/ / Siyavuş Novruzov: İsa Qəmbər də, Əli Kərimli də yaxşı bilir ki, İlham Əliyevin alternativi yoxdur
Siyavuş Novruzov: İsa Qəmbər də, Əli Kərimli də yaxşı bilir ki, İlham Əliyevin alternativi yoxdur
27.12.2012 [01:24]
“İsa Qəmbər də, Əli Kərimli də yaxşı bilir ki, İlham Əliyevin alternativi yoxdur. Bu insanlar sadəcə onlara ayrılacaq puldan istifadə etmək üçün seçkiyə namizəd kimi qatılmaq istəyirlər”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçkiöncəsi Müsavat və AXCP funksionerləri arasında yaşanan gərgin münasibətləri “Modern.az”-a şərh edərkən bildirib. YAP rəsmisinin sözlərinə görə, Müsavat və AXCP üzdə bir-birinə yaxın olduqlarını göstərməyə çalışsalar da, bu partiyalar arasında hər zaman gərgin münasibətlər hökm sörüb. Xalq Cəbhəsini Müsavat Partiyasının dağıtdığını deyən S.Novruzov bildirib ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin 1998-ci ildə seçkilərdə vahid namizəd kimi iştirakına İsa Qəmbər imkan verməyib.
“Onların yola getməməsinin səbəbləri çoxdur. Birinci növbədə o zaman Xalq Cəbhəsinin parçalanmasına da əsas səbəb elə Müsavat Partiyası oldu. O vaxtdan indiyə qədər də bu iki partiya arasında ciddi şəkildə mübarizə gedir. Həmişə belə olub ki, bunlar seçkilərdə koalisiya şəklində iştirak etməyiblər. Yadınızdadırsa, 1998-ci ildə Elçibəy hamısından xahiş etdi ki, ona bir şans verilsin ki, o, vahid namizəd kimi müxalifətin adından prezident seçkisində iştirak etsin. Lakin ona bu şansı vermədilər. Həmin vaxt Müsavat Partiyasının başqanı İsa Qəmbər dedi ki, “hər kəs öz namizədliyini irəli sürməlidir”.
YAP İcra katibinin müavini, həmçinin, Müsavat Partiyasında İsa Qəmbərin qarşıdakı prezident seçkisi üçün namizəd göstərilməsinə münasibət bildirib. Onun sözlərinə görə, İsa Qəmbər öz namizədliyini irəli sürsə də, Müsavat Partiyasında onun bu addımı dəstəklənmir.
AXCP sədri Əli Kərimlinin prezident seçkisində namizədliyinə gəlincə, S.Novruzov deyib ki, Əli Kərimlinin namizədliyini yalnız sürücüsü və cangüdəni dəstəkləyəcək.
“İsa Qəmbərin öz namizədliyini irəli sürməsi əsas şərt deyil. Bu gün İsa Qəmbərin namizədliyini Müsavat Partiyası dəstəkləmir. Müsavat Partiyasında bir dəfə də qeyd olunmayıb ki, İsa Qəmbəri Müsavat Partiyası namizəd kimi qələmə versin. AXCP-də isə heç kim yoxdur. Orada Əli Kərimlinin sürücüsü, cangüdəni onun namizədliyini deyə bilərlər. Müsavatda isə fərqli düşüncəli insanlar başqa namizədi görürlər. İsa Qəmbər bundan öncə də məğlub olub. Dünya praktikasında belədir ki, bir seçkidə uduzan ikinci dəfə namizədliyini vermir, amma İsa Qəmbər yenidən namizəd olmağa hazırlaşır”, - deyə S.Novruzov vurğulayıb.
Millət vəkili daha sonra Müsavat Partiyası ilə AXCP arasında davam edən intriqaların hakimiyyət tərəfindən yaradılmadığını bəyan edib. YAP rəsmisinin fikrincə, onlar arasında gedən siyasi polemikaların hakimiyyətlə heç bir əlaqəsi yoxdur: “Müsavatla Xalq Cəbhəsinin arasında gərgin münasibətlər hələ çoxdan başlayıb. Bunun hakimiyyətlə heç bir əlaqəsi yoxdur. Bu partiyalardakı insanlar sadəcə istəyirlər ki, öz namizədliklərini başqa-başqa təşkilatların adından versinlər. İsa Qəmbər namizədliyini versə də, buna əsas olmalıdır. Bu gün partiyaların heç biri onların namizədliklərini dəstəkləmir. Buna görə, onlar Ziyalılar Forumundan, “İctimai Palata”dan arabanın beşinci təkəri kimi istifadə etmək istəyirlər ki, oranın namizədi olsunlar. Onlar yaxşı bilirlər ki, Prezident İlham Əliyevin alternativi yoxdur. Bu insanlar gözəl bilirlər ki, qalib gəlmək şansları sıfıra bərabərdir. Sadəcə maddi durumlarını yaxşılaşdırmaq şanslarından istifadə etmək istəyirlər. Müəyyən qüvvələr var ki, seçkilərdə onlara pul ayıracaqlar. Onlar da bu şansdan istifadə etməyə çalışacaqlar”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

