Azərbaycan-Belarus əlaqələri...
04.10.2024 [20:03]
İki ölkə arasında münasibətlər davamlı olaraq inkişaf edir
Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir. İki ölkə arasında siyasi-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir. Hər iki respublika sovetlər dövründə də yaxın münasibətlərə malik olub, müstəqillikdən sonra isə tamamilə yeni dinamik mərhələ başlanılıb. Son illərdə ikitərəfli əlaqələr daha da inkişaf etməyə başlayıb, iqtisadi dinamika hər il yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri isə münasibətlərin inkişafına xüsusi dinamika verir. Bu ilin may ayında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri, səfər çərçivəsində imzalanmış sənədlər, eləcə də onun işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri bu reallığı təsdiqləyir.
Hər iki ölkənin müxtəlif strukturları da əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəal çalışır. Yeri gəlmişkən, bugünlərdə Belarusda səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov bır sıra görüşlər keçirib. Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarusun Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycanın Baş naziri, həmçinin belaruslu həmkarı Roman Qolovçenko ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib. Bu xüsusda Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.
Hökumət başçıları iqtisadi-ticari əməkdaşlığa dair cari məsələləri müzakirə ediblər. Bildirilib ki, bu ilin 8 ayının yekunları üzrə qarşılıqlı ticarətin həcmində 39 faiz artım müşahidə olunub. Ticarət dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminlik ifadə edilib. Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı maraq doğuran bir sıra perspektivli istiqamətlər üzrə layihələrin hazırlanması ilə bağlı birgə qərarı çoxşaxəli qarşılıqlı fəaliyyətə mühüm təkan verib. Bu baxımdan iki ölkənin prezidentlərinin razılaşmalarının və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilir. Bir sıra sahələrdə, o cümlədən sənaye kooperasiyası, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroşəhərciklərin salınması, həmçinin peşə təhsili sahəsində konkret layihələrin işlənib hazırlanmasında əldə olunan uğurlardan məmnunluq ifadə edilib.
Sənaye kooperasiyası Azərbaycan-Belarus əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib, Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında uzunmüddətli uğurlu qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib. Hökumət başçıları aqrar sahədə əməkdaşlığın sabit inkişafını qeyd edib və hər iki tərəfin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmağa hazır olduğunu təsdiqləyiblər. Tərəflər nəqliyyat və tranzit sektorunda əməkdaşlığın dərinləşdirilməsini də zəruri hesab ediblər.
Ənənəvi olaraq mədəni-humanitar əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Hökumət başçıları mədəni, elmi və gənclər mübadiləsinin intensivləşdirilməsini, eləcə də təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafını təqdir ediblər. Tərəflər, həmçinin Belarus Prezidentinin dövlət səfəri zamanı iki ölkənin bir sıra şəhərləri arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılmasına dair sazişlərin imzalanmasının göstəricisi kimi regionlararası əməkdaşlığın genişləndirilməsini qeyd ediblər. Turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu da vurğulanıb.
Əli Əsədov və Roman Qolovçenko, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.
Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.
Onu da qeyd edək ki, Azərbaycanın Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Belə ki, Azərbaycan və Belarus Səhiyyə nazirlikləri arasında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Belarus Respublikasının Səhiyyə nazirlikləri arasında 2024-2025-ci illər üçün əməkdaşlığa dair Proqram” (“Yol Xəritəsi”) imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Belarusun səhiyyə naziri Aleksandr Hocayev imzalayıblar. Səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi”ndə akademik və elmi mübadilə, tibbi kadrların hazırlanması, əczaçılıq sənayesi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib. Eyni zamanda, sənəd tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərlə təcrübə mübadiləsi və ixtisasartırma, eləcə də elmi-tədqiqat institutları və mərkəzləri ilə əməkdaşlıq istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02

