Parlamentin İnsan hüquqları komitəsinin ilk iclasında iki məsələ müzakirə edilib
04.10.2024 [16:24]
Oktyabrın 4-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Zahid Oruc iclasın gündəliyinə iki məsələnin - İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsinin və “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri gündəliyin birinci məsələsi ilə bağlı bildirib ki, sənəddə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. İş palanında Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və deportasiya cinayətləri nəticəsində vətəndaşlarımızın pozulmuş insan hüquqlarının bərpası, rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması ilə bağlı, həmçinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 qlobal iqlim sammitinin keçirilməsi aspektində və digər istiqamətlərdə insan hüquqlarının aktual məsələlərinə həsr olunmuş müvafiq müzakirələrin, dinləmələrin və digər tədbirlərin keçirilməsi əks olunub.
Gündəliyin ikinci məsələsi olan “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri qeyd edib ki, layihədə təklif olunan dəyişikliklər uşaq müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinin təkmilləşdirilməsinə xidmət edir.
Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitə sədri Zahid Oruc, komitə sədrinin müavini Arzuxan Əlizadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Sevil Mikayılova, Bəhruz Məhərrəmov, Səyyad Salahlı, Azər Allahverənov, Razi Nurullayev, Vüqar Rəhimzadə, Tural Gəncəliyev, Naqif Həmzəyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
İclasda komitənin qarşıdakı sessiyası üçün iş planı təsdiqlənib, müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02

