Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasət kursunun banisidir
21.02.2013 [00:51]
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə milli maraqlara müvafiq surətdə müxtəlif sahələrdə qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının ardıcıl surətdə həyata keçirilməsinin əsasının qoyulmasıdır. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional xarici siyasət kursu sayəsində milli maraqlara müvafiq surətdə beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Tənəzzüldən tərəqqiyə doğru
Məlum olduğu kimi, XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri nəhəng geosiyasi vahid olan SSRİ-nin süquta uğraması oldu. Bundan sonra beynəlxalq hüququn tamhüquqlu subyektləri və beynəlxalq münasibətlər sisteminin formal müstəqilliyə malik olan aktorları qismində çıxış edən milli dövlətlər meydana çıxdı. Dünyanın siyasi xəritəsində baş verən sözügedən kardinal dəyişiklik beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların və ümumi düzənə müvafiq proseslərin meydana gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə yeni müstəqillik əldə etmiş milli dövlətlərin, o cümlədən, Azərbaycanın qarşısında dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq olan xarici siyasət kursu və strategiyasının hazırlanması və icra edilməsi vəzifəsi dururdu.
Amma müstəqilliyin ilk iki ilində ölkəyə irrasional təfəkkürə malik olan səriştəsiz qüvvələrin rəhbərlik etməsi nəinki müstəqil xarici siyasət kursunun həyata keçirilməsini mümkün etmədi, hətta Azərbaycan regional prosesləri istiqamətləndirmək istəyində olan imperialist güclərin geosiyasi oyunlar məkanına və siyasi-ideoloji qarşıdurma meydanına çevrildi.
Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi, xarici siyasət kursunda da müsbətə doğru kardinal, operativ və effektiv dəyişikliklər baş verdi. Milli maraqlara müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanı beynəlxalq münasibətlər sisteminin müstəqil, suveren aktoruna və milli dövlətlərin bərabərhüquqlu strateji tərəfdaşına çevirdi.
Beləliklə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət strategiyası sayəsində qarşıda duran bütün vəzifələr mərhələli surətdə ardıcıllıqla yerinə yetirildi. O zaman Azərbaycan Respublikasının xarici siyasət kursunun təməl vəzifələrindən bəhs edən Ümummilli liderimiz deyirdi: “Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycan dövlət müstəqilliyini təmin etməyə yönəlməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikası beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də Respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli isdifadə etməkdən ibarətdir”.
Beləliklə, ilk növbədə milli dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Buna müvafiq olaraq xarici siyasət resursları formalaşdırıldı, mexanizm yaradıldı, prioritetlər müəyyənləşdirildi. Daha sonra daimi və aralıq səciyyə daşıyan milli maraqlara müvafiq surətdə beynəlxalq münasibətlər sisteminin aktorları (milli dövlətlər, regional və beynəlxalq təşkilatlar) ilə siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə bərabərtərəfli, paritet əsaslı əməkdaşlıq münasibətləri formalaşdırıldı. Siyasi sahədə qarşılıqlı-faydalı maraqlara əsaslanan münasibətlər quruldu, beynəlxalq müstəvidə ölkələrin bir-birini dəstəkləməsi üçün dinamik səciyyəli maraqların nəzərə alınması ilə möhkəm təməllərə söykənən ikitərəfli və çoxtərəfli təmaslar formalaşdırıldı. Daha sonra ümumi təhlükəsizlik balansına və milli maraqlara cavab verən beynəlxalq təşkilatlarda təmsilçilik üçün müvafiq tədbirlər reallaşdırıldı. Eyni zamanda, Azərbaycanın əvvəllər üzv olduğu, amma formal surətdə təmsil olunduğu beynəlxalq təşkilatlarda (BMT, ATƏT, İKT və s.) mövqeyinin möhkəmləndirilməsi istiqamətində fundamental əməli tədbirlər görüldü. İqtisadi sahədə qarşılıqlı-faydalı maraqlar əsasında əməkdaşlıq münasibətləri formalaşdırıldı, müxtəlif layihələr gündəmə gəldi və görülən əməli tədbirlər sayəsində Azərbaycan iqtisadi baxımdan cəlbedici aktora çevrildi.
Vurğulamaq gərəkdir ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı ki, bununla da cəbhədə hərbi əməliyyatlar dayandırıldı və ordu quruculuğu istiqamətində strateji tədbirlərin həyata keçirilməsinə əlverişli şərait yarandı. Eyni zamanda, cəbhədə hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, Azərbaycan diplomatik cəbhədə Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması yönündə mübarizəsini daha da gücləndirdi və ciddi nəticələr qazandı. Atəşkəsdən sonra ilk uğur ATƏT-in Lissabon sammiti zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə qəbul olunmuş sənəd oldu. Bunun ardınca isə beynəlxalq qurumlarla, ayrı-ayrı dövlətlərlə əməkdaşlıq daha da gücləndirildi. ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik institutu yaradıldı. Azərbaycan prinsipial mövqeyini bir daha ifadə edərək ərazi bütövlüyümüzün bərpa olunmasını başlıca şərt kimi irəli sürdü. Ulu öndər Heydər Əliyev bu qətiyyətli mövqeyini bütün yüksək tribunalardan səsləndirir, BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər qurumlarda dövlətimizin mövqeyini bütün dünyanın diqqətini çatdırırdı. Beləliklə də, Azərbaycan məhz Heydər Əliyev sayəsində informasiya blokadasını yararaq əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.
Müstəqil enerji siyasəti Azərbaycanı etibarlı strateji tərəfdaşa çevirdi
O da qeyd edilməlidir ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ulu öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına fundamental töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücü və nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməyə başladı. Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə, uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə gerçəkləşdirilmədi.
Balanslaşdırma siyasəti Azərbaycanın müstəqil xarici siyasət kursunu təmin etdi
Bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, bu gün ölkəmizin xarici siyasət strategiyasının uğurlu olmasını təmin edən başlıca strateji əsaslardan biri ümumi kursun fonunda həyata keçirilən balanslaşdırma siyasətidir. Məlum olduğu kimi, milli maraqların təmin edilməsi missiyasına xüsusi töhfələr bəxş edən balanslaşdırma siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Olduqca mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif xarici güc mərkəzlərinin strateji səciyyəli həmlələri qarşısında idi. Odur ki, elə bir praqmatik və rasional xarici siyasət kursuna istinad etmək lazım idi ki, regional prosesləri istiqamətləndirmək istəyində olan güc mərkəzlərinin strateji aktları milli maraqlara müvafiq surətdə tənzimlənərək neytrallaşdırılsın və ölkəmizin milli mənafeyinə uyğun geosiyasi situasiya formalaşdırılsın, eləcə də, onun davamlılığı təmin edilsin.
Məhz belə bir strateji missiyanın fonunda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursuna müvafiq surətdə ilk növbədə mövcud resurslar, mexanizmlər müəyyənləşdirildi və geosiyasi situasiyaya uyğun olaraq operativ və effektiv addımlar atıldı. Regionun təhlükəsizlik balansı və regiona yönəlik strateji aktlar nəzərə alınaraq milli maraqlara müvafiq surətdə tarazlı-balanslaşdırılmış xarici siyasət kursuna istinad edildi. Balanslaşdırma siyasətinin həyata keçirilməsi dövrün və situasiyanın reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə seçilmiş ən məqbul variant idi. Çünki Azərbaycanın yerləşdiyi coğrafi regionun mürəkkəb geostrateji balansı (və ya disbalansı) və regiona yönəlik edilən fərqli orientasiyalı strateji həmlələr, aktlar məhz bu cür strateji seçimi zəruri edirdi. Bu, milli maraqların həyata keçirilməsi üçün fundamental strateji substrat idi.
Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu lokomotiv aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış etdi.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasətinin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə yeni keyfiyyətdə uğurla davam etdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişini təmin edən əsas oldu. Artıq Azərbaycan Cənubi Qafqazın siyasi güc mərkəzi və iqtisadi lokomotivi kimi regionun hərbi-siyasi təhlükəsizliyinin başlıca təminatçı subyekti qismində səciyyələndirilməkdə və dəyərləndirilməkdədir. Eyni zamanda, balanslaşdırma siyasəti Azərbaycanın müstəqil xarici siyasət kursunun başlıca göstəricisidir.
Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasət kursunun öncəliyi kimi
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini dəfələrlə vurğulayan Azərbaycan müxtəlif səviyyəli diplomatik danışıqlara gedərək və bütün mövcud resurs və vasitələrdən istifadə edərək məsələnin həlli yollarını axtarmağa başladı. Məsələnin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin, qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu öndər Heydər Əliyev dünya dövlətlərini Qarabağ məsələsində diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar aparan, Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul olunmasına nail olan Ümummilli lider Heydər Əliyev sonunda beynəlxalq vasitəçilərin fəaliyyətinin lazımi nəticələr vermədiyini görərək Ermənistan prezidenti ilə birbaşa danışıqlara gedib, problemin həlli yollarının bilavasitə münaqişə edən tərəflər arasındakı danışıqlarda tapılmasına cəhd etdi. Lakin münaqişə tərəflərindən biri olan Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqların nəticəsiz qalmasını şərtləndirmiş oldu.
Nəticə, yaxud son söz əvəzi
Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi rasional xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi, eyni zamanda, qeyd etdiyimiz kimi, Azərbaycan çoxşaxəli münasibətlərin fonunda və etibarlı tərəfdaş statusu qazandı. Regional və qlobal aktorların başlıca nəzər nöqtəsinə çevrilən Azərbaycan qısa müddət ərzində regional miqyaslı transmilli layihələrin mərkəzi oyunçusuna çevrildi. Bununla yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi yönündə ardıcıl və məqsədyönlü addımlar atıldı. Məhz bütün bunların sayəsində heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənməyə başladı. Bütün bu nailiyyətlər Ulu öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasətinin qanunauyğun nəticələri idi və ölkəmizin perspektiv inkişafının təməli kimi çıxış etdi.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

