Əməkdaşlıq məkanı...
07.08.2024 [11:00]
Bakı qlobal təhlükəsizliyin əsas müzakirə meydanına çevrilib
Son günlərdə yaşadığımız regiona yaxın coğrafiyada baş verənlər qlobal məkanda böyük səs-küy yaradıb. Sirr deyil ki, potensial İsrail - İran və ya İsrail - Livan qarşıdurması, HƏMAS və ya “Hizbullah”ın Təl-Əvivlə hərbi mübarizəni daha da genişləndircəyi gözlənilir. Bu isə onsuz da kataklizmlərlə dolu qlobal dünyada yeni eskalasiyalar formalaşdıracaq. Təbii ki, böyük güclər və aktorlar bu qarşıdurmaların baş verməməsi üçün böyük səy göstərirlər - bütün tərəflərə siyasi çağırışlar edilir, böyük güclərin təmsilçiləri ölkələr arasında münasibətləri normallaşdırmaq və gərginliyi azaltmaq üçün danışıqlar platformaları formalaşdırır, yeni zəmin yaratmağa çalışır. Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun da son günlərdə İrana səfəri beynəlxalq aləm tərəfindən diqqətlə izlənirdi. Tehranda səfərdə olan Sergey Şoyqu İran prezidenti Məsud Pezeşkianla və İran Təhlükəsizlik Şurasının rəhbəri Əliəkbər Əhmədian ilə görüşlər keçirmişdi. Sputnik agentliyinin yaydığı məlumata görə isə, Şoyqu İrana səfərini yekunlaşdıraraq Azərbaycanın paytaxtı Bakıya gəlib. Təbii ki, bu diplomatik trafiki qarşıdurma səviyyəsində olan İran ilə İsrail arasında münasibətlərin qaydaya salınması, ən azından silahlı qarşıdurma səviyyəsinə gəlib çatmaması üçün cəhd kimi qiymətləndirmək olar. İrandan dönən Şoyqunun birbaşa Azərbaycana gəlişi isə ölkəmizin bölgədə oynadığı siyasi rolun və əhəmiyyətin dərəcəsini göstərir.
Lokal maraqlar qlobal çağırışlarla uzlaşdırılır
Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi, siyasi və humanitar mərkəzi funksiyasını yerinə yetirməkdədir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, dünyada ildən-ilə artan nüfuz, ölkəmizə dünya dövlətlərinin inamı və etimadıdır. Xüsusilə də, praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın daxili və xarici siyasət kursunu, dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini xüsusi olaraq vurğulamaq lazımdır. Ölkəmiz sivilizasiyalar arası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli, hətta bir-birinə zidd olan siyasi qütblərin müzakirə meydanına çevrilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə də, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalar arası dialoqda mühüm rol oynayır.
Azərbaycanın çıxılmaz hesab edilən qlobal siyasi proseslərdəki rolu da olduqca vacib şərt kimi qeyd olunmalıdır - günü-gündən mürəkkəbləşən, qütbləşmənin açıq xarakter aldığı və kataklizmələrlə dolu dünyada bütün dövlətlər və ya təşkilatlar tərəfindən qəbul edilmək olduqca çətin bir işdir. Xüsusilə, qrup maraqlarının önə çıxdığı son dövrlərdə beynəlxalq münasibətlər sistemində demək olar ki, uğurlu təmsilçilik mümkünsüz hala çevrilib - bəzi hallarda iqtisadi baxışlar, bəzən siyasi situasiya, bəzən təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir. Beləliklə, qütbləşmə və ya daha konkretləşdirsək, fikir ayrılığı bütün sferalar üzrə kəskin hal alır. Belə bir mənzərədə qlobal oyunçuya çevrilmək perspektivi isə olduqca ağır bir vəzifədir - fərqli dünya baxışı olan ölkələrin lokal maraqlarını qlobal çağırışlarla uzlaşdırılması amili meydana çıxır ki, Azərbaycan məhz bu vəzifəni uğurla yerinə yetirir.
Bütün tərəflərlə eyni məsafədə...
2023-cü ilin yayında Şuşada Qlobal Media Forumunun açılış mərasimi zamanı Prezident İlham Əliyev bildirmişdi ki, bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır: “Bildiyiniz kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, bu rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə belə təmaslar potensial olaraq Azərbaycanda yenə də bərpa edilə bilər”.
Burada xüsusi bir nüansa diqqət yetirmək gərəkir - Azərbaycan demək olar ki, tarixin bütün məqamlarında siyasi uzlaşma məkanı kimi tanınıb - inandırıcıdır ki, Şoyqunun Bakı səfəri də məhz bundan qaynaqlanır. Həqiqətən də son bir neçə ildə Bakı dəfələrlə fərqli siyasi baxışlara, hətta düşmən mövqeyində olan tərəflərə bir masa arxasında oturub müzakirələr aparmaq imkanı yaradıb. Hətta bu tip görüşlər üçün məkan olaraq Bakının seçilməsi artıq bir ənənəyə çevrilib dədeyə bilərik. Dünyanın güc qütblərinin siyasi dialoq üçün Bakını seçməsi qeyri-adi hal deyil - Bakı iqtisadi-siyasi, hərbi platformalarda bütün tərəflər üçün eyni məsafədə dayanan tək-tək dövlətlərdəndir. Bu günün qarşıdurma tərəfləri ilə balans xəttinə baxsaq, eyni halın şahidi olarıq.
- İran ilə aramızda yaxın qonşuluq münasibətləri mövcuddur. İki ölkə arasında fərqli sahələr üzrə əməkdaşlıq layihələri həyata keçirilir. İran Azərbaycan ilə birgə Şimal-Cənubi qlobal nəqliyyat dəhlizi kontekstində yaxın tərəfdaşa çevrilib. Eyni zamanda, Azərbaycan ilə İran arasında səmimi dialoq mühiti mövcuddur. İran ilə Azərbaycan arasında əlaqələrin səmimi inkişafı bütövlükdə, region üçün olduqca əsaslı şərtdir. Bu da təkzibolunmaz faktdır ki, Azərbaycan edilən təkliflərə baxmayaraq heç bir zaman öz ərazisindən İranahansısa təcavüz üçün imkan yaratmayıb, tam əksinə bunun qətiyyətli şəkildə qarşısını alıb.
- İkitərəfli əlaqələrin inkişafı baxımından eyni fikirləri İsrail ilə əməkdaşlıq müstəvisinə də şamil etmək olar. Azərbaycanla olduqca yüksək dostluq əlaqələrinə malik olan və Yaxın Şərqin əsas siyasi-iqtisadi, hərbi aktorlarından biri olan İsrailin ölkəmizlə yaxın əlaqələri mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texnikitərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. İsrailin Müdafiə Sənayesi Şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər. Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması kimi münasibətlər mövcuddur. İkinci Qarabağ müharibəsi vaxtı İsrailin Azərbaycanın yanında olması faktı dadanılmazdır - bir sözlə, qarşılıqlı əlaqələrin güclənməsi hər iki dövlətin maraqlarına uyğun şəkildə tənzimlənir.
Qlobal təşəbbüslərimiz dəstəklənir...
Bu mənada, Bakının yeni kritik məqamda danışıqlar məkanına çevrilməsi perspektivi olduqca böyükdür. Vurğulandığı kimi biz dəfələrlə bu tip danışıqlar üçün evsahibliyi etmişik:
-2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford vərusiyalı həmkarı Gerasimov arasında keçirilən görüş yenə də Bakıda baş tutub;
-2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirilib;
-2018-ci ilin aprelində isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında ilk görüş də Bakıda keçirilib.
Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq müstəvidə dəstəklənir. Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı qlobal mübarizənin təşkilində, vaksinasiya ilə bağlı ortaya çıxan problemlərin həllində əhəmiyyətli rolumuz hələ də xüsusi qeyd edilir. Bakı bügün neokolonializmə qarşı mübarizənin ön sırasında təmsil olunur. Beləliklə, Prezident İlham Əliyevin qlobal miqyasda irəli sürdyü təşəbbüslər bütün dünyada böyük rəğbətlə qarşılanır. Azərbaycan da artıq geniş anlamda sülhə gedən yolun ən real uzlaşma stansiyası kimixarakterizə olunur. Ölkəmizin gücü, siyasi nüfuzu və ən əsası, sözümüzün imzamız qədər dəyər daşıması bu məsələdə həlledici rol oynayır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16

