. Hələ bir müddət öncə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Birləşmiş Ştatların Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının rəhbər şəxslərinə və onların ailə üzvlərinə, eləcə də bəzi şəxslərə viza sanksiyaları tətbiq etdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və buraya Gürcüstanın hakim partiyasının üzvləri, deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir: “Biz ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”. Bugünlərdə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI aktı”nı qəbul edib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.
Maraqlıdır ki, ABŞ və Avropa İttifaqının belə bir mövqe sərgilədiyi halda, NATO Gürcüstanla bağlı müsbət yanaşma ifadə edib. Belə ki, Alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina özünün sosial şəbəkə hesabında NATO-nun Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini yazıb. “Biz Gürcüstan hökumətini demokratik institutların gücləndirilməsi və gürcü xalqının Avro-Atlantik məkana inteqrasiyası istiqamətində islahatları sürətləndirməyə çağırırıq. NATO Gürcüstanla uzunmüddətli tərəfdaşlığa sadiqdir”, - deyə Kolomina bildirib.
Maraqlıdır, ABŞ və Avropa İttifaqının Gürcüstana təzyiq və təhdidlərinə rəğmən NATO rəsmisinin bu pozitiv açıqlaması hansı anlama gəlir? NATO-nun hərbi təşkilat olduğunu nəzərə alsaq, burada Qərbin Cənubi Qafqaz regionunda hərbi cəhətdən yerləşməsinə çalışdığını görmək mümkündür. Məlumdur ki, Qərb uzun müddətdir bu bölgədə də möhkəmlənmək istəyir. NATO-nun indiyədək Gürcüstanla sıx təərfdaşlıq mövqeyində olması bunu təsdiqləyir. Lakin son zamanlar Gürcüstanın indiki hökuməti ilə Qərb dairələri arasında yaranmış soyuqluq Tbilisiyə qarşı alternativ axtarışına da səbəb olub.
Alternativ isə Ermənistanın qərbyönümlü Paşinyan hakimiyyətidir. KTMT üzvü olan İrəvanın oriyentasiyasını dəyişərək Qərbə üz tutması, Fransa tərəfindən silahlandırılması bunun göstəricisidir. Üstəlik, bugünlərdə ABŞ və Ermənistanın birgə hərbi təlim keçirməyə başlaması da bu baxımdan, diqqəti cəlb edir. Belə ki, iyulun 15-dən Ermənistanda “Eagle Partner 2024” kod adlı ABŞ-Ermənistan birgə təlimləri başlayıb. Təlimlər 9 gün çəkəcək. Rəsmi məlumata görə, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi və Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır. Erməni hərbi ekspert Leonid Nersisyan hesab edir ki, Ermənistanda keçirilən birgə hərbi təlimlər yalnız başlanğıcdır: “Ən əsası odur ki, ABŞ əvvəllər Ermənistan ərazisində hərbi təlimlər keçirməyib. Bu, çox ciddi addımdır”. Onun sözlərinə görə, hazırda Ermənistan ordusunun daha ciddi hərbi təlimlərə, məsələn, quru qoşunlarının təlimlərinə ehtiyacı var: “Söhbət təkcə hərbi təlimlər və ABŞ-la hərbi sahədə əməkdaşlıqdan getmir. Məsələn, artıq Amerika ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində işləməsi ilə bağlı qərar var ki, bunu da çox mühüm sayıram”.
Göründüyü kimi, NATO ölkələrinin hərbçilərinin Ermənistanda kök salması region üçün müsbət heç nə vəd etmir. Onlar regionu diqqətdən kənarda qoymamaq üçün Gürcüstana qarşı da loyal münasibət sərgiləyirlər. Qərbin Ermənistanda hərbi mövcudluğu ilə bağlı layihəsi isə bütövlükdə, Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50

